Month: February 2019

  • Bakıda qonaq ev sahibini və onun arvadını qətlə yetirib

    Median.Az xəbər verir ki, fevralın 5-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan İ.Məmmədovun evinə gəlmiş Beyləqan rayon sakini V.Behbudov münaqişə zəminində ev sahibini bıçaqla, onun arvadı Sevinci isə boğaraq qətlə yetirib.

    Hadisədən sonra o, könüllü Nərimanov RPİ 18-ci polis şöbəsinə gələrək, təslim olub və törətdiyi cinayət barədə məlumat verib.

    Binəqədi rayon prokurorluğunda CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В AzTV создан новый совет

    Сегодня при ЗАО «Азербайджанское телерадиовещание» (AzTV) создан Художественный совет, в который вошли известные общественные деятели и деятели искусства.

    Как сообщили в пресс-службе ЗАО «Азербайджанское телерадиовещание», Художественный совет будет собираться два раза в месяц и обсуждать передачи и программы AzTV, телеканалов Mədəniyyət («Культура») и İdman Azərbaycan («Спорт Азербайджан»).

    В Художественном совете будут представлены Народный артист Мубариз Тагиев, ректор Национальной консерватории, профессор, Народный артист Сиявуш Керими, композитор, Народный артист Фаиг Суджеддинов, ханенде, Народный артист Мансум Ибрагимов, поэт, заслуженный деятель искусств Баба Везироглу, ректор Университета культуры и искусства, Заслуженный деятель искусств Джейран Махмудова, певица, Народная артистка Фидан Гаджиева, дизайнер-модельер, Народная артистка Фахрия Халафова, танцовщица, Народная артистка Тарана Мурадова, Народный артист Рамиз Гулиев.

  • В Газахе “ВАЗ 21011” врезался в дерево, погиб пассажир

    Как сообщает Median.Az, 6-го февраля примерно в 01 часов ночи на территории г.Газах автомобиль марки “ВАЗ 21011”, управляемый жиетелем поселка Пойлу Р.Гусейновым врезался в дерево.

    В результате дтп пассажир Э.Мамедов скончался на месте происшествия, водитель с различными травмами был помещен в Центральную районную больницу.

    По факту ведется расследование.

  • Qazaxda “VAZ 21011” ağaca çırpılıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, fevralın 6-ı gecə saat 1 radələrində Qazax şəhərində Poylu qəsəbə sakini R.Hüseynov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub.

    Nəticədə sərnişin E.Məmmədov hadisə yerində ölüb, sürücü Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Уджаре душевнобольной топором убил жену и ранил мать

    Как сообщает Median.Az, 6-го февраля житель Уджарского района, душевнобольной А.Тагиев на почве семейного конфликта нанес удары топорои жене Шахле и матери Зивярханым, после чего ранил себя ножом.

    Доставленная в Центральную районную больницу Ш.Тагиева скончалась, состояние А.Тагиева и его матери оценивается средне-тяжелым.

    В прокуратуре района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Ucarda ruhi xəstə arvadını öldürüb və anasını yaralayıb

    Median.Az xəbər verir ki, fevralın 6-da Ucar rayon sakini, ruhi xəstə A.Tağıyev yaşadığı evdə münaqişə zəminində arvadı Şəhlaya və anası Zivərxanıma balta ilə, sonra isə özünə bıçaqla xəsarətlər yetirib.

    Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş Şəhla orada ölüb, A.Tağıyevin və anasının vəziyyətləri orta-ağırdır.

    Ucar rayon prokurorluğunda faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Араз Ализаде: Депутатам словно нравится, когда их ругают

    Наши депутаты набрали в рот воды и сидят.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом журналистам заявил председатель Азербайджанской социально-демократической партии, депутат Араз Ализаде.

    Он сказал, что его адвокат Сиявуш Новрузов был прав в своих высказываниях в отношении некоторых депутатов.

    «Сиявуш Новрузов совершенно прав, и я полностью согласен с ним. Им словно нравится, когда их ругают. Они либо согласны со сказанным в свой адрес, либо же у них есть какие-то темные делишки, поэтому и молчат», – добавил А.Ализаде.

  • Araz Əlizadə: Deputatlar elə bil söyülməkdən ləzzət alırlar

    Deputatlar ağızlarına su alıb dururlar.

    Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə söyləyib.

    O, deputat həmkarı Siyavuş Novruzovun bəzi millət vəkillərinə yönəlik iradlarında haqlı olduğunu vurğulayıb.

    “Siyavuş Novruzov tamamilə düz deyir və onu tam haqlı sayıram. Elə bil söyülməkdən ləzzət alırlar. Ya onlara deyilən bu fikirlərlə razıdırlar, ya da ayıb işləri var, qorxularından səslərini çıxarmırlar”, – deyə millət vəkili mətbuata açıqlamasında əlavə edib.
    //oxu.az

  • 12 yaşlı şagirdinə qarşı seksual zorakılıq edən 62 yaşlı məktəb direktorundan XƏBƏR VAR

    Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Məstan oğlu Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayət göndərilib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılması nəzərdə tutulan proses dünən təxirə salınaraq 2019-cu il martın 5-nə təyin olunub.

    İttiham aktına görə, Gülfərz Alxasov 1996-cı ildən Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib. O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.X- ya qarşı əxlaqsız hərəkətlər edib.

    İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə şagirdi İ.X –ya qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

    Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə İ.X-nı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə İ.X-nı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.

    Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxasov xidməti otağına çağırdığı şagirdi ilə seksual xarakterli hərəkətlər edən zaman məktəbin işçilərindən biri içəri daxil olub.

    Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.

    Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

  • Valideynləri “öldü” dediyi qız 28 il sonra tapıldı – Əlil qıza rus oğlan sahib çıxıbmış – VİDEO

    Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində hər kəsi kövrəldən anlar yaşanıb.

    Rusiyanın Volqoqrad şəhərində yaşayan qız verilişə məktub yazaraq, valideynlərini axtardığını deyib.

    Qızın valideynləri 28 ildən sonra tapılıb. Valideynlər 28 il öncə doğuşdan sonra qızın öldüyünü zənn edib və bu səbəbdən onu tərk ediblər.

    Fiziki məhdudiyyətli olan qızla görüşən Xoşqədəm Hidayətqızı onun həyatı haqda süjet yayımlayıb.

    Süjetdə qızı 13 yaşından sevən rusiyalı oğlan danışıb.

    Onların sevgi hekayəsi hər kəsi kövrəldib.

    Həmin anları təqdim edirik: