Month: May 2018

  • “Prezident mənə istirahət etməyi məsləhət gördü” – Artur Rasizadə

    Azərbaycanın sabiq baş naziri onu narahat edən əsas məsələnin Qarabağ münaqişəsi olduğunu dedi; şəxsi planları, 61 illik fəaliyyəti barədə sualları cavablandırdı; “Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!” 
     
    Median.Az keçmiş baş nazir Artur Rasizadənin yeni müsavat-a müsahibəsini təqdim edir:

    – Artur müəllim, adətən məmurlar vəzifədən uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?

    – (Gülür). Yox, heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən də istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib. Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, “Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!”  (ürəkdən gülür).

    – 83 yaşınızın olmasına baxmayaraq, iş qrafikinə çox dəqiqliklə əməl etdiyinizi bilirik. Yəqin ki, siz vəzifədə olduğunuz uzun illər boyu da sağlamlığınızın qayğısına qalmışınız, ona görə gümrah qalmağı bacarmısınız. Maraqlıdır, belə gümrah, enerjili qalmağın resepti varmı? Bəlkə gənclərə məsləhətlərinizi verəsiniz.

    – Bəli. İdmanla məşğul olurdum. Əsasən piyada gəzməyi xoşlayırdım.

    – Bundan sonrakı həyatınızı necə yaşamaq, nə işlə məşğul olmaq istəyirsiniz?

    – Sağlıq olsun. Bir az vaxt keçəndən sonra görək nə ilə məşğul olacağıq. Fikirlər qalır da. Necə deyərlər, beyin işləyir də (gülür).

     – Sələfiniz, yeni baş nazir Novruz Məmmədovla əlaqə saxlayırsınızmı, hansısa məsələlərlə bağlı məsləhətləşmə olurmu?

    – Yox. Hələ hansısa məsləhətləşmələrimiz olmayıb. Amma sağlıq olsun, görüşərik.

    – Siz böyük bir nəslin nümayəndəsisiniz. Maraqlıdır, Hüseyn Cavid nəslinin nümayəndəsi olan Artur Rasi-zadə indiyəcən hansısa bədii əsər yazıbmı, yaxud yazmaq istərdimi?

    – Hərdənbir belə fikirlər keçib ürəyimdən. Amma baxaq, görək. Bir az vaxt keçsin. Qismət olsa… Mən neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən də, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi. “Xalq düşməni” damğası və sair.

    – Uzun müddət Nazirlər Kabinetinə rəhbərlik etmiş şəxs kimi Azərbaycanın bu günü və gələcəyi barədə nə düşünürsünüz? Son kadr dəyişiklikləri ilə bağlı nə deyə bilərsiniz?

    – Mən hesab edirəm ki, işlərimiz yaxşı getməlidir. Çünki buna əsas var. Həm də yaxşı kadrlarımız var. Xalqla iqtidarın birliyi mövcuddur.

    – Artur müəllim, sizi ən çox narahat edən nədir?

    – Əsas məsələ Dağlıq Qarabağ məsələsidir. Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

    – Qarabağın taleyi ilə bağlı nikbinsinizmi?

    – Sağlıq olsun. Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq.

    – Həyat yolunuzdan, iş fəaliyyətinizdən bəhs edən xatirələrinizi yazmaq, ortaya memuar qoymaq niyyətiniz varmı?

    – Mənə onu məsləhət görürlər. Amma hələ bir az dincəlim. Çünki mən 61 il gərgin mühitdə işləmişəm. Bu barədə düşünürəm. 

  • Zabit Səmədova qələbəsinə görə bahalı “Mercedes” hədiyyə edildi

    Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov fransalı Freddi Kemayonu məğlub etdiyi üçün ona bahalı hədiyyə edilib.

    Həmyerlimizə Əhməd Kadırov Fondu tərəfindən “Mercedes” markalı maşın bağışlayıb.

