Month: February 2019

  • Antarktida fəlakət astanasında

    Antarktida Brant buz şelfi (qitənin sualtı davamı – red.) iki Nyu-York şəhəri böyüklüyündə olan aysberqin formalaşması ilə əlaqədar yaxın zamanda parçalanacaq. Tədqiqatçılar hesab edir ki, bu, bütün buzlaqda sabitliyinin pozulmasına gətirib çıxara bilər. Gedən proseslər “Halli” elmi stansiyasına ciddi təhlükə yarada bilər.

    Bu barədə “Science Alert” nəşri məlumat yayıb.

    Alimlərin sözlərinə görə, son 35 il ərzində sabit qalan iri çat son zamanlar sürətlə (ilə 4 kilometr) böyüməyə başlayıb. Gələcəkdə onun 2016-cı ilin oktyabr ayında meydana gəlmiş Halloween Crack çatına qovuşacağı gözlənilir.

    Buzlağın qeyri-sabitliyinə əsas süxurların nahamarlığı təsir göstərir. Hesablamalara görə, yeni aysberqin ölçüsü 1700 kvadrat kilometrə yaxın olacaq. Beləcə, Antarktidada meydana gəlmiş ən böyük aysberq kimi tarixə düşəcək. Tədqiqatçılar hesab edir ki, şelfin aqibəti çatların harada bir-birinə qovuşacağından asılı olacaq.

    Bu qeyri-sabitlik sahəsinin cənubunda baş versə, o zaman bütün Brant buzlağı parçalanmaya həssas olacaq. Belə olsa, təhlükəsizlik məqsədilə “Halli” qütb stansiyasının yerinin dəyişdirilməsinə ehtiyac yaranacaq.

    “Halli-6” stansiyası Antarktidada 5 fevral 2013-cü ildə tarixdə rəsmi olaraq açılıb. Səkkiz moduldan ibarət qütb stansiyası kirşə üzərində qurulduğundan onu bir yerdən başqa yerə köçürmək olur.

  • “Mənliyinizi itirməyin” – Oksana

    “Həyatda bir çox şeyə sadə yanaşın, çox şeyi dəyişdirməyə çalışarkən özünüzü itirməyin, qürurunuzu, mənliyinizi itirməyin”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova sosial media hesabında yazıb.

    O, paylaşdığı fotosundakı fikirlərinə belə davam edib.

    “Heç kimə görə bunu etməyin, sonra qürurunuzu, mənliyinizi tapmaq çətin olacaq. Gördünüz ki, alınmır, sadəcə tərk edin. Sonda hər şey hərənin ürəyincə olmasa da, hər kəs üçün yaxşı olacaq. Yəqin… Mən etdim, siz də edin…” deyə, Oksana yazıb.

  • Ögey analarının uşaq dünyaya gətirməsinə etiraz edən bacı-qardaş özünə qəsd edib – TƏFƏRRÜAT

    Bakıda qardaş və bacının özlərinə qəsd etmələrinin təfərrüatları məlum olub.

    Median.Az ONA-ya istinadən bildirir ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə ataları ögey analarından uşaq dünyaya gətirmək istəməsi səbəb olub.

    Belə ki, Asim və Aysel 6 il əvvəl analarını itirib. Ataları Bakir Kərimov həyat yoldaşının ili çıxmamış yenidən ailə həyatı qurub. Uşaqlarla ataları arasında ilk problem də həmin vaxtdan başlayıb. Lakin sonradan münasibətlər normallaşıb.

    Bu ilin əvvəlində isə ögey anasının hamilə qaldığını öyrənən bacı və qardaşın ataları ilə münasibəti yenidən pisləşib. Mərhum Asim Kərimov atasına “o uşaq dünyaya gəlsə, özümü öldürəcəm” deyə xəbərdarlıq edib. Lakin B. Kərimov oğlunun etirazına məhəl qoymayıb. A. Kərimov yaşadığı evdə özünü asıb.

    A.Kərimova isə qardaşı dəfn edilən gün sirkə turşusu içərək canına qəsd edib. 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən A.Kərimovanın vəziyyətinin orta-ağır qiymətləndirilir.

