Month: February 2019

  • Bakıda evdən tapılan paltarlı qadın skeleti ilə bağlı ilginc faktlar

    Heç kim Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçisinin itkin düşdüyünün fərqinə varmayıb. Onun ölümünün üstündən il yarım keçəndən sonra Bakıda skeleti tapılıb.

    Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib. Məlum olub ki, fevralın 24-ü saat 11:15-də Binəqədi rayonu ərazisində, Naxçıvanski küçəsindəki çoxmənzilli evlərin birində, orada yaşayan Ümmüyət Şıxbaba qızı Abdulrəhimovanın skeleti tapılıb.

    Qadın yataqda ölüb. Kriminalistlər onun paltarlı skeletini bu yataqda tapıblar.

    Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qadın il yarım bundan əvvəl, 66 yaşı olarkən ölüb. Abdulrəhimova tənha qadın olub və onu heç kəs axtarmayıb. Heç qonşular da qadının yoxa çıxdığının fərqinə varmayıblar.

    Abdulrəhimova süpürgəçi işləyib və qonşulardan heç kimlə ünsiyyəti olmayıb. Qəribədir ki, qadını heç işlədiyi MKİS-dən də axtarmayıblar.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Misir Mərdanovun rəis qardaşı vəzifəsindən azad edildi

    Şabran Rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov vəzifəsindən azad edilib.

    Median.Az Report-a istinadən bildirir ki, Ə.Mərdanov təqaüdə göndərilib.

    Qeyd edək ki, Əli Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

  • Будет увеличена президентская пенсия ветеранов

    Размер президентской пенсии участникам Великой Отечественной войны 1941-1945 гг. увеличится.

    Об этом говорится в распоряжении о дополнительных мерах в области усиления социальной защиты населения, подписанного сегодня Президентом Ильхамом Алиевым.

    Размер президентской пенсии, которую получают нижеследующие лица, будет увеличен до 150 манатов:

    – участники Великой Отечественной войны 1941-1945 годов;

    – работавшие на предприятиях, в управлении и организациях во время блокады Ленинграда в период Второй мировой войны;

    – награжденные медалью «За оборону Ленинграда»;

    – награжденные нагрудным знаком «Жителю блокадного Ленинграда» (кроме инвалидов войны).

  • General danışmaqdan imtina etdi – MƏHKƏMƏ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərdən – Anar Məmmədov və Ateş Atanur özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Əlamət Quliyev isə özünü təqsirli bildiyini deyib.

    Sonra A.Məmmədov sərbəst ifadə verərək deyib ki, təqsirləndirilənlərdən Türkiyə vətəndaşı Ateş Atanuru tanıyır. O, A.Atanurun Bakıya dərman gətirdiyini sonradan öyrəndiyini qeyd edib:

    “Mən də ondan dərman almaq qərarına gəldim. Axırıncı dəfə DTX əməkdaşları bizi saxladı. İlk dəfə idi ki, dərmanı evə qəbul edirdim. Elə həyətdə bizi tutdular. Həmin gün dərman çox idi. Çünki altı ay idi ki, mal gəlmirdi”.

    Suallara cavab verən Anar Məmmədov özünün də aptek açdığını və satışla məşğul olduğunu bildirib:

    “Mən “Zeytun” şirkəti ilə müqavilə bağlayıb aptek açmışdım. Dərmanları, əsasən, “Zeytun” və “Avromed” şirkətlərindən alırdım. Vergi ödəyir, rəsmi qaydada işləyirdim”.

    Anar Məmmədov dərmanları niyə Ateş Atanurdan almasının səbəbini belə izah edib:

    “Birinci əl idi və ucuz olduğu üçün ondan alırdım. Amma niyə ucuz olduğunu bilmirdim”.

    Sonra təqsirləndirilən şəxs qismində Əlamət Quliyev ifadə verib. O deyib ki, gömrük inspektoru vəzifəsində çalışıb. Ə.Quliyev səhlənkarlıq göstərdiyini və malları dəqiq yoxlamadığını etiraf edib:

    “Mənim vəzifəm yüklərə baxış keçirmək olub. Mallar Gömrük Hospitalı üçün aparıldığından mən heç bir ciddi yoxlama aparmadım. Əgər bilsəydim ki, başqa yerə gedir, ciddi şəkildə araşdırardım”.