    Zabit bu hədiyyəyə görə Çeçenistan lideri Ramzan Kadırova və Fonda təşəkkür edib.

    Qeyd edək ki, Zabit Səmədov fransalı Freddi Kemaya ilə “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda mübarizə aparıb. Böyük mübarizəyə səhnə olan görüş mayın 30-da Moskvada, “Crocus City Hall”da baş tutub.

    Qarşılaşmadan Zabit Səmədov qalib ayrılıb.

  • ® Azərbaycanda ən az ilkin ödənişi olan avtomobil satışa çıxarılır – FOTOLAR

    Çinin Changan avtomobil markası iyun ayının əvvəlində Azərbaycanda Alsvin V3 modelini satışa çıxaracaq.

    1.4 L. Mühərrik ilə təchiz olunan avtomobil mexaniki transmissiyalıdır. Avtomobilin at gücü 100, yanacaq sərfiyyatı şəhər daxili 6 litrdir. Avtomobil ABS və EBD sistem, bort kompyuter təhlükəsizlik yastıqları, duman əleyhinə faralar, kondisioner, parkinq köməkçisi, radio CD-MP3 player, ektrikli şüşəqaldıranlar ilə təchiz olunmuşdur. Changan Alsvin V3 modelinin əsas üstünlüyü isə onunla eyni seqmentdə olan avtomobillərdən fərqli olaraq daha aşağı ilkin ödənişlə satılması və zəmanət müddətinin 5 il və ya 120.000 km olmasıdır. Avtomobili bütün xərclər daxil olmaqla (kasko və icbari sığorta, nömrə ) cəmi 3900 AZN ilkin ödənişlə əldə etmək mümkündür. Aylıq ödəniş isə 390 manatdır.

    Avtomobil haqda ətraflı məlumatı http://sirenamotors.az/ saytından əldə edə bilərsiniz.

    Bundan başqa Changan markası iyul ayının ortalarında daha bir yeni modelinidə təqdim edəcəkdir. BuChangan CS 15 modelidir.

    Avtomobilekonomik şəhər krossoveridir. Avtomobilin üstünlükləri haqda məlumatlar http://sirenamotors.az/ saytında yerləşdirilibdir.

    Xatırladaqki, Changan markasının bütün modelləri 5 il və ya 120.000 km zəmanətlə təqdim olunur. Changan markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru Sirena Motors şirkətidir. Şirkətin Bakı şəhərində 4 ünvanda satış və servis mərkəzi, Gəncəvə Lənkəran şəhərlərində isə 1 ünvandasatış və servis mərkəzləri fəaliyyət göstərir.

    Əlaqə nömrələri (012) 341 11 33, (050) 226 32 00, (050) 226 32 05

    Qaynar xətt:1630


  • Bakıda vəzifəli şəxs öz kabinetində döyüldü

    Paytaxtın Binəqədi rayonunda bələdiyyə sədrini döyüblər.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Sputnik Azərbaycan”a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Xoşagəlməz insident mayın 29-da, gündüz saatlarında bələdiyyə sədrinin Biləcəri qəsəbəsindəki kabinetində baş verib.

    Sözügedən rayonun 6-cı polis bölməsinə belə bir məlumat daxil olub ki, yerli sakinlər — Bəykişi Baxışov (1964-cü il təvəllüdlü) və Natiq Qasımovun (1980-ci il təvəllüdlü) ucbatından bələdiyyə sədri Hikmət Quliyev (1983-cü il təvəllüdlü) və inzibati ərazi üzrə nümayəndə İbad İbrahimov (1960-cı il təvəllüdlü) xəsarət alıb.

    Hüquq mühafizəçilərinin bildirdiyinə görə, kişilər arasındakı münaqişə Biləcəri qəsəbəsi ərazisində aparılan tikinti işləri səbəbindən yaranıb. Bələdiyyədən bildiriblər ki, Baxışov və Qasımov tikinti işlərini qanunsuz aparır.

