Month: January 2019

  • Sumqayıtda yeni ana olmuş qadın xəstəxanada öldü

    Ötən gecə Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında ölüm hadisəsi baş verib.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, 1992 -ci il təvəllüdlü Ələsgərova Təranə Zeyid qızının axşam saatlarında vəziyyəti pisləşdiyindən Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasının kardioloji şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb, qadın xəstəxanada dünyasını dəyişib.

    Məlumat üçün bildirək ki, T. Ələsgərova yanvarın 17-də ana olubmuş.

    Məlumatı 1 nömrəli şəhər xəstəxanasından da təsdiq ediblər.

  • Turist Azərbaycana tək təkərli velosipedlə gəlib

    Gürcüstandan çıxıb, Yaponiyada dayanacaqlar. Üstəlik, onlardan biri təktəkərli velosipedlədir.

    Median.az xezerxeber.az-a istinadən bildirir ki, velosipedlə səyahətə çıxan turistlər 2020-ci ildə Avrasiya turunu başa çatdırmağı düşünürlər. Rusiya və Gürcüstan vətəndaşları olan səyahətçilər uzun yolda maraqlı görünüşlü, təktəkərli velosipeddən də istifadə edirlər. Yevlaxdan Mingəçevir istiqamətində hərəkət edən velosipedçi Robert Markov təktəkərli minik vasitəsinin daha rahat idarə edildiyini bildirib. Digər velosipedə Azərbaycan bayrağını asan gürcüstanlı turist isə burada maraqlı məkanların çox olduğunu bildirib.

    50 ölkəni gəzməyi planlaşdıran turistlər ölkəmizdə regionlardan keçməklə paytaxt Bakıya çatmağı düşünürlər.

    Rusiya və Gürcüstan vətəndaşları səyahətlərini 2020-ci ildə Yaponiyada tamamlayacaqlar.

  • Avropada yoxa çıxan 5 minə yaxın qaçqının taleyi necə olub? – Miqrantlarla bağlı dəhşətli faktlar

    İnsanlar dünyanın müxtəlif yerlərindən müharibədən, aclıqdan, işsizlikdən qaçdıqca qlobal miqrasiya rekord səviyyəyə çatır. 2017-ci ildə dünyada 258 milyon beynəlxalq miqrant olub. BMT bunun əsrin əvvəlindən 49 faiz çox olduğunu bildirir.

    Amma bu kütləvi miqrasiyanın itkiləri də az deyil. On minlərlə adam səyahət zamanı ya həlak olurlar, ya da yoxa çıxırlar. Çoxları dənizdə batır, bəziləri səhralarda ölür, ya da insan qaçaqçılarının əlinə keçir. Dünyanın müxtəlif yerlərində isə məzarlıqlarda dəfn olunan kimsəsizlərin sayı az deyil.

    “Associated Press” agentliyi 2014-cü ildən bəri azı 56 min 800 miqrantın ya öldüyünü, ya da itkin düşdüyünü hesablayıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı indiyədək bir dəfə belə hesablama aparıb, oktyabrın 1-dək 28 min 500-dən çox miqrantın öldüyünü, yaxud itkin düşdüyünü üzə çıxarıb. AP-nin hesablaması isə bundan 2 dəfə çoxdur.

    Agentlik digər beynəlxalq qrupların informasiyasını toplayıb, ekspertiza, itkinlər, ölənlərlə bağlı sənədlərini istəyib, miqrantlarla minlərlə müsahibə aparıb.

    “AP-nin hesabladığı da azdır. Miqrantların cəsədləri səhra qumluqlarında, dənizin dibində qalır. Ailələr də çox vaxt yaxınlarının itkin düşməsi barədə məlumat vermirlər, çünki onların elədiyi qanunsuzdur, ya da evdən gedəndə konkret haraya yol aldıqlarını söyləməyiblər”, – agentlik yazır.

    Agentlik Avropada olan, ya da bu qitəyə üz tutmuş 4 min 900-dək adamın yoxa çıxdığını aşkarlayıb. Onların içində 2 min 700 uşaq var, ailələri Qırmızı Xaça məlumat veriblər.

    Hazırda həm Avropada, həm də Birləşmiş Ştatlarda siyasi cərəyan miqrantlara qarşı yönəlir. ABŞ hökuməti Mərkəzi Amerikadan gələn miqrant karvanını qarşılamağa hərbçilər göndərir. Agentlik miqrantlarla bağlı layihələrə ayrılan pulun da azaldığını yazır.

    “Məsələn, 2015-ci ilin aprelində İtaliya sahillərində gəmi qəzasında 800-dən çox adam həlak oldu. Bu, Avropanın miqrantlarla bağlı ən ağır dəniz faciəsi idi. O zaman İtaliya müstəntiqləri onların kimliyini müəyyənləşdirib ailələrinə təhvil verəcəkləridni dedilər. Hadisədən üç ildən çox keçir, amma yeni populist hökumət bu işə ayrılan maliyyəni kəsir”, – agentlik yazır.

  • Rusiyada azərbaycanlıları qanunsuz yolla sərhəddən keçirən dəstə ifşa olundu

    Rusiyada Federal Təhlükəsizlik Xidmətinin Bryanks vilayəti üzrə idarəsinin əməkdaşları xarici vətəndaşların Belarus ərazisindən Rusiyaya qansunsuz yolla keçidini təşkil edən beynəlxalq cinayətkar qrupu ifşa edib.

    Qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən 2 Rusiya vətəndaşı saxlanılıb.

