Month: Aprel 2018

  • Bakı məktəbində porno qalmaqalı: Direktor və 2 nəfər işdən çıxarıldı – RƏSMİ

    Paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

    Bu barədə Qaynarinfo-ya Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

    “Bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri təbii ki, ikrahla qarşılanır. Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır”, – deyə məlumatda vurğulanıb.

    Xatırladaq ki, adıçəkilən məktəblə bağlı mətbuatda bir neçə gün öncə belə bir xəbər yayımlanmışdı:
    Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəliyev adına 281 nömrəli orta məktəbdə əxlaqsız olay baş verib.

    281 saylı orta məktəbdə işləyən müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. İddia olunur ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib.

    Daha sonra S.H. sevgilisi olan Zalovla (Zalovun da 2005-ci ildə həmin məktəbin məzunu olduğu iddia olunur-red.) əlbir olub X.R.-nı intim video görüntüləri ilə şantaj edərək pul tələb ediblər.

    İddia olunur ki, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıblar. Nəhayət X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı iddia olunur.

    Mənbə bildirir ki, belə bir rəzil olaydan sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.

  • İmperator millət vəkilliyinə namizəd oldu

    Türk musiqi sənətinin imperatoru İbrahim Tatlısəs millət vəkili olmaq üçün öz namizədliyini irəli sürüb

    Median.Az turkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlısəs AK Partiyasının iyun ayında keçiriləcək olan millət vəkilliyi seçimlərində namizəd olacaq. 

  • Rusiya “İsgəndər” raketlərini açıq satışa çıxardı – Azərbaycan da alacaq?

    Rusiyanın “Rostex” dövlət korporasiyası elan edib ki, “İsgəndər” operativ-taktiki raketlərinin ixrac variantını açıq satışa çıxarır.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, korporasiyanın beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov raketləri “geniş çevrədə ölkələrə” təklif edəcəklərini bildirib. O, qeyd edib ki, “İsgəndər” raketləri bundan əvvəl heç vaxt ixrac edilməyib, amma onların ixracına sərt embarqo da heç vaxt qoyulmamışdı.

    Xatırladaq ki, Rusiya “İsgəndər” raketlərinin ixrac üçün nəzərdə tutulmayan “İsgəndər-E” variantını (250 km. mənzilli) Ermənistana verib. “İsgəndər-M” isə bu raketlərin ixrac variantıdır, 300 kilometr və daha çox mənzilə malikdir.

    Rusiya Ermənistana “İsgəndər” raketləri verdikdən sonra Azərbaycan həm raketdən və havadan müdafiə sistemlərini təkmilləşdirmək üçün bir sıra müasir silah sistemləri əldə edib. Həm taktiki-texniki göstəriciləri “İsgəndər”lərə yaxın olan raketlərin əldə edilməsi üçün tərəfdaş ölkələrlə işləyib. Bu günlərdə məlum olub ki, Belarus göstəricilərinə görə “İsgəndər” raketləri ilə müqayisə olunan “Polonez” raket komplekslərinin ilk ixrac partiyasını (cəmi 10 kompleks, hərəsində 8 raket daşıyan konteyner olmaqla) 2018-ci il ərzində Azərbaycana çatdırmağa hazırlaşır. Bu raketlərin mənzili 300 kilometrdir.

    Habelə Azərbaycanın Rusiyadan “İsgəndər” raketlərini də almağa maraq göstərdiyi istisna deyildi. İndi “Rostex” bu raketləri açıq bazara çıxarırsa onların Azərbaycana satılması üçün maneə də qalmır.

    Xatırladaq ki, aprelin əvvəllərində Ermənistan mətbuatı Rusiyanın bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa və həmin kredit çərçivəsində “çoxlu sayda “İsgəndər” raketləri” verməyə hazırlaşdığı haqda xəbərlər yayılmışdı. İddia edilirdi ki, raketlər Azərbaycanla sərhəddə yerləşdiriləcək.

