Month: March 2019

  • Уволены десятки сотрудников Минэкологии

    В Азербайджане с декабря 2018 года до сих пор уволены с работы 52 сотрудника лесного хозяйства.

    Об этом в четверг сказал заместитель министра экологии и природных ресурсов Фирдовси Алиев, сообщает Trend.

    Алиев сказал, что эти лица были уволены из-за неправильного выполнения своих обязанностей по защите лесов.

    «К большему сожалению, мы не смогли продолжить работу с ними из-за слабых организаторских навыков этих лиц, назначенных нами на должность. Поэтому мы освободили от занимаемой должности начальников региональных управлений в Шеки, Масаллы, Шамахы и Лянкяране», – добавил Алиев.

  • Oğlunu öldürüb arvadı ilə yaşayan ata – Azərbaycanın ən səs-küylü qətlləri

    Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub.

    Median.Az ölkə.az-a istinadən bu gün oxuculara baş verən ən səs-küylü cinayət hadisələrini təqdim edir.

    Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata – 13 il 8 aydan sonra üstü açılan cinayət.

    Dəhşətli cinayət hadisəsi Quba rayonunda baş verib.

    İbtidai araşdırma zamanı məlum olub ki, Həsrət Əliyev 2001-ci il sentyabrın 20-də Quba RPŞ-yə ərizə ilə müraciət edərək, 1970-ci il təvəllüdlü oğlu Elman Əliyevin ayın 19-dan evdən xəbərsiz Rusiya Federasiyasına getməsi və hal-hazıra kimi ondan bir xəbər olmamasını bildirib.

    Toplanmış sübutlardan görünüb ki, cinayət hadisəsi üstündən 13 il 8 aydan artıq müddət keçdikdən sonra açılıb. Bu müddət ərzində mərhum Elman Əliyevin qohumları və həmkəndliləri onun Rusiyaya getdiyini və ailə üzvləri ilə əlaqə saxlamadığını zənn ediblər.

    İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev arvadı Minafər, oğlu Elman, gəlini Yeganə Ərəbova və azyaşlı nəvəsi Ravidlə birlikdə Hacıqayıb kəndində yaşayıblar. 2001-ci ilin iyul ayından etbarən, gəlinindən qadın kimi xoşu gələn qayınata ona olan intim hisslərini nümayiş etdirməyə başlayıb.

    Oğlu Elman onun bu davranışından, hamilə vəziyyətdə olan Yeganəyə əxlaqsız niyyətlə yanaşmasından şübhələnərək, sonuncudan atasına qulluq göstərməməyi, onunla təklikdə qalmamağı tələb edib. Buna görə arvadı ilə də münasibəti pisləşib, iş o yerə çatıb ki, Elman Yeganəni evdən qovmaq istəyib.

    Özünə yaxın bildiyi Ərəbovanın çıxıb gedəcəyi təqdirdə, onunla yaxın münasibət yarada bilməyəcəyi qənaətinə gələn, həmçinin övlad kimi Elmanın ona hörmətsizlik etməsindən əsəbləşən Həsrət Əliyev 2001-ci il sentyabrın 18-də gəlininə olan hisslərini bir daha açıqlayaraq, onunla birlikdə yaşamağı təklif edib, Yeganə və uşaqlarına himayədarlıq edəcəyini və əmlakını onun üçün saxlayacağını vəd edib.

    O, oğlunu öldürmə niyyətində olduğunu, Elmanı öldürdükdən sonra onun Rusiyaya getməsi barədə yalan məlumat yaymaqla, geyim paltarlarını və adına olan rəsmi sənədləri yandırıb, məhv edilməsi barədə Ərəbova ilə razılığa gəlib.

    Sentyabrın 19-da digər ailə üzvləri evdə olmadığı zaman Elman Əliyevi öldürmək qərarına gəliblər. Bu məqsədlə Həsrət Əliyev saat 24 radələrində evin həyətində olan baltanı əlinə alıb, arxasında gizlədərək yaşadıqları evin 1-ci mərtəbəsinə daxil olub və oğlunu səsləyib.

