Month: February 2019

  • Azərbaycan və Rusiya birgə avtomobil zavodu açır

    Fevralın 8-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

    Median.Az xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədində Azərbaycan və Rusiya nümayəndə heyətləri “Yaraq-Qazmalar” sərhəd-buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək.

    Bu layihələr Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq.

    Fevralın 9-da isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq.

  • Bakıda zəlzələnin hiss olunduğu ərazilər açıqlanıb

    Bakıda elə yaşayış binaları var ki, bir hissəsində zəlzələ 8, digər hissəsində isə 9 bal gücündə hiss oluna bilər.

    Bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat konfransında deyib.

    “Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli olur”, – deyə o bildirib.

    Qurban Yetirmişdi qeyd edib ki, ötən gecə baş verən zəlzələ Bakıda da hiss olunub:

    “Yeraltı təkanlar Xətai, Nəsimi, Yasamal rayonlarında yüksək mərtəbəli binalarda hiss olunub”.

  • Azərbaycandan beş milyard manat çıxaran şəxs: Taksi sürücüsü idim

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    Median.Az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama münasibət bildirən R.Vəliyev və M.Əliyev özlərini təqsirli bilməyiblər.

    Sonra Rüfət Vəliyev sərbəst ifadə verərək, taksi sürücüsü kimi fəaliyyət göstərən zaman müştərisi olan Türkiyə vətəndaşı Əlican adlı müştəri ilə tanış olub.

    Onun sözlərinə görə, sonradan bu şəxsin sürücüsü kimi 700 manat məbləğində məvaciblə razılaşaraq işləməyə başlayan. R.Vəliyev onu da deyib ki, Əlican iş adamı kimi “Karqo” işlədirdi və ona müəyyən məbləğdə pulları ayrı-ayrı bank hesablarına köçürməyi tapşırmışdı.

    Hakim deyib ki, R.Vəliyev bir gündə bir banka nağd şəkildə altı milyon manat pul gətirib. Hakim bu pulların hansı şəkildə əldə edildiyini təqsirləndirilən şəxsdən soruşub.

    R.Vəliyev deyib ki, bu pullar iş adamı kimi Əlicana məxsus olub və pulun mənbəyini bilməyib.

    Hakim xatırladıb ki, pulların köçürülməsi Rüfət Vəliyevin adına, doqquz firmada rəsmiləşdirilib. Bu firmaların əvvəlki sahiblərinin kim olduğu sualına R.Vəliyev “adlarını xatırlamıram, tanışlarım idi”, – deyə cavab verib:

    “Mən gedib ancaq sənədlərə qol çəkirdim. Başqa heç nə bilmirəm. Pulun hansı sənədə əsasən xaricə köçürüldüyünü bilmirəm. Ancaq Malik Əliyev pulları bank hesablarına köçürməyə kömək edirdi”.

    Proses fevralın 13-də davam etdiriləcək.

    İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

    R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

    M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb.

    Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

    Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

    Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

    Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.

    Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.//oxu.az

  • В Гяндже построят новый дом для пострадавших от взрыва

    Президент Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по улучшению жилищно-бытовых условий населения в городе Гянджа.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Согласно документу, в целях улучшения жилищно-бытовых условий жильцов дома, понесших ущерб в результате взрыва, Исполнительной власти города Гянджи выделено 3,7 млн манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме.

  • Gəncədə partlayış zamanı ziyan çəkmiş sakinlər üçün yeni bina tikiləcək

    Prezident İlham Əliyev Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sənədə əsasən, Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • В Азербайджане создается новый аналитический центр

    Президент Ильхам Алиев подписал указ о создании Центра анализа международных отношений.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Согласно документу, цель создания Центра – расширение исследований по направлениям внешней политики, представляющих значимость для национальных интересов страны, совершенствование всесторонней аналитической работы по происходящим в мире процессам, расширение круга деятельности по доведению до внимания международной общественности внешнеполитических приоритетов Азербайджана, в частности, информацию об армяно-азербайджанском нагорно-карабахском конфликте.

    Администрации президента, Кабмину и Минюсту даны соответствующие поручения.

  • Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılır

    Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Bildirilir ki, Mərkəzin yaradılmasında məqsəd xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaqdır.

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.

    Fərmanda Prezident Administrasiyasına Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

  • Задержан мужчина, совершивший убийство и разбой в России

    Как сообщает Median.Az, сотрудники Главного управления охраны и Главного управления опеативно-статистической информации МВД задержали М.Абдуллаева, находящегося в розыске по статье 105 (умышленное убийство) и 162 (разбой) УК Российской Федерации.

    М.Абдуллаев передан в Главное управление полиции (ГУП) г.Гянджа.

    Ведется расследование.

  • Azərbaycanda Rusiyada qətl və quldurluq törədən şəxs tutulub

    Median.Az xəbər verir ki, DİN Baş Mühafizə İdarəsi və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən RF CM-nin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan M.Abdullayev saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verilib.

    Araşdırma aparılır.

  • Двое ведущих получили госдолжности

    В Министерстве труда и социальной защиты населения произошли кадровые назначения.

    Об этом руководитель пресс-службы министерства Фазиль Талыблы сообщил на своей странице Facebook.

    Согласно информации, на должность пресс-секретаря Госагентства DOST назначен Шахин Алиев, проработавший ранее в AzTV, Lider TV, ARB TV и ATV, известный, как телеведущий и автор ряда телепроектов.

    Ведущая ATV Эсмер Неджмеддингызы назначена на должность главы пресс-службы Государственной службы занятости.