Month: January 2019

  • Бриллиант Дадашева станцевала oriental dance – ВИДЕО

    Народная артистка Бриллиант Дадашева вновь удивила своих поклонников в социальной сети.

    Как сообщает Median.az, певица поделилась видео, в котором она танцует oriental dance.

    Свое видео эстрадная певица подписала так: «Под песню композитора Мурада Арифа «Бриллианты» мы опять с девочками станцевали 50 раз».

    Отметим, до этого Бриллиант Дадашева публиковала видео со своей тренировки, которое также широко обсуждалось в социальных сетях.

  • Facebook haqqında ŞOK İDDİA: Mark Zukerberqin tələbə yoldaşı onu ifşa etdi

    “Facebook”un saxta hesablar problemini yanlış dəyərləndirdiyi və istifadəçilərinin 50%-nin gerçək olmadığı iddia edilir.

    Median.az xəbər verir ki, iddianın sahibi isə “Facebook”un qurucusu Mark Zukerbergin Harvard Üniversitetindən tələbə yoldaşı Aaron Qrenspandır (Aaron Greenspan).

    Müstəqil araşdırmaçılardan ibarət “PlainSite” adlı bir qrup 70 səhifəlik parort yayımlayaraq “Facebook´un qurucusu
    Mark Zukerbergin şirkətin yatırımçılarını aldatdığını bildirib.

    Aaron Qrenspanın liderlik etdiyi qrupun raportunda bildirilir ki, “Facebook” saxta hesablar problemi haqqında yatırımçılara əvvəldən bəri yalan söyləyir və bu səbəbdən də “Facebook” bir çox statistik rəqəmləri açıqlamağı dayandırıb. Çünki bu statistikalar bir-birlərinə
    zid gəlir və hətta uydurmadır.

    Qrupun açıqlamasında, “şirkət öz yaratdığına nəzarəti itirdi” ifadəsi işlədilir.

    Araşdırmaya görə gerçekmiş kimi hərəkət edən avtomatik saxta hesablar “Facebook”a reklam verənlərin boşuna pul xərcləməsinə
    səbəb olur.

    Bu avtomatik saxta hesablardan eyni zamanda yalan xəbər kampanyaları təşkil etmək və ya seçkilər kimi önəmli hadisələrdə istifadəçiləri yönləndirmək üçün istifadə edilir.//Baku.ws

  • Azərbaycanda 19 manata görə dəhşətli cinayət – Təfərrüat

    19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

    Median.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

    Məhkəmədə məlum olub ki, təqsirləndirilənlərdən Rahin Hüseynov həbsxanada və məhkəmə zalında digər şəxslərdən ayrı saxlanılır. Buna səbəb onun digərlərindən fərqli ifadə verməsi və aralarında mübahisə yaranmasıdır.

    28 yaşlı Rahin Hüseynov ifadəsinin əvvəlində ilk dəfədir cinayət törətdiyini deyib.

    O bildirib ki, digər şəxslərlə birlikdə yeyib-içiblər. Pul tapmaq üçün plan qurublar. Plana əsasən onlar quldurluq edəcəkmişlər.

    “Yenə pul lazım idi. Dedik ki, “razboy” edək. Birlikdə “Şamaxinka” tərəfə gəldik. Mən bir taksiyə yaxınlaşdım. Sumqayıta getməyə razılaşdıq. Mən qabaq oturacaqda əyləşdim. Sumqayıta çatanda cibimdən bıçaq çıxardım. Sürücüyə uzadıb pul verməsini tələb elədim. Amma o, söyüş söydü, mübahisə eləməyə başladıq. Məni yumruqla vuranda mən də onu bıçaqla vurdum”- deyən 27 yaşlı Rahin vurduğu bıçaqların sayını dəqiq xatırlamadığını deyib.

    O söyləyib ki, ən çox 5 bıçaq zərbəsi vurub. Hakim isə xatırladıb ki, ekspertiza rəyində mərhuma 28 bıçaq zərbəsi dəydiyi yazılıb.

    Bunu eşidən Rahin başını aşağı salıb və “digər zərbələri kim vurub” sualına cavab verməyib.

    Hakim isə ona xatırladıb ki, ötən məhkəmədə mərhuma 2-3 bıçaq zərbəsi vurduğunu deyibmiş.

    Ötən prosesdə qalan bıçaq zərbələrinin Şamilin vurduğunu deyən Rahin bu dəfə fikrini dəyişib. Hakim isə onun istintaqa verdiyi ifadəsini xatırladıb. Məlum olub ki, Rahin həmin ifadəsində qalan bıçaq zərbələrini Şamilin vurduğunu deyibmiş.

