Month: February 2019

  • “Narkotik aludəçisi, biznesmenlə sevgili…” – Damla danışdı (VİDEO)

    Müğənni Damla bir müddət əvvəl adının hallandığı intim video qalmaqalından danışıb.

    Median.Az-ın məlumatına görə, Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olan ifaçı bunları deyib:

    “Müğənnilər bir ana, övlad kimi arxamda dayandılar. Haqlıykən, haqsız durumda idim. Abırlı susar, abırsız susdurdum deyər. Övladımla mənim aramda ana-bala münasibətindən başqa dostluq var. Hər şeyi ona başa salıram. Bu dəfə bilmirdim nə yazım. Mənə bayağıdır, zövqsüzdür, oxuya bilmir, İnstaqramı saxtadır dedilər. Adımı iş adamı ilə hallandırdılar. Narkotik aludəçisi dedilər. Damla kimdənsə övlad dünyaya gətirəcək dedilər. Gördülər ki, insanlara qəbul etdirə bilmirlər. Bu ən sonuncu və rəzil variant idi. Bundan sonra nə edəcəklər”.

  • Müəllim və həkimlərə ŞAD XƏBƏR – İpoteka kreditinin verilməsi ilə bağlı…

    Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiqini təklif edir.

    Median.Az trend-ə istinadən bildirir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci ilü zrə illik məruzəsində qeyd edilib.

    Məruzədə təklif edilir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisəsində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlər tətbiqi edilsin. Bu məqsədlə Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”na müvafiq bəndin əlavə edilməsi təklif edilir.

    Bununla yanaşı, təklifdə dövlət qulluğunda olan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üçün güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun əldə edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlarda müəyyən edilmiş 15 il iş stajı digər imtiyazlı peşə sahiblərinin staj müddətinə uyğunlaşdırılması göstərilir.

    Ombudsman bu müddətin ən azı 5 və ya 7 ilə endirilməsini təklif edib.

  • “Azərbaycanda dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri də var”

    “Bu gün telekanallarda peşəkar kadrların qıtlığı açıq-aşkar hiss olunur”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

    O bildirib ki, təkcə aparıcılar deyil, ümumilikdə, digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyaların, həmşinin radioların da bir nömrəli probleminə çevrilib.

    Q.Cəbiyev vurğulayıb ki, teleradio işçiləri içərisində təsadüfi insanların da olması təəssüf doğurur:

    “Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri də var. Halal və qanuni fəaliyyət yolu ilə Vətənə və xalqa xidmət etməyi bacarmayan, bu üzdən də ölkədən qaçıb ayrı-ayrı antiazərbaycan yuvalarında gizlənərək dağıdıcı və düşmən dairələrin əlində oyuncağa çevrilmiş bir para üzdəniraq qələm və mikrofon sahibləri də artıq çoxdandır ki, qırmızı xətti keçiblər.

    Əlbəttə, belələrinin kimliyi, çağırışlarının məqsədi, fəaliyyətlərinin bütünlüklə etik və hüquq normalarına zidd olduğu və nəhayət, onları istiqamətləndirərək maliyyələşdirənlər Azərbaycan mediası, o cümlədən ölkənin teleradio camiəsində birləşən sədaqətli və peşəkar insanlar tərəfindən tam təfsilatı ilə araşdırılaraq cəmiyyətə təqdim olunmalıdır. Mən o fikirdə deyiləm ki, bu gün Azərbaycanın teleradio məkanında hər şey qaydasındadır. Əksinə, iş olan yerdə, yaradıcılıq axtarışları olan yerdə səhvlərə və nöqsanlara da təsadüf edirlər. Bir şərtlə ki, həmin səhvlər və nöqsanlar vaxtında aradan qaldırılsın və onların xroniki hal almasına yol verilməsin”.

  • Mübariz İbrahimovu tənqid edən psixoloqdan xəbər var

    Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib.

    Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Vəkil deyib ki, məhkəmə martın 4-də işlə bağlı qərarı elan edəcək:

    “Yəqin ki, bizim şikayətimiz baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndəriləcək”.

    Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi.

    Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

    Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

  • Flora Kərimova gizlinləri açdı: “Şayiə yaydılar ki, onu öldürüblər” – FOTO

    Bu gün mərhum xalq artisti Nəzakət Məmmədovanın doğum günüdür.


