Month: January 2019

  • Задержан молодой человек, грабивший автомобили в Апшероне

    Как сообщает Median.Az, сотрудники Апшеронского РОП в ходе оперативно-розыскных мер задержали жителя района Эльсавара Мирзоева, который в вечерние часы разбивал боковые стекла автомобилей, вследствии чего похищал деньги, мобильные телефоны и предметы быта.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Abşeron polisi avtomobillərdən oğurluq edən gənci saxlayıb

    Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində avtomobillərin yan şüşələrini sındıraraq, pul, mobil telefonlar və məişət əşyaları oğurlayan rayon sakini Elsəvər Mirzəyev tutulub.

    Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Milli Məclisin sabiq deputatı vəfat etdi

    II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib.

    Median.az modern.az-a istinadən bildirir ki, bu barədə sumqayıtlı jurnalist Rəhman Orxan məlumat verib. Onun sözlərinə görə, bu il martın 2-də X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı.

    Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 20də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

    Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məkdəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür.

    2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

    İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib. O, həm də şair-yazıçı kimi tanınırdı.

    Allah rəhmət eləsin!

  • Gəncədə avtomobili dirəyə vuran sürücü hadisə yerində ölüb

    Yanvarın 26-da saat 1 radələrində Gəncə şəhəri ərazisində Göygöl rayon sakini Elnay Hacıyev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

    Median.az Trend-ə istinadən bildirir ki, nəticədə o hadisə yerində ölüb, xəsarət almış 1 sərnişini xəstəxanaya yerləşdirilib.

    Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

  • Zamirə Hacıyeva Sinqapurda mühakimə olunsaydı…

    Sinqapur qanunlarına əsasən, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada ittiham olunduğu analoji əməllərə görə məhkəməsiz cinayət məsuliyyətinə cəlb edilərdi.

    Trend-in məlumatına görə, bu barədə JDSUPRA nəşrində yer alan məqalədə deyilir.

    Məqalədə qeyd olunur ki, 2018-ci il noyabrın 19-da Sinqapur parlamenti ağır cinayətlər və terrorçuluqla mübarizə haqqında qanun qəbul edib və eyni zamanda korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi və ağır cinayətlər aktına yeni bənd əlavə edib.

    Müəlliflər onu da xatırladır ki, 2018-ci ilin fevralında Böyük Britaniyada Cinayətkarlıqla Mübarizə Milli Agentliyi “izahedilməz sərvətlə bağlı order” əldə edib və bunun əsasında Zamirə Hacıyeva Londondakı əmlakın alınması ilə əlaqədar ifadə verməli olub:

    “Z.Hacıyeva hesabat verməkdən boyun qaçırmağa cəhd edərkən və “İzahedilməz Sərvət Sərəncamı”nın ləğvi ilə bağlı məhkəməyə müraciət edərkən məhkəmə bu müraciət rədd etmiş və sərəncamın ədalətli olduğunu bildirmişdi. Əgər Z.Hacıyeva Sinqapurda istintaqa cəlb olunsaydı, yeni qanuna əsasən məhkəməyə müraciət etməyə ehtiyac olmayacaqdı. Z.Hacıyeva əldə etdiyi əmlak barədə ifadə verməli idi, əks halda o, cinayət törətməkdə ittiham olunacaqdı”.

    Xatırladaq ki, ötən il noyabrın 6-da Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Sonradan məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb.

    Qeyd edək ki, bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

    UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

  • Maradona keçmiş sevgilisini məhkəməyə verir

    Dieqo Maradona keçmiş sevgilisi Rosio Olivanı məhkəməyə verir.

    Median.az xəbər verir ki, argentinalı əfsanə bu barədə “La Red” şousunda məlumat verib.

    “Mən heç vaxt qadına əl qaldırmamışam. Amma həmin vaxt onun başını üzmək istəyirdim. Rosio münasibətlərimizin gizli qalması barədə razılaşmaya imza atmışdı. Sonradan isə dilini dinc qoymadı. Artıq vəkilimə zəng etmişəm və sonadək getmək niyyətindəyəm. O, indi mənim pullarımla istirahət edir və evimdə qalır. Bağışlayın, mən Şaxta baba deyiləm ki, hədiyyələr paylayım. Əksinə, hər şeyimi qaytarmaq fikrindəyəm” deyə Maradona bildirib.

    Qeyd edək ki, Maradona və Oliva 6 il sevgili olub.

  • Bakıda həyət evi alarkən diqqətli olun

    Paytaxt Bakıda mənzilə olan tələbatın yüksək olması bəzən fırıldaqçılıq hallarını da artırır. Əsasən də fərdi ev bazarında belə hallara tez-tez rast gəlinir. Hansısa işbaz daha tez və çox pul qazanmaq üçün tələm-tələsik və keyfiyyətsiz fərdi evlər tikməklə satışa çıxarır. Elə növbəti süjetimiz də bu barədədir.

