Gəncədə iki “VAZ” toqquşub : 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Median.Az xəbər verir ki, yanvarın 6-ı gecə saat 1 radələrində Xətai prospektində, şəhər sakini Ceyhun Alıyevin idarə etdiyi “VAZ-2107” və Şəmkir rayon sakini Sakit Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə C.Alıyevin sərnişini Aydın Qəribov hadisə yerində ölüb, sürücülər Təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

Kəpəz RPİ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *