Month: April 2019

  • Elza Seyidcahan ARB TV-də hava xəbərlərinin aparıcısı oldu – VİDEO – FOTO

    Əməkdar artist Elza Seyidcahan və aktyor İslam Mehrəliyev ARB televiziyasında bu günə olan hava xəbərlərin aparıcıları olublar.

    Median.Az xəbər verir ki, 1 aprel Ümumdünya gülüş günü ilə bağlı olaraq məşhurlar hava haqqında məlumatları fərqli və yumoristik şəkildə təqdim ediblər.

    Həmin görüntüləri sizə təqdim edirik:

  • Yalan rəy verənlər cərimələnəcək

    Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə yalan rəy verənlər cərimələnəcəklər.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

    Bu dəyişikliyə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək cərimə tətbiq ediləcək.

    Qeyd edək ki, qiymətləndiricinin bilə-bilə yalan rəy verməsi nəticəsində qeyri-obyektiv ekspertiza rəyi verilə bilər. Buna görə hər hansı məsuliyyət nəzərdə tutulmadığından İXM-yə belə bir maddənin əlavə edilməsi təklif olunur.

  • 25 qəzetə maliyyə yardımı ayrıldı – Məbləğlər

    Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

    Median.Az Fonda istinadən xəbər verir ki, qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi.məsələ barədə məlumat verib.

    KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.

    O qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.
    İcraçı direktor vurğulayıb ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur.

    II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.

    III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

    V.Səfərli bildirib ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur. İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur.

    Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə bölgüsü həyata keçirilib. Müşahidə Şurasının üzvləri bu qərarı qəzetlərin mənafeyinə tamamilə cavab verən güzəştli, humanist və optimal yanaşma kimi dəyərləndiriblər.

    Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov çıxış edərək vurğulayıblar ki, yeni təkliflər əsasında ayrılan maliyyə vəsaitinin məbləğinin əsaslı şəkildə artımı qəzetlərdə çalışan çoxsaylı jurnalistlərin də mənafeyinə cavab verən məqsədəmüvafiq addımdır.
    Müzakirələrin sonunda 2019-cu ilin II rübündə 25 gündəlik, günaşırı və həftəlik ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).

    Fondun 2019-cu ilin II rübü üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlər

    I kateqoriya – Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

    Qəzetin Adı Ayrılmış vəsait
    (manatla)
    1. “Bakı-Xəbər” qəzeti 20000
    2. “Kaspi” qəzeti 20000
    3. “Yeni Müsavat” qəzeti 20000
    4. “Səs” qəzeti 20000
    5. “Yeni Azərbaycan” qəzeti 20000
    6. “Mövqe” qəzeti 20000
    7. “Kaspiy” qəzeti 20000

    II kateqoriya – Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

    Qəzetin Adı Ayrılmış vəsait
    (manatla)
    1. “Həftə İçi” qəzeti 10000
    2. “Novoye Vremya” qəzeti 10000
    3. “Azernews” qəzeti 10000
    4. “525-ci qəzet” 10000
    5. “Xalq Cəbhəsi” qəzeti 10000
    6. “Paralel” qəzeti 10000
    7. “Hürriyyət” 10000
    8. “Olaylar” qəzeti 10000
    9. “Palitra” qəzeti 10000
    10. “Ədalət” qəzeti 10000
    11. “Üç nöqtə” qəzeti 10000
    12. “Azad Azərbaycan” qəzeti 10000
    13. “Şərq” qəzeti 10000

    III kateqoriya – Həftəlik ictimai-siyasi qəzetlər

    Qəzetin Adı Ayrılmış vəsait
    (manatla)
    1. “Oxu Məni” qəzeti 5000
    2. “Unikal” qəzeti 5000
    3. “Hərbi And” qəzeti 5000
    4. “Türküstan” qəzeti 5000
    5. “The Business Times” qəzeti 5000

  • “O hadisə uşaqlığımızın son gecəsi idi” – Tahir İmanovu “aldatdılar” – VİDEO

    ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları olub.

