Bakıda və Gəncədə cibgirlər saxlanılıb

Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini V.Əliyevanın mobil telefonunu oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Mürvətov saxlanılıb.

Bundan başqa, Gəncə şəhərində Nizami RPİ-nin əməkdaşları tərəfindən şəhər sakini S.Cəfərovanın cibindən 250 manat pul oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Novruzov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *