Month: March 2019

  • Сегодня состоится встреча Ильхама Алиева и Пашиняна

    В столице Австрии 29 марта состоится встреча Президента Азербайджана Ильхама Алиева и премьер-министра Армении Никола Пашиняна.

    Как передает Median.Az, ее цель – обсуждение урегулирования армяно-азербайджанского нагорно-карабахского конфликта.

    Отметим, что встреча согласована на основании предложения, поступившего от сопредседателей Минской группы ОБСЕ.

    Напомним, накануне в Вене при посредничестве сопредседателей Минской группы ОБСЕ состоялась встреча министра иностранных дел Азербайджана Эльмара Мамедъярова и министра иностранных дел Армении Зограба Мнацаканяна.

  • Bu gün İlham Əliyevlə Paşinyan görüşəcək

    Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada görüş keçiriləcək.

    Median.Az-ın məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaqlar.

    Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək.

    Xatırladaq ki, dünən Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

    Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.

  • Открылась продажа билетов на регулярный рейс из Баку в Джидду

    На сайте Национального авиаперевозчика Азербайджана www.azal.az открылась продажа билетов по направлению Баку-Джидда-Баку (Международный аэропорт Король Абдул-Азиз – JED).

    Прямые авиаперелеты будут осуществляться по летнему расписанию с 10 июня один раз в неделю по понедельникам на самолетах Airbus A320. Рейс планируется продолжить и в рамках зимнего расписания, график которого будет опубликован на сайте авиакомпании.

    Регулярные рейсы между Баку и Джиддой позволят привлечь дополнительный поток туристов из Ближнего Востока, сделает доступнее религиозные святыни, а также углубит деловые отношения между двумя странами.

    Билеты по данному направлению можно также приобрести в кассах AZAL и официальных агентствах авиакомпании. В рамках рейсов можно воспользоваться бонусной программой AZAL Miles. Подробная информации о бонусной программе представлена на сайте www.miles.azal.az.

    По вопросам приобретения авиабилетов и для получения подробной информации можно обращаться в справочный центр авиакомпании AZAL по электронной почте callcenter@azal.az либо через форму обратной связи на сайте //www.azal.az/ru/webform/contact-us.

  • Sahibkarlarla görüş başladı: 380 minlik malım yandı, minlərlə borcum var

    İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Diqlas”da zərər çəkən sahibkarları qəbul edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sahibkarlar malları, əsasən, Çindən, Türkiyədən, Dubaydan gətirdiklərini, ancaq həmin malların sənədlərinin olmadığını deyiblər.

    Sahibkar Natiq Nurəddinov bildirib ki, 380 min manatlıq malı yanıb. Onun sözlərinə görə, Türkiyədəki fabrikə 20 min manat, Bakıda isə 60 min manat borcu var.

    N.Səfərov söyləyib ki, “Kapitalbank”da hesab açılacaq və ilkin maliyyə dəstəyi göstəriləcək. Sahibkarlığın İnkişafı Fondundan cüzi faizlə kredit ayrılacaq.

    Nazir müavini sahibkarlara “Diqlas” bərpa olunana qədər Sədərək və ya digər ticarət mərkəzində yer təklif edib.

  • Rəsul Çunayev qitə çempionatı və Avropa Oyundan məhrum oldu

    Yunan-Roma güləşi üzrə dünya çempionumuz Rəsul Çunayev gələn ayın əvvəli Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, idmançı səhhəti ilə əlaqədar qitə birinciliyinə gedə bilməyəcək.

    Bu isə o deməkdir ki, Rəsul Çunayev mayda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında da iştirak etməyəcək. Çünki bu qitə çempionatı məhz Avropa Oyunlarına lisenziya verirdi.

  • В Товузе ребенок спалил двухэтажный дом – ФОТО

    В Товузе зарегистрирован случай пожара.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, пожар произошел в частном доме на улице Салатын Аскеровой.

    К тушению пожара, вспыхнувшего в двухэтажном доме жителя района Керима Шахмурадова, были привлечены две пожарных бригады и карета скорой помощи.

    В результате инцидента никто не пострадал, дому нанесен серьезный ущерб.

    По предварительным данным, причиной возгорания стало неосторожное обращение ребенка с огнем.

    По факту проводится разбирательство.

  • Bakıda 56 yaşlı qadın itkin düşdü

    Bakıda 56 yaşlı qadın itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

    Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, mənzil 11-də yaşayan 1963-cü il təvəllüdlü Sevda Musa qızı Qəhrəmanova martın 26-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Polis faktla bağlı araşdırmalara başlayıb.

  • Sumqayıtda xəstəxanada yanğın olub

    Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yanğın olub.

    Üçmərtəbəli binanın dəhlizində 15 ədəd elektrik açarı və 2 paqonometr elektrik kabeli yanıb.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, bina yanğından mühafizə olunub.

  • Türkiyə böyük zəlzələyə hazırlaşmalıdır – Professor qorxunc PROQNOZU TƏSDİQLƏDİ

    Malatya İnönü Universitetinin professoru, geologiya üzrə mütəxəssis Məhməd Önal son günlər Malatya və Dənizli sahillərində baş verən ardıcıl zəlzələlərlə bağlı heç də ürək açmayan açıqlama verib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, türk professor 3-4,5 bal arası baş verən yeraltı təkanları qabaqcıl zəlzələ adlandırıb və bildirib ki, bu təbiət hadisələri daha böyük zəlzələnin “müjdəçisidir”.

    “Bunlar bir növ xəbərdarlıqdır. Daha böyük zəlzələ ilə bağlı tədbirlər görülməlidir. Neçə ballıq ola bilər? Bunu demək çox çətindir”.

    Qeyd edək ki, zəlzələ proqnozları ilə tanınan hollandiyalı mütəxəssis Frank Hugerbits də 28, 29, 30 mart tarixlərində Türkiyədə böyük bir zəlzələnin ola biləcəyini iddia edib.

  • Beyləqanda avtomobil kanala düşdü- VİDEO

    Bu gün Beyləqan rayonunda “Nissan” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı şam ağacına çırpılıb.

    Ağac avtomobilin zərbəsinə tab gətirməyərək qırılıb və “Nissan” yol kənarındakı kanala yuvarlanıb.

    Avtomobil qaldırıcı kranla kanaldan çıxarılıb.

    Sükan arxasında əyləşmiş xanım sürücü yüngül xəsarət alıb.