Month: March 2019

  • Rüstəm Usubov “Diqlas”a gəldi – FOTOLAR

    Baş prokurorun birinci müavini Rüstəm Usubov yanğın baş vermiş “Diqlas” Ticarət Mərkəzinə gəlib.

    “Report”un məlumatına görə, R.Usubov hadisənin baş verdiyi əraziyə baxış keçirib.

    Sonda R.Usubov prokurorluq əməkdaşlarına göstəriş və tapşırıqlarını verib.

    Xatırladaq ki, yanğın hadisəsi martın 26-da baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

    Hazırda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisəsinin başvermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də yanğınla bağlı məlumatlı şəxslərdən Nizami rayon prokurorluğunda yaradılmış Qərargaha – 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.
     

     

     

     

     

  • “Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı

    Aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb.

    Bu barədə jurnalist Aida Eyvazlı sosial şəbəkədə məlumat yayıb.

    “Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini Şərurlu İsfəndiyar alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. Şərurlu İsfəndiyarın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür.

    Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

    Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran MMC” verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir -iki nəfər var. Həm də ki, bina sakinlərinin hamısı “Kamran MMC”-dən aldıqları sənədləri, Şərurlu İsfəndiyarın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər. Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub -uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib. Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən “Şərurlu İsfəndiyar”ın xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb”.

    A.Eyvazlı həmçinin Ali Məhkəmə sədri Ramiz Rzayevə də müraciət edib: “Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı, siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetrlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu, sizin ədalətiniz?”.

  • В Азербайджане учреждена единая школьная форма

    В Азербайджане утверждена единая форма одежды, установленная соответствующим органом Исполнительной власти для учащихся общеобразовательных учреждений.

    Это отражено в законопроекте «Об общем образовании», который обсуждался и был принят на сегодняшнем пленарном заседании Милли Меджлиса (парламент).

    Кроме того, в законопроекте отмечено, что общеобразовательное учреждение за счет своих средств сможет учреждать целевую денежную премию для учащихся, отличившихся в учебе, а также победивших на республиканских и международных олимпиадах.
    //Trend.az

  • Как невинно выброшенный окурок может стать причиной большой трагедии – ВИДЕО

    Некоторых людей невозможно исправить, некоторые привычки невозможно искоренить.Патологическое влечение к уродованию родного города у определенной категории жителей столицы не может не поражать. Подобные экземпляры могут восприниматься, как наглядные примеры пособий о саморазрушении. И не поймешь, что же больше на них повлияло: то ли «Бойцовского клуба» насмотрелись, то ли вступили на первый этап философского учения алхимиков о преобразовании свинца в золото.

    И ведь выявить таких людей в обществе получается далеко не сразу. Данный индивид может быть вполне себе образован, прилично одет, иметь красивую речь и даже уступить место бабушке в общественном транспорте.

    На людях он едва ли не пример для подражания, чьи действия порождаются не то привитым стремлением хорошо выглядеть в глазах окружающих, не то неосознанным желанием подчиняться нормам адекватного поведения. И такое поведение имеет все претензии на то, чтобы перерасти в нечто большее – осознание человеком себя частью, шестеренкой одного большого механизма под названием Социум. Скажу больше, действия этого человека даже граничат с этим осознанием. Граничат, однако, до поры до времени.

    Точки на i расставляются в тот момент, когда человек остается наедине со своим лучшим другом и злейшим врагом – самим собой. Вот стоит он вечерком на балконе, курит, выпуская в атмосферу клубы сероватого дыма, попутно созерцая медленно проплывающие по небу лоскутки облаков. Думает, наверное, какой он молодец, сколько за день полезного сделал, не то что некоторые. Напоследок, делает глубокий вдох, от чего его грудь начинает распирать не только гордостью, но и кислородом, выбрасывает тлеющий окурок и заходит в комнату, преисполненный чувством выполненного долга (непонятно, почему), не думая более ни о чем.

    А окурок, нынче предоставленный его создателем самой судьбе, обретает собственную жизнь, и подхваченный ветерком пикирует на соседский балкон. Здесь он приземляется на куски бумаги, лежащие в мусорном ведре. И постепенно уголек превращается в полноценное пламя, которое охватывает все легковоспламеняющиеся предметы. В результате – самый настоящий пожар, и продолжение празднования Новруз с костром не во дворе, а сразу дома. Хозяев дома нет, и возгорания они не замечают. А огонь, тем временем, разрастается.

    Какой могла бы быть картина через несколько минут – представить не сложно, а вот ответить на вопрос, сколько было бы жертв, уже не так просто. От более трагичного конца спас счастливый случай – комендант, будто посланный богом (в такие моменты перестаешь быть атеистом), который заметил ЧП и вызвал бригаду пожарных. Все обошлось. А что, если бы и коменданта не оказалось в нужное время в нужном месте? Разговаривал бы по телефону, уснул или отошел, повинуясь естественным потребностям? Думать об этом страшно.

    Кто именно стал виновником происшествия, выяснить так и не удалось. Это мог быть и человек с двенадцатого, и с девятого, и с других этажей. Сколько нужно было выпить или на какие высшие силы надеяться, чтобы поступить подобным бездумным образом? С самого детства родители, а затем и учителя учат нас тому, насколько опасными могут быть шутки с огнем. Но, видимо, этот человек все пропускал мимо ушей.

    Наверняка, подобных ему людей совсем не мало. А потому остается только надеяться, что хотя бы чужой печальный опыт их чему-нибудь научит.

  • “Diqlas” yenidən tikiləcək? – Nazir məsələyə aydınlıq gətirdi

    İqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas” Ticarət Mərkəzinin yenidən tikilməsi məsələsinə münasibət bildirib.

    Nazir jurnalistlərə açıqlamasında deyib ki, “Diqlas” Ticarət Mərkəzi tamamilə özəldir:

    “Bu məsələ dövlətin ixtiyarında deyil. Onların sahiblərinin qərarlarından asılıdır. Ticarət mərkəzinin tikilməsi məsələsi ayrıca müzakirə oluna bilər”, – deyə Şahin Mustafayev qeyd edib.

    Nazirin sözlərinə görə, sahibkarlara dəyən ziyanla bağlı sənədlər olmadığına görə ziyanın hesablanmasında bir neçə dövlət orqanının məlumatlarından istifadə oluna bilər.

    O qeyd edib ki, “Diqlas”da yanan mallar əsasən idxaldır:

    “Buna görə də həmin mallara dair sənədlər Dövlət Gömrük Komitəsindən əldə ediləcək, eyni zamanda, sahibkarların VÖEN hesablarından da bəzi məlumatlar götürüləcək və digər mənbələrdən istifadə olunacaq. Düşünürəm ki, bu məlumatları əldən etdikdən sonra dəqiq ziyanı müəyyən edə biləcəyik”.

    Şahin Mustafayevin sözlərinə görə, hazırda zərərçəkənlərin dəqiq sayı məlum deyil:

    “Çünki ticarət mərkəzinin özü iki hissədən – “Diqlas-1”, “Diqlas-2”dən ibarətdir. Təxminən 60-a yaxın mağaza “Diqlas-1”də, 111 mağaza isə “Diqlas-2”dədir. Bu, ilkin rəqəmlərdir və İşçi Qrupunun əsas vəzifəsi bu rəqəmləri tam dəqiqliyi ilə araşdırmaqdır”.

    “Diqlas” a daxil olmayan ətraf ərazilərdəki zərər çəkən sahibkarlarla bağlı nazir bildirib ki, bu məsələ araşdırılır. Bütün zərərçəkənlərlə bağlı məlumatlar əldə ediləcək. Yalnız bundan sonra komissiya lazım olan qərarı qəbul edəcək”, – deyə nazir əlavə edib.

    Xatırladaq ki, martın 26-da “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.

    Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov dünən icarədarlarla görüşdə bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək.
    //oxu.az

  • Türkiyədə dronlu əməliyyat: azərbaycanlı fahişələr tutuldu – VİDEO

    Türkiyənin Sakarya bölgəsində polis əməliyyat keçirib.

    Əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən dörd nəfər saxlanılıb.

    Onlardan ikisi barəsində həbs qərarı çıxarılıb.

