Month: May 2018

  • Maşınla qardaşını vurub öldürdükdən sonra cinayəti gizlətmək istəyən şəxs tutulub

    Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Pənah Ağayev adlı kənd sakini “VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.

    Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.

    Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.

    Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.

    Faktla bağlı rayon polisində araşdırma aparılır.//report

  • Bakıda əsas yollardan biri çökdü – TƏCİLİ

    Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib.

    “Report”a daxil olan məlumata görə, hazırda həmin istiqamətdə yol bağlanılıb.

    Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

    Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Report”a bildirib ki, qurumun əməkdaşları da hadisə yerinə göndərilib: “Məsələ ilə bağlı məlumat veriləcək”.

  • Xatirə dostlarından gileyləndi : ” Hələ indiyə kimi bir nəfər də müğənni dostum…” – VİDEO

    Müğənni Xatirə İslam dostlarının diqqətsizliyindən danişib

    Median.Az xəbər verir ki, Xəzər kanalında yayımlanan “5/5” -in qonağı olan müğənniyə aparıcı Zaur bu sənətdə dostunuz varmı sualını verib. Xatirə isə öz cavabında dostlarından gileylənib : “Düzdü dostluq var, ancaq mən yeni bir mahnı oxumuşam hələ indiyə kimi bir nəfər də müğənni dostum mənə nə zəng edib, nə də bir mesaj belə yazıb xeyirli olsun deməyib.Mən bunu gözləyirəm ki,görüm hansı dostum bunu edəcək.”

  • Paşinyandan Qarabağla bağlı ağlasığmaz açıqlama: “Zəmanət verirəm ki, sabahdan…”

    Heç bir şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək.

    Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

    “Yüksək vəzifəli şəxslərin əmlakının rəsmən elan edilməsi sistemi elə dəyişdiriləcək ki, insanlar məmurların nə qədər sərvətə malik olduğunu bilsinlər. Zəmanət verirəm ki, sabahdan Ermənistanda inhisarçılıq olmayacaq və heç kimə idxal üçün qadağa qoyulmayacaq. Biz yeni qanunları qəbul etməyəcəyik, sadəcə qanunsuz qadağaları aradan götürəcəyik”, – Paşinyan deyib.

    Onun sözlərinə görə, bütün bunlar Ermənistanın təhlükəsizlik səviyyəsini və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd qeyd edib ki, bu, həm də Dağlıq Qarabağ münaqişəsinin “ermənilərin xeyrinə” həlli üçün ilkin şərtləri yaradacaq.

    “Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yoluyla həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq”, – o bildirib.

    Paşinyan parlament tribunasından elan edib ki, onun baş nazirliyi dövründə hamı qanun qarşısında bərabər olacaq.

    ///Publika.az

  • Rəqsanənin qızı körpələr evindən oğurluq edən işçiləri növbəti dəfə ifşa etdi – VİDEO yayımladı

    ​Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova 1 saylı körpələr evi ilə bağlı növbəti video yayımlayıb.

    Müğənninin qızı körpələr evinin direktorunun onu məhkəməyə verməsindən çəkinmədiyini və həqiqətin bütün xalq tərəfindən bilinməli olduğunu qeyd edib:

    “İlk açıqlamada dedilər ki, xəstəxanalara yardım üçün aparılır. İndi deyirlər ki, dəsmaldır, yuduzdurub gətirirk. Axı o videoda hamı açılmamış uşaq bezləri olduğunu görür. Bu da ikinci video. Bu da dəsmaldır? Gördüyünüz kimi maşınla bazarlıq gəlir, sonra isə sağa və sola baxaraq bazarlıq içəridən çıxarılır, maşınlara doldurulur”.

    Xatırladaq ki, ötən gün Aysun İsmayılova valideyn himayəsindən məhrum olmuş körpələr üçün gətirilən ərzaqların 1saylı körpələr evindən maşınlara doldurularaq oğurlandığını iddia etmiş və bununla bağlı video-material yayımlamışdı./azxeber.com

  • 2018 “Eurovision” təmsilçimiz Aysel ”Ərim xərçəngdən vəfat etdi”

    “Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib. 
     
    Media.Az-ın məlumatına görə, 28 yaşlı müğənni şəxsi həyatı barədə danışıb və həyat yoldaşının xərçəngdən əziyyət çəkdiyini bildirib:

    “Bu, mənim həyatımın kədərli hekayəsidir. Həyat yoldaşım musiqiçi və pianist idi. Xərçəngdən vəfat etdi. Ancaq o, həyatıma böyük müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. İş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi”. 

