Month: April 2019

  • Gürcüstanda zəlzələ olub

    Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 21:34-də qeydə alınıb. Zəlzələnin episentri Kvareli rayonu ərazisində olub.

  • Вагит Алекперов заработал больше всех среди российских миллиардеров

    Совокупное состояние богатейших россиян, по версии Bloomberg, за первый квартал 2019 года увеличилось на $20,5 млрд.

    Как передает Median.Az со ссылкой на Коммерсант, это следует из данных рейтинга Bloomberg Billionaires Index (BBI).

    Всего в рейтинг 500 богатейших людей мира входит 23 россиянина.

    В список пяти самых богатых россиян, по данным BBI, вошлиI

    Владелец «Интерроса» и гендиректор «Норникеля» Владимир Потанин – 39-е место в рейтинге, состояние — 21 млрд долларов, плюс 1,36 млрд долларов);

    Владелец Universal Cargo Logistics Holding и НЛМК Владимир Лисин (40-е место в рейтинге, состояние — 20,3 млрд долларов, плюс 2,44 млрд долларов);

    Основной акционер НОВАТЭКа и СИБУРа Леонид Михельсон (42-е место в рейтинге, состояние — 20 млрд долларов, плюс 575 млн долларов);

    Основной владелец и глава ЛУКОЙЛа Вагит Алекперов (44-е место в рейтинге, состояние — 19,7 млрд долларов, плюс 3,67 млрд долларов);

    Владелец «Северстали» Алексей Мордашов (50-е место в рейтинге, состояние — 18,4 млрд долларов, плюс 1 млрд долларов).

    Отметим, что российский миллиардер азербайджанского происхождения Вагит Алекперов разбогатель за первый квартал 2019 года на 3,67 млрд долларов, тем самым побив рекорд среди остальных российских миллиардеров.

  • “Facebook”dan Mark Zukerberqə ŞOK: paylaşımları silindi

    “Facebook” sosial şəbəkəsi qurucusu Mark Zukerberqin paylaşımlarını silib.

    Median.Az xəbər verir ki, buna səbəb Zukerberqin paylaşımlarında şirkətlə bağlı əhəmiyyətli bilgilərin olmasıdır.

    “Business Insider” nəşrinin xəbərinə görə, şirkətin qurucusu onun haqqında gizli bilgiləri ictimaiyyətlə paylaşdığı üçün “Facebook” bu paylaşımları yox edib.

    Məsələ ilə bağlı şirkətin mətbuat katibi açıqlama verib. Mətbuat katibi iddiaları təkzib edib və paylaşımların texniki problem səbəbilə silindiyini deyib. Paylaşımların yenidən geri qaytarılması təminatının olmadığı üçün geri yüklənmə üçün müraciət göndərilməyib.

    Xəbərdə, həmçinin, yox edilən paylaşımlar arasında “Instagram”ın alınması kimi şirkətin yaxın keçmişinə aid kritik bilgilərin olduğu da bildirilib. (publika.az)

  • Ağsu yolundakı çökmənin SƏBƏBİ

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağsu-Xanbulaq avtomobil yolundakı çökmənin səbəblərini açıqlayıb.

    Agentlikdən verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.

    Nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb.

    Dərhal əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.

    Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.//yenicag.az

  • ABŞ-da məktəbdə atışma baş verdi

    ABŞ-ın Arizona ştatının məktəblərindən birində atışma baş verib.

    Median.Az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yeniyetmə tapançanı gizli şəkildə məktəbə keçirərək öz yaşıdını yaralayıb.

    Silahlı polis tərəfindən saxlanılıb, zərərçəkən vertolyotla xəstəxanaya çatdırılıb.

    İlkin məlumatlara görə, hücum planlı xarakter daşıyırdı.

  • Мири Юсиф сделал подарок своим поклонникам

    Популярный азербайджанский певец Мири Юсиф презентовал новую композицию Ruzigar, слова к которой написал он сам, а музыку – Фидан Ахундова.

    Песню исполнитель посвятил своим поклонникам, сообщили Sputnik Азербайджан в пресс-службе певца, передает Median.Az. Мири Юсиф остался верен себе — он вновь поет о невозможности счастья, об упущенных возможностях, но все же успокаивает себя надеждой, что Bu dünyada bir tək ölümə çarə yox (“В этом мире нельзя избежать только смерти”). Эта фраза многим пришлась по душе. Подписчики теперь ждут клипа на новую песню. Однако сам певец пока ничего не комментирует – возможно, в ближайшем будущем фанатов ждет еще один сюрприз.

    Напомним, что на данный момент Мири Юсиф активно готовится к своему трехдневному сольному концерту, который пройдет 7, 8 и 9 июля на сцене Зеленого театра.

    Мири Юсиф является бывшим солистом группы “Деирман”. Долгое время жил в Америке, а возвратившись, решил начать сольную карьеру, которая сложилась достаточно удачно.

  • Konorla Həbib yenə atışdı: Sən şərəfini itirdin…

    İrlandiyalı döyüşçü Konor Makreqor və dağıstanlı Həbib Nurməhəmmədov yenə bir-birlərinə ilişiblər.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki,Makreqor karyerasıni bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına Tvitter hesabında belə cavab verib:

    ”Sənin pulunu əlindən aldılar,mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar. Balaca siçan! TezlikləLas Veqada böyük parti olacaq, balaca”.

    Nurməhəmmədovun isə cavabı gecikməyib. O bildirib ki, pul gəlib,gedəndir, amma şərəf yox.Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən.Sən bununla yaşa. MMA karyeranı bitirməklə Tvitterdə karyerana başlamalısan?”

    Qeyd edək ki, ötən ilin oktyabrında UFC-nin 229-cu çempinatında Nurməhəmmədov Makreqoru boğucu fəndə salaraq məğlub edib.

    Bundan sonra döyüşçülərin komandaları arasında dava başlanmışdı. Bu yaxınlarda isə Makreqor döyüşdən getdiyini bəyan edib.

  • “Qarabağ” “Sumqayıt”ı böyük hesabla məglub etdi

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib.

    “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Heç- heçə bitən oyundan sonra “Qəbələ” qızıl medal qazanmaq şansını rəsmən itirib. Əyalət təmsilçisi üçüncü pillədə qərarlaşan “Səbail”dən 4 xal geri düşüb.

    “Sumqayıt” isə son 5 mövsümün çempionu “Qarabağ”ı qəbul edib.

    “Qarabağ” hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib.

    Bu qələbə sayəsində xallarını 48-ə çatdıran “Qarabağ” “Neftçi”nin liderliyinə şərik olub. “Sumqayıt” isə 17 xalla 8-ci pillədə qalıb.

  • Oteldə sevgilsini öldürən “zek”: “Necə vurduğumu xatırlamıram”

    Abşeron rayonunda oteldə sevgilisini öldürməkdə təqsirli bilinən 35 yaşlı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    Nəriman Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, qətlə yetirdiyi Aysel Orucova ilə “Oskar” otelində birlikdə olan zaman qadınla mübahisə edib. Mübahisə zamanə Aysel onu təhqir edib: “Mən də ona hirsəndim, özümdən çıxdım. Onu necə vurduğumu xatırlamıram, həmin zaman özümdə deyildim. Ayılanda gördüm ki, Aysel xırıldayır”.

    Növbəti proses aprelin 8-də davam edəcək.

    İttihama görə, ötən il sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki “Oskar” otelində Ucar rayon sakini, 21 yaşlı Aysel Orucova bıçaqlanaraq öldürülüb.

    İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev saxlanılıb.

    Araşdırmalar zamanı məlum olub ki, 21 yaşlı Aysel Orucovanın 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

    Nərimanla Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb.

    Bu müddətdə cütlük bir neçə dəfə görüşüb. Son görü. sentyabrın 23-də Fatmayıdakı oteldə olub.

    Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə “Oskar” otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.

    Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.

    Məlumata görə, hadisə baş verən günü Aysel Pirşağa qəsəbəsindəki “Qala Klub” deyilən məkanda Nərimanla əyləndikdən sonra “Oskar” otelinə gedib.

    Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni Aysel Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

    İstintaq orqanı tərəfindən Nəriman Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

  • Часть Сумгайыта останется без света

    2 апреля в 6, 10 и 12 микрорайонах Сумгайыта будут наблюдаться перебои в подаче электроэнергии.

    Как отмечается в сообщении ОАО «Азеришыг», кратковременные перерывы в электроснабжении связаны с переносом линий электропередачи с территории, на которой строится туннельный переход Сумгайытского железнодорожного управления.