Month: February 2019

  • Nazirlikdə iki aparıcıya vəzifə verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni təyinatlar olub.

    Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz “Facebook” səhifəsində məlumat yayıb.

    Məlumata əsasən, nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev təyin edilib.

    ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı isə Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə təyinat alıb.

  • В Билясуваре за совершение краж задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники Билясуварского РОП в результате оперативно-розыскных мер задержали жителя района А.Мамедли, который 27-го января украл из частного дома 560 манатов.

    Кроме этого, сотрудники РОП задержали двух несовершенолетних жителей района, которые украли с дворового участка 9 голубей и ремонтные инструменты. В ходе расследования выяснилось, что они украли из одного маркета деньги, продукты, телефонные карты и сигареты.

    В ходе еще одной операции сотрудники РОП задержали жителя города, ранее судимого А.Алиева, который похитил с дворового участка
    8 овец.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Biləsuvarda oğurluğa görə 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də evlərin birindən 560 manat pul oğurlayan rayon sakini Ə.Məmmədli saxlanılıb.

    Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən həyətyanı sahələrin birindən 9 göyərçin və təmir-tikinti alətlərini oğurlayan rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Araşdırma zamanı onların, 2 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları və tütün məmulatı oğurlamaları müəyyən edilib.

    Daha bir əməliyyat tədbiri nəticəsində RPŞ-nin əməkdaşları həyətyanı sahələrin birindən 8 baş qoyun oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyevi saxlayıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • В Азербайджане могут активизироваться вулканы

    После вчерашнего землетрясения может быть зафиксирована вулканическая активность в Шамахы и Гобустане.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на пресс-конференции сказал директор Республиканского центра сейсмологической службы Национальной академии наук Азербайджана Гурбан Етирмишли.

    По его словам, подземные толчки также связаны с вулканическими процессами:

    «В настоящее время исследуется связь землетрясения с грязевыми вулканами. Практика показывает, что извержение происходит после землетрясения в районах вблизи вулканов».

    Г. Етирмишли отметил, что извержение в основном происходит через пару дней:

    «В настоящее время наши сотрудники наблюдают за уровнем активности вулканов на территории».

  • Baş direktor: Zəlzələdən sonra vulkanların aktivliyi gözlənilə bilər

    Ötən gün baş verən zəlzələdən sonra Şamaxı və Qobustandakı vulkan ocaqlarında aktivliyin qeydə alınması gözlənilə bilər.

    Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, yeraltı təkanlar həm də vulkanik proseslərlə bağlıdır:

    “Hazırda zəlzələnin palçıq vulkanları ilə əlaqəsi araşdırılır. Əgər vulkanda hazırlıq, sıxılma prosesi baş verirsə, o, partlayışla püskürməlidir. Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ baş verəndən sonra püskürmə baş verir”.

    Qurban Yetirmişli qeyd edib ki, püskürmə, əsasən, 1-2 gün sonra müşahidə edilir:

    “Əməkdaşlarımız hazırda ərazidəki vulkanlardakı gərginliyin hansı səviyyədə olduğunu müşahidə edirlər”.
    //oxu.az

  • В Стамбуле обрушился шестиэтажный дом: есть погибший – ВИДЕО

    В Стамбуле обрушилось шестиэтажное здание.

    Как передаёт Median.Az со ссылкой на Hürriyət, здание обрушилось в результате сильного взрыва в районе Картал.

    По предварительной информации, погиб один человек, под завалами здания остались четверо, пострадало множество людей.

    На место события привлечены сотрудники спасательной службы и скорой помощи.

  • BŞBPİ polisin azyaşlıya təzyiq göstərməsini əks etdirən videogörüntülərə münasibət bildirib

    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan polisin küçə ticarəti ilə məşğul olan azyaşlıya təzyiq göstərməsini özündə əks etdirən videogörüntülərə münasibət bildirib.

    BŞBPİ-nin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə polisin azyaşlı uşağa qarşı təzyiq göstərməsi ilə bağlı yayılan videogörüntülər həqiqəti əks etdirmir: “Nərimanov Rayon Polis İdarəsində “Təhlükəsiz Şəhər” kamerasının vasitəsi ilə bu videogörüntü hərtərəfli araşdırılıb, orada iddia olunan hallar təsdiqini tapmayıb. Azyaşlı uşağa və ya hansısa vətəndaşa zor tətbiq edilməsi ilə bağlı hərəkətlər müşahidə olunmayıb. Həmçinin azyaşlı özü və onun valideynləri müəyyən olunaraq onlarla profilaktiki söhbət aparılıb, bu əməlinin qanunazidd olduğu izah edilib”.

    Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda küçə ticarəti ilə məşğul olan azyaşlıya polis əməkdaşının təzyiq etməsinə dair video görüntülər yayılıb. Görüntüdən belə məlum olur ki, Nərimanov RPİ-nin inzibati ərazisində xidmət aparan polis naryadı avtomobil yolunun hərəkət istiqamətində qanunsuz küçə ticarəti ilə məşğul olan azyaşlını bu əməlindən yayındırmağa çalışır.

  • В столице за разбойное нападение на таксиста задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники 31-го отделения полиции Сураханского РУП в ходе оперативно-розыскных мер задержали жителей столицы А.Магеррамова, Х.Аскерова и А.Амрахова.

    Установлено, что они 5-го февраля примерно в 02 часа ночи в поселке Бюль-Бюля сев в качестве клиентов в автомобиль марки “Daewoo”, потребовали у водителя В.Азимова деньги, но столкнувшись с сопротивлением, скрылись с места происшествия.

    В Следственном отделе Сураханского РУП возбуждено уголовное дело по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Bülbülədə taksi sürücüsünə qarşı quldurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, fevralın 5-i gecə saat 2 radələrində Bülbülə qəsəbəsində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin, onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb, qaçmaları barədə Suraxanı RPİ-nə məlumat daxil olub.

    Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov saxlanılıblar.

    Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • İstanbulda altımərtəbəli bina çökdü, dağıntılar altında qalanlar var

    Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, dağıntılar altında qalanlar var.

    Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    Son məlumatlara əsasən, dağıntılar altından bir nəfər xilas edilib.