    Sənət dostu, xalq artisti Flora Kərimova 1980-ci ildə uğursuz əməliyyat nəticəsində dünyasını dəyişən sənətkarı yad edib:

    “Nəzakət həddən artıq ünsiyyətcil, incə ruhlu, şirindilli bir xanım idi. İnsanlar onu çox istəyirdi. Təəssüf ki, vaxtsız ölüm onu alıb apardı. Mən onun ölümünü ağır qarşıladım. Elmira Rəhimova ilə birgə yasına getdik. Yas mərasimindən qayıdanda yolda Nəzakətlə bağlı xatirələrimizi bölüşüb, ağladıq. Ölümündən sonra şayiələr yayıldı ki, onu kimsə öldürüb. Yalan sözdür. Düzdür, o vaxt Nəzakəti dəlicəsinə sevən kişi vardı. Hətta Nəzakət öləndən sonra həmin adam onun kasetlərinə qulaq asıb ağlayırmış. Bu ülvi sevgi idi. Nəzakət sadəcə olaraq uğursuz əməliyyatın qurbanı oldu. Boğazında qırışlar vardı, bu qırışları götürtmək üçün əməliyyata getmişdi. Amma həyatını itirdi. Ondan sonra oğlu və nəvəsi də vaxtsız əcəlin qurbanı oldu. O vaxt onun varlığını qəbul etməyən müğənni vardı, adını çəkmək istəmirəm, çünki sağdır. Həmişə ona mane olmağa çalışırdı” .//yenicag.az

  • В одном из бакинских поселков реконструируются дороги (ФОТО)

    В поселке “28 Мая” Бинагадинского района Баку ведется работа по реконструкции дорог. Как передает Median.Az, об этом сообщает Trend со ссылкой на Государственное агентство автомобильных дорог Азербайджана.

    Протяженность реконструируемых дорог составляет 1,4 километра.

    В настоящее время уже началась работа по асфальтированию готовых участков дорожной основы. В целом, площадь участка, где проводятся ремонтно-строительные работы, составляет около 10 тысяч квадратных метров.

    На последнем этапе проекта, в соответствие с нормами и стандартами строительства, будут установлены необходимые дорожные знаки для нормальной организации движения, будет обновлена дорожная разметка, и дороги будут переданы в пользование граждан.

  • Bu gün yaşamaq neçəyədir? – Hamımızın yol verdiyi 4 maliyyə səhvi

    Uğurlu milyonçu və “Shark Tank” teleşousunun qəhrəmanı Kevin O`Liri pullarla bağlı geniş yayılmış səhvlər haqqında danışıb və gələcəkdə onlardan uzaq durmağın yollarını açıqlayıb.

    Bu gün həyat (yaşamaq) neçəyədir? Əgər sizin bu suala cavabınız yoxdursa, demək siz maliyyə fəlakətinin astanasındasınız. Kevin O`Liri hesab edir ki, fəlakət bu an baş verməsə də, yaxın gələcəkdə özünü büruza verəcək.

    Öz pullarına gəlincə, iti dilli və Amerika teleşousunun qəhrəmanı olan 61 yaşlı milyonçu, sərvətini uzun illər boyunca qəpik-qəpik yığıb. Hər şey O`Liri Kanadanın Monreal şəhərində balaca, utanğac bir oğlan kimi böyüdüyü zaman başlayıb. Cavan O`Liri qazandığı və ya ona bağışlanılan hər dollardan 1 faizə qənaət edirdi. Bu gün multimilyonçu və fond maqnatı olmağına baxmayaraq O`Liri yenə də eyni həyat tərzini davam etdirir.

    “Shark Tank” verlişinin buraxılışlarının birində milyonçudan pullarla bağlı ən geniş yayılmış səhvlər və belə səhvlərdən uzaq durmağın yolları haqqında soruşdular.

    Səhv 1: Heç vaxt geyinməyəcəyiniz mənasız şeylərə pul xərcləmək

    Bir çox insan ona lazım olacaq qədərindən qat-qat çox lazım şeylər alır. Söhbət paltardan gedirsə bu məsələ həm kişilər, həm də qadınlar üçün keçərlidir. Adətən bu cür bazarlığın (şoppinq) özünün verdiyi hiss insanların xoşuna gəlir, ancaq siz şkafınızın içinə baxasınız görəcəksiniz ki, 100 haldan 80-də gündəlik həyatınızda 20% eyni geyimlərdən istifadə edirsiniz. Yerdəqalanlar sadəcə yer tuturlar.

    Həll yolu: Yüksək keyfiyyətli geyimlər almaq və onları geyinmək

    Əgər siz geyim və ya dəbdəbəli aksessuarlar almaq fikrindəsinizsə, o zaman doğurdan bahalı və keyfiyyətli mallar seçin. Yaxşı geyimləri əldə etmək üçün pulunuza qənaət etməyə dəyər. Bu addım uzunmüddətli prespektivdə özünü doğruldacaq. O`Liri deyir ki: “Mən hər gün eyni kostyum geyinirəm. Kostyumlarımın sayı 20 dənədir, ona görə də bu üslubla bağlı daha narahatlıq keçirmirəm. Mən səfər edəndə çamadanımda 4 dəst kostyum olur və onları cırılana qədər geyinirəm. Sonra onu ya tullayır ya da xeyriyyə məqsədlərinə verirəm”.

    Səhv 2: Aylıq gəlirlərinizdən bixəbər olmaq

    O`Lirinin sözlərinə görə onu əksər insanlarda və bir çox varlı tanışlarında təəccübləndirən cəhət odur ki, onlar özlərinin aylıq xərclərini bilmirlər. Evli və ya subay, tək valideyinlər ya da istənilən başqa birinin 30 günlük həyatın neçəyə olduğu haqqında heç bir anlayışı yoxdur. Bu isə artıq uçuruma yaxınlaşmaq deməkdir.

    Həll yolu: Yaşayış xərclərinizi müəyyənləşdirərək, büdcənizi ona uyğun planlaşdırın

    Hər şeyin qeydiyyatını aparın. Bütün xərclərinizi qeyd edin. Eyni zamanda bütün əlavə gəlirlərinizi də yazılı formada əks etdirin. 90 gün ərzində son qəpiyinə qədər bütün xərclərinizi qeyd edin. Məhz kağız və qələmdən istifadə edin. Bunun üçün sizin kompüterə ehtiyacınız olmayacaq. Daha sonra xərclərinizə uyğun büdcə planınızı qurun və ona riyaət etməyə çalışın.

    Səhv 3: Qazandığınızdan çox xərcləmək

    Gəlir və xərcləriniz arasında müəyyənliyə riayət etmədən çətin ki, maliyyə uğuru əldə edə biləcəksiniz. Tezliklə siz müəyyən edəcəksiniz ki, qazandığınızdan daha çox xərcləyirsiniz.

    Həll yolu: Xərclərinizi azaldın, qənaət etməyə başlayın

    O`Liri deyir ki: “Bu çox sadə işdir, əsas məsələ şəxsi intizamdadır. Az xərcləyin və daha çox pula qənaət etməyə çalışın. Həyat tərzinizi bu sadə düstura uyğunlaşdırın, çünki əks halda siz kredit kartlarınız üzrə borc yığa bilərsiniz sonda isə bu ağırlıq sizi müflis edə bilər”.

    Səhv 4: Kredit kartları üzrə borclar yığmaq

    “Kredit kartı – dəhşətli bir şeydir. Heç bir halda kredit kartına sahib olmağa çalışmayın. Əsas da onun üzrə hər ay faizləri ödəyə biləcəyinizə inanmırsınızsa, ümumiyyətlə kartdan uzaq durun. Ödəyə bildiyiniz halda belə mən sizə məsləhət görürəm ki. kartlardan uzaq olasınız”; – O`Liri deyir.

    Həll yolu: Bu dəhşətli kartlardan birmənalı şəkildə imtina etmək

    “Kredit kartlarınız üzrə mövcud bütün borclarınızı bağlayın və sonra onları tullayın (məhv edin). Siz peşman olmayacaqsınız. Bu dəqiqə borclardan uzaqlaşmaq üçün edə biləcəyiniz ən yaxşı şey məhz budur”./Trend/

  • Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gəlir

    Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Bakıya gələcək.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.

    Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal Forumda da iştirak edib.

    Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun əsas mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. 450-dək qonağın iştirak edəcəyi Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.//yenicag.az

  • Siyavuş Novruzovdan amnistiya ANONSU

    “Bu yaxınlarda amnistiya gözlənilir”.

    Median.Az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib.

    “Sənədlərə baxılır, kim əməlindən peşmandırsa, kimin cəzası ictimai təhlükə yaratmırsa, onlar əfv olunur. Onların azad olunmasını istəməyən bir nömrəli şəxslər özünü müxalifət adlandıranlardır. Çünki o adamların adından istifadə edərək Avropadan qrantlar alırlar. Halbuki, onların heç biri siyasi baxışlarına görə yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb olunub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən bu tərəfə 70-dən artıq əfv, 13-ə yaxın amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı da ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdu ki, bu da 10 mindən artıq insana şamil edilmişdi. Azərbaycan hakimiyyəti humanist addımlar atır. Müxalifət də bundan narahat olur. Çünki bu qərarlar onların qarşıya qoyduqları məkirli siyasəti darmadağın edir”,- deyə Novruzov fikrini tamamlayıb.

  • Bakıda Cəfər Cabbarlıya “novostroykadan” təzə ofis verəcəklər – GÖRKƏMLİ DRAMATURQUN XATİRƏSİ NECƏ ƏLƏ SALINIR…

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi söküləcək, yerində çoxmərtəbəli bina inşa ediləcək. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsi də imzalanıb.

    Median.Az xəbər verir ki, məlumatı virtualaz.org-a Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən təsdiqləyiblər. İdarədən sayta göndərilən yazılı açıqlamada qeyd olunur ki, muzeyə məxsus tikililər və torpaq sahəsi 1998-2005-ci illər ərzində özəlləşdirilib, bundan nə Mədəniyyət Nazirliyinin, nə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin məlumatı olmayıb, rəsmi razılıq alınmayıb.

    “Rəsmi sənədlərdə ev muzeyinin hələ də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu göstərilir. Belə olduğu halda bina necə satıla bilər”-sualına idarənin əməkdaşı bildirib ki, bina şəxsi mülkə çevrilib, sadəcə muzey kimi idarədə qeydiyyatdadır. Başqa sözlə, binanın satılması məsələsinə qarışa bilməzlər.

    Açıqlamada deyilir: “Son illər ərzində şəhərin dağüstü hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib, muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir. Muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür”.

    Daha sonra qeyd edilir ki, yaranmış vəziyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin 5 may 2010-cu il tarixli, 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanıb, 2 sentyabr, 2010-cu il tarixli, 435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib.

    “Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən dəfələrlə Cəfər Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın. Yazıçının ev muzeyi daim idarənin diqqət mərkəzində olub, onun fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarılıb”, -idarədən bildirilir.

    Bəllidir ki, muzeyin nazirliyin və idarənin xəbəri olmadan özəlləşdirilməsi, satılması yolverilməzdir və bunun qarşısı qanunvericiliyə uyğun alına bilərdi. İdarə isə deyir ki, Cabbarlı ailəsinə hörmət əlaməti olaraq məsələnin qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb. Halbuki ən böyük hörmətsizlik yazıçıya qarşı edilib, yaşadığı ev yerlə-yeksan olunur.

    “2012-ci ildə Cəfər Cabbalının ailəsi tərəfindən idarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib”-açıqlamada bildirilir.

    Açıqlamada deyildiyi kimi Baş İdarə ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayıb. Belə qərara alınıb ki, ev muzeyinin yerində tikiləcək çoxmərtəbəli binanın 1-ci mərtəbəsində dramaturqa yeni “ev muzeyi” alsınlar. Yəni nazirlik dramaturqun vaxtilə yaşadığı evi onun qohumlarına vəsait ödəməklə öz mülkiyyətinə keçirməyi sərfəli hesab etməyib, evin yerində tikiləcək yeni binada Cəfər Cabbarlı üçün yeni “ev muzeyi” almağı daha münasib sayıb.

    “Baş İdarə Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq veriliməsi məcburiyyəti qarşısında qalıb. Hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq”,-açıqlamada qeyd olunur.

    Virtualaz.org yazıçının ev muzeyinin uçulub-dağıldığı haqda bu yaxınlarda geniş reportaj vermişdi. Muzeyin direktoru, Cabbarlının qız nəvəsi Qəmər Bağırova muzeyintəmir üçün bağlandığını, hətta bu dəfə əsaslı yenidənqurma işləri aparılacağını açıqlamışdı. Onun sözlərinə görə, muzeydəki eksponatlar yığışdırılıb ki, qorunsun. Xatirə lövhəsini də təmirə görə götürüblər, təmirdən sonra yerinə vurulacaq: “Muzeyin üst qatı şəxsi mülkdür, muzeydə yaşayış yoxdur”, -yazıçının nəvəsi belə demişdi.

    Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin rəhbəri Azadə Hüseynova da nazirlikdə ev muzeyinin təmir işləri ilə bağlı məsələyə baxıldığını, yazıçının gələn ay qeyd ediləcək 120 illik yubileyinə kimi işlərin yekunlaşacağını söyləmişdi. Lakin indi nazirlik etiraf edir ki, ev muzeyi özəl şirkətə satılıb və söküləcək, yerində çoxmərtəbəli bina tikiləcək.

    Həmin çoxmərtəbəli binanın qarşısında yəqin ki belə bir lövhə vurulması məntiqli olardı: “Bu binanın yerində əvvəllər Cəfər Cabbarlının evi olub”.