    Aysel həyat yoldaşının müalicəsi ilə əlaqədar uzun müddət İsraildə yaşadığını deyib:

    “Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim müalicə olunurdu, bu səbəbdən orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Mən bu ölkəni sevirəm”.

  • Builki Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib

    Bakıda 3-cü dəfə baş tutan Formula 1 yarış həftəsonunda tamaşaçı iştirakı ötən illə müqayisədə 31% artıb.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, paytaxt Bakıda sayca 3-cü dəfə keçirilən Formula 1 yarışında və həmçinin axşam konsertlərində ümumilikdə 94 min tamaşaçı iştirak edib.
    Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə 21% artım qeydə alınıb. Bu il satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür.
    Formula 1 Dünya Çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31% artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

    Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutan yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada tele-yayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.

    Yarışa qızğın mübarizəylə başlayan Force India komandasının pilotu Esteban Okon ilə Williams komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, McLaren komandasının pilotu Fernando Alonsonun iki təkərlə mübarizəsi və Red Bull komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında gedən gərgin mübarizə və nəhayət qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması Formula 1 azarkeşlərə həyəcanlı anlar yaşadıb.

    Təhlükəsizlik maşını Haas komandasının pilotu Roman Qrojan üçün fəlakət olub. Etdiyi səhv ucbatından Romanın baryerlə toqquşmasından sonra yarışın bərpası bir az da ləngiyib.

    Bundan başqa, yaşıl işıq yandıqdan sonra yarışın bitməsinə bir neçə dövrə qalmış birinci döngədə Ferrari komandasının pilotu Sebastian Fettelin etdiyi manevr ona baha başa gəlib. Belə ki, dördqat dünya çempionu olan Sebastian Fettel Mercedes komandasının pilotu Luis Hamilton, yarışın lideri Valtteri Bottas, komanda yoldaşı Kimi Raykkonen və Force India komandasının pilotu Serxio Perezdən geri qalıb.
    Bottasın təkərinin qəfil partlaması isə Hamiltona qələbə, Raykkonenə ikincilik və Perezə Bakıda üçüncülük, o cümlədən 2 dəfə podium qazandırıb. Beləliklə Bakıdakı sonuncu Formula 1 yarışı da ötən ilki yarış kimi uzun illər yaddaşlardan silinməyəcək.

    Yarışdan əlavə, 2018 Formula 1 Azərbaycan Qran Prisi möhtəşəm Kristal Zalında dünya ulduzlarının iştirakı ilə baş tutan axşam konsertləri və əyləncə proqramı ilə də yadda qalıb. Cümə günü səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai qrupu çıxıb. Daha sonra əfsanəvi DJ Afrojack-in təqdimatında baş tutan əyləncə proqramı gecə saatlarınadək davam edib.

    Şənbə günü dünya ulduzu Kristina Aqilera öz repertuarının ən sevilən mahnıları ilə gecəyə rəng qatıb. Ardınca səhnəyə çıxan DJ Axwell /\ Ingrosso isə tamaşaçılara əyləncəli anlar yaşadıb. Qran Prinin son günündə “Brit Awards” müsabiqəsinin ikiqat qalibi Dua Lipa və ardınca çıxış edən DJ Martin Solveig möhtəşəm yarış və əyləncə həftəsonuna öz damğasını vurublar.

  • FHN-dən Bakıdakı güclü yanğınla bağlı açıqlama

    Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb.

    Nazirliyin verdiyi məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

    Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

    Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • “Məni doğrayalar da qayınanama ana demərəm” – Efirdə şok açıqlama – VİDEO

    Zaur Kamal verilişində “Kim öz qayınanasına ana deyər?” sualı ilə tamaşaçılara və qonaqlarına müraciət edib.

    Median.Az xəbər verir ki,Əməkdar artist Zaur Kamal verilişində “Kim öz qayınanasına ana deyər?” sualı ilə tamaşaçılara və qonaqlarına müraciət edib.Babək Niftəliyev “Niyə demirəm, mən deyərəm” cavabını verib.
    Xanəndənin sözlərindən sonra aparıcı “Məni doğrayalar da qaynanama “ana” demərəm” sözləri ilə hər kəsi təəccübləndirib.
    Verilişdən həmin kadrlar videoda:

  • Yeni rəis generalın əmisi oğlunu işdən çıxardı – Vüsal Hüseynovdan əmr

    Dövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov kadr islahatlarına start verib.

    V.Hüseynov Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi tutduğu vəzifədən azad edib. DMX rəisi bununla bağlı əmr imzalayıb.

    Qeyd edək ki, vəzifədən azad olunan Şəhriyar Tariyev Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyevin əmisi oğludur. (unikal.org)