Month: April 2019

  • İranda güclü qum qasırğası – VİDEO

    İranın İsfahan vilayətinin Nain rayonunda güclü qum qasırğası baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

    M.Xalidinin sözlərinə görə, güclü qum qasırğası rayonu əhatəsinə alıb və təcili yardım hazır vəziyyətə gətirilib.

    Sözçü hadisə nəticəsində itkilərin olmadığını deyib.

    İranın İsfahan vilayəti Nain rayonu Neystanək qəsəbəsinin başçısı Həsən Yasini qum qasırğası nəticəsində avtomobillərə ziyan dəydiyini, torpaq evlərin divarları və yanacaqdoldurma məntəqəsinin tavanının uçduğunu deyib.

  • В Египте нашли затерянный дворец Рамзеса II

    Американские археологи нашли в Абидосе рядом с храмом фараона Рамзеса II пристройку, украшенную картушами Рамзеса II.

    Как передает Лента.ру, предполагается, что это дворец фараона, пишет Luxor Times.

    Во время раскопок, проводившихся в уже известном храме в Абидосе, археологи нашли каменный проход в другое здание, на котором были нанесены те же иероглифы, что и у основания храма. Стены этого прохода были выложены из кирпича-сырца, а пол — из известняковых плит.

    Генеральный секретарь Высшего совета по памятникам древности Мустафа аль-Вазири заявил, что строение напоминает постройки храмового комплекса отца Рамзеса II Сети I, находящегося в 300 метрах от найденного дворца. Также он отметил, что находка позволит пересмотреть план храма, который был найден 160 лет назад.

    В 2016 году археологи нашли в 400 метрах от Поминального храма Сети I в Абидосе древний город-кладбище. Специалисты обнаружили фрагменты хижин, керамические изделия и инструменты из камня. Также были найдены 15 крупных захоронений, которые указывают на высокий статус погребенных там людей.

  • Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edildi

    2019-cu il 1 aprel tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 5–7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib. Median.Az xəbər verir ki, Sputnik Azərbaycan-a DİM-dən daxil olan məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 2-si dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər) və 14-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

    Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitoriq İdarəsinin rəisidir. Eyni zamanda inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İmişli regional “ASAN xidmət” mərkəzində sektor müdiri-baş mühasib vəzifələrinə də vakansiya elan edilib. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vəzifə, Şəki Apelyasiya Məhkəməsində 11 vəzifə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 4 vəzifə olmaqla 16 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

    Ümumi müsahibədə iştirak etmək istəyənlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 1 aprel 2019-cu il tarixindən 1 may 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

  • Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək

    “İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib”. Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib. Onun sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub: “Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib”.

    Maraqlıdır, İranda kartof və soğan ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir edə bilərmi? Median.Az xəbər verir ki, ekspertlər Sputnik Azərbaycan-a açıqlamalarında bu sualı şərh ediblər.

    İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, son həftələr Azərbaycanda soğanın qiymətində artımlar müşahidə edilir və qiymətin artması bu məhsulun qıtlığı ilə bağlıdır: “Soğan istehsalının azalması qiymətlərin artmasına gətirib çıxarır. O baxımdan son həftələr soğanın qiymətində artımlar müşahidə edirik. Soğanın qiymətində artımlar davam edir, çünki bu məhsula tələb dəyişməyib. Amma təklif, yəni bazara çıxarılan soğanın həcmi azaldığına görə qiymətlər artıb”.

    O bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarını idxal etdiyi ölkələrdən biri də İrandır: “Baxmayaraq ki, xüsusilə yerli məhsul istehsalının artırılması məqsədilə son dövrlər İrandan idxalın azaldılmasına çalışılıb. Amma bütün hallarda İran tərəfindən kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyulması Azərbaycan bazarına təsir göstərir. Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının bir hissəsi İrandan idxalın hesabına ödənilir”.

    “Əgər həm kartofa, həm də soğana olan tələbatın ödənilməsində İranın payı çoxdursa, nəticə etibarilə ixraca qadağalar Azərbaycanda həmin məhsullara olan tələbatın ödənilməsində müəyyən qıtlığın yaranmasına gətib çıxaracaq” – deyə o bildirib.

    İqtisadçının fikrincə, kartof istehlakında bunun kompensasiya yolları var: “Çünki Azərbaycana kartof alternativ olaraq digər ölkələrdən idxal edə bilir. Sahibkarlar kartofa olan tələbatın ödənilməsini digər ölkələrdən idxalın hesabına kompensasiya edə bilərlər. Rusiya və Türkiyədən Azərbaycana kartof idxalı İrandan ölkəmizə edilən bu məhsulun idxalını əvəz edə bilər. Çünki Azərbaycan əvvəlki dövrlərdə Türkiyə və Rusiyadan kartof idxalı həyata keçirib. Bu kontekstdən onun kompensasiya edilməsi mümkündür”.