    Digər təqsirləndirilən Fikrət Qədiməliyev isə ifadə verməkdən imtina edib.

    Buna görə məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəni elan edib.

    Proses martın 1-də davam etdiriləcək.

    Qeyd edək ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

    Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 manat təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb.

    Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən aptekə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb.

    Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

    İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər.

    Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25%-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

    Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
    //oxu.az

  • За кражу из офиса в Нариманвском районе задержан ранее судимый

    Как сообщает Median.Az, сотрудники 16-го отделения полиции Наримановского РУП в результате проведенной операции задержали жителя Агдамского района, ранее судимого Д.Аббасова, который 23-го февраля украл из офиса 80 манатов, 2 ноутбука и мобильный телефон.

    В Следственном отделе Наримановского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Nərimanovda ofisdən oğurluq edən Ağdam sakini tutulub

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 23-də ofisdən 80 manat, 2 ədəd noutbuk və mobil telefon oğurlayan Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılıb.

    Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • “Azərişıq”da kadr dəyişiklikləri: 3 rəis işdən çıxarıldı

    “Azərişıq” ASC-də kadr dəyişiklikləri baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, qurumun Xırdalan Elektrik Şəbəkəsinin rəisi Neymət Qasımov tutduğu vəzifədən azad edilib.

    N.Qasımovun yerinə Maştağa Elektrik şəbəkəsinin rəisi Şahin Qədimovtəyin edilib. Məlumata görə, N.Qasımov vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən kənarlaşdırılıb.

    Bundan əlavə, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisi Əbülfət Paşayev də vəzifəsindən azad edilərək qurumun Tədris Mərkəzinə gətirilib.

    Ə.Paşayevin yerinə isə Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Mehman Mehdiyev təyin edilib.

    “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report-a hər iki təyinatı təsdiq edib.

  • Государство поддержит семьи с детьми

    Сумма социального пособия для женщин, имеющих пять и более детей, достигнет 55 манатов на каждого ребенка.

    Об этом говорится в распоряжении Президента Ильхама Алиева «О дополнительных мероприятиях по усилению социальной защиты населения».

    В распоряжении отмечается, что сумму социального пособия за рождение ребенка планируется довести до 200 манатов.

    Размер социального пособия для детей в возрасте до 18 лет с ограниченными возможностями здоровья будет увеличен до 150 манатов.

    Отметим, что размер социального пособия в Азербайджане в 2018 году был увеличен на 10%.

  • В Баку на глазах у сокурсников похитили студентку вуза

    В Баку прямо перед зданием экономического университета UNEC на глазах у сокурсников произошло похищение студентки первого курса.

    Как передает Median.Az, об этом Sputnik Азербайджан сообщили в Управлении полиции Наримановского района.

    В 16-е отделение полиции Наримановского района обратилась мать похищенной. Женщина сообщила, что ее дочь, 18-летняя гражданка Грузии была похищена 22 февраля в 14:00 прямо у дверей второго корпуса университета, расположенного по улице академика Гасана Алиева. Все, что было известно о похитителе, это то, что молодого человека зовут Кянан.

    Сотрудники полиции приступили к расследованию и вскоре выяснили, что девушка была похищена с целью женитьбы на ней.

    Оперативники нашли молодых. Установлено, что девушка дала свое согласие выйти замуж за похитителя, так что скоро будет свадьба.

  • Bakıda yanğınla bağlı avtobusların hərəkətində məhdudiyyətlər yaranıb

    Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

    Bakı Nəqliyyat Agentliyindən Baku.ws-ə verilən məlumata görə, bu səbəbdən də Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında da gecikmələr müşahidə edilir.

    Hazırda avtobuslararası intervalın stabilləşməsi üçün zəruri tədbirlər görülür.

    Sərnişinlərdən bunu anlayışla qəbul etmələri xahiş edilir.