    Bu səbəbdən qəsəbə sakinlərini söhbət aparmaq üçün bələdiyyə idarəsinə çağırıblar. Elə oradaca məmurlarla adi işçilər arasında dava düşüb. Xuliqanlıq faktı ilə bağlı araşdırma aparılır.

    Sayt əməkdaşı insidentin detallarına aydınlıq gətirmək üçün Hikmət Quliyevlə əlaqə saxlamağa çalışıb. Lakin qəsəbə bələdiyyəsi sədrinin katibi sədrin iş yerində olmadığını bildirib.

    Qeyd edək ki, Binəqədi rayonunda evlərin qanunsuz tikintisi ilə bağlı müntəzəm olaraq yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının iştirakilə münaqişələr baş verir. Üç il əvvəl təkcə bu rayonun ərazisində 10 mindən artıq evin qanunsuz tikildiyi müəyyən edilib.

    Binəqədi rayonu qanunsuz tikililərlə bağlı ən çox müraciət və şikayətlərin olduğu rayonlar arasında liderdir.

  • Azərbaycanlı müğənni həmcinsi ilə yatağa girdi – FOTOLAR

    AzÉrbaycanlı müÄÉnni hÉmcinsi ilÉ yataÄa girdi - FOTOLAR

    “Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımovanın fotoları olay olub.

    Hamam xalatında fotolar çəkdirən xanım ifaçımız həmcinsi ilə yataqda müxtəlif pozlar verib.

    Dilarə paylaşımına “Ruhunuzu və beyninizi inkişaf etdirəcək kitablar oxuyun. Unutmayın ki, əlimizdə ancaq indi və burda olan anımız var. Hər yaşadığınıza görə minnətdar olun. Çünki bunların hamısı bizi harasa aparır” sözlərini yazıb.

    Azərbaycanlı müğənni həmcinsi ilə yatağa girdi - FOTOLAR

    Azərbaycanlı müğənni həmcinsi ilə yatağa girdi - FOTOLAR

  • “Maşın” şouda dava düşdü: “Bunların hamısı 5-10 manata görə anasını satarlar”

    “Maşın” şounun ikinci günündə səsvermənin müzakirəsi zamanı dava düşüb.

    Median.Az bildirir ki, davaya səbəb Əli Mirəliyevin “Buradakılar ipiqırıqdılar” ifadəsi olub.

    “İpiqırıq” sözünə isə meyxanaçı Ələkbər Yasamallı etiraz edib. O, Əli Mirəliyevin “cəm” danışmamasını deyib.

    Mirəliyev isə daha sonra sözünü dəyişərək “Mən musiqiçiləri nəzərdə tuturam. 50 ildir bu sənətdəyəm bunların ipiqırıqdır. 5-10 manatdan ötrü atalarını, analarını satarlar”.

    Əlinin fikrinə etiraz edənlərdən biri də Roza Zərgərli olub. O, araya girərək Yasamallını sakitləşdirməyə çağırıb. Əli Mirəliyev isə səsini qaldıraraq “Ala, səndən danışan yoxdur, sən meyxanaçısan, musiqiçi deyilsən. Atın mənim şəklimi, səsverməyə mən çıxacam” sözlərini işlədib.

    Müzakirə zamanı Aytən Səfərova maşının ön hissəsində duran birinin fotosunu atacağını söyləyib.

    Avtomobilin ön tərəfində isə Hüseyn Əzizoğlu, Fira Cəlilova, Roza Zərgərli və Pərvin Abıyeva olub.(oxu.az)

  • İnam Kərimov iki rəisi vəzifəsindən azad edib

    Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.

    Müvafiq əmri kənd təsərrüfatı naziri İnam Kərimov verib.

    Hər iki şəxs yol verdikləri ciddi nöqsanlara görə işdən çıxarılıb.

  • Leyla Əliyeva sahibsiz itlərə görə 7 şəxsi işdən azad etdi

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış edib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu sahədə artıq müvafiq işçi qrupu yaradılıb. İşçi qrupunun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaqlar.

    Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.

    Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyəti yenidən təşkil ediləcək. Artıq İdarənin 7 əməkdaşının sahibsiz heyvanlara qarşı mübarizədə yol verdiyi nöqsanlara, qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edildiyi deyilir.

    Beləliklə, Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərin güllələnməsinin qarşısı alınıb. Bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir.

  • Xoşqədəmin verilişində kadrarxası qalmaqallı görüntülər – VİDEO

    Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən “Səni axtarıram” verilişində reklam fasiləsi zamanı mübahisə düşüb.

    Baku.ws-in məlumatına görə, veriliş reklam fasiləsinə ayrıldıqda Solmaz adlı qadınla Arzu adlı qadının sözü çəp gəlib.

    Efirə yaxınlarını axtarmağa gələn qadınların davası səs-küyə səbəb olub. Solmaz adlı xanım Arzunu tənqid edib: “Öle sən öl. Ölüm olsun sənin kimi anaya. Sən necə anasan ki, o boyda qızın ola-ola ərə gedirsən”.

    Arzu isə cavabında ona sual ünvanlayıb: “Bəs sən niyə qızını ikinci dəfə ərə vermisən? Mən yaxşı eləmişəm, əcəb eləmişəm”.

    Tərəflər arasında söz davası efir başlayandan sonra da davam edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Ordumuzun Naxçıvandakı yeni mövqelərinin görüntüləri FOTO, VİDEO

    Sosial şəbəkələrin erməni istifadəçiləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelər tutmasını əks etdirən fotoları yayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Vkontakte” sosial şəbəkəsi məlumat yayıb. Sosial şəbəkə “Hərbi xəbərlər” qrupuna istinadən bildirir ki, ermənilər Azərbaycan ordusunun yeni mövqelər tutması nəticəsində Ermənistanın Areni kəndinin tamamilə Azərbaycanın nəzarəti altına keçdiyini bildirirlər.

    Məlumata görə Siranuş Tumanyan adlı istifadəçi Azərbaycan ordusunun mövqelərinin Areni kəndindən çəkilmiş fotolarını paylaşıb və yazıb: “Azərbaycan ordusunun Areni kəndinin üzərində yeni mövqeləri. Şəkil indi çəkilib. Areni kəndi tam olaraq Azərbaycan ordusunun nəzarətinə keçib. Bizim mövqelərimiz isə aşağıda qalıb. Kənd panikadadır. Bunu inkar edənlərə inanmayın. Gəlin öz gözlərinizlə görün.” 

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan da faktı təstiqləyib. “Bəli Azərbaycan ordusunun Areni kəndi istiqamətində yeni postları qurulub. Ancaq panikaya düşməyə əsas yoxdur. Azərbaycan öz əraziləri daxilində mövqe qurub. Bizim özümüzün də çoxlu dominant yüksəkliklərimiz və mövqelərimiz var. Və sosial şəbəkələrdə müzakirələr vəzifələrin yerinə yetirilməsinə mane olur. Xahiş edirəm təmkinli olun”-Ovanisyan özünün Facebook səhifəsində yazıb.

    Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin xüsusi təyinatlıları qoşunların təmas xətti boyu neytral zonada irəliləyərək yeni yüksəkliklər, o cümlədən Şərur rayonu ərazisindəki Qızılqaya yüksəkliyini tutub. Nəticədə 1992-ci ilin mayında Ermənistan ordusunun nəzarəti altına düşən və neytral zonada qalan Günnüt kəndi atəş altından çıxarılıb. Eyni zamanda ordumuz Yerevan-Gorus-Laçın yoluna da nəzarət etmək imkanı əldə edib. Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək böyük əraziləri nəzarət altına almasını erməni hərbi reportyor Edik Bağdasaryan da açıqlamışdı.//virtualaz.org