Month: March 2019

  • “Bibiheybət” məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri bitib

    Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.

    Agentlikdən verilən məlumata görə, təmir-bərpa işləri sözügedən yolun təqribən 430 metrlik hissəsinin 8500 kv.m-lik ərazisini əhatə edib. Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-eton örtüyündə deformasiyalar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Təmir-bərpa işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

    İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib.

    Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4 500 kv.m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8 500 kv.m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib.

    Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib.

    Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun birbaşa dövlət agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.//report.az

  • Aprel ayına olan hava proqnozu açıqlanıb

    Aprel ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında

    Orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı(norma 23-33 mm) gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında

    Orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 34-59 mm) gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

    Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 18-22 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 54-83 mm) gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

    Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (31-54 mm) gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

    Orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-126 mm) gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

    Orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 30-49 mm) gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

    Orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, bəzi günlərdə 20-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 mm) gözlənilir.//report.az

  • Birinci sinfə şagird qəbulu qaydaları dəyişdi – YENİLİK

    2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    BŞTİ-dən bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması nəzərdə tutulur.

    Digər dildə tədris aparılan bölmə üzrə uşaqların I siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqları müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılacaq.

    Müsahibə komissiyasının üzvləri müəllimlərdən ibarət olacaq. 12 inzibati rayon üzrə doqquz mərkəzdə müraciət edənlərin sayından asılı olaraq bir, iki və yaxud üç komissiya fəaliyyət göstərəcək. Müsahibə komissiyaları aprelin 1-dən fəaliyyətə başlayacaq.

    “Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək. Valideyn şəxsi kabinet yaradıb övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata düşür.

    Əgər valideyn övladını ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölməsi üzrə müsahibəyə yazdırmaq istəyirsə, o zaman “Məktəblər” bölməsini seçib, “İrəli” düyməsini sıxmalıdır.

    Ümumi təhsil məktəbləri seçilibsə, sistem valideynə müvafiq müsahibə komissiyalarından birini seçməyi təklif edir. Həmin pəncərədə məktəbin ərazisini göstərən xəritə, məktəbin ünvanı və əlaqə nömrəsi qeyd edilib”.

    İdarədən qeyd edilib ki, uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb seçimi edə bilər:

    “Məktəb seçimi bu ilin mayın 1-dən etibarən ümumi qaydada həyata keçiriləcək. Əks halda, Azərbaycan bölməsinə sorğu yerləşdirə bilərlər. Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə biləcək”.

  • Хирурги отменили моду на «утиные» губы

    Британские хирурги вынесли приговор «утиным» губам, которые находились на пике популярности еще несколько лет назад. Теперь, по словам специалистов, «пельмешки» – антитренд и безвкусица. Западные и российские звезды уже начали выкачивать ботокс из губ и отменять запись на инъекции. Однако бьюти-индустрии, есть что предложить им взамен.

    Как передает Лайф, об этом пишет Daily Mail.

    Если раньше в моде был неестественный объем, то теперь — графика. В помощь приходят специальные нити, которые косметолог вводит через уголки рта, придавая губам четкие очертания. Это делает их более естественными и притягательными. Для улучшения контура губ можно использовать и татуаж, отмечают эксперты, однако эффект будет менее ярким.

    «Нити, о которых идет речь, выполнены из стерильного хирургического материала — полидиоксанона. Процедура усиливает цветовую границу рта и обеспечивает четкость без эффекта припухлости в верхней губе, иногда возникающей из-за растекающихся филлеров», – рассказывает директор лондонской клиники пластической хирургии Dr MediSpa доктор Мунира Сомджи.

  • Предотвращена попытка продажи мяса умерших животных в Баку

    Агентство продбезопасности Азербайджана совместно с сотрудниками Главного управления общественной безопасности МВД обнаружили на территории села Леки Агдашского района 534 кг негодного к употреблению мяса.

    Мясо находилось в автомобиле с государственным номерным знаком 99-HX-408, принадлежащем Керимли Ширину Низами оглу, который собирался везти его на продажу в Баку, сообщили в АПБА.

    Так, при осмотре автомобиля в багажном отделении были обнаружены три туши животных неизвестного происхождения. Предварительный осмотр выявил отсутствие каких-либо документов относительно принадлежности мяса, также была выявлена непригодность мяса к использованию согласно органолептическим показателям.

    Согласно предположениям, мясо принадлежало мертвым животным и представляло опасность для здоровья людей, в целях выяснения этих обстоятельств, взятые с мяса пробы, были отправлены в лабораторию Агентства.

    По факту будут приняты меры в соответствии с требованиями законодательства.

  • Министр примет погорельцев из Diqlas

    Министр экономики Шахин Мустафаев 29 марта примет предпринимателей, которым был нанесен материальный ущерб в результате сильного пожара в Diqlas.

    Как передает Median.Az, встреча пройдет в здании Агентства по развитию малого и среднего предпринимательства.

    Согласно полученной информации, в результате пожара в ТЦ убытки понесли более 400 предпринимателей. Этих людей в течение трех дней министр экономики примет в порядке очереди.

  • “Diqlas”da zərər çəkən sahibkarların sayı məlum oldu

    Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas”dakı yanğınla bağlı sahibkarları qəbul edəcək.

    Median.Az xəbər verir ki, görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin binasında olacaq.

    Əldə etdiyimiz məlumata görə, “Diqlas” yanğınından 400-dən çox sahibkar ziyan çəkib. Həmin sahibkarlar üç gün ərzində mərhələli şəkildə nazirin qəbulunda olacaqlar.

  • В Шемахе идет снег – ВИДЕО

    В Шемахинском районе утром 29 марта начался снегопад.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, в настоящее время на территории поселка Пиргулу снег продолжает идти.

    Отметим, что 28 марта Бюро гидрометеорологических прогнозов Министерства экологии и природных ресурсов распространило информацию о том, что в районах Азербайджана ожидаются дожди, а в горных и предгорных районах – снег.

  • Şamaxıya qar yağır – VİDEO

    Bu gün səhər saatlarından başlayaraq, Şamaxının bəzi yerlərinə qar yağıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hazırda Pirqulu ərazisində qar yağıntısı davam edir.

    Qeyd edək ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıntısının gözlənilməsi barədə məlumat yayıb.

  • Gecə Bakıda qan töküldü – VİDEO

    Bakıda dostlar arasında qanlı dava baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində baş verib.

    Belə ki, 1997-ci il təvəllüdlü Pənahov Elnur Rasim oğlu adı istintaqa bəlli olmayan dostu tərəfindən bıçaqlanıb.

    E.Pənahov təcili 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. Ona sol budun arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

    Faktla bağlı araşdırma aparılır.