Month: February 2019

  • Nazirlər Kabinetinin növbəti iclası keçirilib

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, iclasın gündəliyinə “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran vəzifələr”, “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergilər sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində qarşıya çıxan problemlər” və “Təbii, iqlim və digər xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması məsələləri” ilə bağlı mövzular daxil edilib.

    Gündəlikdəki birinci məsələ barədə danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də geniş islahatlar aparılıb. Bu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiqi üzrə görülən işlərdir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib ki, bununla bağlı artıq qanunvericilik bazası da yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməkdədir.

    Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidentinin vergi və gömrük sahələrində şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması, eləcədə iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması barədə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində hökumətin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

    Sonra gündəlikdəki məsələlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, vergilər naziri Mikayıl Cabbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzələri dinlənilib.

  • Goranboyda “Doktor” ləqəbli narkotacir saxlanılıb

    Goranboy rayonunda “Doktor” ləqəbli narkotacir saxlanılıb.

    Bu barədə “Report”a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

    Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

    İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

    Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

    Qeyd edək ki, saxlanılan şəxs ləqəbinin “doktor” olduğunu deyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident Sədaqət Qəhrəmanovanı təltif etdi

    Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədyar qızı Qəhrəmanovanı 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

    Qeyd edək ki, Sədaqət Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir. Sabah onun 70 yaşı tamam olur.

  • Объявлен приговор мужчине, который пытался убить жену

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Рахмана Джафарова (1993-го года рождения), обвиняемого по статье 29,120.1 (покушение на умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, в сентябре прошлого года Рахман Джафаров на почве ревности нанес многочисленные ножевые ранения жене Айдан Хатамовой (1997-го года рождения).

    Потерпевшая была доставлена в больницу, где ее жизнь врачам удалось спасти. В тот же день Джафаров добровольно сдался в полицию и признался в содеянном преступлении.

    Суд приговорил обвиняемого к 11 годам 3 месяцам лишения свободы.

  • Bakıda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəhman Cəfərovun (1993-cü il təv.) 29, 120.1-сi (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən ilin sentyabr ayında Rəhman Cəfərov qısqanclıq zəmnində həyat yoldaşı Aydan Hətəmovaya (1997-ci il təv.) çoxsaylı bıçaq zərbələri vurub. Xəstəxanaya çatdırılan qadının həyatını həkimlər xilas ediblər. Həmin gün R. Cəfərov könüllü polisə təslim olub və əməlini etiraf edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • В Азербайджане открывается новый телеканал

    Национальный совет по телерадиовещанию принял решение об открытии новостного телеканала в Азербайджане.

    Соответствующее решение было принято на заседании совета сегодня, 28 февраля.

    В связи с открытием нового канала общереспубликанского телевещания в городе Баку и на Абшеронском полуострове объявлен конкурс, который продлится с 11 марта 2019 года по 11 апреля 2019 года.

    На собрании также была рассмотрена заявка компании MEDIAART на получение лицензии на кабельное вещание, и принято решение о выдаче неограниченной лицензии на вещание кабельной до 5000 абонентов.

  • Azərbaycanda yeni televiziya açılır

    Milli Televiziya və Radio Şurası Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziyanın açılması barədə qərar qəbul edib.

    Müvafiq qərar Şuranın bu gün, fevralın 28-də keçirdiyi iclasda qəbul edilib.

    İxtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilib.

    İclasda, həmçinin, “MEDİAART” şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.

  • В Сабаильском районе задержан грабитель

    Как сообщает Median.Az, сотрудники 41-го отделения полиции Сабаильского ГУП в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого А.Агаева, который 20-го февраля совершил нападение на жителя столицы Д.Исмайылова и угрожая, отобрал у потерпевшего мобильный телефон.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Səbail polisi soyğunçuluq edən şəxsi saxlayıb

    Median.Az xəbər verir ki, Səbail RPİ 41-ci polis bölməsinin əməkdaşları tərəfindən fevralın 20-də, paytaxt sakini D.İsmayılovun mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağayev saxlanılıb.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Мушфигабаде “Toyota” сбила пешехода

    Как сообщает Median.Az, 27-го февраля примерно в 22 часа в поселке Мушфигабад Апшеронского района автомобиль марки “Toyota”, управляемый жителем Шамахинского района О.Исрафиловым сбила жителя поселка С.Авазова, который из-за полученых тяжких травм скончался в больнице.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.