  • Flora Kərimovanın səhhəti yaxşı deyil

    Xalq artisti Flora Kərimovanın səhhətində problem yaranıb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, 77 yaşlı sənətçi günlərdir yüksək hərarətdən əziyyət çəkir. Bu səbəbdən o, bir neçə önəmli tədbirə qatıla bilməyib.

    Hazırda müğənni Fatmayıdakı bağında həkim nəzarətində müalicəsini davam etdirir.

  • Bu şəxslər ayda 400 manat alacaqlar – Nazirdən AÇIQLAMA

    Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq.

    Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq .

    Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.

    Sahil Babayev bildirib ki, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq.

    “2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat, 3-cü qrup üzrə isə 320 manat olacaq.

    Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinət 200 manata çatacaq.

    Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb. Əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq”.

    S.Babayev qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir və hər bir şəxs aylıq 80 manat alacaq.

    Doqquz min vətəndaşın ailəsində beşdən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı.

    “Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək”, – deyə nazir bildirib.

    Sahil Babayevin sözlərinə görə, əksər müavinətlər 100 faiz qaldırılıb.

    “Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son 3 qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır”, – deyə nazir vurğulayıb.

  • General erməni bayrağına görə etiraz edən Zəhranı təltif etdi – FOTO

    2019-cu ilin fevral ayının 08-10 tarixlərində İran İslam Respublikasının Tehran şəhərində baş tutmuş karate idman növü üzrə “Master Cup” beynəlxalq turnirində böyük qələbələr qazanmış “Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları 25 fevral tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.
     

    DSX-dan verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində Azərbaycan idmanının yüksələn xətt üzrə inkişaf etməsi, milli idmançılarımızın olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələrini, Azərbaycan sərhədçilərinin də bu sahəyə töhfə verməyə çalışmaları qeyd olunub.
     
    İdmançıları möhtəşəm qələbələr münasibətilə təbrik edən general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Salmanlının uğurlu çıxışının və vətənpərvərlik nümunəsinin yüksək qiymətləndirilərək hədiyyə ilə təltifləndirilməsinin Azərbaycan dövlətinin gənc idmançıların inkişafına olan diqqət və qayğısının növbəti ifadəsi olmasını xüsusi vurğulanıb.
     
    “Sərhədçi” idman-olimpiya mərkəzinin rəisi polkovnik E.Mirzəyev idman mərkəzində 26 idman növü üzrə komandaların fəaliyyət göstərməsini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini, 1600 nəfərdən çox idmançının iştirakı ilə Tehran şəhərində keçirilmiş karate üzrə sonuncu “Master Cup” turnirində ölkəmizi təmsil edən “Sərhədçi” idman klubunun 12 idmançısından 7-nin qızıl, 3-nün gümüş, 2-nin bürünc medal qazanmasını, komandamızın ümumi hesabda 2-ci yer tutmasını, turnir zamanı idmançılarımızın Ermənistandan olan 4 rəqiblərini məğlub etmələrini məruzə edib.
     
    Ən yüksək nəticə ilə Ermənistandan olan rəqibini mütləq üstünlüklə məğlub edərək turnirin qalibi olmuş 10 yaşlı Zəhra Salmanlının, Elnaz Soltanlının, Ülvira Rüstəmlinin və digər idmançılarımızın Azərbaycan Respublikasının dövlət bayrağının Ermənistan bayrağından aşağıda asılmasına dərhal reaksiya vermələrinin, dövlət bayrağımıza qarşı bu hörmətsizliyin aradan qaldırılmayacağı halda komandamızın turnirdə iştirakdan imtina etməsinin bildirilməsinin və nəticədə bu xoşagəlməz halın aradan qaldırılmasının təmsilçilərimizin vətənpərvərliyinin, Vətənə olan sevgisinin göstəricisi, dövləti maraqların müdafiəsinə əsl sərhədçi sədaqətinin ifadəsi olması qeyd edilib.
     
    Turnir zamanı Azərbaycan Respublikasının dövlət himnini 7 dəfə səsləndirmiş, 12 dəfə dövlət bayrağımızı yüksəltmiş idmançılar Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Fəxri Fərmanla”, komandanın məşqçisi Səfərov Zöhrab Həsən oğlu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş, hər bir idmançıya Azərbaycan Respublikasının dövlət bayrağı və sərhədçi bereti hədiyyə edilib. Turnirdə ölkəmizi təmsil etmiş heyətlə çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı “Sərhədçi” idman klubunun idmançılarının gələcək planları, iştirak edəcəkləri turnirlər, məşq şəraiti və digər məsələlər müzakirə olunmuş, gənc idmançılara hərtərəfli dəstəyin göstərilməsi barədə tapşırıqlar verilib.
     

  • “Neftçi”nin 17 matçlıq seriyasını qıran tapılıb

    “Neftçi”nin Azərbaycan Premyer Liqasındakı ev oyunlarında məğlubiyyətsizlik seriyası qırılıb.

    Bu, XVIII turun “Səbail”lə görüşünə təsadüf edib.

    1:2 hesabı ilə uduzan “ağ-qaralar” mövsümdə ilk dəfə öz meydanından xalsız ayrılıb.

    Bunadək “Neftçi”nin çempionatdakı son ev məğlubiyyəti 2017-ci il noyabrın 19-na təsadüf etmişdi. Həmin gün “Qəbələ”yə 2:3 hesabı ilə uduzan “ağ-qaralar” 462 gündən sonra məğlubiyyətlə üzləşib.

    Ötən mövsüm doqquz, cari çempionatda səkkiz görüşdə uduzmayan komandanın 17 matçlıq seriyası qırılıb. Bu müddətdə paytaxt təmsilçisi 12 qələbə qazanıb, beş heç-heçə edib.

  • Ройя: Я не современная девушка. Я «чушка» – ВИДЕО

    Заслуженная артистка Азербайджана Ройя жестко ответила недоброжелателям, критикующим ее откровенные наряды.

    Певица считает вполне уместным появляться на публике в нарядах с глубоким декольте.

    Об этом Ройя написала на своей странице в социальной сети Instagram:

    «Я не современная девушка. Я «чушка». В шоу-бизнесе есть два человека, которые работают над собой. Один из них – я, другой – мужского пола. Я против, чтобы девушки в повседневной жизни ходили по улице с неприкрытыми участками тела.

    Но поспешу вас осведомить, что откровенные наряды дизайнеры создают для того, чтобы модели демонстрировали их на подиуме, а звезды на сцене.

    Мне 40 лет и я за свою жизнь научилась подниматься после падения. Никогда никому палки в колеса не вставляла. Мы все чему-то учимся. Но я не учу вас, я просто показываю. Откровенные наряды должны носиться такими звездами, как Айгюн Кязымова, Зульфия Ханбабаева, Алмаз Алескерли и наша королева Бриллиант Дадашева».

    Отметим, что розовое платье певицы, в котором она появилась на мероприятии минувшим днем, принадлежит бренду «Bottega Veneta». Стоимость наряда составляет 5200 долларов, примерно 8840 манатов.

  • В Азербайджане увеличится размер пособий для инвалидов

    Размер пособий, выплачиваемых инвалидам, увеличится согласно распоряжению, подписанному сегодня Президентом Ильхамом Алиевым.

    В распоряжении отмечено, что размер президентских пособий инвалидам войны I группы увеличится до 250 манатов, II группы – до 230 манатов, III группы – до 210 манатов.

    Пенсия Президента Азербайджана для инвалидов I группы, имеющих право на трудовую пенсию и получающих соцпособие по инвалидности по общим болезням, а также в связи с пребыванием в зоне военных операций, за трудовые травмы и профессиональные болезни, по причине ликвидации последствий аварии на Чернобыльской АЭС (за исключением инвалидов по зрению) будет увеличена до 100 манатов.

    Кроме того, увеличится размер социальных выплат по инвалидности I группы до 150 манатов, II группы – до 130 манатов, III группы – до 110 манатов.

    Отметим, что Президент подписал распоряжение о дополнительных мерах в сфере усиления социальной защиты населения.

    Согласно распоряжению, Министерству труда и социальной защиты населения поручено на основе нормативно-правовых актов в течение 15 дней подготовить проекты и представить Президенту страны.

  • Əlillərə də verilən təqaüdlər artırılacaq

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla əlillərə verilən təqaüdlərin məbləği artırılır.

    Sərəncamda müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub.

    Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması nəzərdə tutulur.

    Bundan başqa, I qrup əlilliyə görə sosial müavinətlərin məbləği 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılacaq.

    Qeyd edək ki, prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.