Month: February 2019

  • Orta məktəbdə oldu, kilsədə şam yandırdı – Gürcüstan prezidenti Qaxda

    Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Zurabişvilinin Zaqatala Beynəlxalq Hava Limanında Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

    Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

    Gürcüstan Prezidenti Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub. Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib. Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.

    Zurabişvili daha sonra Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.

    Prezident kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.

    Zurabişvili, həmçinin Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.

  • Minsk-Bakı marşrutu ilə konteyner qatarı işə düşə bilər

    Belarus Azərbaycan və Rusiya ilə birgə Minsk-Bakı marşrutu ilə konteyner qatarının buraxılması üzərində işləyir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə “Belarus dəmir yolları” şirkəti bildirib.

    Məlumatda qeyd olunur ki, şirkətin 2019-cu il üçün planları arasında əsas yeri Belarus müəssisələrinin məhsullarının ixracının artması üçün yeni layihələrin reallaşdırılması tutur:

    “Bu məqsədlə “Şimal-Cənub” dəhlizinin inkişafı üçün “Belarus dəmir yolları” “Rusiya dəmir yolları” və “Azərbaycan dəmir yolları” ilə birgə Minsk-Bakı marşrutu ilə konteyner qatarının buraxılması layihəsi üzərində işləyir”.

    Qeyd olunur ki, bu layihə yüklərin daşınma müddətini 7 günədək azaltmağa və Belarusda istehsal olunan məhsulların Azərbaycana rəqabətqabiliyyətli tariflərlə çatdırılmasına imkan yaradacaq.

  • Вредит ли музыка креативности?

    Музыка может помешать человеку справиться с творческим заданием. А вот “библиотечный шум” никак не сказывается на креативности. Как передает Median.Az со ссылкой на Вести.ru, к такому необычному выводу пришла международная группа учёных.

    Если спросить людей, помогает ли им музыка настроиться на выполнение творческого задания, то они почти наверняка разделятся на две группы и будут приводить самые разные аргументы за и против.

    В рамках недавней работы специалисты захотели найти ответ на вызывающий разногласия вопрос и исследовать влияние фоновой музыки на выполнение творческих заданий.

    Они пригласили принять участие в нескольких экспериментах группу людей. Как отмечают исследователи, все добровольцы говорили на английском языке (он являлся для них родным), и у них не было проблем со слухом или зрением.

    Всего было проведено три эксперимента, в ходе которых испытуемые выполняли несколько задач, которые, как считается, требуют креативного подхода.

    Например, человеку показывали набор из трёх слов, такие как “платье”, “круговая шкала”, “цветок” (dress, dial, flower), и просили найти связующее слово, которое можно соединить со всеми имеющимися тремя словами, чтобы в итоге получились новые слова. В данном примере – это “солнце” (sun), в результате у участников получись такие слова: “сарафан”, “солнечные часы” и “подсолнух” (sundress, sundial и sunflower).

    Во время каждого теста участников просили выполнять упражнения сначала в спокойной обстановке, а затем включали музыку или запись фоновых шумов, которые порой окружают человека.

    В первом эксперименте испытуемым приходилось справляться с заданиями, слушая испаноязычные песни, то есть они не понимали смысл композиций.

    Во втором эксперименте участникам проигрывали инструментальную музыку без слов, а в третьем – песни на английском языке, то есть понятные им.

    В ходе последнего эксперимента участники подвергались воздействию “библиотечного шума”. Так авторы работы назвали записи шума ксерокса, шелест бумаги и неразборчивую речь людей, находящихся на отдалении.

    В результате оказалось, что творческая результативность значительно снизилась при прослушивании музыки в сравнении с периодами тишины (во всех трёх экспериментах с музыкой).

    “Мы нашли убедительные доказательства того, что результативность выполнения заданий ухудшается, если играет музыка”, – говорит доктор Нил МакЛатчи (Neil McLatchie) из Ланкастерского университета.

    Даже когда сами участники заявляли об улучшении настроения на фоне музыки, она всё равно мешала их креативности.

    Что интересно, библиотечный шум не оказывал никакого существенного влияния на творческое мышление. Как считают авторы работы, причина в том, что такого рода шум естественен для жизни человека, чего нельзя сказать о музыкальных композициях.

    Предполагается, что изменчивость музыки может влиять на результативность выполнения задачи, поскольку она мешает вербальной рабочей памяти.

    Проще говоря, результаты исследования противоречат популярному мнению о том, что музыка улучшает способности человека к творчеству.

    Как пишут авторы работы, исследование показывает, что музыка, независимо от семантического содержания (без текста вовсе, со знакомыми словами или текстами на иностранном языке), мешает выполнению творческого задания.

    Научная статья по итогам работы опубликована в издании Applied Cognitive Psychology.

    Возможно, музыка и мешает выполнить креативное задание, однако она, как показали более ранние исследования, положительно влияет на память пожилых людей. Более того, уроки музыки развивают языковые способности детей лучше, чем чтение.

  • İdman geyimləri şirkətindən hicablı qadınlara XÜSUSİ TƏKLİF – FOTO

    Fransanın məşhur idman brendi mart ayında qaçış üçün xüsusi hicablar istehsal edəcək.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Aqnes Buzin bu təşəbbüsü kəskin qarşılayıb. Buzin RTL televiziya kanalına verdiyi müsahibədə bildirib ki, hicablı qaçış formalarını “Decathlon” brendinin stendlərində görmək istəmir.

    Xarırladaq ki, bu formalar müsəlman qadınların idman vaxtı rahatlığını təmin etmək üçün nəzərdə tutulub. Nazir isə deyir ki, doğrudur qanun bu geyimlərin satışına heç bir qadağa qoymur. Amma mən düşünürəm ki, bu hal ölkəmizin mədəniyyətinə, yaşam tərzinə ziddir. Mənə görə qadın da, kişi də eyni hüquqa malikdirlər. Siyasi xadim Düpon Enyansa brendin bu ideyasını boykot etməyə səsləyib. Doğrudur bu məhsul öncə yalnız Mərakeş üçün nəzərdə tutulmuşdu. Sonradan Fransada istifadəsinə də qərar verildi. Brend rəhbərliyi isə niyyətlərinin məsum olduğunu, və dinindən, dilindən fərqli olmayaraq bütün qadınlara rahatlıq bəxş etmək istədiklərini vurğulayıb. Bütün izahata baxmayaraq ölkədə “qaçan pərdə” mövzusu səngimir.

  • В Геранбое задержали дилера с героином

    По подозрению в незаконном обороте наркотиков задержан 52-летний житель Геранбойского района, ранее судимый Рауф Нифталиев.

    Об этом говорится в сообщении Гянджинской региональной группы пресс-службы МВД Азербайджана.

    При нем было обнаружено и изъято 4,4 грамма героина.

    В ходе предварительного допроса Р.Нифталиев сказал, что страдает от наркозависимости.

    Задержанный передан следствию, вещественные доказательства направлены на экспертизу.

    По факту продолжается расследование.

  • Miqrant qadınların 71 faizi insan alverinin qurbanına çevrilir – BMT-dən tükürpədən STATİSTİKA

    BMT Baş Assambleyasının prezidenti Maria Fernanda Espinosa təşkilatın Nyu-Yorkdakı baş qərargahında keçirilən ilin ilk dayanıqlı inkişaf problemlərinə həsr olunmuş toplantısında bildirib ki, miqrant qadınların 71 faizi insan alverinin qurbanına çevrilir.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, onun sözlərinə görə, dövlətlər və beynəlxalq təşkilatlar əsasın Avropa ölkələrinə axın edən bu insanların potensial imkanlarından səmərəli istifadə etməklə onların cəmiyyətlərə faydalı olmasını təmin edə bilərlər.

    M.F.Espinosa əlavə edib ki, hazırda miqrantların 85 faizi yerləşdikləri ölkələrdə əmək fəaliyyətinə cəlb olunub və bu, onların həmin dövlətlərə faydalı olacağının göstəricisidir. O vurğulayıb ki, hökumətlərin miqrasiya prosesini birgə səylərlə tənzimləməsi və bu kateqoriyadan olan uşaqların təhsilə cəlb olunması dünyada yoxsulluğun azalmasına, cinayətkarlığın və münaqişələrin qarşısının alınmasına kömək edəcək.

    BMT-nin dayanıqlı inkişaf hədəfləri üzrə əsas müzakirələr cari ilin sentyabrında Baş Assambleyanın növbəti sessiyasında dövlət və hökumət başçılarının iştirakı ilə aparılacaq.

  • “Xudafərin” su bəndinin tikintisi üzrə işlərin 95%-i başa çatıb – FOTO

    Energetika Nazirliyində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindən olan üzvlərinin iştirakı ilə iclas keçirilib.

    Median.Az bildirir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin cari vəziyyəti, növbəti addımlar və bu işə məsul qurumların öhdəlikləri müzakirə edilib.

    Komissiyanın həmsədri, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, bu sazişin icrası strateji əhəmiyyət daşıyır. Ona görə də işlərin sürətləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi vacibdir.

    “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi ilə bağlı işçi qrupun gördüyü işlərə dair məruzələr dinlənilib. Bildirilib ki, “Xudafərin” su bəndinin tikinti üzrə işlərin 95%-i başa çatıb, “Qız Qalası” üzrə də tikinti prosesinin isə gələn il tamamlanması gözlənilir.

    Qeyd edək ki, Birgə Texniki Komissiyanın tərkibinə Müdafiə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Maliyyə, Mədəniyyət Nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Meliorasiya və Su Təsərrüfatı, “Azərenerji”, “Azərişıq” ASC-lərin nümayəndələri daxildir.

  • Sumqayıtda namus davası: Ərinə yox, gəzdiyi kişiyə kömək etdi – Şok təfərrüat

    Sumqayıt şəhərində namus üstündə cinayət törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Əli Məmmədovun (ad və soyadlar şərtidir – red.) məhkəməsi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Əmrah Məmmədov əvvəllər dəfələrlə Əliyə mesajlar göndərib və ona arvadı Vəfa ilə intim münasibətdə olduğunu deyib.

    “Vəfa sənin yanındadır, ya mənim – fərqi yoxdur”

    Əmrah 1 aprel 2018-ci il tarixdə, saat 23 radələrində Əliyə təkrar zəng edib. Vəfanın ərinin və ya onun yanında olmasının heç bir fərqi olmadığını deyib. Əlinin şərəf və ləyaqətini təhqir edən ifadələr işlədib.

    Bu səbəbdən onların arasında mübahisə düşüb.

    Əmrah mübahisəni həll etmək üçün Əlini özünün yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində olan fərdi yaşayış evinin qarşısına çağırıb. Çağırılan yerə bir qədər sərxoş vəziyyətdə gələn Əli qisas almaq məqsədi ilə Əmrahı öldürməyi qərarlaşdırıb.

    Əli evdə mətbəx bıçağını götürərək küçəyə çıxıb, ona mane olmağa çalışan arvadını kənara itələyərək küçədə Əmraha yaxınlaşıb. Bıçaqla Əlinin ürək nahiyəsinə üç zərbə vurub. Bundan ürəyi soyumayan Əli Əmraha daha bir bıçaq zərbəsi vurub.

    Bundan sonra da Əmrahı vurmaq istəyib. Bu vaxt Əmrah daşla onun alın nahiyəsindən vurub.

    Qadın ərinə yox, gəzdiyi kişiyə kömək etdi

    Dava zamanı Vəfa Əlinin bıçaq olan əlindən tutub. Bundan istifadə edən Əmrah Əlinin əlindəki bıçağın tiyəsini qıraraq kənara tullayıb. Hadisə yerinə gəlmiş atası Mətin və digərləri Əmrahı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Tibbi xidmət nəticəsində onun həyatını xilas etmək mümkün olub.

    İstintaq orqanı tərəfindən Əli Məmmədov barəsində 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli Məmmədov bildirib ki, evdə Vəfa ilə olan mübahisələr zamanı arvadını döyüb: “Qonşuluqda yaşayan Əmrah mənə zəng vuraraq təhqir etdi, Vəfanı nə üçün döydüyümü soruşdu. Əmhardan ailə məsələlərimə qarışmamasını tələb etdim. O, arvadımla cinsi əlaqədə olduğunu bildirdi”.

    “Ailəmizdən əl çəkmədi”

    Təqsirləndirilən şəxs qeyd edib ki, o, evdə Vəfa ilə mübahisə edən kimi Əmrah ona ya “SMS” yazıb, ya da zəng edib: “Əmrah məni namussuzluqda suçlayır, arvadımla cinsi əlaqədə olduğunu təkrar-təkrar deyirdi. Hətta Əmrahgilin evlərinə gedib valideynlərinə şikayət etdim, onun ailəmizdən əl çəkməsini istədim.

    Əmrah öz hərəkətlərindən geri durmadı, yenə də zəng vurub, mənə təhqirlər yağdırdı”.

    Əli Məmmədovun sözlərinə görə, aprelin 1-də qonşusu Vüqarla araq içib, saat 23 radələrində evə qayıdıb: “Vəfa ilə qohumunun aprelin 5-nə təyin edilmiş toy məclisini müzakirə etdik. Əmrahın hərəkətlərindən sonra Vəfa ilə aramızda soyuqluq yaranmışdı.

    Bu səbəbdən Əmrah mesaj yazaraq mənim evdən çıxmadığımı bildirdikdə Vəfanın yenə ona aramızdakı problemlər barədə məlumat verdiyini ehtimal etdim. Daha dözmədim. Əmrah ailəmin bütün işlərinə qarışırdı.

    Vəfa ilə aramızda mübahisə olan kimi Əmrah zəng vurur, mesaj yazaraq məni təhqir edir, namusumu alçaldırdı. Növbəti mesajı oxuduqdan sonra evdən çıxdım, həyət qapısına çatmamış mətbəxdən bıçaq götürmək üçün geri qayıtdım. Çünki Əmrahın ailəmdən əl çəkməyəcəyini başa düşmüşdüm. Həmin vaxt əsəbləşdim və Əmrahı öldürmək istədim”.

    “Gözlərim qaraldı, daha bir neçə bıçaq vurdum”

    Əli Məmmədov qeyd edib ki, evin mətbəxinə girib, oradan bıçaq götürərək çıxıb: “Bu zaman Vəfa qarşımı kəsərək getməyə qoymadı. Həyətdə Vəfanı itələdim, yerə yıxıldı. Əmrah üstümə gəldi, mən də ona tərəf addımladım. Ona çataraq ürək tərəfinə bıçaqla zərbə vurdum. Əmrah da əlində olan daşla başıma vurdu. Zərbədən gözlərim qaraldı və Əmraha daha bir neçə bıçaq zərbəsi endirdim.

    Bu vaxt Vəfa ilə Əmrah məni yerə yıxdılar. Mən yerdə olanda Əmrahın başı tərəfə, təxminən burun nahiyəsinə daha bir bıçaq zərbəsi vurdum. Əmrah boynumu sıxaraq məni boğmağa başladı”.

    Əli Məmmədov qeyd edib ki, Əmrahı bıçaqla bir daha vurmaq istəyib: “Vəfa əlimi tutdu, Əmrah bıçağın tiyəsini tutaraq qırdı və kənara atdı. Sonra ayağa qalxmamağım üçün Vəfa məni tutub saxladı. Ayağa qalxdıqdan sonra Əmrahla yenə biri-birimizin üstünə getdik.

    Əmrahın atası Mətin gələrək əlindəki taxta ilə burnuma vurdu və həmin taxta qırıldı. Bundan sonra qaynanam Sevinc və baldızım Vəsilə məni öz həyətimizə saldı. Polis gəldi, məni həkimə apardılar”.

    “750 manat pulu mənim vasitəmlə verdi”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əmrah Məmmədov qeyd edib ki, Əli təxminən 2012-ci il tarixdən Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində onların qonşuluğunda torpaq sahəsi alaraq özünə ev tikdirib: “Əli və ailəsi ilə münasibətlərim baş vermiş hadisəyədək normal olsa da, sonuncu ilə aramızda xırda mübahisələr olub.

    Təxminən 2016-cı ilin əvvəllərində Əli avtomobil almaq üçün kömək etməyimi istədi. Tanışımın satdığı VAZ 2109 markalı avtomobilin pulunu Əlinin hissə-hissə ödəyəcəyi barədə razılaşdım. Əli 750 manat pulu avtomobilin sahibinə mənim vasitəmlə verdi. Lakin sonradan onların alveri alınmadığına görə Əli pulu məndən tələb etdi. Ona pulu qaytaracağıma söz verdim, hətta hərbi xidmətdə olduğum dövrdə Əliyə həmin pulun 500 manatını ödədim”.

    Əmrah Məmmədovun sözlərinə görə, aprelin 1-də, günorta saatlarında Əli ilə məhəllədə görüşən zaman sonuncu axşam yeyib-içmək üçün pul lazım olacağını bildirib: “Həmin gün gecə saat 23:00-da evə gələndə Əliyə mesaj yazaraq evin yaxınlığında olduğumu və danışmaq üçün bayıra çıxmasını istədim.

    Əli həyat yoldaşı Vəfanın yanında olduğu üçün bayıra çıxa bilməyəcəyini dedi. Bildirdim ki, Vəfanın mənim və ya onun yanında olmasının heç bir fərqi yoxdur. Ondan beş dəqiqəlik çölə çıxmasını tələb etdim. Təxminən 3-4 dəqiqə sonra Əlinin evi tərəfdən səs-küy gəldiyini eşitdim, həmin tərəfə getdim. Əlinin Vəfanın həyətlərinin qapısı qarşısında döydüyünü gördüm, qaçaraq onlara çatdım”.

    Əmrah Məmmədov qeyd edib ki, Əli Vəfanı kənara itələyib və onu bıçaqla bir neçə dəfə vurub: “Əvvəlcə nə baş verdiyini anlamadım. Sonra Vəfa ilə birlikdə Əlini yerə yıxaraq onun üstünə çıxdım. Bu vaxt Əli bıçaqla burun nahiyəmə daha bir zərbə endirdi. Vəfa Əlinin əlini tutdu. Mən isə əlimin altında olan daş parçasını götürərək Əlinin başına vurdum və bıçağın tiyəsini qırıb kənara atdım.

    Bu vaxt qonşumuz Şaiq avtomobilini işə saldı. Vəfaya “Şaiqi çağır” dedim.

    Vəfa Əlini buraxdıqda o, məni üstündən atdı və üzərimə çıxdı. Vəfa yenə qayıdaraq Əlini itələyib kənara atdı”.

    “Məni xəstəxanaya apardılar”

    Əmrah Məmmədovun sözlərinə görə, həmin vaxt Əli qışqıraraq gözünün görmədiyini söyləyib: “Ayağa durdum, bir qədər kənarlaşaraq atama zəng etdim. Atam anam Nazlı ilə özlərini ora çatdırdı. Onlar Əlinin qarşısına keçdi. Əli əlindəki taxta ilə anama da xəsarət yetirdi.

    Atamgil məni qohumumuz Natiqin avtomobili ilə təcili tibbi yardıma, oradan isə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına apardılar”.

    Əmrah Məmmədov bildirib ki, 2016-cı ilin iyul ayından Əlinin arvadı Vəfa ilə yaxın münasibətdə olub. O, təqsirləndirilən şəxslə barışıb və onun Əliyə qarşı heç bir şikayəti yoxdur.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

    Qətlə cəhd, yoxsa əxlaqsızlıq zorakılığı

    Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib.

    O, əməlinin Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, işin yenidən araşdırılması üçün əlavə ibtidai istintaqa qaytarılmasını istəyib.

    Əli Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

    Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Şikayət təmin olunmayıb.

  • Умер брат экс-президента США

    Эдвард Никсон, младший брат 37-го президента США Ричарда Никсона, умер в возрасте 88 лет. Об этом, как передает Median.Az со ссылкой на Gazeta.ru, сообщает AP.

    По информации Фонда Ричарда Никсона, он скончался в среду, 27 февраля, в медицинском учреждении Ботелла в штате Вашингтон.

    Как отмечается, Эдвард Никсон принимал деятельное участие в президентских кампаниях своего брата в 1968 и 1972 годах. Подчеркивается, что Эдвард Никсон “стойко защищал оставленное его братом наследие Белого дома”.

  • Atakamada elmə məlum olmayan canlılar aşkarlandı

    Marsın eksperimental “Zoe” rover aparatı Çilinin Atakama səhrasında ekstremal quraq iqlim şəraitində sağ qala bilən torpaq bakteriyalarını aşkarlayıb. Onlardan bəziləri elmə məlum deyil.

    Bu barədə “Science Alert” nəşri məlumat yayıb.

    Yel Universitetinin kollecindən olan bioloq Stiven Poyntinqin (Stephen PointinG) sözlərinə görə, avtonom rover aparatı ən əlverişsiz şəraiti olan mühitdə torpaq səthində həyat əlamətləri axtarıb tapmağa qadir olduğunu sübuta yetirib.

    Atakama səhrası dünyanın ən quraq məkanı hesab olunur. Meteostansiyalar onun bəzi ərazilərində bir əsrdən çox yağıntı qeydə almayıb.

    Məlumata görə, Mars roveri səhrada 80 santimetr dərinliyə malik dəlik qazaraq, 90 nümunə götürüb və onların bəzilərində mikroorqanizmlərin olduğunu müəyyən edib. Dərinliyin artması ilə daha duzlu şəraitə uyğunlaşa bilən bakteriyalar üstünlük təşkil edib.

    Qazıntının dibində isə onları sağ qalmaq üçün metan qazından yararlanan təkhüceyrəli orqanizmlər əvəz edib. Ümimilikdə üç qrup təkhüceyrəli canlılar üzə çıxıb – “Chloroflexi”, “Actinobacteria” və “Alphaproteobacteria”.

    Atakamada bu mikroorqanizmlərin aşkarlanması Qırmızı planetdə (Marsda – red.) həyat əlamətlərinin aşkarlanması ehtimalını artırmış olur. Ancaq tədqiqatçılar Marsda şəraitin Atakamadakından daha ekstremal olduğuna əmindir.