    Elman 2-ci mərtəbədən aşağı endikdə, o, ailələrinə məxsus alma bağına nəzarət etmək üçün ora getməyi tapşırıb, lakin sonuncu atasının tapşırığına növbəti dəfə əməl etməyərək, gecə vaxtı bağa getməkdən imtina edib.

    Elman sözünü deyib, dönüb oradan uzaqlaşarkən Həsrət Əliyev arxasında gizlətdiyi baltanın küt hissəsi ilə onun ənsə və gicgah nahiyələrindən ardıcıl zərbələr vuraraq, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.

    Elman Əliyev üzü üstə yerə yıxıldıqdan sonra balta ilə onun kürəyindən də zərbələr endirib. Sonra oğlunu arxası üstə çevirən ata cəkiclə onun qabırğalarına bir neçə zərbə vurub.

    Törətdiyi cinayətin izini gizlətmək məqsədi ilə, aralarında olan razılığa əsasən, Yeganə ərinin əynindəki paltarları çıxardaraq meyidi bükmək üçün mələfə gətirib.

    Paltarları, ayaqqabılarını və pasportunu həyətdə ocaq qalayıb, yandırmaqla qəsdən məhv edib. Daha sonra onlar meyidi ağ mələfəyə bükərək, üstünü sintetik materialdan olan iplərlə bağlayıblar və köməkləşib, birgə cəsədi evin arxasına aparıblar. Orada onu ayaqyolunun çalasına atıb, üstünü torpaq və ağac parçaları ilə doldurmaqla, Elman Əliyevi qəsdən öldürüblər.

    Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Həsrət Əliyev 14, Yeganə Ərəbova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

    63 yaşlı ata arvadını və 4 qızını öldürdü.

    Hadisə 2014-cü ildə Salyan rayonunda “Zavod” məhəlləsi adlanan ərazidə baş verib.

    Rayon sakini 63 yaşlı Fərhad Əliyev arvadı Mehparə Əliyeva və qızları Rəqibə, Sevda, İradə və Ümidəni əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə ona oğlu Fəqan Əliyev də köməklik edib. Qatil ata dindirmə zamanı arvadını və qızlarını “onu saymadıqları üçün” öldürdüyünü deyib: “Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm”.

    Məhkəmənin hökmü ilə ata və oğul ömürlük azadlıqdan məhrum ediliblər.

    Arvadını ögey qardaşına qısqanıb balta ilə öldürüb başını kəsdi.

    Hadisə 2017-ci ilin may ayında Qubada baş verib. Rayonun Güləzi kəndində yaşayan Murad Ələsgərov arvadı Ulduzu ögey qardaşına qısqanaraq 5 dəfə balta ilə vurub, sonra isə başını kəsib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərov ifadəsi zamanı ögey qardaşı Şeyda ilə Ulduzu bir neçə gün izlədiyini deyib: “Onları güdmək üçün guya küçəyə getdiyimi dedim, evin arxasından keçib samanlığa girdim. Eşitdim ki, Şeyda Ulduza nəsə dedi. Sonra ikisi də həyətə çıxdı, pəncərədən baxıb gördüm ki, Ulduz tövlənin arxasına getdi. Şeydanın harda olduğunu bilmək üçün çölə çıxdım. O məni görüb tutuldu, tez küçəyə tərəf getdi.
    Bir gün sonra yenə işləmək adı ilə evdən çıxdım. Şeyda da arxamca küçəyə gəldi, onu aldatmaq üçün dağa tərəf gedib başqa yolla qonşunun həyətində ağaca çıxdım, oradan həyətimizi izlədim. Heç birini həyətdə görmədim, evə qaçdım. Şeyda balkonda dayanmışdı, Ulduz da taxtın üstündə halsız uzanmışdı.