    Qısa zamanda tikilir. Alıcı cəlb etmək üçün digər evlərlə müqayisədə daha ucuz qiymətə təklif edilir.

    Belə evlər əsasən paytaxtın kənd və qəsəbələrində inşa olunur. Bəzən məhəllə formasında tikilən belə evlərin həyətləri balaca və layihələri eyni olur. Bir çox hallarda bu evlərin keyfiyyəti də şübhə doğurur.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, vətəndaşlar belə evləri alarkən diqqətli olmalıdırlar. Çünkü bu evlərin bəziləri daha tez pul qazanmaq məqsədi ilə işbazlar tərəfindən ucuz materiallarla və cəmi bir neçə həftəyə inşa edilir. Əslində isə 1 evin tikilib ərsəyə gətirilməsinə minimum 3 ay vaxt sərf edilməlidir. Çünkü tikinti zamanı bəzi materialların quruması vacib hesab edilir. Bu evləri alan zaman bir sıra nüanslara diqqət etmək lazımdır.

    Keyfiyyətsiz evlərin fəsadları da çox ağır olur və aradan qaldırılması da baha başa gəlir.

    Nofəl Quliyev həmçinin deyir ki, bu evlərin sənədləşməsində də müəyyən problemlər yarana bilər.

    Vətəndaşlara həmçinin məsləhət görülür ki, bu tipli evləri hansısa qeyri-peşəkar fərdi şəxslərdən yox, tikinti sektoru üzrə ixtisaslaşmış tikinti şirkətlərindən alsınlar.

  • İranda havanın çirkliliyi təhlükəli həddə çatıb

    İranın Ərak şəhərində havanın çirkliliyi həssas insanlar üçün təhlükəlidir.

    Median.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mərkəzi vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktoru Rza Mirzayi deyib.

    Mirzayinin sözlərinə görə, hava keyfiyyətinin göstəricisi bu gün 41 mikroqram/kubmetrə çatıb. Bu da havanın təhlükəli olduğunu göstərir.

    İranın Kirmanşah vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktor müavini Azər Vəlizadə vilayətin 4 şəhərində – Qəsre-Şirin, Kirmanşah, Pavə və Kəngavər şəhərlərində hava çirkliliyinin xəbərdarlıq səviyyəsində olduğunu deyib.

    Vəlizadə əlavə edib ki, hava çirkliliyi Qəsre-Şirində 239 mikroqram/kubmetr, Kirmanşahda 331 mikroqram/kubmetr, Pavədə 238 mikroqram/kubmetr və Kəngavərdə 197 mikroqram/kubmetrdir.

  • 4 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək

    Başqalarının mənzillərində məskunlaşan 4 minə yaxın məcburi köçkün ailəsinin köçürülməsinə başlanılacaq.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, prosesə bu ildən start veriləcək.. Bunu xəzər xəbər-ə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı Dövlət Proqramında xüsusi bənd var və bu bəndin icrasına tezliklə başlanılacaq.

    Fuad Hüseynov bildirib ki, Sumqayıt şəhərində 1005 və Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksinə də vətəndaşların köçürülməsinə fevral ayından start veriləcək.

    Qaradağ rayonunun Ümid qəsəbəsində 300 mənzilə isə məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Qeyd edək ki, təkcə ötən il 5 min 900-dən çox köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstərici hesab olunur.

  • Hisə verilmiş balıq alarkən ehtiyatlı olun

    Bakıda antisanitar şəraitdə balıqları hisə verən şəxs saxlanılıb. Məlum olub ki, o, hisə verilmiş balıqları gigiyenik qaydalara əməl etmədən və Qida Təhlükəsizliyi Agentliyindən heç bir rəsmi sənədi olmadan hazırlayırmış. Bu məsələ bir daha antisanitar şəraitdə hisə verilmiş balıqların yaratdığı riskləri gündəmə gətirir.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, bu balıqlar açıq şəkildə və üzərində istehsalçısı haqqında heç bir məlumat olmadan satılır. Balıqlarla yanaşı, saçaqlı pendirlərin də eyni qaydada satışı həyata keçirilir.

    Qida təhlükəsizliyi üzrə ekspertlər isə həyəcan təbili çalırlar. Ekspert Elmar Cəmilov deyir ki, antisanitar vəziyyətdə hazırlanan belə məhsullar insan həyatı üçün çox təhlükəlidir.

    Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, satış məqsədilə qanunsuz qida hazırlanması ilə məşğul olan şəxslərə qarşı Agentlik tərəfindən aidiyyəti orqanlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun addımlar atılır. Qurum həmçinin istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmağı tövsiyyə edir. Bildirir ki, alıcıların belə məhsullarla bağlı hər hansı şübhələri olsa, Agentliyin 1003 qaynar xəttinə müraciət edə bilərlər…