Month: Aprel 2018

  • Naməlum şəxs 57 yaşlı qadını bıçaqladı – SUMQAYITDA

    Sumqayıt şəhərində 57 yaşlı qadın bıçaqlanıb.

    Median.Az xəbər verir ki, hadisə 15-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxanada baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini 1961-ci təvəllüdlü Bədəlova Mətanət Məhəmməd qızı naməlum şəxs tərəfindən bıçaqlanıb.

    57 yaşı qadın çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.

    Faktla bağlı araşdırma aparılır./report/

  • Zərifə Əliyeva – 95

    Bu gün Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anadan olmasından 95 il ötür.

    Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

    1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

    Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

    Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

    Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb (1981).

    1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

  • Formula 1 Qran Prisi yarışmasına qatılan yerli məhşurlar – FOTO


    Formula 1 Qran Prisi yarışmasında yerli məhşurlarımız da iştirak edib

    Median.Az xəbər verir ki, Təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi adı altında paytaxtımızda keçirilən oyunları izləmək üçün gedən bir neçə məhşurlar öz sosial şəbəkələrində şəkillərini paylaşıblar. Müğənnilər Röya Ayxan, Tünzalə Ağayeva , aparıcı Murad Dadaşov , rəqqasə Fatimə Fətəliyeva, aparıcı Hacı Nuran və idmançı Kamil Zeynallı yarışmanin izləyicilərindən olubar.

  • “Bandotdel” Bakıda əməliyyat keçirdi – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

    Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

    Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.

    Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.





  • 6 dil bilən dekan oğlu ilə sığınacaqda yaşayır – REPORTAJ (VİDEO)

    Bakının Zabrat qəsəbəsində evi olmayan, kimsəsiz şəxslər üçün sosial sığınacaq fəaliyyət göstərir. Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan sığınacağa yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir. Sığınacağa indiyədək 93 nəfər müraciət edib. Hazırda orada 27 sakin var. Onlardan 9-u qadındır.

    Nazirliyin rəsmi icazəsi ilə evsizlərin sığınacağına baş çəkib orada yaşan sakinlərin vəziyyəti ilə tanış olduq. 

    Sığınacağın direktoru Çingiz Əhmədov deyir ki, müraciət edənlər ilk növbədə həkim müayinəsindən keçməlidir. Yoluxucu xəstəliklərin olmaması barədə arayış təmin edildikdən sonra həmin şəxslərin müəssisəyə qəbul edilməsi prosesi başlayır.

    Direktorun sözlərinə görə, onlar təhlükəsizliyi təmin etmək məqsədi ilə hüquq-mühafizə orqanları ilə birgə çalışırlar. Sığınacağın 35 işçisi var. Onlar altı ay ərzində sakinlərin tibbi, sosial və məişət problemlərinin həlli ilə məşğul olurlar. 

    Çingiz Əhmədov: “27 nəfərdən 4-nü daimi işlə təmin etmişik. Onlar səhər yeməyindən sonra işə başlayırlar. Axşam saat 6-ya qədər sığınacağa qayıdırlar. Psixoloqlarımız, həkimlərimiz, sosial iş üzrə mütəxəsislərimiz, təsərrüfat işçilərimiz, ictimai və idman təlimləri üzrə təlimatçılarımız var qüvvəsi ilə çalışırlar. Altı aylıq fəaliyyətimiz müddətində 31 nəfər tibbi müayinəyə, Səhiyyə Nazirliyinin tibbi müəssisələrinə göndərilib. Sakinləri gündəlik dərman preparatları ilə təmin edirik. İki sakinimiz dövlətin dəstəyi ilə ağır əməliyyat keçirib”.

    Sığınacağa müraciət edənlərin əksəriyyəti küçə həyatı yaşadığı üçün onların geyimləri məhv edilir, yeni üst və alt geyimləri, idman dəstləri verilir.

    Sakinlər müəssisənin nizamnaməsinə uyğun olaraq gündə 3 dəfə isti yeməklə təmin olunur. Boş vaxtlarında isə televizora baxmaq, oyunlar oynamaq və kitabxanada mütaliə etmək imkanları var. 

    Çingiz Əhmədov: “Bu insanlar ailələri və cəmiyyət tərəfindən atılıb. Təsəvvür edin ki, 6-8 il bloklarda, zibilliklərdə, köhnə maşınların içində yaşayan insanlar bura gəlib. Onların psixoloji durumu imkan vermir ki, gündəlik normativlərimizi həyata keçirək. İnteqrasiya olunmayan bir təbəqədir. Birinin bu xoşuna gəlir, birinin o xoşuna gəlir. Hər biri ayrı otaq, ayrı soyuducu, ayrı televizor istəyir. Bir yerdə yaşamaq problemləri var. Onları idarə etmək olduqca çətindir. Daxili nizam-intizam qaydalarını pozduğuna görə sıığınacaqdan xaric edilənlər də olub. Müəyyən vaxtdan sonra peşman olduqlarına görə, izahat alıb yenidən sığınacağa qaytarmışıq”. 

    Sığınacaqda azərbaycanlılarla yanaşı başqa millətin nümayəndələri də yaşayır. Həmçinin sığınacağın sakinləri arasında müəllim, xarici dillər üzrə mütəxəssis, AMEA-nın müxbir üzvünə də rast gəlmək mümkündür. 

    “Altı dil bilən və 6 dil üzrə mütəxəsis xanım bizim sığınacağa üz tutub. O, Milli Elmlər Akademiyasının müxbir üzvü olub. Dekan işləyib. Sadəcə həyat onu sındırıb. Oğlu fiziki qüsurludur. Onu da özü ilə bura gətirib. Biz məcburuq ki, insanın kövrək yerlərinə toxunmayaq. Qəlblərini sındırmayaq. Qarşılqlı hörmət əsasında yoluna qoyaq. Sakinimiz olmuş Asif kişinin 9 uşağı, 32 nəvəsi var idi. Ailəsi ilə arasında münaqişə yarandığı üçün bura gəlmişdi. Sonradan uşaqları ilə barışdığından onu evinə göndərdik”. 

    Sığınacaqda qalanlar arasında keçmiş məhbusların olduğunu da öyrəndik.

    Çingiz Əhmədov: “Onlarla işləmək daha asandır. Çünki uzun müddət islah əmək düşərgələrində rejimə düşüblər. Gündəlik normativlərə dəqiq əməl edən şəxslərdir. Sığınacaqdan bir neçə saatlıq istifadə edən insanlar da olur ki, onlar yaxın ərazilərdə, Zabrat qəsəbəsində günəmuzd işləyənlərdir. Bir neçə saat qalıb yeməklə təmin olunub, sonra gedirlər. Onlar şəxsiyyət vəsiqəsi əsasında qəbul edilir. Rəsmiləşdirmə gedir və qeyd olunur ki, neçə saat qaldı və nə ilə təmin olundu”. 

    Sığınacağın gənc sakinlərindən olan Ruslanın 32 yaşı var. O, BDU-nun tarix fakültəsində təhsil alıb. Bir müddət alman dili üzrə repetitor kimi işləyib. Valideynləri dünyasını dəyişəndən sonra bir müddət kirayədə qalan Ruslan sığınacağa yerləşmək məcburiyyətində qalıb.

    “Yanvar ayının 10-dan burada yaşayıram. Kirayə qalırdım. Ailəm yoxdur. Atam və anam rəhmətə gedib. Anam xəstə olduğu üçün evimizi satdıq. Bundan əvvəl “Azərenerji”də, otel, restoran sistemində, “Xalq nəzarəti” jurnalında jurnalist işləmişəm. Sağlıq durumum yol vermədiyinə görə iş tapa bilmirdim. Tez-tez depresiyaya düşürdüm. İndi isə yaxşıyam“. 

    Qeyd edək ki, sığınacağın bir çox sakinləri ilə həmsöhbət olsaq da, bəziləri çəkilişə razılıq verməyib./azvision.az

  • Bakıda iş mərkəzindəki yanğın söndürülüb – YENİLƏNİB + FOTO + VİDEO

    Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

    Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

    Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

    * * * *

    Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binada baş verən yanğın məhdudlaşdırılıb.

    Oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın aşağı mərtəbələrində alovun qarşısını almaq mümkün olub, lakin yuxarı mərtəbələrdə yanğın hələ tam söndürülməyib.

    * * * *

    Paytaxtın Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğın aşağı mərtəbələrə keçib.

    Bu barədə oxu.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

    Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub.

    Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.

    * * * *

    Bakının mərkəzində hündürmərtəbli binada yanğın başlayıb.

    Yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    * * * *

    Bakının Xətai rayonunda hündürmərtəbəli binada yanğın başlayıb.

    Tüstülənmə binanın üst mərtəbəsində qeydə alınıb.

    Bildirilir ki, hadisə yerinə hələlik yanğınsöndürənlər gəlməyib.












  • Məhşur aparıcı etiraf etdi ” Bunu gizlətmirəm ” FOTO


    Cavid Gül subaylığın daşını atmaq fikrindədir
    Median.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı şəxsi həyatından danışıb.
    “Sevdiyim qız var, bunu gizlətmirəm də. O qızı görən kimi vuruldum. Amma evlilik ciddi və məsuliyyətli addımdır. Çox düşünüb götür-qoy etmək lazımdır. Bu sabah da ola bilər, bir il sonra da. Ya da heç olmaya bilər. Evlənib, bir ay, bir ildən sonra boşanmaq istəmirəm. Buna görə də tələsik addım atmıram”.
    Aparıcı qadında üstünlük verdiyi cəhətlərin sevdiyi qızda cəm olduğunu da deyib:
    “Qadında daxili və zahiri təmizliyə üstünük verirəm, bəyinə qarşı diqqətli olmalıdır. Bu xüsusiyyətlər o qızda var. Gözəllik xəstəsi deyiləm. Çünki gözəllik daimi deyil, bir müddətdən sonra bitəcək”.
    Cavidin qısqanclığa münasibətini də öyrəndik, cavabı belə oldu:
    “Qıraq-bucağa qısqanclığım yoxdur. Qısqanclıq xanımla münasibətimdə olur. Seçdiyim qadına da inanıram, amma bəzən qısqanıram. Bu da təbiidir, hesab ediərm ki, qısqanclıq sevgidən yaranan hissdir”.


  • Bakıda şok: bəy gəlini toyda döydü

    Aprelin 25-i Bakıda inanılmaz hadisə baş verib.

    Median.Az-ın verdiyi məlumata görə “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəyin gəlini hamının gözləri qarşısında döydüyü bildirilir. Mənbənin qeydlərinə görə, bəy qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib.

    Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib.

    Bəyin gəlini döyməsinin səbəbləri açıqlanmır. Ehtimal olunur ki, məclisə gələn qonaqlardan biri bəy tərəfindən arzuolunmaz şəxs imiş və onu gördükdən sonra gəlinlə bəy arasında mübahisə yaranıb. Məlumatda deyilir ki, Azərbaycanda kuryoz hadisə sayıla biləcək bu insidentlə bağlı restoran rəhbərliyi tədbir görə bilmədiyini anlayıb və polisə xəbər verib.

    Şadlıq sarayına Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəlib. Hadisə zamanı 30 nəfər saxlanıb, bəy də daxil olmaqla polisə aparılıb./axar.az

  • Bakıda gecə klubunda işləyən qadını türk müştərisi döydü

    Nəsimi rayonunda gecə klubunda fahişəlik edən qadın Türkiyə vətəndaşından polisə şikayət edib. Criminal.az saytının məlumatına görə, T.M-nın şikayətinə səbəb Türkiyə vətəndaşı Mehmet Frat İnsan Dalın qadını həm döyməsi, həm də intim münasibətdə olub pulunu verməməsi olub.

    Belə ki, fahişəlik edən T.M-ova gecə klubunda türklə tanış olub və aralarında yaxın münasibət yaranıb. Sonra isə 100 manat qarşılığında türklə intim münasibətdə olmağa razılıq verib. İntim münasibətdən sonra içkili olan Mehmet Frat pulu vermək əvəzinə fahişəni döyməyə başlayıb.

    22-ci polis bölməsinə şikayət edən T.M-ova məhkəmə-tibbi ekspertizasından da keçib. Ekspertizanın verəcəyi rəydən sonra fakta hüquqi qiymət veriləcək.

  • “Qızım mənim mahnılarımı dinləmir və bəyənmir” Şəbnəm – VİDEO

    “Qızım mənim mahnılarımı dinləmir və bəyənmir. O, xarici mahnıları dinləməyi sevir” – Şəbnəm Əsədova
    Median.Az xəbər verir ki,müğənni bu sözləri ATV televiziyasında yayımlanan səhər proqramında söyləyib. Müğənni qızının onun ifa tərzini bəyənmədiyini və dinləmədiyini deyib.Onun bu sənətlə heç əlaqəsi yoxdur.Qızının dizaynerliyə və rəssamlığa həvəsi olduğunu bildirib. Ş.Əsədova eyni zamanda oğlu haqqında olan arzusunu da dilə gətirib.Onun arzusu oğlu Əlini vətənə layiqli güləşçi kimi görməkdir.
    Qeyd edək ki,müğənninin iki övladi ,bir qızı və bir oğlu var.