    Onun sözlərinə görə, bütün hallarda Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, xüsusilə sahibkarların təşviq edilməsi yolu ilə digər ölkələrdən bu məhsulların idxalının artırılmasına nail ola bilsin: “Əgər qıtlıq yaranarsa, həmin məhsulların qiymətlərində artım müşahidə edilə bilər. Nazirlik indiki məqamda tələbatın ödənilməsində digər idxal mənbələrdən istifadə etməyə çalışmalıdır”.

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də deyib ki, Türkiyədə də soğan qıtlığı yaranıb və Azərbaycandan Türkiyəyə kifayət qədər soğan ixracı həyata keçirilib: “Bu, bizdə daxili bazarda soğanın qiymətinə təsir göstərib və son günlər soğanın qiymətində artım var”.

    O qeyd edib ki, Azərbaycana kartof və soğanın idxal istiqamətlərindən biri də İrandır: “İran belə bir qadağa həyata keçirsə, Azərbaycan bazarında sözügedən məhsulların təklifi azalacaq. Bunun daha böyük qiymət artımına gətirib çıxarmaması üçün alternativ yollar axtarıla bilər. Rusiya, Ukrayna kimi ölkələrdən Azərbaycana idxal həyata keçirmək mümkündür. Sahibkarlar bu istiqamətdə maarifləndirilməlidirlər”.

    “İran qadağa tətbiq etsə, qısa müddətli dönəmdə ölkəmizdə həmin məhsulların qiymətində müəyyən artım müşahidə edə bilərik” – deyə o əlavə edib.

    Qeyd edək ki, son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib. İranda soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

    Onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyindən “Report”a bildirilib ki, ölkəmizdə soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır: “Daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”.

  • Facebook удалил почти 700 аккаунтов главной оппозиционной партии в Индии

    Facebook из-за спама и нарушения правил компании удалил из своей социальной сети 687 страниц и аккаунтов, связанных с крупнейшей в Индии оппозиционной партией “Индийский национальный конгресс” (ИНК), в преддверии начала парламентских выборов в этой стране.

    По данным телеканала NDTV, аккаунты принадлежали членам ИНК, которые рассылали другим пользователям спам-сообщения, скрывая свою подлинную идентичность. Содержание этих сообщений не раскрывается. Телеканал отмечает, что большинство из них были заблокированы программами-ботами автоматически, передает Median.Az со ссылкой на РИА Новости.

    “Причина такого решения состоит в том, что для своих целей они (пользователи – ред.) организовали целую сеть из фейковых аккаунтов, скрывавших их идентичность. Это основной мотив блокировки”, – приводятся слова главы подразделения кибербезопасности Facebook Натаниэля Гляйхера в заявлении компании.

    Он заверил, что содержание рассылаемых с этих аккаунтов сообщений никак не повлияло на решение об их удалении. “Мы непрестанно работаем над обнаружением и пресечением деятельности пользователей с фейковых аккаунтов, поскольку не желаем, чтобы наши сервисы использовались для манипулирования людьми”, – подчеркнул Гляйхер.

    Представители ИНК пока не сделали никаких официальных заявлений относительно случившегося.

    Выборы в Лок Сабха (нижнюю палату парламента) Индии пройдут с 11 апреля по 19 мая, голоса будут подсчитаны 23 мая. Ожидается, что эти выборы станут самыми масштабными и дорогостоящими за всю историю страны. Партия, набравшая большинство голосов, назначит премьер-министра, который, в свою очередь, сформирует правительство республики.
    Избирательный кодекс Индии требует от партий тщательно избегать в период предвыборной кампании пристрастного освещения политических новостей, которое может повлиять на итоги предстоящего голосования.

  • Yanğından zərər çəkmiş sahibkarlara daha 1 ticarət obyektində yer təklif olunur

    İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub.

    Nazirlikdən verilən məlumata görə, bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb:

    Ziya Bünyadov prospekti, Böyük Şor, 13 ünvanında yerləşən “İmperial” ticarət mərkəzində – 10 obyekt, 1250 kv. m;

    Əlaqələndirici şəxs: Yaşar Teymurov (tel: 050 299 04 09)

    Bakıxanov qəsəbəsi, “Aygün” ticarət mərkəzi, 5-ci mərtəbə – 80 obyekt, 6000 kv. m;

    Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

    Bakıxanov qəsəbəsi, “Meqasiti” ticarət mərkəzi (2 mərtəbəli) – 250 obyekt, 12000 kv. m;

    Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)

    Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza;

    Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11)

    Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza;

    Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55)

    6. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar;

    Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89)

    Qabil Nəhmədov (tel: 050 213 33 68)

    7. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər) ;

    Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)

    8. S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.

    Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60)

    QEYD: İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).//milli.az

  • Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək

    Prezident İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

    2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.

    Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaratmışdır. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri vardır. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak etmiş, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına layiqli töhfələr vermiş görkəmli sənətkar Soltan Hacıbəyovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Lüt qızların videosu haqda Flora Kərimova od püskürdü

    Xalq artisti Flora Kərimova dünəndən sosial şəbəkələri “bəzəyən” 3 qızın məlum videosu ilə bağlı kəskin açıqlama verib.

    Median.Az News24.az-a istinadən bildirir ki, F. Kərimova sosial şəbəkə hesabından bunları yazıb:

    “Buyurun millət!!!

    Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. “Nə var burda”, “nə oxuyub ki”, ” niyə qarışırsız”, “mənə dəxli var?” deyib keçdiyinizin əks-sədasıdır.

    Gözəl Cin atalar sözü var – “Bir mıx, bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igitsə bir ordunu məhv edər”.

    İndi Durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganəliklə 31 mart soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə…

    Qadın adının məsuliyyəti kişi adının məsuliyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi nə etdilər! Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideyinləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa hamısını gözü kölgəli, başı qapazlı etdilər! Tək dərd budurmu millət?! Sabah biz, millət olaraq, namusundan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!!! Di, qalxın bunun altından!!!

    İctimai qınaq, utanc pərdəsi aradan götürülüb artıq. Kim nə istədiyini etməməli idi, etdi! Nə düşündüyünü dilinə gətirməməli idi, dedi! Acıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikası pozulanda, bu yarğanlar çat olan vaxlar deyəndə ki, olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşmır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb üstümə yürüdülər və bunu əksəriyyətiniz görməməzlikdən gəldiniz (söhbət nüfuz sahablərindən gedir)! Bu gün biri öz dəyərini əlində qazandığı pullla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub salfetka ilə oynayacaqdı. Və oldu!!! Bunu görmək çoxmu çətin idi? Təəsüfflər olsun ki, artıq ilmələr sökülüb. Baş Prokurora, Nazirlərə müraciətlər edilir. Nə günə qaldıq ki nazir səviyyəsində, Baş Prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyyəsi həll edilir.

    Hər gün şəhid qanı bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir?

    Millət, bu, olmamalı idi, bunu yaşamamalı idik, bu yerə çatmamalıydıq!!!”

  • Cəlilabadda yol qəzası olub, xəsarət alan var

    Cəlilabad rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ 2107” markalı minik avtomobili evakuatorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Yaralıya Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Cocuq Mərcanlıda Aprel şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin xatirəsinə ağacəkmə aksiyası keçirilib.

    Dövlət Komitəsindən verilən məlumata görə, bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun komandiri Pənah Məmmədov, Aprel döyüşlərinin iştirakçısı, istefada olan kapitan Hikmət Məmmədov, şəhid Vüsal Alıyevin anası Şahnaz Alıyeva, şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, şəhid Əlizaman İslamovun anası Hürnisə Kərimova, şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhid Sahil Şirinovun anası Şəhla Şirinova, şəhid Teymur Qasımovun anası Gülnar Qasımova tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.

    Qeyd edilib ki, üç il əvvəl möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.

    Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət qurumlarının burada olan nümayəndələri və hərbçilərlə birlikdə ərazidə ağac tingləri əkdilər. Üstünə Azərbaycan bayrağı bərkidilmiş hər tingin qarşısında bir şəhidin şəklinin və bioqrafik məlumatlarının əks olunduğu lövhə yerləşdirilib.

    Sonra tədbir iştirakçıları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədəki klub-icma mərkəzində şəhidlərimizə ehtiram əlaməti olaraq verilən ehsan məclisində iştirak etdilər.

    Eyni məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib. Yuxarıda adıçəkilən dövlət qurumları və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Lələtəpə yüksəkliyi istiqamətində ordumuzun uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər. Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına kəndin girişində yolun kənarında çinar ağacı əkilib, onların yanında xüsusi məlumat lövhəsi yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.//report.az