Xırdalanda avtomobil piyadanı öldürüb, qaçıb

Median.Az xəbər verir ki, aprelin 6-ı saat 23 radələrində Xırdalan şəhəri ərazisində, müəyyən edilməmiş avtomobillə Masazır qəsəbə sakini Faiq Həsənov vurulub.

Piyada hadisə yerində ölüb.

Abşeron RPİ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.