Month: April 2019

  • Zərərli qidalar siqaretdən daha təhlükəlidir

    Zərərli qidalarla qidalanma tütün çəkməkdən daha təhlükəlidir. Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Sietldə Sağlamlığın Göstəriciləri və Dəyərləndirilməsi İnstitutunun mütəxəssisləri uzun araşdırmadan sonra belə qərara gəliblər.

    Araşdırmanın nəticələri Lancet jurnalında işıq üzü görüb.

    Ekspertlərin məlumatına görə, 2017-ci ildə zərərli qidalar 10,9 milyon insanın ölümünə səbəb olur. Tibb işçiləri bu riski həyat üçün təhlükəli hesab edilən təzyiq və siqaret çəkmə riski ilə müqayisə ediblər. Belə ki, 2017-ci ildə təzyiqdən 10,4 milyon, siqaretdən 8 milyon insan ölüb.

    Həkimlər hesab edir ki, bu insanların ən böyük problemi odur ki, onlar tərkibində faydalı mineral və vitaminlər olan meyvə və tərəvəz yeməyiblər.

    Tibb işçiləri ət, duz, şəkər və şirin içkiləri qida rasionunda azaltmağı,bu məhsulları qoz, günəbaxan tumu və buğda ilə əvəz etməyi məsləhət görürlər.

    Eyni zamanda, mütəxəssislər qeyd edir ki, zərərli qidalardan ölüm nisbəti Fransada, İspaniyada və Yaponiyada çox, İsraildə isə daha azdır.

  • Истребитель подбил сам себя на военных учениях

    В Нидерландах на военных учениях истребитель F-16 нанес самому себе серьезные повреждения.

    Как передает Lenta.ru, об этом сообщает информационный портал Nederlandse Omroep Stichting.

    По данным издания, инцидент произошел в ходе январских учений на авиационной базе Леуварден, однако информация о нем появилась только сейчас. 21 января два истребителя F-16 поднялись в воздух и открыли огонь по цели на полигоне. Пилот одного из самолетов попал под свои же патроны: по крайней мере один из них повредил обшивку устройства, а осколки боеприпасов попали в двигатель.

    После этого пилоту удалось посадить самолет, никто не пострадал. Ущерб, нанесенный истребителю, был признан значительным.

    Инспекторы ВВС страны проводят внутреннее расследование инцидента. Они пытаются понять, каким образом одно из устройств смогло сработать самостоятельно, а также оценить степень риска, которой подвергался экипаж, чтобы избежать повторения инцидента в будущем.

  • DYP-dən açıqlama – Gerbin avtomobillərə vurulması yolverilməzdir

    “Son vaxtlar Azərbaycanda avtomobillərin arxa alın şüşələrinə müxtəlif ölçülərdə dövlət gerbinin yapışdırılması halları çoxalıb və trendə çevrilib. Hər 10 maşından 4-də bu yapışqanlara rast gəlmək mümkündür”.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev danışıb.

    O bildirib ki, bəzi sürücülər daha da irəli gedərək iki gerbi yan-yana yapışdırır. Bu isə yol polisinin narazılığına səbəb olur.

    “Dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”, – deyə R. Quliyev qeyd edib.

    Rüfət Quliyev onu da əlavə edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.

    Qeyd edək ki, buna görə cərimə nəzərdə tutulmur.

  • Рустам Оруджев вышел в финал Гран-при в Анталье

    Азербайджанский дзюдоист Рустам Оруджев вышел в финал Гран-при, проходящего в турецком регионе Анталья.

    Как передает Median.Az со ссылкой на Report, выступающий в весовой категории 73 кг 28-летний спортсмен вступил в борьбу с 1/16 финала.

    Оруджев последовательно одолел южнокорейца Хьончеола Канга, гамбийца Файе Нжие, украинца Дмитро Канивеца и россиянина Дечи Эдиева. В решающей схватке его противником будет южнокореец Чангрим Ан. Ан завоевал золотую медаль на проведенном в 2018 году в Баку чемпионате мира.

    Отметим, что в первый день Гран-при Гюльтадж Мамедалиева завоевала бронзовую медаль в весовой категории 52 кг.Рустам Оруджев вышел в финал Гран-при в Анталье
    6 Апреля, 2019 17:45

  • Qırğızıstanda qız qaçırana 10 il həbs veriləcək

    Qırğızıstanda qızqaçırmaya görə həbs cəzası 7 ildən 10 ilədək artırılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Dünya qadın bankı” qeyri-hökumət təşkilatının rəhbəri Gülsanə Abıtova məlumat verib. Onun sözlərinə görə, bu cəza 18 yaşına çatmayan qızları qaçıran və onları məcburi nikaha sövq edənlərə tətbiq olunacaq. Həmçinin, 200 min som (3min dollardan çox) cərimə də nəzərdə tutulub.

    Qeyd edək ki, qızqaçırmaya görə cəzanın sərtləşdirilməsinə 2018-ci ilin mayında qaçırılan qızın öldürülməsindən sonra qərar verilib.

  • Sumqayıtda çoban təsərrüfat sahibi tərəfindən döyülüb – FOTO

    Sumqayıtda çoban təsərrüfat sahibi tərəfindən döyülüb.

    Median.Az report-a istinadən məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində fəaliyyət göstərən fərdi təsərrüfatların birində baş verib.

    Belə ki, əslən Ağsu rayonunun Bico kəndindən olan 1971-ci il təvəllüdlü Hacıməmmədov Seyran Əlibaba oğlu qəsəbədə çoban işlədiyi fərdi təsərrüfat sahibi Vəli adlı şəxs və oğlu tərəfindən döyülüb. Yaralının sözlərinə görə, səhər saatlarında təsərrüfat sahibi ilə aralarında mübahisə olub. Mübahisə sonda davaya çevrilib. Dava zamanı S.Hacıməmmədov üzündən və bədəninin digər nahiyələrindən xəsarətlər alıb. O, yaxınlıqda yaşayan şəxslər tərəfindən yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Daha əvvəl Sumqayıt şəhər sakini evində işləyərkən xəsarət alıb.

  • Orqanizmə ziyan vuran kompüter virusu yaradıldı

    İsraildəki Ben-Qurion adına Universitetin Elmi-Tədqiqat Kibertəhlükəsizlik Mərkəzinin tədqiqatçıları yüksəktexnoloji tibb avadanlıqlarında qeyri-dəqiqlik aşkarlayıblar.

    Median.Az xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçılar fəal eksployt yaratmağa və onun hücuma keçməsinə nail olublar. Yaradılan zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Belə ki, dəyişikliklər avtomatik və həkimlər təsvirləri əldə etdiyi vaxtdan əvvəl ötürülür.

    Bu zərərvericinin köməyi ilə pasiyentin kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinin təsvirinə bədxassəli şişi əlavə etmək və ya təsvirdəki şişi silmək mümkündür. Yekun təsvir o dərəcədə real olur ki, hətta testlərdə iştirak edən həkimlər də onun doğruluğuna inanıb və saxta olmasından şübhələnməyiblər.

  • Astarada ağır qəza: ölən və yaralılar var

    Astarada avtomobil dərəyə yuvarlanıb.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun dağ kəndi olan Pəlikeşdə “Ağ körpü” kimi tanınan ərazidə baş verib.

    Rayonun Tüləkəran kənd sakini Ədalət Şəkərovun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Ə.Şəkərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib. Qəza zamanı avtomobildə olan sərnişinlər: 1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov isə xəstəxananın travmatalogiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане запретили называть детей этими именами

    За последние несколько месяцев комиссия по именам и фамилиям при комиссии по терминологии Кабмина не разрешила называть детей в Азербайджане такими именами, как Арена, Джозеф, Менсе, Лавин, Дина, Имеда, Лекат, Менасаре, Сюрю, Джасим, Ромас, Миран, Адреналин, Кумейл.

    Как передает Median.Az, об этом ONA сказала заместитель председателя комиссии по терминологии Саялы Садыхова.

    По ее словам, Лавин – шведское имя и означает “пропасть”. “Мы не позволили назвать ребенка этим именем. Другой гражданин хотел назвать сына Джасим, ссылаясь на то, что это имя гармонично с именами его других сыновей – Расима и Асима. Мы объяснили ему, что это имя не имеет никакого смысла”, – отметила Садыхова.

    По словам зампреда комиссии, в последнее время детей больше всего называют именами Угур, Дениз, Дамла.

    В комиссии напоминают о необходимости проводить активную просветительскую работу в связи с именами, которыми в Азербайджане называют детей.

  • Xaçmaz sakini ŞOKDA – Kənddə şaftalı manyakı peyda olub…

    Xaçmazda bağda əkilən ağaclar 2 ildir ardıcıl olaraq oğurlanır.

    Median.Az “Qafqazinfo”ya istinadən bildirir ki, Xaçmaz rayonu Arzu kənd sakini Mehman Məhərrəmovun verdiyi məlumata görə, onun artıq 2 ildir ardıcıl olaraq əkdiyi şaftalı ağaclarını naməlum şəxs oğurlayır.

    O, ötən ilin mart ayında oğurlanan 170 ağacın əvəzinə yenidən ağac əkib. Lakin bu il də analoji hal baş verib. Bu il 68 ağac oğurlanıb.

    M. Məhərrəmov ona ümumilikdə, 2000 (iki min) manatadək ziyan dəydiyini bildirib.

    M.Məhərrəmov bu barədə Xaçmaz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirib.