EvKriminalBakıda avtomobildən oğurluq edən 3 nəfər saxlanılıb

Bakıda avtomobildən oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində “AzSamand”, “Nissan”, “Ford”, “Daewoo” və “London Taxi” markalı avtomobillərdən pul, mobil telefon və sənədlər oğurlayan Abşeron rayon sakini E.İsayev saxlanılıb.

Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayevı saxlayıblar. Məlum olub ki o, yanvarın 25-də əcnəbi vətəndaşa məxsus “BMW” markalı avtomobilən, içərisində 1600 manat olan pulqabısının oğurlayıb.

Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakıxanov qəsəbəsində
“Nissan” markalı avtomobildən, içərisində 185 manat və sənəd olan pulqabını oğurlayan Bakı şəhər sakini G.Kərimova saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı