Month: April 2019

  • Kukla Teatrında “Dünya Autizm Maarifləndirmə” ayı qeyd olunacaq

    Aprelin 4-də “Dünya Autizm Maarifləndirmə” ayı münasibətlə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tədbir keçiriləcək.

    Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, tədbir Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasında təşkil olunacaq.

    Həmin gün “Oyuq”çular balaca tamaşaçıları qarşısında “Qırmızıpapaq” tamaşası ilə çıxış edəcəklər.

    Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq. Səhnə işinin əsas ideyası “dünyanı dostluq xilas edəcək” şüarıdır.

    Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olacaqlar. Müxtəlif layihələr sayəsində Teatrın, istedadlı “Oyuq”çuların dostuna çevrilən UAFA (United Aid For Azerbaijan) və digər təşkilatlar, eləcə də reabilitasiya mərkəzlərində, həmçinin müalicə-tədris müəssisələrində qeydiyyatda olan uşaqlar həmyaşıdlarının, balaca aktyorların ifasında konsert proqramına da tamaşa edəcəklər.

    Xatırladaq ki, autizm sindromlu uşaqların iştirakı ilə səhnələşdirilən və onlara həsr olunan “Əlimdən tut” adlı ilk tamaşa və sosial-çarx da məhz “Oyuq” teatr-studiyası tərəfindən hazırlanıb və bu barədə cəmiyyətdə sistemli olaraq maarifləndirmə işi aparılıb.//report.az

  • “Moody’s” Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir

    “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə sabit proqnozu dəstəkləyir.

    Median.Az bildirir ki, bunu Trend-ə agentliyin vitse-prezidenti və Azərbaycanın bank sektoru üzrə analitiki Pyotr Paklin deyib.

    O bildirib ki, ötən ilin avqustunadək üç il ərzində proqnoz mənfi olub:

    “Qiymətin dəyişməsi əməliyyat mühitinin yaxşılaşması, kredit portfellərinin problemli ssudalardan təmizlənməsi ilə bağlı gözləntilər, eləcə də səhmdarların köməyi sayəsində kapitallaşmanın yaxşılaşması və bankların fəaliyyətinin mənfəətliliyinin bərpa olunması əlaqədardır”.

    Vitse-prezident qeyd edib ki, agentlik Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanını müsbət qiymətləndirir:

    “Bu tədbirlər ev təsərrüfatlarının kredit qabiliyyətliliyini yaxşılaşdırmalı və dövlətin dəstəyi sayəsində bankların balansında problemli fərdi ssudaların həcmini azaltmalıdır”.

  • Мехрибан Алиева встретилась с военными, обеспеченными высокотехнологичными протезами

    3 апреля состоялась встреча с раненными в ходе апрельских боев военнослужащими, обеспеченными высокотехнологичными протезами со стороны Фонда Гейдара Алиева.

    Как передает АЗЕРТАДЖ, мероприятие прошло в Центре Гейдара Алиева.

    После выступлений офицеров, Первый вице-президент Азербайджана, президент Фонда Гейдара Алиева Мехрибан Алиева встретилась и побеседовала с военнослужащими, обеспеченными высокотехнологичными протезами.

    Военнослужащие выразили Мехрибан Алиевой благодарность за внимание и заботу.

    В завершение было сделано фото на память.

  • İranda sel fəlakətində ölənlərin sayı 62-yə çatdı

    İranda güclü sel fəlakətini 2 həftədir ağır fəsadlara yol açıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şirazda 21, Loristanda 14, Gülüstanda 8, Mazandaranda 5, Həmədanda 5, Şimali Xorasanda 3, Kohgiluyə və Boyer-Əhməddə 2, Xorasan, Simnan, Xuzistan və Kirmanşahda isə 1 nəfər dünyasını dəyişib.

    Xuzistan ostanında Dez və Kərha su bəndlərinin daşması təhlükəsi olduğu üçün bölgədə fövqəladə vəziyyət elan edilib və 96 kənd boşaldılıb.

  • Dünyada 50 milyonadək körpəni öldürən xəstəlik Azərbaycanda da bəlalar törədir

    Bu gün dünyada ən geniş yayılan xəstəliklərdən bir hissəsi də ürəklə bağlıdır. Statistikaya görə, təkcə 2015-ci ildə dünyada 48.9 milyon körpə ürək qüsuru ilə dünyaya gəlib. Azərbaycanda da ürək xəstəliklərinin geniş yayıldığını söyləmək mümkündür. Son illər ürək qüsuru ilə doğulan uşaqların sayında da artım gözə çarpır. Median.Az-ın məlumatına görə, Respublika Uşaq Xəstəxanasının “Kardiologiya” şöbəsinin müdiri Xalidə Abdinova da Spuntik Azərbaycan-a müsahibəsində belə deyir.

    – Ürək qüsurlarının səbəbləri nə ilə bağlıdır?

    – Son illərdə ürək qüsurlarının sayı artıb. Bəlkə də xəstəliyin daha yaxşı aşkarlanması rəqəmləri bu qədər gözəçarpan edib. Onu qeyd edim ki, ürək qüsurlarının əsas səbəblərindən biri bətndaxili infeksiyalar, qohum nikahları və irsi xəstəliklərdir.

    – Hansı halda ürək qüsuru sonradan yaranır?

    – Ürək qüsurlarının sonradan aşkarlanması yalnız revmatizm mənşəli zədələnmələr zamanı olur. Lakin öncəki illərlə müqayisədə valideynlərin zamanında müraciət etməsi ilə revmatizmdən yarana biləcək bu cür qüsurların da sayında azalma qeydə alınıb.

    – Xəstəxanaya müraciət edən xəstələrin yaşı ilə bağlı məlumat verərdiniz.

    – Xəstəxanamıza 2 aydan tutmuş 17 yaşadək xəstə qəbul etmişik. Hazırda xəstəxanamızda 3 aylıq uşaq müalicə alır. Həmin uşaq İranda əməliyyat olunduqdan sonra bura yerləşdirilib. Hazırda körpədə sidikqovuculuqla bağlı problem var. Bundan başqa, 3 aylıq körpədə təngnəfəslik, magistral damarların transpozisiyası var. Bu, çox ciddi qüsurdur. Bu qüsur aşkarlandıqda damarlar düzgün paylaşmır. Bundan başqa xəstəxanamızda eyni anda 5 ürək qüsurundan əziyyət çəkən xəstələr də var.

    – Ürək qüsurları ilə bağlı ən ağır xəstəliklərdən biri olan kavasaki xəstəliyinin əlaməti ilə bağlı məlumat verərdiniz.

    – Kavasaki xəstəliyi virus mənşəli və uzunmüddətli xəstəlikdir. Bu zaman xəstədə yüksək hərarət müşahidə olunur. EXO müayinə aparıldıqdan sonra belə xəstələrdə ürək damarlarında genişlənmə aşkarlanır. Bu zaman virus ürəyin özünü yox, damarlarını zədələyir. Belə olan halda erkən yaşlarda da infarkt keçirmə ehtimalı yaranır.

  • В России азербайджанец изнасиловал и забил до смерти 5-летнюю дочь своей сожительницы

    29-летний гражданин Азербайджана предстанет перед краснодарским судом (РФ).

    Как передает stolica-s.su, об этом сообщает 3 апреля Следственный комитет РФ.

    По версии следствия, в ночь на 13 марта 2018 года обвиняемый находился дома вместе с 5-летней дочерью своей сожительницы, проживающей в Краснодарском крае. Мать девочки в это время находилась в больнице.

    Мужчина воспользовался беспомощным стоянием ребенка и жестко изнасиловал его. После этого бил рыдающую девочку в грудную клетку и в живот, а потом пошел спать. Утром насильник обнаружил, что малышка не подает признаков жизни, после чего уложил ее тело в сумку и вынес на берег реки, где засыпал камнями. При этом обвиняемый сообщил соседям, что девочка пропала и стал создавать видимость ее самостоятельных поисков, а затем перестал выходить на связь.

    Об исчезновении ребенка соседи сообщили в правоохранительные органы. Позже мужчина был задержан в одном из хостелов в Адлерском районе. Согласно выводам судебно-медицинской экспертизы, смерть девочки наступила в результате причиненной ей тупой травмы живота. Следствием собрана достаточная доказательная база, в связи с чем уголовное дело с утвержденным обвинительным заключением направлено в суд для рассмотрения по существу, сообщает СК.

  • İranlı turistlər Azərbaycanı bu səbəbdən tərk edirlər

    Azərbaycana İrandan gələn turistlərin sayı azalıb. Median.Az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə bildirib.

    O qeyd edib ki, bu proses 2018-ci ildən müşahidə edilir.

    “Ötən il bu ölkədən Azərbaycanı ziyarət edən turistlərin sayı 33% azalıb. Bunun səbəbi İranın tətbiq etdiyi yeni vergilərdir. Bununla belə, İran hələ də Rusiya və Gürcüstandan sonra Azərbaycana ən çox turistin gəldiyi üçüncü ölkədir. Ümumilikdə, İranlı turistlərin sayı bütün dünya üzrə 50% azalıb” – deyə Quluzadə bildirib.

    O, həmçinin qeyd edib ki, Novruz vaxtı qonşu ölkədən respublikamıza daha az turistin gələcəyi gözlənilən idi.

    Qeyd edək ki, İran 4 aprel 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində açılacaq “AITF 2019” 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində milli stendlərlə debüt etmək niyyətindədir.

  • Воевавший в Сирии азербайджанец получил 15 лет за подготовку теракта в России

    Верховный суд России утвердил приговор в отношении российского гражданина азербайджанского происхождения, готовившего теракт на Среднем Урале, сообщает sm-news.ru.

    По материалам дела, зимой 2017 года уроженец Азербайджана тайно проник на территорию Сирии и по собственной инициативе примкнул к запрещенной в России террористической организации «Джабхат ан-Нусра». В тренировочном лагере на оккупированной боевиками территории САР он прошел боевую и диверсионную подготовку, освоив, в частности, навыки обращения со взрывчаткой и оружием.

    Вернувшись в Россию, исламист намеревался применить полученные знания уже в спокойной обстановке, против мирных уральцев, но был разоблачен сотрудниками ФСБ.

    В 2018 году боевик предстал перед российским военным окружным судом и получил 15,5 лет строгого режима. Отчаявшись, радикал подал апелляцию, и теперь ВС РФ огласил результаты ее рассмотрения: приговор оставлен без изменений.

  • Rəsul Çunayev: “Bacım uşaqları mənə ana deyirdi” (VİDEO)

    ARB TV-nin “Faydalı saat” verilişinin növbəti qonağı Yunan-Roma güləşi üzrə Avropa çempionu Rəsul Çunayev olub.

    Məşhur idmançı bacısı uşaqlarına olan sevgisindən ağız dolusu danışıb:

    “Bacım uşaqlarının birinin 3 yaşı, digərinin isə 1 yaşı var. Uşaqlıqdan onların qeydinə çox qalmışam. İndi Balakəndədirlər. Onlar üçün çox darıxıram və onlar da mənim üçün ağlıyırlar. Deyirlər, dayı sənin yanına, Bakıya gəlmək istəyirik. Onlar hətta ilk dəfə danışmağa başlayanda ana deyiblər”.

    İdmançının “subaylığın daşını nə vaxt atırsız?” sualına cavabı isə belə olub:

    “Planda yoxdur. Çünki qarşıda məni dünya çempionatı gözləyir, sentyabr ayında. Əgər orada 1-5-ci yerləri tutsam Avropa oyunlarına lisenziya qazanacam. Əsas məqsədimiz Tokyo olimpiyadasına hazırlaşmaqdır. Nə qədər ki, canımda sağlamlıq var istəyirəm ki, bu şanslardan istifadə edim”.

  • Azərbaycanda ilk “E-sosial” internet portalı

    Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestr formalaşıb.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Portal vətəndaşlara onların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxış imkanı verir.

    Onlar bu portal vasitəsilə nazirliyin aidiyyəti qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə elektron xidmətlərdən faydalana bilirlər.

    “E-sosial” internet portalı vətəndaşlara, eyni zamanda, onların əmək, məşğulluq, sosial müdafiə hüquqlarının təminatı məsələləri ilə bağlı daimi nəzarət imkanı yaradıb.