Month: April 2019

  • Şamaxıda ağır qəza: altı nəfər xəsarət aldı

    Şamaxıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində altı xəsarət alıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə saat 12:00 radələrində şəhərin Bəhyəddin Mirzəyev küçəsində baş verib.

    Sözügedən küçədə hərəkətdə olan “Chevrolet” markalı minik maşını əks tərəfdən gələn “Hyundai” markalı maşınla toqquşub.

    Qəza nəticəsində altı nəfər xəsarət alıb. “Chevrolet”in sürücüsü, Şamaxı sakini Nadir Qədirov və digər avtomobildə olan sərnişin, Rusiya vətəndaşı Nataliya Məlikovanın xəsarətləri ağır olduğundan onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib, cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti kafidir.

    Digərlərinin xəsarətləri yüngül olduğundan onlar xəstəxanaya aparılmayıb.

    Faktla bağlı araşdırma aparılır .

  • Məktəblinin intiharı ilə bağlı – RƏSMİ AÇIQLAMA

    Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb.

    Yayılan birgə məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    “Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

    Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

    Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır”, – məlumatda deyilir.

    “Hadisə ilə bağlı şəhər prokurorluğu və şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir.

    Onu da qeyd edək ki, bəzi KİV-lərdə hadisənin baş vermə səbəbləri ilə bağlı insanların heysiyyatına toxunan əsassız məlumatlar yayılır və bu kimi hallar peşəkar media prinsiplərinə ziddir”, – birgə məlumatda qeyd olunub.

  • Министерство прокомментировало смерть школьницы

    Министерство образования распространило информацию относительно инцидента с погибшей школьницей.

    Как сообщили в министерстве, директор полной средней школы №162 Севиндж Аббасова выразила глубокие соболезнования семье ученицы восьмого класса Элины Гаджиевой.

    «Директор школы просит некоторых пользователей соцсетей и представителей СМИ принять во внимание деликатность момента.

    В своем заявлении на эту тему директор школы сообщает, что Элина Гаджиева, обучавшаяся в школе-лицее №49 «Интеллект» и полной средней школе №203, с ноября 2018 года была переведена в полную среднюю школу №162.

    В период учебы она находилась под постоянным надзором руководства, школьный психолог несколько раз беседовал с ней и ее матерью по поводу различных ее поступков, в связи с чем было совершено обращение в соответствующие государственные структуры.

    В настоящее время правоохранительные органы расследуют обстоятельства произошедшего», – отмечается в информации.

  • Çin alimlərinin bu araşdırması SİZİ ŞOKA SALACAQ – Bir damlası belə zəhər imiş

    Az və ya orta ölçülü spirtli içki iflic riskini artırır.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Çində 10 il ərzində 500 mindən çox sakinin etdikləri idman və qəbul etdikləri içkinin miqdarı ilə sağlamlıq göstəriciləri araşdırılıb.

    Çin və İngilis alimlərinin apardıqları araşdırma zamanı gündə 1-2 qədəh spirtli içkinin iflic riskini 10-15 faiz, 4 qədəhdən çox qəbul etməyin isə 35 faiz artırdığı bildirilib.

    Oxford universitetinin professoru Riçard Petonun sözlərinə görə, artıq şərab və piyvənin qorucuyu təsirləri barədə iddiaları elmi cəhətdən əhəmiyyətsizdir.

    Kebric universitetindən doktor Stefan Burges bildirib ki, çox və uzun müddətli spirtli içki qəbulunun insan sağlamlığına zərərli olduğu bəlli idi. Lakin araşdırmaya görə, az içki qəbul etmək ürək üçün faydalı deyil, əksinə iflic riskini artırır. Mütəxəssislər spirtli içki qəbuluna məhdudiyyətin qoyulmasını gündəmə gətirib.

    Keçən il yayımlanan Xəstəliklərin Qlobal Yükü araşdırmasında spirtli içkinin sağlamlığa zərər vermədən qəbul etməyin etibarlı bir ölçüsünün olmadığı bildirilmişdi. 195 ölkədə spirtli içki qəbulu və xəstəliklər arasında əlaqə ilə bağlı aparılan araşdırmada az miqdarda və mütəmadi spirtli içki qəbul edənlərin orqan çatışmazlığı, xərçəng kimi xəstəliklərə yoluxmasının heç qəbul etməyənlərlə müqayisədə artdığı müəyyən edilib.

  • За квартирные кражи в столице задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 14-го отделения полиции Сабунчинского РУП в результате проведенной операции задержали жителя столицы, ранее судимого Э.Бабаева, который 5-го апреля в поселке Бильгя украл из дома мобильный телефон и ноутбук.

    Кроме этого, сотрудники 35-го отделения полиции Хатаинского РУП задержали жителя столицы, ранее судимого Т.Гусейнова, который 19-го марта украл из двух квартир предметы быта.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Paytaxtda evlərdən oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən aprelin 5-də Bilgəh qəsəbəsindəki evlərin mobil telefon və noutbuk oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.

    Bundan başqa, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 19-da 2 evdən məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Hüseynov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • UFC tarixinin ən “təmiz” döyüşçüsü açıqlandı

    İrlandiyalı qarışıq döyüş növləri (MMA) ustası Konor Makqreqor dopinq testlərdə mənfi nəticələrin sayına görə UFC-də liderdir.

    Bu barədə təşkilatın vitse-prezidenti Ceff Novitski öz “Twitter” səhifəsində yazıb.

    Qurumun ali rəsmisi ABŞ-ın anti-dopinq agentliyinin məlumatlarını paylaşıb. 30 yaşlı irlandiyalı döyüşçü 49 dopinq testindən keçib və hər birində mənfi nəticə çıxıb. Onlardan 11-i amerikalı boksçu Floyd Meyuezerlə döyüşdən öncə olub.

    Mənfi test nəticələrinə görə ikinci yerdə hazırkı UFC çempionu (ağır çəkidə), amerikalı döyüşçü Daniel Kormye (45 test), üçüncü yerdə isə braziliyalı döyüşçü Rafael Dos Anyos (41 nəticə) gəlir.

    Qeyd edək ki, K.Makqreqor karyerası ərzində 21 qələbə qazanıb, dörd dəfə məğlub olub. Döyüşçü iki ayrı çəki kateqoriyasında UFC çempionu olub.

  • В Ясамале на угнанном “Chrysler”е сбили пешехода, который погиб

    Как сообщает Median.Az, 5-го апреля примерно в 14 часов на проспекте Г.Джавида автомобиль марки “Chrysler”, управляемый жителем столицы Т.Расуловым сбил жителя столицы Илькина Шахбази, который позже скончался в больнице.

    Сотрудники 26-го отделения полиции Ясамальского РУП в ходе оперативно-розыскных мер задержали Т.Расулова, который как выяснилось, что в тот же день угнал автомобиль с улицы Ф.Байрамова. Автомашина принадлежи жителю столицы С.Велиеву.

    В Следственном отделе Ясамальского РУП возбуждено уголовное дело, ведется следствие.

  • Yasamalda qaçırılmış “Chrysler”lə piyada vurulub, öldürülüb

    Median.Az xəbər verir ki, aprelin 5-i saat 14 radələrində H.Cavid prospektində Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi “Chrysler” markalı avtomobillə paytaxt sakini İlkin Şahbazini vurub.

    Nəticədə xəstəxəxanaya yerləşdirilmiş İ.Şahbazi orada ölüb.

    Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Rəsulov saxlanılıb.

    Araşdırma zamanı, onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olması və aprelin 5-də F.Bayramov küçəsindən qaçırılması müəyyən edilib.

    Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

  • Bakı bulvarının əsl yaranma tarixi bəlli oldu – Yeni sənədlər tapılıb (FOTO)

    Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib.

    Bulvar İdarəsindən Baku.ws-ə verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.

    Məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da “Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırırdı ki, iqtisadi cəhətdən də sərfəlidir – yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.

    Aparılan tədqiqatların nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna, Azərbaycan Respublikası Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Yekun olaraq bu qurumlar Dənizkənarı bulvarın yaradılma tarixinin 7 aprel 1909-cu ildən başlanmasına dair müsbət rəylər veriblər.

    Qeyd edək ki, bu il Dənizkənarı bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.