    Səhəri gecə tövlənin üstünə çıxıb oradan arvadımı güddüm. Şeyda tövlənin qabağına gəlib orada dayandı. Ulduz da bu toyuq hinindən çıxırdı. Şeyda onu yanına çağırdı. Amma Ulduz süd vedrəsini götürüb evə getdi. Mən də evə gedib Şeydanın ona nə dediyini soruşdum. O isə eşitmədiyini dedi. Dedim ki, Quran gətirəcəyəm, özünü yığışdır, yoxsa səni öldürərəm”.

    Bundan sonra Murad Ələsgərov arvadı Ulduzu öldürmək üçün qəti qərar verir və sübh tezdən inək sağan arvadına arxadan yaxınlaşaraq baltayla zərbələr vurub. Arvadının öldüyünü görən Murad daha sonra qadının başını kəsib.

    Məhkəmənin hökmü ilə Murad ələsgərov 18 il azadlıqdan məhrum edilib.

    İki yaş böyük bacısına 22 bıçaq vurub, sonra başını kəsdi.

    Hadisə 2014-cü ilin oktyabr ayında Paytaxtın Xətai rayonunda baş verib. 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib. Məlumata görə, Nuriyevaların anası oktyabrın 21-də Şəkidən Bakıya gəlib. Ana qızlarının kirayə yaşadığı evdə olan zaman mübahisə yaranıb.Pərvanə Nuriyeva kiçik bacısından anasına şikayət edib. O, anasına deyib ki, bacısı bədxərclik edir və çox pul xərcləyir. Şikayətdən sonra qadın Pərvanə Nuriyevanı tənbeh edib. Pərvanə də bacısının hərəkətlərindən əsəbləşib.

    Oktyabrın 22-də Pərvanə anasını yola salmaq üçün Bakı Avtovağzalına aparıb. Anasını Şəkiyə yola salan Pərvanə bacısından qisas almaq qərarına gəlib. Evə daxil olan Pərvanə Günellə mübahisə edib. Mübahisə zamanı Pərvanə Nuriyeva bacısına 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

    Məhkəmənin hökmü ilə Pərvanə Muriyeva müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

    Ona siqaret verməyən bacısını balta ilə dograyıb torbalara yığıdı.

    İttihama görə,hadisə 2009-cu il dekabrın 3-də Bakının Yasamal rayonu, H.Zərdabi küçəsindəki 73 nömrəli evdə yaşayan, 1969-cu il təvəllüdlü ruhi xəstə Laura Bahadır qızı Qasımova özündən böyük bacısı Nərgiz Qasımovanın başını balta ilə kəsib. Sonra isə onu doğrayaraq torbaya doldurub və zibilliyə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin L.Qasımova tərəfindən törədildiyini müəyyənləşdirib. O, ilkin istintaq zamanı ifadəsində hadisəni siqaret üstündə törətdiyini etiraf edib.

    L.Qasımova bacısından siqaret istəyib. N.Qasımova siqaret vermədiyinə görə bacısı onu öldürüb. Məhməkənin hökmü ilə Laura Qasımova 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

  • Paytaxtda 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir – FOTO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhərində 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir.

    Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

    Hal-hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar aşağıdakılardır:

    1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi. Piyada keçidinin uzunluğu 57,4 m, qalereyasının eni 4,4 m, hündürlüyü isə 3,2 m-dir. Keçid bağlı qazma üsulu ilə inşa edilir.

    2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidi. Keçidin uzunluğu 227 m, eni 2,7 m, yoldan hündürlüyü isə 5,5 m-dir. Piyada keçidi “asma” tipli və üst hissəsi açıq olacaq.

    3. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin uzunluğu 45 m, eni 3,5 m, yol üzərindən hündürlüyü isə 5,5 m təşkil edir.

    4. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59,4 m, oxdan-oxa uzunluğu 52 m, kənar dayaqlarda hündürlük isə 5,15 m təşkil edir.

    5. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 m, yol səthindən hündürlüyü 5,5 m təşkil edəcək.

    Bundan başqa daha 5 yerdə də yeni piyada keçidlərinin inşası nəzərdə tutulur. Bu aşağıdakı ərazilərdir:

    1. Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində.

    2. Xətai rayonu, Neapol küçəsi (parkın yanı).

    3. Zığ yolunda (Zığ dairəsinin yaxınlığı).

    4. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27,7-ci km-də (Ceyranbatan qəsəbəsi).

    5. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədio avtomobil yolunun 39-cu km-də (Qaradağ rayonu).

    Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakıda və Bakı ətrafı yollarda 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.//milli.az

  • Azərbaycanda sənaye məqsədli meşələr salınacaq

    “Azərbaycanda sənaye məqsədli meşələr salınacaq”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

    V.Kərimovun sözlərinə görə, ölkədə meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil:

    “Elə ərazilər var ki, məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar”.

    Aparat rəhbəri deyib ki, meşədən aparılan ağacların 90 faizi qeyri-yanacaq məqsədləri üçün istifadə edilir.

    Nazirlik rəsmisi əlavə edib ki, sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və həmin ağacların heabına materiala olan tələbatlarını ödəyə bilərlər. Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq.

    V.Kərimov sənaye məqsədli meşələrin 2019-cu ildə salınmasının planlaşdırıldığını söyləyib.

  • Неймар может быть дисквалифицирован

    Бразильский нападающий “Пари Сен-Жермен” Неймар рискует нарваться на дисквалификацию со стороны Союза европейских футбольных ассоциаций (УЕФА) после того, как критически высказался в адрес судейского корпуса матча “ПСЖ” – “Манчестер Юнайтед”.

    Бразилец не принимал участия в игре из-за травмы и смотрел матч с трибуны. Однако после того, как главный арбитр матча Дамир Скомина назначил пенальти в ворота “ПСЖ” в добавленное время и форвард “МЮ” Маркус Рэшфорд его реализовал, Неймар в своем Instagram опубликовал пост с оскорблениями в адрес судейского корпуса, где он не стеснялся в выражениях.

    За это бразилец может быть дисквалифицирован, сообщает Sport.es. Ему может грозить бан от одного до трех матчей. В скором времени может быть инициировано расследование данного инцидента.

  • “50 ildə birinci dəfədir ki…” – Nazpəri

    Xalq artisti Nazpəri Dostəliyeva “Zaurla Günaydın” verilişinin qonağı olub.

    Median.Az axşam.az-a istinadən bildirir ki, müğənni son günlər səhhətində problem yarandığını söyləyib. Dostəliyeva bildirib ki, virus qapıb:

    “Sənətkarın xəstələnməyə ixtiyarı yoxdur. Nəvələrimin, uşaqların yükü çiynimdədir. Kərim nəvəm xəstələnmişdi, dedim ki, sənə gələn mənə gəlsin. Səhər o sağalıb, bağçaya getdi, mən də xəstələndim.

    Nə dərman lazımdır hamısını etmişəm. 50 ildə birinci dəfədir ki, mən xəstələnirəm. Heç vaxt qrip olmamışam”.

  • В Азербайджане наказаны десятки сотрудников минэкологии

    В Азербайджане с декабря 2018 года до сих пор уволены с работы 52 сотрудника лесного хозяйства.

    Об этом в четверг сказал заместитель министра экологии и природных ресурсов Фирдовси Алиев, передает Median.Az со ссылкой на Trend.

    Алиев сказал, что эти лица были уволены из-за неправильного выполнения своих обязанностей по защите лесов.

    “К большему сожалению, мы не смогли продолжить работу с ними из-за слабых организаторских навыков этих лиц, назначенных нами на должность. Поэтому мы освободили от занимаемой должности начальников региональных управлений в Шеки, Масаллы, Шамахы и Лянкяране”, – добавил Алиев.

  • İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı yüz milyon manat artırılıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 470 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “466 000 000 (dörd yüz altmış altı milyon)” sözləri “566 000 000 (beş yüz altmış altı milyon)” sözləri ilə əvəz edilsin.

    Fərmanın icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin edilir:

    2.1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.13.1.2.1-ci yarımbəndinə (Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üzrə tədbirlər) əsasən dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin 80 milyon manatı hesabına;

    2.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.81.1-ci yarımbəndinə (Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi) əsasən müəyyən edilən vəsaitin 20 milyon manatı hesabına.

    Fərmanın 2.1-ci bəndinin icrasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 2.2-ci bəndinin icrasını isə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bir ay müddətində təmin edəcək.

  • Знаменитая ведущая спустя годы вышла замуж за подростковую любовь – ФОТО

    Камиля Бабаева спустя годы вышла замуж за свою подростковую любовь.

    В своем интервью порталу Publika.az телеведущая рассказала об отношениях с супругом и призналась, что больше всего супруг ценит в ней чувство юмора.

    – Обычно людям, получившим в детстве психологическую травму, тяжело бывает позитивно смотреть на жизнь. Ваши родители рано развелись, ваш отец трагически скоропостижно скончался. Нельзя сказать, что у вас было счастливое детство. Тем не менее, вы всегда дарите людям положительную энергию. Может, поделитесь вашим секретом?

    – По-моему, это генетически. Вдобавок, я получаю эту энергетику от хороших людей. Если на каком-то мероприятии кто-то, улыбаясь, здоровается с тобой, то ты получаешь положительную энергию. Я не встречаю агрессию или плохого отношения к себе.

    – Благодаря каким качествам вы смогли заставить супруга полюбить вас?

    – Мы никогда об этом не беседовали, поэтому я не смогу конкретно ответить на этот вопрос. Но по моим предположениям, наверное, он высоко оценивает мое чувство юмора. Я люблю шутить, и моя любовь к жизни хоть иногда и раздражает его, но это одна из основных причин.

    – Со своим мужем вы знакомы с подросткового возраста. Старые фотографии, которыми вы поделились в Instagram вызвали большой интерес. Почему вы поздно оформили свои отношения?

    – Верно, друг друга мы знаем давно. Здесь уместна поговорка: «если бы вовремя вышла замуж, то имела бы сейчас взрослых детей». Несмотря на это, я очень благодарна Богу. На этот вопрос я отвечу одним словом – судьба. Каждая история имеет свое время и смысл. Значит, наша судьба должны была сложиться таким образом.

    – Долгое время вы пытаетесь скрыть вашу дочь от прессы, даже ее лицо не показывали.

    – У моей дочери нет страничек в социальных сетях. Хочу, чтобы она прожила свое детство и жизнь, принадлежащую ей самой. Почему я должна принуждать ее к чему-то? Я не хочу эксплуатировать своего ребенка. Другие могут считать иначе, и не рассматривать распространение видео и фотографий своих детей как эксплуатацию.

    – «5 элемент» – одна из самых долговечных программ в телеэфире. Интересно, а четверо ведущих между собой никогда не спорят?

    – Передача снимается с совместным участием четырех знаменитых азербайджанцев. Когда мы только начинали, нам говорили, что программа не сможет существовать долго. Секрет заключается в наших искренних чувствах друг к другу и в дружбе. Естественно, возникают творческие дискуссии, но мы все тепло друг к другу относимся.

    – Ожидается ли в будущем изменение формата передачи?

    – Возможно, всякое может произойти. Программа не может годами транслироваться в одном и том же формате, к концу сезона все прояснится.

  • Məşhur aparıcı yeniyetməlik sevgilisinə illər sonra ƏRƏ GETDİ: “Həyat yoldaşımı qıcıqlandırsa da…” – FOTO

    Yeniyetməlik və gənclik məhəbbəti ilə illər sonra ailə quran aparıcı Kamilə Babayeva həyat yoldaşı ilə münasibətlərindən danışıb.

    Publika.az-a müsahibə verən televiziya ulduzu etiraf edib ki, həyat yoldaşı onda ən çox yumor hissini yüksək qiymətləndirir.

    – Adətən uşaqlıqda travma alan insanlar həyata pozitiv gözlərlə baxa bilmir. Valideynlərinizin ayrılığını, atanızın vaxtsız və faciəli ölümünü nəzərə alsaq, sizin də xoşbəxt uşaqlıq yaşadığınızı demək olmaz. Bununla belə istər efirdə, istərsə də ətrafınızda olan insanlara sizdən böyük bir enerji seli axır. Bəlkə hər zaman belə şən görünməyinizin sirrinizi bizimlə də paylaşasınız.

    – Məncə, bu, genetikdir. İkincisi, yalan deməyəcəm bu energetikanı xoşsimalı insanlardan alıram. Hər hansı məclisə gedəndə hamı ilə salamlaşıb hal-əhval tutursan. Nəticə etibarı ilə onların xoş ovqatı təsirsiz ötüşmür. Kimsə gülümsəyərək sənə salam verirsə, bundan necə müsbət enerji almamaq olar. Özümə qarşı bir aqressiya və ya naxoş münasibət görməmişəm. Belə münasibət görsəm, yəqin ki, mənim də kefim pozular, kompleksə düşərəm, tısbağa kimi qınıma çəkilib kənarda dayanmaq istəyərəm. Dolayısı ilə nikbinlik həm genetikadan, həm də ətraf mühitin sənə münasibətindən asılıdır. Digər insanların emosiyasından aldığım bir gücdür ki, məni belə pozitiv edir.

    – Sizcə, sevilmək şans məsələsidir, ya özünü sevdirmək bir istedad tələb edir?

    – Mütləq ki, onun içində bir istedad olmalıdır. “Hamı məni sevir” deməklə iş bitmir, artıq özün-özünü sevməyə başlamısansa və ətrafda baş verən hadisələri görmürsənsə, sənə olan sevgi azalmağa başlayacaq və tədricən yox olacaq. Kainatda hər şey bir-biri ilə qarşılıqlı təsir içindədir, əgər sevgi ötürməsən, səni də sevməyəcəklər. Eyni ilə səma ilə torpağın bir-birinə qarşı münasibəti kimi. Göylər ağlamasa, torpaq bar verə bilməz.

    İstənilən münasibətlərdə öz dərəcəni bilməlisən. Elə an olur ki, dərəcəni bir qədər azaltmalı olursan, bəzən isə çoxaltmaq lazım gəlir. Bunu özün tənzimləməyə çalışmalısan. Sözsüz ki, insandan zəhmət tələb olunur, çünki başqa cür mümkün deyil.

    – Həyat yoldaşınıza özünüzü hansı keyfiyyətlərinizlə sevdirə bilmisiniz?

    – Bu barədə heç vaxt danışmamışıq deyə suala konkret cavab verə bilməyəcəm. Həqiqətən də bizim aramızda belə söhbət olmayıb. Fərziyyələrimə qalarsa, yəqin ki, yumor hissimi yüksək qiymətləndirir. Zarafatcıl olmağım və məndəki həyat eşqi hərdən onu qıcıqlandırsa da, əsas amillərdən biri budur. Heç nəyin dərininə gedən biri deyiləm. Hər hansı problemi uzatmağı sevmirəm, ona haqq qazandırmaq üçün mütləq bir səbəb tapıram. Sözsüz ki, bu səbəb əsaslandırılmış bir arqument olmalıdır, balansı qoruyuram.

    Kimisə bəyənməyə bilərik, amma unutmaq olmaz ki, onun yaxşı xüsusiyyətləri də var. Yaxşı ilə pisi tərəziyə qoymaq lazımdır. Əgər müsbət keyfiyyətlər mənfini üstələyirsə, o pisləri unuduram.