  • Azərbaycanda qəbiristanlıqlar bələdiyyənin ixtiyarına verilir

    Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin ixtiyarına verilir, qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.

    Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.

    Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.

  • Qaynanası tərəfindən yatdığı yerdə “kislota” ilə yandırılan Tərlan danışdı – VİDEO

    Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində müzakirəyə çıxarılan dəhşətli cinayət gündəmi zəbt edib.

    Əsədova Kəmalə Kamil qızının gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu “kislota” ilə yandırması tamaşaçıları dəhşətə gətirib.

    Hazırda xəstəxanada yatan Tərlanın vəziyyəti olduqca ağırdır. Anası Sahilə xanımın sözlərinə görə, sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir.

    O, hadisə barədə ancaq bunları söyləyə bilib: “2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Əsədova Gülər Ərşad qızı ilə ailə qurmuşam və Oğuza gətirmişəm. Oğuz rayonunda davasız-problemsiz yaşamışıq. Bir müddətdən sonra anası Sumqayıtdakı evlərini satıb övladlarını ayırmaq istədi”.

    Ağrılar ona fikrini tamamlamağa imkan verməyib.

    Qeyd edək ki, hadisə polis tərəfindən araşdırılır. Qaynananın – Əsədova Kəmalə Kamil qızının ruhi xəstəxanaya yerləşdiriləcəyi təxmin edilir./baku.ws

  • Mübariz Mənsimov milyardlarını itirir

    Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Litasco” Mübariz Mənsimovun “Palmali Shipping” şirkətinə məxsus iki neft tankerini həbs edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, tankerlərdən birinə Danimarkanın “Aalbaek Bay” limanında bir neçə gün əvvəl həbs qoyulub.

    Digər tanker isə Estoniya limanlarından birində saxlanılıb. Tankerlərin “Litasco”ya olan bunker ödəmələri borcuna görə həbs edildiyi bildirilir.

    Danimarka limanında saxlanılan tanker Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını daşıyır. Estoniya limanında saxlanılan isə 2002-ci ildə inşa edilən “Bozdag” tankeridir.

    “Litasco” şirkəti tankerlərə həbs qoyulmasını şərh etmir. Danimarka limanında saxlanılan tankerin ekipajı 12 nəfərdən ibarətdir və onlar Rusiya vətəndaşlarıdır.

    Bu ilin əvvəllərində məlum olmuşdu ki, Mübariz Mənsimov “Litasco” şirkətinin əleyhinə London məhkəməsində iddia qaldırıb və 2 milyard dollar təzminat tələb edir.

    Mənsimov bildirir ki, “Lukoil” “Palmali” şirkəti ilə neftin daşınmasına dair 10 illik müqavilə bağlayıb. Lakin daha sonra müqaviləni pozub və onun şirkətini milyardlarla dollar zərərə salıb.

  • Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb

    Bakıda 92 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

    Yeni Yasamal yaşayış massivində 1926-cı il təvəllüdlü Bağırova Nərgiz Mustafa qızı yaşadığı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yerə yıxılıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda keçirilən “Formula-2” yarışında qəza – VİDEO

    Bakıda keçirilən “Formula-2” yarışında qəza baş verib.

    Campos Vexatec Racing komandasının italiyalı pilotu Luka Qiotto idarəetməni itirərək bolidi divara çırpıb.

    Qeyd edək ki, yarışmanın ikinci yarış günündə “Formula-2” sinfində birinci yarış, “Formula-1” pilotlarının isə üçüncü praktiki sessiyası keçirilir.

  • Yeni hökumət üzvlərinin parlamentdəki yerlərini kim tutacaq?

    Parlamentdə (hələ ki nəzəri şəkildə) 6 deputat yeri boşdur.

    Median.Az-ın xəbərinə görə, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın ötən il birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan Xəzər rayonundakı yeri boşdur.

    Bununla yanaşı, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, professor Astan Şahverdiyev qəfildən ürəktutmasından dünyasını dəyişib və onun təmsilçisi olduğu Cəbrayıl rayonu hazırda millət vəkilsiz qalır.

    Həmçinin, ötən həftənin şənbə və bu həftənin bazar ertəsi günü ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə Göygöldən millət vəkili Rövşən Rzayev “Qaçqınkom”un, Ucardan deputat olan və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Sumqayıtdan millət vəkili seçilən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Xətai rayonunun parlamentdəki təmsilçilərindən olan Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların da yaxın zamanlarda deputatlıq fəaliyyətlərinə xitam verilməsi gözlənilir, ən azı qanunvericilik bunu tələb edir.

    Əgər həmin şəxslərin də deputatlıq fəaliyyətlərinə son verilərsə, MM-dəki deputat yerlərinin sayı rəsmən 125-dən 119-a düşmüş olacaq və həmin şəxslərin yerinə seçildikləri dairədə təkrar seçkilər təyin ediləcək.

    Bu yerdə qeyd edək ki, yeni hökumətdə təmsilçilik qazanan deputatlardan bəzisi MM-də də vəzifə daşıyır.

    Qeyd edildiyi kimi, F. Muradov MM-in komitə sədridir, həmçinin, Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətində (həm də qurumun komitə sədridir) və Avropa İttifaqı-MM Əməkdaşlıq Komitəsində təmsil olunur.

    R. Rzayev MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, eləcə də, Azərbaycanın AŞPA və “Avronest” PA-dakı nümayəndə heyətinin üzvüdür.

    V. Hüseynov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavinidir.

    Odur ki. həmin şəxslərin (hətta, deputatlıq fəaliyyətlərinə son verilməyəcəyi təqdirdə belə) MM-dəki vəzifələri və beynəlxalq qurumlardakı təmsilçilikləri başqaları ilə əvəzlənəcək.

    Əldə edilən məlumatlara görə, F. Muradovun MM-dəki komitə sədri vəzifəsini onun müavini Ülvi Quliyev və ya həmin komitənin üzvü Adil Əliyev davam etdirəcək. Ü. Quliyev sədr seçiləcəyi təqdirdə, onun vəzifəsinə isə A. Əliyev seçiləcək. Bununla yanaşı, F. Muradovla R. Rzayevin adıçəkilən komitədəki yerləri millət vəkilləri Eldəniz Səlimov və Azər Badamovun hesabına doldurulacaq və MM-in mayın 1-dəki iclasında bu məsələ rəsmiləşdiriləcək.

    Eyni zamanda, R. Rzayevin MM-in Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə həmin komitənin üzvü olan tanınmış hüquqşünas Çingiz Qənizadə və ya YAP-çı deputat Rafael Cəbrayılovun seçilməsi ehtimal olunur.

    V. Hüseynov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini vəzifəsinə isə 3 şəxsin adı hallanır-Asim Mollazadə, Sahibə Qafarova və Sevinc Fətəliyevanın.

    Eyni zamanda, millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin yenidən AŞPA-dakı nümayəndə heyətində təmsilçiliyi gözlənilir.

  • Əməkdar artistin türk vətəndaşı ilə ailə quran qızı efirə qoşuldu – VİDEO


    Əməkdar artist Bəsti Sarıyevanın türk vətəndaşı ilə ailə quran qızı ailəsilə birgə ilk dəfə olaraq efirdə görüntülənib

    Median.Az xəbər verir ki, ATV kanalında yayımlanan səhər proqramının qonağı Bəsti Sarıyeva olub.Öz doğum gününü efir vasitəsi ilə qeyd edən əməkdar artisti təbrik etmək üçün Türkiyədə yaşayan qızı ailəsi ilə birlikdə canlı efirə qoşularaq anasını təbrik ediblər.
    Efirdən olan həmin video görüntünü sizə təqdim edirik.