    Rahin həmin ifadəni təzyiqlərdən qorxaraq söylədiyini deyib.

    İfadəsinin sonunda Rahin qeyd edib ki, maşından düşəndə sürücünün planşetini, telefonunu və pulunu Şamil götürüb.

    Daha sonra məhkəmədə təqsirləndirilən Şamil Bayramov dindirilib.

    O deyib ki, birlikdə içki içdikdən sonra pullarının qurtardığını görüblər: “Pul lazım idi. Rahin dedi ki, gedək belə bir iş görək. Biz də razılaşdıq. Mənim də, Rahinin də bıçağı var idi. Taksidən düşəndə Rahin sürücüdən pul istədi. Onlar mübahisə edəndə sürücü Rahini vurdu. Sonra da məni vurdu. Mən də onu bıçaqla vurdum”.

    Hadisəni törədən zaman 17 yaşı olan Şamil də bıçaqların sayından xəbərsiz olduğunu deyib. Bildirib ki, maşından düşəndə sürücünün qan içində olduğunu görüb.

    Şamil bildirib ki, onlarla gedən Pərviz də arxa oturacaqda imiş. Amma heç nə etməyib: “Pərviz qorxmuşdu. Düşəndə dedi ki, təcili yardıma zəng edək. Amma Rahin icazə vermədi. Mən də qorxdum ki, tutularıq. Oradan qaçdıq”.

    Sürücünün pulunu və telefonlarını götürdüyünü deyən Şamil daha sonra başqa taksiyə mindiklərini söyləyib. Mərhum taksi sürücüsündən götürdükləri pulu sonradan mindikləri taksiyə ödəyiblər. Telefonlar isə Şamildə qalıb.

    Hadisəni törədən zaman 18 yaşının tamam olmadığını deyən Şamil bu işə onu Ruhinin sövq etdiyini deyib.

    Məhkəmədə təqsirləndirilən üçüncü şəxs Pərviz də dindirilib. 22 yaşlı Pərviz hadisə zamanı şokda olduğunu və belə bir cinayətdə iştirak etmək istəmədiyini söyləyib.

    Qeyd edib ki, əməlindən peşmandır.

    Məhkəmənin növbəti iclası yanvarın 28-nə təyin edilib.

    Xatırladaq ki, bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, hadisə bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş verib.

    Qəsəbə ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub.

    İstintaq hərəkətləri meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulublar.

    İlkin məlumata görə 3 nəfər taksi sürücüsünü qarət etmək üçün onun maşınına miniblər. Yolda maşını saxlatdıraraq sürücüdən pul tələb ediblər. Aralarında mübahisə yaranan zaman isə onu bıçaqlayaraq qətlə yetiriblər. Taksi sürücüsünün dibində olan 19 manatı götürərək hadisə yerindən qaçıblar.//musavat.com

  • В Баку полиция предотвратила незаконную акцию, много задержанных

    В субботу около 15:30 группа из 50-60 человек, нарушив требования закона Азербайджана “О свободе собраний”, собралась на улице Мирали Сеидова в Ясамальском районе и предприняла попытку провести шествие, сообщает Median.az со ссылкой на Trend.

    Они, допустив противозаконные действия, как привлечение внимания окружающих, создание страха, паники среди населения, нарушение прав граждан на отдых, продемонстрировали неподчинение сотрудникам полиции, находящимся на службе на данной территории.

    Благодаря превентивным мерам, оперативно принятым со стороны сотрудников полиции, было предотвращено незаконное уличное шествие, сопровождающееся нарушением общественного порядка. 15 задержанных участников акции были доставлены в управление полиции Ясамальского района, остальные удалены с территории.

    10 человек из задержанных на основе решения суда были арестованы в административном порядке, пятерым было сделано устное предупреждение, после чего они были отпущены на свободу.

  • FHN-dən ixtisar xəbərləri ilə bağlı rəsmi açıqlama

    Fövqəladə Hallar Nazirliyi geniş ixtisarların aparılması ilə bağlı KİV-də yayılan məlumatlar haqda açıqlama verib.

    Median.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatında deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.

    Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmamışdır.

    Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.

  • Lazer epilyasiyasının təhlükələri – Risklər və vacib prosedurlar

    Son zamanlar arzuolunmaz tükləri aradan qaldırmaq üçün lazer epilyasiyasından çox istifadə edilir. Əlbəttə ki, bu üsul ülgücdən dəfələrlə effektlidir və tüklərin get-gedə seyrələrək azalmasına səbəb olur.