    Saxlanılan şəxslərdən birinin üzərindən odlu silah aşkar edilib. Əməliyyat zamanı şübhəlilərin qaçma ehtimalının qarşısını almaq üçün dronlardan istifadə edilib.

    Bundan başqa, fahişəliklə məşğul olan altı qadın saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Özbəkistan, üçü isə Türkiyə vətəndaşıdır.

    Məlumatlara görə, əcnəbi qadınlar Türkiyədən deportasiya edilib.

    //Yeniakit.com.tr

  • Sahibkarlara ödənişlərin veriləcəyi vaxt açıqlandı

    “Diqlas” Ticarət Mərkəzində maddi ziyan dəyən vətəndaşlara ilkin ödənişlər gələn həftənin əvvəlində ödəniləcək.

    Bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, ilkin ödənişlərin verilməsi ilə bağlı araşdırma aparılır:

    “Biz artıq bankla danışmışıq. Maddi ziyan dəyən şəxslərə hesablar açılacaq və kartlara köçürüləcək”.

    Nazir qeyd edib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təklif olunacaq:

    “Hansı sahibkar bu krediti istəsə, ona kömək ediləcək. Verilən kredit dörd faizlə və uzunmüddətli güzəştli şərtlərlə olacaq”.

    “Zərərçəkmişlərə malları satmaq üçün yeni yerlər veriləcək və icarədarlar da 4-5 ay ərzində icarə pulu almayacaqlar.

    Prezident İlham Əliyevin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb. Üç gün araşdırma aparılacaq və bunun nəticəsi olaraq sahibkarlara həmin vəsait əsasında kompensasiya veriləcək. Bu məqsədlə İşçi Qrup bazar gününə kimi fəaliyyət göstərəcək”, – nazir əlavə edib.
    //oxu.az

  • Ümumi təhsil haqqında qanun dəyişdi

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin sonuncu – üçüncü oxunuşunun müzakirəsi keçirilib.

    Qanun layihəsinin son variantı – üçüncü oxunuşu ilə bağlı MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin qısa məlumatı dinlənilib.

    O qeyd edib ki, qanun layihəsinin sonuncu variantı ötən oxunuşlarda səsləndirilən təkliflər nəzərə alınmaqla təkmilləşdirilib.

    Qısa müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda və bütövlükdə qəbul olunub.

    Bundan əvvəl MM-in digər komitə sədri Aqiyə Naxçıvanlı qanun layihəsində hələ də üslub səhvlərinin, xətaların qaldığını və onların aradan qaldırılmasının vacibliyini bildirib.

    Həmçinin qeyd edib ki, ümumtəhsil müəssisələrinə ianələr edən sahibkarlara güzəştlər nəzərdə tutulmalıdır.

    Komitə sədri bildirib ki, təsisçisi əcnəbi olan ümumtəhsil məktəblərinin direktorları mütləq azərbaycanlı olmalıdır:

    “Müavinin nə səlahiyyəti var ki? Ona görə də direktor mütləq azərbaycanlı, Azərbaycan vətəndaşı olmalıdır”.

    İanələr məsələsinə toxunan spiker Oqtay Əsədov isə deyib ki, buna ayrılıqda baxmaq olar:

    “Yəni ianələrlə bağlı qanunvericiliyimizdə bu məsələni həll etmək olar”.
    //oxu.az

  • Milli Məclisin iclası başladı

    Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçirilir.

    İclasın gündəliyinə 25 məsələ daxil edilib.

    Qeyd edək ki, 29 mart iclasında öncədən 26 məsələnin müzakirəsi nəzərdə tutulsa da, sonda “Banklar haqqında” qanun layihəsi gündəlikdən çıxarılıb.

    Bununla yanaşı, Vergi Məcəlləsinə edilməsi gözlənilən dəyişikliklər layihəsi də iclasın gündəliyinə daxil edilməyib.

  • “Bibiheybət”dən şəhərə gələn yol açıldı

    “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir-bərpa işləri sözügedən yolun təqribən 430 metrlik hissəsinin 8500 kv.m-lik ərazisini əhatə edib.

    Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-beton örtüyündə deformasiyalar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Təmir-bərpa işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

    Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib.