Month: March 2019

  • Xərçəngdən vəfat edən rəis müavininin yerinə təyinat

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

    Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Faiq Şabanov təyinat alıb.

    Qeyd edək ki, bir müddət əvvəl DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Şükür Mehdiyev dünyasını dəyişib.

    O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
    //oxu.az

  • Чунаев не примет участие в чемпионате Европы

    Чемпион мира по греко-римской борьбе Расул Чунаев не будет участвовать в чемпионате Европы, который пройдет в Бухаресте в начале апреля.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, спортсмен не сможет поехать на турнир из-за проблем со здоровьем.

    Это означает, что Р.Чунаев не будет участвовать в Европейских играх в Минске в мае этого года. Причина в том, что именно чемпионат Европы дает лицензии на участие в Европейских играх.

  • Rəsul Çunayev qitə çempionatı və Avropa Oyunlarından məhrum oldu

    Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

    İdmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.

    Bu isə o deməkdir ki, Rəsul Çunayev mayda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında da iştirak etməyəcək. Çünki bu qitə çempionatı məhz Avropa Oyunlarına lisenziya verirdi.
    //oxu.az

  • В Азербайджан хотели незаконно ввезти телят – ВИДЕО

    На таможенном посту Гызыл Керпю был задержан автомобиль марки Mercedes-Benz 200, управляемый следовавшим из Грузии гражданином Азербайджана.

    Как сообщили в Государственном таможенном комитете, в ходе осмотра транспортного средства на заднем сиденье и в багажнике были обнаружены 11 телят.

    По факту ведется расследование.

  • Maşında buzov gizlədib, ölkəyə keçirmək istədilər – VİDEO

    “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz 200” markalı avtomobil saxlanılıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq olan hissədən və yük yerindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən 11 baş buzov aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Министр примет погорельцев из Diqlas

    Министр экономики Шахин Мустафаев 29 марта примет предпринимателей, которым был нанесен материальный ущерб в результате сильного пожара в Diqlas.

    Встреча пройдет в здании Агентства по развитию малого и среднего предпринимательства.

    Согласно полученной информации, в результате пожара в ТЦ убытки понесли более 400 предпринимателей. Этих людей в течение трех дней министр экономики примет в порядке очереди.

  • “Diqlas”da zərər çəkən sahibkarların sayı məlum oldu

    a
    Görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin binasında olacaq.

    Əldə etdiyimiz məlumata görə, “Diqlas” yanğınından 400-dən çox sahibkar ziyan çəkib. Həmin sahibkarlar üç gün ərzində mərhələli şəkildə nazirin qəbulunda olacaqlar.

  • Anar Nağılbazın məzarından son görüntülər – VİDEO

    Anar Nağılbazın ikinci həyat yoldaşı Aytən Cəbiyeva mərhum repçinin birinci həyat yoldaşı Anjelika Cəbiyevanın verdiyi açıqlamanı təkzib edib.

    Median.Az xəbər verir ki, Aytən Cəbiyeva ölkə.az-a bildirib ki, Nağılbazın qəbrini su basması barədə deyilənlər həqiqəti əks etdirmir. A.Cəbiyeva deyib:

    “Bu video srağagün çəkilib. Görün orda su varmı? Mən İsraildə yaşayıram və ordakı dostlardan xahiş etmişdim ki, molla gedib Anarın məzarı başında yasin oxusun”.

    Qeyd edək ki, Anjelika Cəbiyeva news24.az saytına açıqlamasında bildirmişdi ki, Anar Nağılbazın qəbrini su basıb.

  • Семья из Агдама ютится в сыром подвале аварийного дома – ФОТО

    Заселенное вынужденными переселенцами здание в Баку находится в аварийном состоянии.

    Соответствующее заключение вынесено и со стороны МЧС. Речь идет о здании, расположенном в местечке, именуемым «Бакинский санаторий» в поселке Мардакян Хазарского района столицы.

    Семья вынужденных переселенцев из оккупированного армянами Агдамского района ютится в сыром подвале здания, заливающегося дождевыми, грунтовыми и канализационными водами.

    По словам главы семьи Теймура Гаджиалиева, семья, включающая малолетних детей, вынуждена жить в условиях, абсолютно непригодных для проживания и очень опасных для жизни и здоровья человека.

    Мужчина пожаловался на безразличие соответствующих структур к проблеме, отметив, что он уже направлял письменное обращение в МЧС.

    Руководитель пресс-службы Госкомитета по делам беженцев и вынужденных переселенцев Ибрагим Мирзоев, комментируя проблему, призвал указанную семью потерпеть еще немного, отметив, что в ближайшее время ожидается заселение вынужденными переселенцами новых жилкомплексов, построенных в поселках Кюрдаханы и Гобу.