    Lazer istifadəsi zamanı tükün folikulları yanır ki, bu də bədənin bəzi hissələrdə tüklərin tamamilə yoxa çıxmasına səbəb olur.

    Amma bu üsulun bəzi çatışmayan cəhətləri və riskləri də var.

    Median.az Medicina.az-a istinadən lazer epilyasıyasının mənfi tərəflərini təqdim edir:

    İlk əvvəl onu söyləmək lazımdır ki, bu işi kvalifikasiyalı mütəxəssislərə etibar etmək lazımdır. Əgər proseduru ilk dəfə etdirirsinizsə, o zaman kosmetoloqdan lazerin dəriyə təsirini test etməsini xahiş edin. Onu da nəzərə alın ki, epilyasiyadan 1-2 gün sonra yüngül yanıqlar almaq mümkündür.

    Əks təsirlərin bir çoxu nəzərə çarpılmayan və müvəqqəti xarakter daşıyır.

    Qızartı və qıcıqlanma

    Lazer epilyasıyası tük folikullarını zədələyir, bu zaman dəri qızarır, qıcıqlanır və şişir. Bəzi dermatoloqlar bu zaman yerli ağrıkəsicidən istifadə edirlər. Amma hər bir halda prosedurdan bir neçə saat sonra ağrı və qıcıqlanma hissi azalmalıdır.

    Qabıqlanma

    Bəzi şəxslərdə lazer edilmiş sahələrdə qabıqlanma müşahidə edilir. Bu kifayət qədər ciddi problemdir və nəzərə alınmalıdır. Əgər üstünə düşülməzsə o zaman çapıq toxumasının yaranmasına səbəb ola bilər. Buna görə də, prosedurdan sonra bir neçə gün müddətində nəmləndirici kremdən istifadə edilməlidir.

    Dərinin rənginin dəyişməsi

    Bəzən müştəri lazer edilmiş sahədə dərinin rənginin dəyişdiyini fərq edir. Aşıq rəngli dərisi olan insanlar qara dərili insanlara nisbətən daha çox bu problemlə üzləşirlər. Bu zaman dərini günəş şüalarından və istidən qorumaq lazımdır.

    Yanıq və suluqlar

    Lazer epilyasiyası zamanı yanıq və suluq yaranması riski böyükdür. Bu rposedurun düzgün edilmədiyindən xəbər verir. Yaxşı mütəxəssis bilir ki, prosedur zamanı soyuqlatma tədbirlərindən istifadə edilməlidir.

    Çapıqlar

    Çapıqlar lazer epilyası zamanı meydana gələn problemlərdən biridir. Bu hal lazer edən ustanın səhvi ucbatından yaranır. Həminin də pasiyent əgər öz dərsinə kifayət qədər yaxşı qulluq etmədikdə həmin nahiyədə çapıq meydana gələ bilər.

    İnfeksiya yaranma riski

    Prosedur zamanı dəriyə infeksiya düşməsi riski mövcuddur. Buna görə də işlənmiş nahiyə sağalana qədər ciddi şəkildə qulluq edilməlidir. Əgər nə isə problem meydana çıxarsa o zaman dermatoloqa müraciət etmək lazımdır.

  • İctimai asayişi pozmaq cəhdinin qarşısı alındı

    Yanvarın 26-da, saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

    Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.

    Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb Yasamal rayon polis idarəsinə gətirilmiş, digərləri ərazidən uzaqlaşdırılıb.

    Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb.//Publika.az

  • “On iki illik təhsilə keçməmək ciddi problemlərə səbəb olar”

    “Təhsil müddətinin uzun olması heç də onun keyfiyyətinə təsir etmir. Apardığımız sorğular nəticəsində aydın olur ki, təhsil səviyyəsinə görə, Sinqapur liderdir. Amma burada orta təhsil müddəti o qədər də yüksək deyil. Bu, bir daha onu göstərir ki, təhsilin müddəti heç də onun keyfiyyəti ilə düz mütənasib deyil”.

    Bu barədə ötən günlərdə Dünya Bankının rəsmisi Harri Patrinos açıqlama vermişdi. O bildirmişdi ki, bu baxımdan təhsil müddətini onun keyfiyyəti ilə uyğunlaşdırmaq lazımdır.

    Təklifi Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Etibar Əliyev deyib ki, Dünya Bankının ekspertləri təhsilin müddəti ilə bağlı müxtəlif tədqiqatlar aparırlar: “Azərbaycanda orta məktəblərdə tətbiq edilən kurikulumlar (təhsil proqramları) Dünya Bankının layihəsi əsasında hazırlanıb. Həmin kurikulumlar 11 illik orta təhsil üçün nəzərdə tutulub”.

    “Təhsilin müddətinin onun keyfiyyətinə təsiri ilə bağlı fikrə birmənalı yanaşmaq olmaz. Hazırda 100-dən çox ölkədə orta təhsil 12 illikdir. Bir sıra ölkələrdə, xüsusilə orta təhsil sisteminin çox inkişaf etdiyi Almaniyada orta təhsil 13 illikdir. Sinqapurda isə orta təhsil 10 illikdir. Yəni Almaniya nümunəsini Sinqapur nümunəsi ilə müqayisə edə bilərik” – Əliyev bildirib.


    Onun sözlərinə görə, orta təhsilə verilən müddət kurikulumların müasir cəmiyyətin tələblərinə cavab verməsi ilə sıx bağlıdır: “Kurikulumlar dünyada baş verən çağırışlara cavab verməlidir. Bizim kurikulumlarda qeyri-müəyyənlik olduğuna görə 11 illik təhsilin keyfiyyəti ilə bağlı proqnoz verə bilmirik. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş 12 illik təhsilə mərhələli keçid artıq həyata keçirilməlidir”.

    “Təhlillər zamanı 12 illik orta təhsilin kifayət qədər effektini görürük. 12 illik orta təhsilə keçmək vacibdir. Nə qədər rasional kurikulumlar yazılacaqsa, bir o qədər təhsilin müddətinin keyfiyyətə təsiri də açıq şəkildə görünəcək. Bu, birmənalı şəkildə mütəxəssislərin hazırladıqları kurikulumların çevikliyi və keyfiyyətindən asılıdır” – deyə ekspert qeyd edib.


    Digər təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a şərhində bildirib ki, təhsilin müddəti tədris yükünün paylanmasına xidmət edir: “Hazırda 100-dən çox ölkədə orta təhsil 12 illikdir. Azərbaycanı bunlarla eyniləşdirə bilmərik. Təbii ki, müddətin uzun olması əmək bazarına bir az passiv şəxslərin daxil olmasına gətirib çıxarır”.

    Müsahibimizin sözlərinə görə, təhsilin keyfiyyəti dedikdə, ilk növbədə təhsilin istehsalatı, yəni əmək bazarına buraxdığı kadrların keyfiyyət göstəricisi nəzərə alınır: “Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsinin 164 min tələbəsinin 42 faizi əmək bazarına işçi olaraq daxil ola bilir. 58 faizinin isə keyfiyyət göstəricisi aşağı olduğuna görə əmək bazarına daxil ola bilmir”.

    “Azərbaycanda orta təhsil müddətinin uzun olması ağır tədris proqramının paylanmasına gətirib çıxaracaq və keyfiyyəti daha da artıracaq. Hazırda ağır tədris yükünü qısa müddətdə aparmaq effektiv nəticə vermir. Amma təhsilin müddəti uzansa, tədris yükünü paylamaq mümkün olacaq, tədris yükü azalacaq və daha yaxşı nəticə əldə etmək olacaq” – deyə K.Əsədov vurğulayıb.

    Ekspertin fikrincə, hazırda Azərbaycan üçün ən optimal variant 12 illik orta təhsildir: “Çünki ibtidai siniflərdə tədris yükü olduqca ağırdır və şagirdlər yorulurlar. Azərbaycanda təhsil müddətinin artırılması ciddi şəkildə keyfiyyət artımına gətirib çıxara bilər”.

  • Bakıda avtobus piyadanı vuraraq öldürdü

    Bakıda avtobus piyadanı vurub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

    Xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

    Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.//Yenicag.az

  • Bloomberg узнал сумму долгов владельца Gucci

    Задолженность французского холдинга Kering, который владеет модным домом Gucci, составила $1,6 млрд. Об этом сообщает агентство Bloomberg со ссылкой на итоги аудита деятельности компании, передает Median.az со ссылкой на Gazeta.ru.

    Как отмечается, итальянские власти открыли расследование в отношении холдинга еще в 2017 году. Аналитики полагают, что по результатам проверки Kering придется заплатить от €1,3 млрд до €2 млрд.

    Уточняется, что аудиторский отчет будет изучать итальянское налоговое ведомство, которое по ее итогам объявит свое решение относительно долгов компании.