    Median.Az xəbər verir ki, Tahir İmanov 1 apreldə başına gələn maraqlı əhvalatdan danışıb:

    “Ən məşhur 1 aprel zarafatı 1995-ci ilə təsadüf edir. O vaxt biz Heydər Əliyev sarayında aprelin 1-i komandayla çıxış etməli idik. Danışdıq ki, 1 aprel günü saat 2-də əsas məşqi keçirək. Ondan sonra 1, 2 saat istirahət edək və axşam saat 7-də də konsertimizə çıxaq. Bəhram 31-i gün mənə zəng edib dedi ki, vaxt dəyişib, sən saat 10-da gəl. Mən də dəqiq, punktual adam kimi 10-nun yarsı orda oldum. Gəlmişəm sarayın arxa qapısına və heç kim yoxdur. Təkcə mühafizə xidmətinən olan bir nəfərdir. Məni görüb təccübəndi ki, qardaş nə olub, nə xəbərdir? Deyirəm ki, məşqə gəlmişəm. Deyir ki, axı heç kim yoxdur. Birazdan gələrlər dedim və 3 saat yarım mən bunları gözləmişəm. Sonra gördük ki, Bəhram gülə-gülə gəldi”.

    Əməkdar artist gülüş günü özlərinin xalq artisti Bilal Əliyevə etdiyi zarafatdan da söhbət açıb:

    “Anar Məmmədxanov xalq artistinin sənətini çox sevirdi, ona böyük dəyər verirdi. Biz birlikdə Amerikaya getmişik. Hətta Bilal Əliyev Nyu-York-da “Planet Parni iz Baku”nun konsertində də iştirak edib. Çox yaxın ünsiyətimiz var idi, o qədər yaxın idik ki, zaraftlaşa da bilirdik. Dedim sabah, yəni aprelin 1-i Anarın çox vacib qonaqları olacaq. Sən ora bir surprizlə əlində qaval, başında papaq və bir dəstə gülnən, içəri girəndə təsnifdən və ya müğamdan oxuya-oxuya gəl. Bir də gördüm ki, Anar zəng edir ki, neynəmisiz?.. İndi belə zarafatlar etmirik. Demək olar ki, uşaqlığımızın son gecəsi idi”.

  • Putin Ərdoğanı təbrik etdi

    Rusiya prezidenti Vladimir Putin bələdiyyə seçkilərində sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

    Median.Az xəbər verir ki, Putin Ərdoğana zəng edərək qısamüddətli söhbət edib. Onlar Suriya məsələsini də müzakirə ediblər.

  • В Gmail появилась отправка писем по расписанию

    Пользователям веб-версии Gmail открыли возможность запланировать отправку письма на более позднее время. Обновление приурочено к юбилею со дня запуска почты Google, которая начала работу 1 апреля 2014 года, передает Median.Az со ссылкой на Вести.

    Чтобы включить таймер в веб-версии сервиса, нужно нажать на стрелку возле синей кнопки Send (“Отправить”) и перейти в пункт Schedule send (“Запланировать отправку”). Далее требуется выбрать один из предложенных поисковиком вариантов (например, “завтра утром”) либо установить дату и время вручную.

    Ранее отложить отправку письма в Gmail можно было только при помощи сторонних инструментов. Новая функция уже запущена в США. Российским пользователям её пока не включили.

    Помимо этого, была улучшена работа Smart Compose (“Умный ввод”) – системы на базе машинного обучения, которая анализирует текст и предлагает пользователю закончить предложения за него. Теперь эта функция адаптируется к стилю письма, запоминает обращения к конкретным людям и придумывает заголовки на основании содержимого.

    С сегодняшнего дня “поумневший” Smart Compose доступен на всех Android-устройствах. В iOS-версии Gmail он появится в скором времени. Помимо английского, теперь Smart Compose “владеет” испанским, французским, итальянским и португальским языками. С русским эта функция пока не дружит.

  • Qusarda kəndi su basıb

    Qusar rayonunda Cağar-Cibir su borusu partlayıb.

    Median.Az-ın ONA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Kanalın Çiləgir kəndi ərazisindən keçən hissəsində borunun partlaması nəticəsində Çiləgir kəndini su basıb. Kanala suyun verilişi dayandırılıb və təmir işlərinin aparılması üçün hazırlıq prosesinə başlanılıb.

    Qusar suvarma sistemləri idarəsindən ONA-ya verilən məlumata görə, qısa müddətdə təmir işlərinə başlanılacaq.

    Qusar rayon İcra Hakimiyyətindən ONA-ya bildirilib ki, suyun kəndə axması nəticəsində kənd sakinlərinə ziyan dəyməyib.

  • Videosu yayılan qadınlar sərbəst buraxıldı

    Qalmaqallı video ilə bağlı saxlanılan 3 qadın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, qalmaqallı video ilə əlaqədar 2 kişi və 3 qadın Nəsimi Rayon Polis İdarəsinə dəvət olunub.

    Polisə ifadə verən qadınlar videonun yayılmasıı ilə bağlı narahat olduqlarını bildiriblər. İzahatları alınandan sonra hər 3 qadın sərbəst buraxılıb.

    Qeyd edək ki, paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunan məclisdə iştirak edən 3 qadının mahnı oxuyan yerdə çılpaq görüntüləri yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ictimai qınağa tuş gələn görüntülər məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

  • В Азербайджане отметят 100-летие Солтана Гаджибекова

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о проведении 100-летнего юбилея Солтана Гаджибекова.

    Как передает АЗЕРТАДЖ, согласно распоряжению, в мае 2019 года исполняется 100 лет со дня рождения видного азербайджанского композитора, известного педагога, дирижера и музыкального деятеля, Народного артиста СССР, лауреата государственных премий СССР и Азербайджана, профессора Солтана Исмаила оглы Гаджибекова.

    Министерству культуры поручено, с учетом предложений Союза композиторов Азербайджана, подготовить и осуществить план мероприятий, посвященный 100-летнему юбилею Народного артиста СССР Солтана Гаджибекова.

    Кабинету министров поручено решить вопросы, вытекающие из распоряжения.

  • “Yoxdurlar artıq” – Mələkxanım Əyyubova qalmaqallı videoya görə qardaşı oğlundan imtina etdi

    “Bir əclaf nəsə edir, deyirlər Mələkxanımın qohumudur. Məni xalqın qarşısında görün nə hala saldılar. Bir şey olmamış Mələkxanımın adı çəkilir. Belə olmaz axı”

    Median.Az xəbər verir ki, bu sözləri Xəbərçi.az-a açıqlamasında xalq artisti Mələkxanım Əyyubova deyib.

    O, qardaşı oğlu Valeh İsrafilovun çılpaq videosu yayılan 3 qızı Cahid adlı şəxslə əlaqəsindan danışarkən əsəblərinə hakim ola bilməyib:

    “Öldü onlar mənim üçün. Yoxdurlar artıq. Qardaşımı, bacımı demirəm, amma balaları yoxdur mənim üçün. Ölsələr də heç nə etməyəcəm. Soruşsalar, ay Mələkxanım, qardaşın oğlu, bacın oğlu niyə öldü? Deyəcəm mənlik deyil. Söz var ev arasında, söz də var el arasında. Mən onlara deyirdim elə edin ki mənim adıma ləkə gəlməsin. Özləri də deyirdilər, ay bibi, biz elə şey etmərik. Ayıbdır axı, mənim adımı niyə hallandırırsız? Mələkxanım neyləməlidir? Özümü öldürüm? Gedin ata-anasından soruşun. Bitdi onlar mənim üçün. Bəsdir. 38 ildir xalqıma xidmət edirəm. Bu neçə ildə ailəm, övladlarım, sənətim haqda nəsə mənfi bir fikir çıxıb? Yox! Bacımın, qardaşımın balalarına həmişə əl tutdum, onları oxutdurdum, əllərini çörəyə çatdırdım. Qarşılığında onlar nə ediblər? Heç nə. Heç ummuram da. Bacımın, qardaşımın övladları ilə illərdir əlaqəm yoxdur. Onları bundan əvvəl də silmişdim, indi isə birdəfəlik sildim”.