    Мирзоев отметил, что расселение вынужденных переселенцев запланировано на конец марта-начало апреля текущего года.

    По его словам, при расселении вынужденных переселенцев, в первую очередь, будут учитываться семьи, живущие в аварийных помещениях.

    Глава же пресс-службы МЧС Яхья Бабанлы посоветовал семье обратиться в комиссию по ЧС при Исполнительной власти района либо непосредственно в МЧС. После того, как обращение поступит в министерство, вопрос будет рассмотрен по существу и будут приняты необходимые меры.

    Фотографиями поделился в соцсетях пользователь Заур Алиев.






    //oxu.az

  • Mərdəkanda təhlükəli bina – FHN “yaşamaq olmaz” deyir, insanlar isə köçürülmür (FOTO)

    Bakıda məcburi köçkünlərin yaşadığı bina qəzalı vəziyyətə düşüb.

    Binaya baxış keçirən Fövqəladə Hallar Nazirliyi buranın, həqiqətən, qəzalı olduğuna və yaşayış üçün yararlı olmadığına dair rəy verib.

    Söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bakılı sanatoriyası” adlanan ərazidən gedir. Sözügedən ərazidə yaşayan əslən Ağdam rayonundan olan məcburi köçkün Teymur Hacıəliyev deyir ki, onların binanın zirzəmisində yaşayır və övladlarının həyatı üçün narahatdır:

    “Burada qış aylarında necə yaşadıq, bir Allah bilir. Yağış suları bir tərəfdən, kanalizasiya suları, axıntılar bir yandan. Özüm artıq rütubətdən, nəmişlikdən xəstəlik tapmışam. Övladlarım üçün narahatam. Aidiyyəti qurumlar bizim vəziyyətimizə laqeyd yanaşır. FHN-ə yazılı şəkildə müraciət etmişəm”.

    Bina qəzalı olduğu üçün bütün sistem çöküb və birbaşa ailənin qaldığı otağa su, çirkab, kanalizasiya suları axır. Ailənin azyaşlı uşaqları var.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Bakı şəhərində birinci köçürülmə başlayan zaman qeydiyyata alınan ailələrin hər biri müvafiq ünvanlara köçürüləcək:

    “Hələlik Bakıda məcburi köçkün ailələrinin köçürülmə prosesinə başlanılmayıb. Biz başa düşürük ki, vətəndaşlar bir qədər çətinliklər yaşayır. Amma narahatlığa əsas yoxdur. Bir qədər səbrli olsunlar. Birinci Kürdəxanı ərazisinə, daha sonra isə Qobu Parka köçürülmə olacaq.

    Onu da qeyd edim ki, dediyiniz kimi, FHN tərəfindən həmin əraziyə qəzalı olduğuna dair rəy verilibsə, köçürülmə zamanı məhz həmin ailələrə üstünlük veriləcək.

    Əgər bizim nümayəndələrimiz əraziyə baxış keçirib, ailəni qeydiyyata alıbsa, heç bir narahatlığa ehtiyac yoxdur. Köçürülmə təxminən mart ayının sonları, aprel ayının əvvəllərinə təsadüf etməsi gözlənilir.

    Kürdəxanı ərazisinə köçürülmə zamanı açılışda cənab prezident İlham Əliyev özü də iştirak edəcək. Açılışdan sonra 10-15 gün ərzində ailələrin köçürülməsi prosesi tamamlanacaq”.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının saytımıza verdiyi açıqlamaya görə, ailə mövcud problemlə əlaqədar ərazinin icra orqanına müraciət etməlidir:

    “İlk olaraq vətəndaş rayon üzrə İcra Hakimiyyətinin özünün Fövqəladə Hallar Komissiyasına müraciət etməlidir. Komissiyaya icra başçısının müavinlərindən biri rəhbərlik edir. Həmin cavabdeh şəxs tərəfindən bizə məktub göndərilən zaman araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

    Ya da vətəndaş özü şəxsən birbaşa Fövqəladə Hallar Nazirliyinə yazılı surətdə müraciət ünvanlamalıdır. Bu kimi məsələlərə şifahi şərh vermək çətindir. Əraziyə yerində baxış keçirilməlidir. Qaydalara uyğun olaraq isə yekun əticələr əsasında ehtiyac olarsa, zəruri təxliyyə prosesləri həyata keçirilməlidir”.

    Ailənin aidiyyəti qurumlardan istəyi isə qəzalı binanın düzəldilməsi və ya başqa bir yerə köçürülmələrinin təmin edilməsidir.

    Qeyd edək ki, məsələ ilə bağlı fotoları sosial şəbəkədə Zaur Əliyev paylaşıb.







    //oxu.az