    – Demək ki, münasibətlərin möhkəm olmasında güzəşt amili mühüm rol oynayır.

    – Məncə, hə. Ailə daxilində hegemonluğu qadına yaraşdırmışam. Hegemonluqla nazlı-qəmzəli, ədalı, öz yerini bilən qadın arasında geniş fərq var. Hegemon qadın deyiləm və düşünürəm ki, bu xüsusiyyət hansısa münasibətlərdə yaxşı bir nəticə də verə bilməz.

    – Həyat yoldaşınızla yeniyetməlik illərindən tanışsınız. İnstaqramda paylaşdığınız köhnə şəkilləriniz böyük maraq doğurmuşdu. Münasibətlərinizi gec rəsmiləşdirməyinizin səbəbi nə idi?

    – Bəli, biz uzun illərdir bir-birimizi tanıyırıq. Burada deyiblər ki, vaxtında evlənsəydin, indi özün boyda övladların olardı (gülümsəyir). Buna baxmayaraq Allahımdan çox razıyam. Bu suala da bir sözlə cavab verəcəyəm, qismət… Hər hadisənin bir zamanı, bir tarixi və bir anlamı var. Demək ki, bizim də qismətimiz belə olmalı idi.

    – Bir çox məşhur övladı dünyaya gələn kimi onun adına sosial şəbəkədə hesab açaraq bu yolla pul qazanır. Məşhur övladı olduğu üçün belə səhifələr bəlli bir izləyici toplaya bilir və sonra reklamlardan pul qazanır. Siz isə uzun müddətdir ki, qızınızı mediadan gizlətməyə çalışırsınız, üzünü hələ də göstərmirsiniz.

    – Bu istiqamətdə baş verən hadisələrə təbii ki, öz münasibətim var. Qızımı əsla ərköyün yetişdirmirəm. Tanışlarım düşünürdü ki, bir övladım var deyə onu ərköyün böyüdəcəyəm. Sözsüz ki, bəzi məqamlarda uşaq ərköyünlüyü olur, bu da normaldır. Ümumilikdə, nizam-intizam çərçivəsində böyüyən bir uşaqdır, deyilən sözləri və qadağaları anlayır.

    Balamın sosial şəbəkədə heç bir səhifəsi yoxdur, istəyirəm ki, uşaqlığını və özünə aid olan həyatı yaşasın. Əgər onun taleyində böyük paraları qazanmaq varsa, gələcəkdə zatən qazanacaq. Niyə onu indidən nəyəsə məcbur edim, qızımı istismar etmək niyyətim yoxdur.

    Başqaları uşaqların video və şəkillərini paylaşması istismar kimi dəyərləndirməyə bilər, hər kəsin öz işidir, bunu da çox normal qəbul edirəm.

    – “5-ci element” son illərdə efirdə yayımlanan ən uzun verilişlərdən biridir. Maraqlıdır ki, 4 aparıcı arasında mübahisə baş vermir?

    – Veriliş 4 məşhur azərbaycanlının birgə iştirakı ilə çəkilir. Təzə başlayanda bizə deyirdilər ki, veriliş tezliklə bağlanacaq, uzun müddət davam edə bilməyəcək. Onun uzun müddət davam etməsinin sirri bir-birimizə qarşı olan səmimi hisslərdə və dostluqda gizlənib. Əlbəttə ki, yaradıcı müzakirələr baş verir, lakin hamımız bir-birimizə isti münasibət göstəririk. Rəqabətimiz fərqlidir, biri digərinə rəqib gözü ilə baxmır, əksinə bir-birimizin uğuruna çox sevinirik.

    – Gələcəkdə format dəyişikliyi gözlənilir?

    – Mümkündür, hər şey ola bilər. Veriliş illərlə bu formatda yayımlana bilməz, mövsümün sonuna yaxın dəqiqləşəcək.