Month: January 2019

  • Biləsuvarda poçtun seyfini oğurlayanlar saxlanılıb

    Biləsuvar rayon Polis şöbəsinin (RPŞ) post patrul xidməti tağımının əməkdaşları gecə saatlarında şəhər ərazisində yerləşən poçt məntəqəsindən oğurlanan seyfi aparmaq istəyən şəxsləri saxlayıb.

    Bu haqda DİN-in Mətbuat xidmətindən bildirilib.

    Bu gün saat 03:15 radələrində Biləsuvar şəhəri ərazisində xidmət aparan RPŞ-nin post patrul xidmətinin əməkdaşlarının diqqətini yük yerinə seyf qoyulan “VAZ 2107” markalı avtomobil çəkib.

    Məlum olub ki, həmin seyf Biləsuvar Poçt filialının 1 saylı poçt məntəqəsindən oğurlanıb. Avtomobilin sürücüsü rayonun Zəhmətabad kənd sakini A.Bünyadov və sərnişini Sərvər Sərvərli saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

    Araşdırmalarla S.Sərvərlinin poçt məntəqəsinin dəmir barmaqlıqlarını qıraraq ora daxil olduğu və içərisində sənədlər və zərflər olan 1 ədəd seyfi, 1 ədəd printeri, 1 ədəd dekoderi oğurladığı müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • F1 yarışlarında Filippin Qran-Prisi yarana bilər

    Formula 1 yarışlarının rəhbərliyi Filippin Qran-Prisi ticarət markasının qeydiyyata alınması üçün müraciət edib.

    Median.az AZƏRTAC-a istinadən bildirir ki, eyni zamanda, Manila Qran-Prisinin qeydiyyata alınması üçün də müraciət olunub.

    Bu isə o deməkdir ki, sözügedən yürüşlər Filippinin paytaxtında keçirilə bilər. Yürüşün şəhər daxilində, yoxsa stasionar avtodromda keçiriləcəyi hələ dəqiq məlum deyil. Filippində tezliklə yeni trass açılacağı gözlənilir, lakin həmin trass Formula 1 yürüşləri üçün nəzərdə tutulmayıb.

    Qeyd edək ki, Filippin Qran-Prisi Cənub-Şərqi Asiya regionunda ikinci yeni mərhələ ola bilər. Bir qədər əvvəl bildirilib ki, artıq 2020-ci ildə Formula 1 dünya çempionatının bir mərhələsi Vyetnamda keçiriləcək. ABŞ-da daha bir Qran-Pri təşkil edilməsi ilə əlaqədar problemlər fonunda “Liberty Media” bu yürüşlərin keçirilməsi üçün yeni yerlər axtarışını davam etdirir.

  • Xəzər ölü dənizə çevrilə bilər

    Ölkə tədqiqatçılarının fikrincə, son illərdə Xəzər dənizində suyun səviyyəsi azalıb, hövzəyə müxtəlif növ çirkab və tullantı suları axıdılıb. Dəniz yatağının üzvi maddələrlə yüklənməsi və bu sahələrdə oksigenin azlığı Xəzəri tədricən ölü dənizə çevirir.

    Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin elmi əməkdaşı Həmid Əlizadə Xəzər dənizini ən böyük su hövzəsi kimi səciyyələndirir: “Genişliyinə görə dəniz adlandırılan Xəzər, əslində, qapalı göldür. Əlbəttə, bu göl keçmişdə coğrafi cəhətdən Qara dəniz vasitəsilə açıq dənizlərlə birləşirdi”.

    Əlizadə bildirib ki, Xəzər dənizi hazırda iki kanalla, Volqa-Don vasitəsilə Azov və Baltik dənizinə birləşir: “Xəzər dənizi təxminən 1200 kilometr uzunluğundadır, orta dərinliyi təxminən 208 metrdir, İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan daxil olmaqla, sahilyanı zolağı var”.

    Həmid Əlizadənin sözlərinə görə, Xəzər dənizinə təxminən 130 çay axır (Volqa, Ural, Terek, Kür və Səfidrud və s.), lakin çay sularının 80 faizi Volqaya aiddir.

    Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin əməkdaşı bildirib ki, bölgədəki iqlimə Atlantik okean və şərq dənizləri, Şimal Buzlu okean və Sibirin buzlaq sahələrində meydana gələn atmosfer cərəyanları təsir göstərir: “Xəzər dənizi qərbdə Qafqaz dağları ilə əhatə olunub və bu da öz növbəsində, regional iqlim dəyişikliyinə səbəb olur”.

    Tədqiqatçının sözlərinə görə, Xəzər dənizinin sahilboyunda orta yağıntı səviyyəsi təxminən 300 mm-dir. Yalnız İran sahillərində və Azərbaycanın cənub hissələrində 700-1700 mm arasında dəyişən rütubətlilik mövcuddur: “Xəzər dənizinin yatağı qeyri-bərabər paylanıb. Buna görə də, şimal hissələri 25 metrədək dərinliyə malikdir. Orta hissədə 788 m dərinlik var, ən dərin hissəsi cənub hissəsidir – 1025 metr”.

    Xəzər dənizinin bənzərsiz bioloji və okeanoloji xüsusiyyətlərini vurğulayan Əlizadə bioçeşidlərin tədricən azalmasına və dənizə axan çaylarda sulfat, karbonat və xlor kimi kimyəvi maddələrin artmasına diqqə çəkib: “Xəzər dənizinin şoranlığı açıq dənizlərin şoranlığının təxminən üçdə biri qədərdir (şimalda 1 litrdə – təxminən 12 qr, cənubda – 14 qr)”.

    Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin əməkdaşı deyib: “Xəzər dənizində səviyyə dəyişikliklərin əsas səbəbi iqlimdir. Dənizə yeraltı və yerüstü suların daxil olması, dəniz çöküntüləri, buxarlanma ən mühüm iqlim nəzarətçilərdir”.

    Əlizadənin sözlərinə görə, Volqa çayının axını və buxarlanma dərəcəsi də dəniz səviyyəsindəki dəyişikliyi izah edir. Xəzər dənizinə daxil olan böyük çaylarda bir neçə bəndin tikintisi kənd təsərrüfatında suyun istifadəsinin artmasına gətirib çıxarıb.

    Tədqiqatçının fikrincə, təkcə Volqa üzərində inşa edilən anbarların əhəmiyyəti Xəzər dənizinə daxil olan çaylarda tikilən digər bəndlərlə müqayisədə daha çoxdur.

    Əlizadə bildirib ki, hövzədə suyun istehlakı Xəzər dənizində suyun səviyyəsini bir metr yarım azaldır. XX əsrin 30-cu və 70-ci illərində də bu vəziyyət müşahidə olunub: “Son 20 ildə də Xəzər dənizində havanın temperaturu və yerüstü sularda buxarlanma nisbətində bir qədər artım görünür”.

    Tədqiqatçı deyib ki, insan faktorları son bir neçə il ərzində Xəzər dənizinə təsir göstərib. Sənaye və kənd təsərrüfatında istifadə və buxarlanma təsirsiz ötüşməyib. O vurğulayıb ki, atmosferdəki istixana qazlarının artması, temperaturun çoxalması və yağıntı rejiminin dəyişməsi, insan faktoru Xəzərdə su səviyyəsinə birbaşa təsir göstərən amillərdir. Yaxın 10 ildə dənizdə suyun səviyyəsi 1,5 met azalacaq.

  • Cüdoçularımız Təl-Əvivdə qızıl və bürünc medal qazandı

    İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycan idmançıları qızıl və bürünc medal qazanıblar.

    Median.az xəbər verir ki, yarışda Azərbaycanı 90 kq çəki dərəcəsində təmsil edən Məmmədəli Mehdiyev ardıcıl olaraq türkmənistanlı İhlas Setderov və kanadalı Mohab əl-Nəhası yensə də, 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub.

    Bununla belə, o, təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun üzərində qələbə qazanmağı bacarıb. Mehdiyev bürünc medal uğrunda görüşdə estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib və medala sahib çıxıb.

    Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda qarşılaşmada İsrail təmsilçisi Sasson Ora məğlub olaraq 5-ci yeri tutub.

    Qadınların yarışında mübarizə aparan İrina Kinderzka (+78 kq) qızıl medal uğrunda görüşdə ukraynalı Yelizaveta Kalaninadan üstün olaraq birinci yeri tutub.

  • В Сальяне произошло ДТП, пострадал один человек

    В результате дорожно-транспортного происшествия в Сальянском районе пострадал один человек.

    Как сообщает Report, инцидент произошел на территории села Еникенд.

    В результате столкновения автомобилей «Жигули» и «Mercedes» получил ранение житель села Шекерли Мирзаев Рафят Бахыш оглы (1977 г.р.).

    Пострадавший был доставлен в Сальянскую центральную больницу.

    По факту ведется расследование.

  • Bu dövlət əmlaklarının özəlləşdirilməsi qadağan edilir (SİYAHI)

    “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

    Median.az modern.az-a istinadən xəbər verir ki, qanun layihəsinin 6-cı maddəsinə (Dövlət əmlakının təsnifatı) dəyişiklik təklif edilir.

    Qanunun hazırkı maddəsində Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.

    Dəyişikliyə görə isə , Azərbaycan Silahlı qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakının özəlləşdirilməsi qadağan edilir.

    “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik “Sərhəd qoşunları haqqında” qanunun 2018-ci il 12 iyun tarixli tətbiqi ilə əlaqədardır.

    Sənəd Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək.

  • Marketlərdə SODA yoxa çıxıb – İşbazlar aktivləşib, zavod bağlanır…

    Son 2 həftədir ki, Azərbaycanda çay sodasının marketlərdə satışdan yoxa çıxması ilə bağlı məlumatlar yayılır. Mətbəxdə bir çox qida məhsullarının hazırlanmasında və bəzən də müalicələrdə insanlar üçün vacib olan bu məhsul qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalara kimi yoxa çıxıb.

    Çay sodasından şirniyyat və un məmulatları bişirilməsində istifadə edən, eləcə də bəzi müalicəvi prosedurlar məqsədilə daxilə qəbul edən insanlar bu vacib məhsulun yoxa çıxmasından təşvişə düşüblər.

    Hazırda sosial şəbəkələrdə çay sodası əldə 2-3 manata satılır. Elanlarda sodanın məhdud sayda olması da vurğulanır.
    İnsanlar 1.20 qəpiyə olan sodanın qiymətinin süni olaraq qaldırılmasına etiraz etsələr də, çoxları bir daha o sodadan tapa bilməyəcəyindən qorxaraq, hardasa kimlərdəsə ehtiyatda qalmış sodanı baha qiymətə almağa razıdır.

    Median.az medicina.az-a istinadən bildirir ki, sovet dövründən tanınan məşhur Soda markasının vətəni Başqırdıstanda bikarbonat natriumun çıxarıldığı mədənlərdə təbii ehtiyatlar tükənmək üzrədir. Kompaniyanın yeni soda mənbələri tapması və mədənlər qazması üçün 5-7 il vaxt lazımdır. Hazırkı soda ehtiyatı 2020-ci ilə kimi qənaət etməklə çata bilər. Buna görə zavod istehsalı minimuma endirir.

    Ola bilər ki, bundan sonra MDB ölkələrinə artıq Başqırdıstan zavod istehsalı soda yox, başqa ölkələrdə istehsal olunmuş alternativ marka soda idxal olunsun.

    Ona görə Azərbaycanda da ötən illər idxal olunmuş soda satışdadır və zavodun bağlanması barədə məlumatlar alıcıların daha çox soda almasına və bəzi işbazların da sodanı satışdan yığışdıraraq, əldən satmasına təkan verib.

    Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sodanın yoxa çıxması ilə bağlı alıcılardan birliyə çoxlu şikayət və zənglərin olduğunu bildirib.

    “Hesab edirik ki, sodanın defisiti idxalçıların sövdələşməsi və süni yaratdığı ajiotajdır. Bu ucuz məhsulun belə qəhətə çəkilməsi normal deyil. Buna heç bir ciddi səbəb də yoxdur. Tələbin artdığını görüb bundan istifadə edən bəzi qruplar aktivləşərək süni qiymət artırır.

    Ola da bilər istehsalçı yaxın vaxtda markanı, qablaşdırmanı, qiyməti dəyişsin. Bundan xəbər tutan işbazlar satışda olan sodanı yığışdırıb. Düşünürəm ki, ölkəyə həmin marka sodanın gətirilməsində problem yaradılmamalıdır. Yaxın günlərdə satışda sodanın lazımi miqdarda olacağını gözləyirik”.
    Eyyub Hüseynov sodanın müalicəvi təsiri barədə fikirlərin elmi əsasının olmadığını bildirib.

    “Çox insanlar ona dərman kimi baxır. Amma soda hansısa xəstəliyi və ya xərçəngi müalicə etmir. Bir qutu soda bir neçə il yalnız müəyyən qida hazırlanmasında, uzağı diş, boğaz qarqarasında istifadə edilə bilər. Belə bir ucuz məhsulun süni yoxa çıxarılması yolverilməzdir. Yəqin ki, məsələnin həlli istiqamətində tezliklə işlər görüləcək”.

  • İlham Əliyevin şəxsi yardımı ilə bərpa olunan məscidin açılışı oldu – Fotolar

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə gəlib.

    QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, nümayəndə heyətini Beslan hava limanında RF Şimali Osetiya – Alaniya Respublikasının rəsmiləri – Parlament sədrinin müavinləri Aslanbek Qutnov və Batraz Bilaonov, baş nazirin müavini Axsarbek Fadzayev, millətlərarası əlaqələr naziri Aslan Tsusiyev, Şimali Osetiya-Alaniyadakı Azərbaycanlılar Konqresinin rəhbərliyi və digər rəsmilər qarşılayıb.

    Nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib. 1908-ci ildə Azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlət başçımıza müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

    Vladiqafqaz Milli Elmi kitabxanasının binasında keçirilən Konfransın əvvəlində Azərbaycan və osetin rəqsləri ifa olunub. Tədbirin keçirildiyi binanın foyesində Murtuza Muxtarovun portreti və tikdirdiyi məscidin iri ölçülü şəkli, Azərbaycan-Şimali Osetiya əlaqələrini əks etdirən fotolar nümayiş etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə ətraflı məlumat verdi. Müfti H. Qatsalov çıxışını Qafqaz Şeyxülislamı A.Paşazadənin Azərbaycan və Qafqaz xalqları qarşısında tarixi xidmətlərinin geniş təhlili ilə davam etdirdi, onu xalqlarımızın ən yeni tarixində ən taleyüklü zamanlarda davamlı qəhrəmanlıq nümunələri nümayiş etdirmiş dəyərli şəxsiyyət kimi səciyyələndirib.

    Öz çıxışında Şeyxülislam A. Paşazadə bildirib ki, bu gün Vladiqafqazda memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrlə ucalır. Azərbaycan xalqının ləyaqətli oglu Murtuza Muxtarov tərəfindən inşa edilmiş, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscid uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığımızı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaqdır.

    QMİ sədri prezident İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladiqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözlərimiz önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təcəssüm etdiyini fəxarətlə vurğuladı. Ölkəmiz daxilində və ölkə hüdudlarından kənarda dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlət başçımızın qlobal miqyasda multikulturalizm, İslam Həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirdiyini xüsusi vurğulayan QMİ sədru bu işlərin ölkəmizdə davamlı olaraq həyata keçirildiyini və Azərbaycan Prezidentinin bu ili Azərbaycanda dahi İslam mütəfəkkiri, Şərqin humanist filosofu İmadəddin Nəsiminin şərəfinə Nəsimi ili elan etdiyini Konfrans iştirakçılarının diqqətinə çatdırıb.

    Çoxmillətli və çoxkonfessiyalı Rusiya Federasiyasında ənənəvi dinlər, o cümlədən, İslam dininin ardıcılları üçün bütün lazımi şəraitin yaradıldığını bildirən QMİ sədri Vladiqafqazdakı tədbiri də bu baxımdan gözəl nümunə kimi dəyərləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi vurguladıqlarını vurğulayan Şeyxülislam A. Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının bu yöndə bundan sonra da səy göstərəcəyini bildirib.

    Vladiqafqazdakı Muxtarov məscidinin ərsəyə gəlmə tarixinə dair nadir arxiv sənədləri Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq Şeyxülislam A. Paşazadəyə təqdim olunub.
    Bundan sonra Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədov Şeyxülislam A. Paşazadəyə Kongres adından xüsusi təşəkkürnaməsini və xatirə hədiyyəsi olaraq Vladiqafqaz məscidinin yağlı boya ilə işlənmiş tablosunu təqdim edib.

    Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri iştirak etdilər. Bütün çıxışlarda Azərbaycan-Şimali Osetiya xalqları arasında dostluq qardaşlıq münasibətlərinin bariz nümunəsi olan Muxtarov məscidinin mövcudluğunu və onun böyük ehtiramla bərpa və yenidənqurmasının reallaşması yüksək dəyərləndirildi. Şimali Osetiya Müftisi H. Gatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə etdi və Azərbaycanın dövlət başçısının Qafqaz xalqlarına ehtiramlı münasibətindən xeyli məmnun olduqlarını və bunu olduqca yüksək dəyərləndirdiklərini xüsusi vurğuladı. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev də öz çıxışında Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlığını ifadə edib.

    Daha sonra Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov Şeyxülislam A. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul edib. QMİ sədri Şeyxülislam A. Paşazadənin dini lider olaraq fəaliyyətinin Qafqaz bölgəsi üçün olduqca dəyərli olduğunu vurğulayan V. Bitarov bunun nümunəvi əhəmiyyətinə diqqəti çəkib.

    QMİ sədri səmimi qəbula və yüksək səviyyədə tədbirlərə görə minnətdarlığını respublika rəhbərinə bildirib və bu istiqamətdə işlərin davamlı olmasının vacibliyinə diqqəti çəkib. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidinin xalqlarımız arasında mənəvi dostluq abidəsi kimi önəmini yüksək qiymətləndirərək, gələcəkdə Vladiqafqazda Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin adını daşıyacaq məktəb binasının ucaldılmasını da arzu etdiyini bildirib.

    QMİ sədri Şimali Osetiyadakı Azərbaycan diasporunun xalqlarımız arasında dostluq və əməkdaşlığın dərinləşməsi işinə verdiyi töhfələri xüsusi vurğulayıb və onların fəaliyyətindən məmnun olduğunu bildirib.

    Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev Azərbaycan-Şimali Osetiya arasında mədəni-mənəvi əlaqələrin inkişaf etdirilməsi zərurətindən, habelə iqtisadi sahədə qarşılıqlı investisiya yatırımlarının genişləndirilməsinin əhəmiyyətindən danışıb.

    Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

    Vladiqafqazdakı görüş və tədbirlərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Cavanşir Paşazadə, Hikmət Məmmədov, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.//qafqazinfo.az

  • Salyanda iki maşın toqquşub, 1 nəfər xəsarət alıb

    Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.az report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

    “Mercedes” və “Jiquli” markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Şəkərli kənd sakini, 1977-ci il təvəllüdlü Mirzəyev Rafət Baxış oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

  • Yoluxucu xəstəliklərə qarşı profilaktika aparılır – Fotolar

    Zaqatala Rayon Baytarlıq İdarəsi rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda iti yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində epizootiya əleyhinə profilaktik tədbirlər aparır.

    Dövlət Baytarlıq Xidmətindən (DBX) verilən məlumata görə, Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 19 sahə baytarlıq məntəqəsi vasitəsilə 62 kənd və 2 qəsəbədə mövcud olan 61013 baş iribuynuzlu, 139 816 baş xırdabuynuzlu, 316 374 baş quş, 4695 baş təkdırnaqlı heyvan və 3500 baş sahibli itdə profilaktik peyvəndləmə, diaqnostik və seroloji müayinələrin aparılması nəzərdə tutulur.

    Hazırda rayonun baytarlıq mütəxəssisləri tərəfindən Car kəndində yerləşən Şahinzadə Orxana məxsus fermer təsərrüfatında 35 baş iribuynuzlu, Aşağı Tala kəndində yerləşən Mehdiyev Rasimə məxsus 60 baş iribuynuzlu heyvanda və rayonun ayrı-ayrı təsərrüfatlarında saxlanılan 59 879 baş iribuynuzlu heyvanda və 3709 baş təkdırnaqlı heyvanda qarayara, 1734 baş sahibli itdə quduzluq əleyhinə peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 2533 baş iribuynuzlu heyvandan və 83 baş ana qoyundan bruselyozun müayinəsi üçün qan nümunəsi götürülərək 1260 kvadratmetr sahədə profilaktik, 350 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb. İribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

    Qeyd edək ki, 2018-ci il ərzində rayon ərazisində bruselyoz xəstəliyini aşkar edilməsi, xəstəliyin qarşısının alınması məqsədi ilə 13 600 baş iribuynuzlu heyvandan, 3573 baş törədici qoçlardan qan nümunələri götürülərək müayinə olunub. Həmçinin 59 518 baş iribuynuzlu, 3731 baş təkdırnaqlı heyvanlarda qarayara və 3452 baş sahibli itdə isə quduzluq əleyhinə peyvəndləmə aparılaraq 89 809 kvadratmetr sahədə profilaktik, 4630 kvadratmetr sahədə məcburi dezinfeksiya, 119 000 kvadratmetr sahədə dezinseksiya və 8800 kvadratmetr sahədə deratizasiya işləri aparılıb. Tədbirlər davam etdirilir.

    Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

    Zaqatala rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, brusellyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.

    Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

    Hazırda iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.//qafqazinfo.az