Qazaxda “VAZ 21011” ağaca çırpılıb, sərnişin ölüb

Median.Az xəbər verir ki, fevralın 6-ı gecə saat 1 radələrində Qazax şəhərində Poylu qəsəbə sakini R.Hüseynov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub.

Nəticədə sərnişin E.Məmmədov hadisə yerində ölüb, sürücü Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.