    Məlumata əsasən onların köməyi ilə 2018-ci ilin aprel ayında Rusiyaya girişi qadağan edilmiş üç Azərbaycan vətəndaşı sərhədi qanunsuz yolla keçib. Həmin şəxslər Novozıbkovsk rayonunun Mamay qəsəbəsində saxlanılıblar.

    Onların bələdçilərinə qarşı cinayət işi açılıb. Məhkəmə cinayətkara 10 ay azadlıqdan məhrum etmə cəzası kəsib. Onlardan biri bundan başqa 100 min rubl (2573 manat) məbləğində cərimələnib. Çıxarılan qərar artıq qüvvəyə minib. //oxu.az

  • “Şəxsi həyatımdır, qarışmayın” – Fərda

    Aktyor Fərda Xudaverdiyev ikinci dəfə ailə qurması ilə bağlı sualları cavabsız qoyub.

    Median.az-ın məlumatına görə, aktyor ARB TV-nin “Show news” proqramına açıqlamasında bu haqda heç vaxt danışmayacağını bildirib. İlk həyat yoldaşının qalmaqallı açıqlamasından sonra isə Fərda olanlara belə münasibət bildirib:

    “Jurnalist dostlarıma toyumda belə dedim ki, kameraları evə qoyun. Bu qədər işin qabağında şəxsi həyatımdan danışılırsa, sizi də qınayıram. Bu mənim şəxsi həyatımdır. Şəxsi həyatımla bağlı mənə heç kim sual verməsin. Kimsə mənim 2-ci dəfə ailə qurduğumu görərsə, övladımla görərsə, yaxınlaşıb dost kimi soruşar. Şəxsi həyatımla əlləşən bəzi adamlara isə demək istəyirəm ki, gedin özünüzə iş tapın”.

    Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından keçən il boşanıb. Daha sonra ikinci dəfə ailə həyatı qurub. Onun 3-cü oğlu 6 ay əvvəl doğulub.

  • Gürcüstanda 716 nəfər qızılcaya yoluxub

    Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstliynə 716 yoluxma halı qeydə alınıb.

    Median.az “Report”a istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

    O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb:

    “Qızılcaya yoluxanların 52 faizini 20-40 yaşarası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır”.

    Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.

  • Xətaidə əl qumbarası tapıldı – Fotolar

    Yanvarın 26-da saat 12:35-də Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Xətai rayonundakı M.Hadi küçəsi 90 ünvanında bir əl qumbarasının tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı Şəhər Baş Polis İdarəsinin Xətai Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Qurumun mütəxəssisləri, Xətai Rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin FHN-in əməkdaşları ilə birlikdə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Qumbaranın ətrafı agentliyin mütəxəssisləri tərəfindən 200 kvadratmetr yerüstü, 150 kvadratmetr isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//qafqazinfo.az

  • В Баку мужчина обнаружил дома тела жены и троих малолетних детей

    Мать и трое малолетних детей задохнулись от угарного газа в Сураханском районе Баку.

    Об этом Sputnik Азербайджан сообщили в Управлении полиции указанного района.

    Трагедия произошла в поселке Бюлбюля 25 января. Вернувшийся с работы отец семейства обнаружил всех своих родных мертвыми. От угарного газа в ванной комнате погибли 29-летняя Эльнара Джафарова, их четырехлетний сын и дочери в возрасте двух и трех лет. По факту ведется расследование.
    В Хатаинском же районе за минувшие сутки от угарного газа задохнулся молодой мужчина. Как сообщили в Хатаинском РУП, жертвой несчастного случая стал 39-летний Садыгов Эмиль Ильхам оглу. Мужчина задохнулся в ванной комнате собственной квартиры рано утром 25 января. Прокуратура района выясняет обстоятельства смерти мужчины.

  • Azərbaycanda 100-dən çox qadın saçını bağışladı – Video

    Sevinc Məmmədova bir müddətdir “Saçım saçın olsun” aksiyası ilə kimyaterapiya qəbul edən xərçəng xəstələrinə yardım edir.

    O, Oxu.Az-a müsahibəsində deyib ki, bu layihə uğurlu olub və başladığı gündən 100-dən artıq xanım saçlarını bağışlamaq üçün müraciət edib.

    20 nəfərdən artıq xanım pariklə təmin olunub. Layihə rəhbəri müraciətlər çoxaldığı üçün parik hazırlamağa daha çox saç ustasına ehtiyac olduğunu deyir.

    Aksiyada könüllü iştirak edən saç ustası Mətanət Məmmədova isə bildirir ki, parikin hazırlanması incəlik və vaxt tələb edir. Buna görə də könüllü yardım etmək istəyən saç ustaları çox olsa, ehtiyacı olanların köməyinə daha tez çatmaq olar.

    Saç ustasının sözlərinə görə, layihədən sui-istifadə edənlər də var və bu halların qarşısını almaq üçün artıq xəstəlik kağızı tələb edirlər.

  • В России откроют музей тюремного быта

    В Екатеринбурге намерены открыть музей Федеральной службы исполнения наказаний.

    Как передает Median.az со ссылкой на РИА Новости, там будут представлены необычные предметы, изъятые у осужденных, а также восковые фигурки известных заключенных и прочие экспонаты.

    Открытие музея ориентировочно запланировано на 2019 год. Мероприятие приурочено к 140-летию уголовно-исполнительной системы, которое отмечается в этом году.

    Экспозиция будет постоянно меняться. Для пополнения коллекции музея Главное управление Федеральной службы исполнения наказаний планирует обратиться к ветеранам системы и призвать их приносить интересные предметы.

    Также в учреждении откроют сувенирный магазин. Там посетители смогут приобрести продукцию, изготавливаемую заключенными.