Month: February 2019

  • Азербайджан повысит зарплаты госслужащим

    Рабочая группа по формированию системы оплаты труда и устойчивых социальных выплат, созданная распоряжением Кабмина от 4 декабря 2018 года и состоящая из представителей отдельных госорганов, провела очередное заседание. Как передает Median.Az, об этом сообщает в четверг Trend со ссылкой на министерство труда и социальной защиты населения.

    Председатель Рабочей группы, замминистра труда и социальной защиты населения Метин Керимли подчеркнул, что повышение с первого марта размера минимальной заработной платы до 180 манатов является важной мерой социальной защиты. В связи с повышением минимальной зарплаты, также должны быть увеличены и урегулированы ежемесячные должностные зарплаты.

    Рассказывая о законопроекте «О системе оплаты труда госслужащих», Керимли отметил, что данный проект направлен на усовершенствование системы оплаты труда государственных служащих на основе новых подходов.

    Закон будет определять правила, условия и размеры оплаты труда госслужащих, за исключением особого вида госслужбы. Этот проект совершенствуется на основании мнений и предложений. Затем на собрании была представлена информация о целях, охвате, применении системы оплаты труда.

    На заседании также были обсуждены вопросы касательно повышения и регулирования ежемесячных тарифных (должностных) окладов работников, работающих в финансируемых из госбюджета сферах, чьи зарплаты регулируются Единой тарифной сеткой, и совершенствованию нового законопроекта.

  • “Novruz” yarmarkaları təşkil olunacaq – Vaxt və ünvanlar

    Bakı şəhəri rayonlarında martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün “Novruz” yarmarkaları fəaliyyət göstərəcək.

    Median.Az xəbər verir ki, Bakı şəhərində 14 yerdə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunacaq.

    Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

    S/s Rayon Ünvan Sahəsi
    (kv.m)
    Qeyd
      Binəqədi 7-ci mikrorayon, Kunanbayev küçəsi 1500  
      Xətai Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsi 2000  
      Qaradağ Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısındakı sahə 2000  
      Nəsimi Mərdanov Qardaşları küçəsi 59 420  
      Nərimanov F.X.Xoyski prospekti, Qələbə meydanı 5000  
      Pirallahı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 №li evin qarşısındakı qeyri-yaşayış obyekti 150  
      Sabunçu Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 1800  
      Suraxanı Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsi, “Günəş” ticarət mərkəzi 900  
      Xəzər Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2 500 KTN-yi ilə birgə
      Yasamal H.Cavid prospekti, AMEA-nın binasının qarşısındakı park 600 KTN-yi ilə birgə
      Nizami C.Naxçıvanski küçəsi 74, 8-ci km yarmarkası 10000  
      Qara Qarayev prospekti 55/57 ünvanın qarşısı, “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağı 600 KTN-yi xətti ilə
      Səbail Seyran Məmmədov küçəsi 6 200  
      Nizami küçəsi 154, “Landmark” mehmanxanasının yanı 600 KTN-yi xətti ilə

  • Bakıda qatil qadına 16 il iş verildi – Ərini öldürmüşdü

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Report-a istinadən bildirir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə T.Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladıq ki, dövlət ittihamçısı çıxışında onun 17 ilmüddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib.

    Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb.

    Hadisəni törədən qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.

    Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.

  • Damlanın anası yayılan videodan danışdı: “Mən qızımın bədənini yaxşı tanıyıram…”

    Xəbər verdiyimiz kimi, bu gün “Hər şey Daxil” proqramının qonağı müğənni Damla olub.

    Median.Az big.az-a istinadən xəbər verir ki, ifaçının anası Mədinə xanım verilişə telefon bağlantısı ilə qoşulub. O yayılan intim video ilə bağlı fikirlərini bilidirib:

    “Mən qızımın bədənini, özünü çox yaxşı tanıyıram. Düzdür, ilk dəfə eşidəndə çox pis oldum”

  • Bakıda keçiriləcək Avroliqa finalının biletləri satışa çıxarılır – Qiymətlər

    Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün bilet satışının qeydiyyatına start verilib.

    Median.Az xəbər verir ki, final qarşılaşması üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

    Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

    Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.

    Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.

    Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

    Mayın 21-də başlayacaq üçüncü mərhələdə aldığınız bilet mobil telefonunuza göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Siz, eyni zamanda, digər şəxslər üçün aldığınız biletləri onların mobil telefonuna göndərə bilərsiniz. Bu şəxslər də öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

    Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

    Qeyd edək ki, final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək.

    Xatırladaq ki, UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışına ötən ilin noyabr ayından başlanılıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq, əldə etmək mümkündür.

  • В Австралии родились уникальные близнецы

    В австралийском штате Квинсленд родились близнецы, принадлежащие к крайне редкому типу – полуидентичные. Об этом, как передает Median.Az со ссылкой на Gazeta.ru, сообщает “Би-би-си”.

    Отмечается, что существуют идентичные или монозиготные близнецы. Они рождаются, когда одна яйцеклетка, оплодотворенная одним сперматозоидом, расщепляется на две части, создавая эмбрионы, которые разделяют 100% своей ДНК, и всегда одного пола.

    Также есть братские или дизиготные близнецы – с двумя отдельными яйцеклетками, которые оплодотворяются разными сперматозоидами, поэтому полученные эмбрионы делят половину своей ДНК и могут быть разного пола и непохожи.

    Рожденные в Австралии близнецы относятся к группе полуидентичных близнецов, которые рождаются, когда одна яйцеклетка одновременно оплодотворяется двумя разными сперматозоидами, разделяясь на две одинаковые. Каждый из сперматозоидов несет различную генетическую информацию от отца. То есть от матери передается один материал на двоих, а от отца – разный. У полуидентичных близнецов сходство 75%.

    По словам медиков, это явление встречается крайне редко, такие эмбрионы часто не выживают.

  • Bakı-Sumqayıt yolunda qurumuş şamların yerinə yeniləri əkilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində bir müddət əvvəl qurumuş və kəsilmiş şam ağaclarının yerinə 100-ə yaxın ağac əkilib.

    Median.Az xəbər verir ki, tikinti aparılan ərazidəki qurumuş ağaclar isə Abşeron rayon Prokurorluğunda istintaq aparıldığından maddi sübut kimi saxlanılıb. İstintaq başa çatdıqdan sonra həmin ağacların yerinə yenilərinin əkilməsi təmin ediləcək.

    Xatırladaq ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 21 şam ağacının “Xalq city” MTK tərəfindən tikinti işləri aparılan zaman qurudulması, aşması və kəsilməsi faktı ilə bağlı ETSN tərəfindən akt tərtib edilərək təbiətə 8240 manat məbləğində ziyan dəydiyi hesablanıb. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib.

  • Десятки россиян не могут вылететь из Индии

    Порядка 40 граждан РФ не смогли вылететь в четверг из международного аэропорта Дели имени Индиры Ганди из-за отмены рейсов казахстанской авиакомпании Air Astana вследствие возросшей напряженности между Индией и Пакистаном в спорном регионе Кашмир. Об этом, как передает Median.Az, сообщил РИА Новости источник в администрации воздушной гавани индийской столицы.

    “Порядка 40 российских граждан сейчас остаются в аэропорту Дели из-за решения компании Air Astana отменить рейсы после закрытия Пакистаном своего воздушного пространства. На месте работают дипломаты РФ, которые помогают пассажирам перебронировать билеты на 4-5 марта. Рейсы авиаперевозчика на ближайшие дни отменены, поэтому число застрявших пассажиров может вырасти”, – рассказал собеседник агентства.

    Посольство России в Индии, в свою очередь, сообщило в Twitter, что дипмиссия “оказывает помощь 34 россиянам, которые не смогли вылететь из Нью-Дели рейсом авиакомпании Air Astana из-за обострения отношений между Индией и Пакистаном”. Отмечается, что авиаперевозчик “не оказал должной помощи пассажирам, сославшись на форс-мажорные обстоятельства”. К настоящему моменту удалось добиться того, что всем пассажирам были забронированы новые билеты на 4-5 марта, сообщили в посольстве РФ.
    “Посольство России в Индии продолжит внимательно следить за этой ситуацией и оказывать любое необходимое содействие росгражданам”, – подчеркивается в сообщении.

    В среду пакистанская армия заявила, что сбила два индийских военных самолета, нарушивших воздушное пространство страны в Кашмире. МИД Пакистана заявил, что целью нанесения воздушных ударов по индийским самолетам в Кашмире была демонстрация “желания и готовности к самообороне”. Позже власти Индии обнародовали свою версию, согласно которой истребитель ВВС Пакистана был сбит над Кашмиром в воздушном инциденте, в ходе которого Индия потеряла свой МиГ-21, а его пилот числится пропавшим без вести.

    После этих событий Пакистан объявил о временном закрытии своего воздушного пространства, что привело к задержкам и отменам многих международных рейсов.

    Кризис в отношениях Индии и Пакистана резко обострился после 14 февраля, когда смертник подорвал себя рядом с колонной военизированной полиции в северном индийском штате Джамму и Кашмир. Ответственность за атаку взяла на себя группировка “Джаиш-е-Мухаммад”, руководитель которой Масуд Азхар, по информации Нью-Дели, находится в Пакистане. Жертвами теракта стали 45 человек. Индия обвинила Пакистан в поддержке террористических формирований, Исламабад отверг эти обвинения как “бездоказательные”, предложив Нью-Дели провести совместное расследование случившегося. Инцидент осложнил и без того напряженные отношения между Нью-Дели и Исламабадом, вновь поставив регион на грань военного конфликта.

  • Avroliqa kuboku Bakıya nə vaxt gətiriləcək?

    Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix açıqlanıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, kubok may ayının 16-da paytaxtımızda olacaq. Buna qədər isə o, müxtəlif vaxtlarda Avropanın 8 şəhərində Cenevrə (9 mart), Sevilya (22-23 mart), Berlin (29-30 mart), London (5-6 aprel), Milan (12 aprel), Moskva (20 aprel), Parisdə (10 may) nümayiş olunacaq. Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen də iştirak edəcəklər.

    Qeyd edək ki, bu mövsüm Avroliqanın final oyunu mayın 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

  • Azərbaycana ən çox turist BU ÖLKƏLƏRDƏN gəlib

    Bu ilin yanvarında Azərbaycana gələn əcnəbilərin sayı üzrə ən yüksək artım Pakistan, Hindistan, Qazaxıstan və Türkmənistan üzrə qeydə alınıb.

    Median.Az bildirir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

    Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Mərkəzi Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

    Ən yüksək artım tempi Cənubi Asiya ölkələrindən Pakistan və Hindistana, Mərkəzi Asiya bölgəsinə aid olan Qazaxıstan və Türkmənistana məxsusdur.

    Yanvarda bu ölkələrin hər birindən Azərbaycana 2000-dən çox xarici vətəndaş gəlib.