Month: February 2019

  • “Güclə bayıra qaçdıq” – Zəlzələ şahidləri DANIŞDI – VİDEO

    Azərbaycanda 4,4 və 6 maqnitola gücündə ardıcıl iki zəlzələ baş verib.

    ARB TV-nin “Günə Doğru” proqramında baş vermiş zəlzələ ilə bağlı süjet hazırlanıb.

    Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi ilkin məlumatlara əsasən yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala yaxın hiss edilib.

    Ardıcıl olaraq yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss edilib.

    Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub. Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zamanı təkanlar nəticəsində dəyən ziyanla bağlı araşdırmalara başlayıb.

    Sahibkar: “Marketi açanda tam dağılmış halda gördük. Tavan uçulub, şüşə qablar sınıb. 60, 70 min civarında ziyan dəyib”.

    Sakin: “Dəhşətli zəlzələ idi. Evin daşları uçulub töküldü. Güclə bayıra qaçdıq”.

    Sakin: “Əvvəl çilçiraqlar yelləndi. 2 dəqiqə keçmədi bir də gördük kompüter təpəsi üstə gəldi yerə”.

    Sakin: “Yatmışdım. Zəlzələ oldu durub qaçanda pilləkəndən yıxıldım yerə”.

    Səməd Fətəliyev – Baş həkim: “Xəstələr ən çox şəkərin, təzyiqin qalxması ilə əlaqədar və 5 xəstə isə epilepsiya ilə bağlı müraciət edib”.

  • Əmək müqaviləsini rəsmiləşdirməyən sahibkarı nə gözləyir?

    Bu il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalarla əlaqədar mühasiblər və insan resursları üzrə çalışanların işi artıb. Ölkədə əməkhaqqı sisteminin ağardılması ilə bağlı müəyyən işlərə artıq start verilib. Bəs bu yeniliklər sahibkarlar və işçilər üçün nə vəd edir?

    Qanunun tələbini yerinə yetirməyən işəgötürənlərlə bağlı cərimələr və cəza tədbirləri kifayət qədər sərtləşdirilib.

    İqtisadçı Anar Bayramovun sözlərinə görə, işçilərlə bağlanan əmək müqavilələrinin leqallaşdırılması nəticəsində tərəflər arasında münasibətlər artıq şifahı yox, rəsmi sənədlə tənzimlənəcək. İşəgötürən işçinin əmək funksiyasının və iş vaxtının düzgün uçotunu təşkil edəcək.

    İşçi rəsmi əmək müqaviləsinin müsbət imkanlarından (əmək məzuniyyəti, maliyyə alətləri əldə etmək imkanı, müavinətlər və s.) faydalandığı üçün bu tip iş yerində daha uzunmüddətli çalışacaq ki, bu da işəgötürən üçün işçi axınının qarşısını almağa xidmət edəcək. İşçi ilə əmək müqavilələrinin rəsmiləşdirilməsi nəticəsində formalaşan əməkhaqqı fondunun xərcləri hesabına işəgötürənin hesabladığı mənfəət (gəlir) vergisinin həcmi azalacaq.

    Misal:

    1.000 manat əməkhaqqının rəsmiləşdirilməsi nəticəsində vergi ödəyicisinin 1.000 manat əməkhaqqı xərci formalaşır. Bundan əlavə, əməkhaqqı fonduna hesablanan məcburi dövlət sosial ayırması və işsizlikdən sığorta haqqı kimi müvafiq olaraq 164 manat (44 manat + (1.000-800) x 15%) və 5 manat (1.000 manat x 0,5%) icbari ödənişlər yaranır.

    Vergi ödəyicisinin 1.000 manatlıq əməkhaqqı fonduna görə ümumi formalaşan xərci 1.169 (1.000+164+5) manat təşkil edəcək. Bu xərc maddəsi gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olduğu üçün yekunda işəgötürən 233,80 manat (1169 manat x 20%) gəlir (mənfəət) vergisi ödəməkdən azad olacaq.

    Əmək müqaviləsi üzrə uçot sistemini düzgün quran sahibkar dividend gəlirləri üzrə vergi güzəşti əldə edəcək. Qaydalara əməl etməyən sahibkarları isə ciddi maliyyə sanksiyaları və hətta həbs cəzası gözləyir.

    A.Bayramovun sözlərinə görə, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, birinci dəfə 2.000 manat, ikinci dəfə 4.000 manat, üç və daha çox halda 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

    Bundan əlavə, əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı cəza tədbirləri Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
    //oxu.az

  • İlham Əliyev Nazirlər Kabinetinin meşələrlə bağlı son qərarını ləğv etdi

    Prezident İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır.

    Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir.

    Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.

  • Nazirlikdən məktəblərdə H1N1/A virusunun yayılmasına – MÜNASİBƏT

    Respublikada təhsil müəssisələrində şagirdlər və müəllimlər arasında H1N1/A və qızılca virusuna yoluxma hallarının olub-olmamasına dair məsələyə nazirlik tərəfindən aydınlıq gətirilib.

    Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində məktəblilər və müəllimlər arasında sözügedən virusların yayılması barədə heç bir rəsmi məlumat daxil olmayıb.

    Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı Azərbaycanda A/H1N1 virusunun olduğunu tədiqləyib.

    Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də öz növbəsində Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında Azərbaycanda 16 nəfərdə A/H1N1 virusunun aşkarlandığını və bunun ÜST tərəfindən də təsdiqləndiyini bildirib.

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva isə 2018-ci ilin noyabr-dekabr ayları ərzində uşaqlar və yaşlılar arasında 50-yə yaxın qızılcaya yoluxma hadisəsinin müşahidə edildiyini deyib.

  • Bakıda aeroportda əməliyyat: mütəşəkkil dəstə zərərsizləşdirildi

    Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

    Keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

    Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

    Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

    Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Qəbələdəki yarış niyə Bakıya köçürülüb? – AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, XIII polo üzrə Avropa çempionatı 2020-ci ilin sentyabrında Bakıda keçiriləcək.

    Bu məqsədlə bu ilin sentyabrında Bakıda test xarakterli yarış keçiriləcək.

    Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev saytımıza açıqlamasında Qəbələdən Bakıya köçürülməsinə belə izah verib:

    “Əvvəl bu yarışı Qəbələdə keçirmək planımız vardı. Lakin müəyyən səbəblərdən biz həmin turniri Bakıda keçirmək qərarına gəldik. Ordakı infrastrukturun tələblərə cavab vermədiyini də demək olar. Həmçinin, kommersiya baxımından yarışın Bakıda keçirilməsi daha əlverişli idi. Sponsorlar üçün yarışın Qəbələdə keçirilməsi maraqlı deyildi.

    Bu ilin sentyabrında qurulan meydançada test yarışı keçiriləcək. Bu yarışın adı necə olacaq, hansı formatda keçiriləcək, hələ heç nə bilinmir. Yarış 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq və böyük ehtimalla, 2-3 günü əhatə edəcək”.

    Qeyd edək ki, ötən ilin iyunun 15-17-dək Bakıda arena polo üzrə VI Dünya Kuboku keçirilib. Oktyabrda isə komandamız İtaliyanın Syena şəhərində keçirilmiş Avropa çempionatında debüt edib. Hər iki yarışda millimiz gümüş medal qazanıb.
    //oxu.az

  • Emin həyatına sui-qəsddən danışdı – VİDEO

    Azərbaycanın Xalq artisti, bəstəkar, müğənni Emin Ağalarov “RU TV” kanalında yayımlanan “Sever. Nepridumannıye istorii” (“Şimal. İnanılmaz hekayələr”) verilişində etdiyi səmimi etirafları hər kəsi təəcübləndirib.

    Emin açıqlamasında yeniyetmə ikən Rusiyanı tərk etməli olduğunu qeyd edib.

    Buna səbəb onun atası – “Crocus Group” kompaniyasının prezidenti və sahibi Araz Ağalarovun nailiyyətləri olub.

    “O vaxt 12 yaşım var idi. Həyatıma qəsd etmək istəyirdilər – lifti partlatdılar, içindəki bütün şüşələr sındı, amma mən onun içindən çıxmağa və sağ qalmağa müvəffəq oldum. Atam məni İsveçrəyə göndərməli oldu. Sonra isə iki yaşlı bacımı və anamı ABŞ-a göndərdi. Mən sonra Rusiyaya qayıtdım. Bacım bu günədək ABŞ-da yaşayır və qayıtmaq istəmir”, – deyə müğənni qeyd edib.

  • В Азербайджане ожидается сильный ветер

    В Баку и на Абшеронском полуострове 7 февраля скорость юго-западного ветра будет составлять 15-18 м/сек, временами 20-23 м/сек, 8 февраля северо-западный ветер будет дуть со скоростью 15-20 м/сек, временами до 23 м/сек.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В районах 7-8 февраля западный ветер временами усилится до 20-25 м/сек, с вечера 8 февраля до 12 февраля местами ожидаются дожди.

    В отдельных местах ожидаются интенсивные осадки, возможен снег.

  • Azərbaycanda güclü külək gözlənilir – XƏBƏRDARLIQ

    Fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Rayonlarda fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

  • В Бинагадинском районе гость убил хозяина дома и его жену

    Как сообщает Median.Az, 5-го февраля в поселке 28-го мая Бинагадинского района житель Бейлаганского района В.Бехбудов пришел в гости к И.Мамедову и во время возникшей ссоры убил его ножевыми ударами.

    После этого Бехбудов задушил жену покойного Севиндж Мамедову и сдался в 18-е отделение полиции Наримановского РУП.

    В прокуратуре Бинагадинского района возбуждено уголовное дело по статье 120.2.7 (умышленное убийство двух или более лиц) УК Азербайджана, назначены судебно-медицинские экспертизы.