Month: April 2019

  • В Тертере душевнобольного сбил автомобиль

    В Тертерском районе произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    На улице Низами в Тертере автомобиль марки ГАЗ-3110, которым управлял житель района Д.Сафаров, сбил местного жителя Вугара Мамедова, пытавшегося перейти дорогу.

    В.Мамедов, который оказался душевнобольным, скончался на месте происшествия.

    По факту в районном отделении полиции ведется расследование.

  • Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb

    Bu ilin yanvar-mart aylarında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı 0,5% azalıb. ONA-nın məlumatına görə, bu barədə “Global Stats” statistik mərkəzin hesabatında bildirilir.

    Aprelin 1-nə olan məlumata görə, “Facebook”un Azərbaycanın sosial media bazarında payı 39% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 10,3% çoxdur. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

    Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Pinterest” qərarlaşıb ki, istifadəçilərin ölkə üzrə fəallığı ilin əvvəlindən 24% artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin aprelin 1-nə olan tarixə payı 19,5% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

    Bu ilin yanvar-mart ayları ərzində ölkə üzrə “Youtube” şəbəkəsinin istifadəçilərinin fəallığı 0,7% azalıb. Aprelin 1-nə olan məlumata əsasən, “Youtube” 18,2% pay ilə sosial media bazarında 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 53% azdır.

    Digər sosial şəbəkələrin pay bölgüsü: “Instagram” – 10,8%, “Twitter” – 7,1%, “VKontakte” – 1,78%, “Google+” – 1,75%.

  • “260 manat pensiya ilə bilmirəm kirayəni ödəyim, kredit borclarımı verim, yoxsa ailəmi dolandırım” – Video

    İkinci qrup əlil İsmayılov İlkin Məmmədrza oğlu məşğulluq və mənzil probleminin həll olunması üçün icra hakimiyyəti orqanlarına müraciət edib.

    Bizimyol.info-ya müraciət edən İ.İsmayılov aldığı pensiya ilə yaşamağın qeyri-mümkün olduğunu bildirib.
    “İkinci qrup əliləm, 260 manat pensiya alıram, ailəmlə birgə Sumqayıt şəhərində 200 manat müqabilində kirayədə yaşayırıq. Xroniki virus mənşəli C hepatitindən əziyyət çəkirəm. Altı yaşında bir qız övladım var, hazırda Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin birinci sinifində təhsil alır. Aldığım pensiyadan hər ay 200 manat kirayə, 20 manat komunala çıxanda yerdə qalan 40 manatla bir ay deyil, cəmi bir həftə dolanırıq. Bir sözlə 260 manat pensiya ilə bilmirəm kirayəni ödəyim, kredit borclarımı verim, yoxsa ailəmi dolandırım. İşsizəm, işlə bağlı çox yerə müraciət etsəmdə öz həlli yolunu tapmır”,-deyə İ.İsmayılov bildirib.

    Şikayətçinin sözlərinə görə, Sumqayıt şəhəri Məşğulluq İdarəsindən ona iki vakansiya üzrə iş təklif ediblər: “Təklif etdikləri işlərin aylıq əmək haqları isə çox az idi 150 manat. Gündəlik xərcləri nəzərə alsaq həmin əmək haqqı təbii olaraq heç çürə bizim ehtiyacımızı ödəmir. Bugünki gündə Sumqayıt şəhərində real iş yerləri və zavodlar çoxdur, lakin həmin iş yerlərində və ya zavodlarda işləmək üçün sadə vətəndaşları qəbul etmirlər. Bir ildən çoxdur mən bütün Nazirliklərə, İcra Hakimiyyətlərinə müraciətlər ünvanlamışam, onlarda köməklik etmirlər”.

  • Sabah bu ərazilər işıqsız qalacaq

    Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.

    Bu barədə Lent.az-a “Azərişıq” ASC-dən bildirilib.

    Xəbərdə qeyd olunur ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

    ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

  • Ильхам Алиев принял советника главы Чечни

    Президент Азербайджана Ильхам Алиев 1 апреля принял советника главы Чечни, депутата Государственной думы России Адама Делимханова.

    Как передаёт Median.Az, об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Ramzan Kadırovun müşaviri ilə görüşdü

    Prezident İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlət başçısına çatdırıb və bildirib ki, Ramzan Kadırov Prezident İlham Əliyevi özünə qardaş hesab edir.

    Çeçen xalqının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi heç vaxt unutmayacağını vurğulayan Adam Delimxanov ən çətin vaxtlarda Heydər Əliyevin onlara göstərdiyi qayğı və dəstəyi xatırlayıb. O, xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib.

    Prezident İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ramzan Kadırova çatdırmağı xahiş edib və qeyd edib ki, onu Ramzan Kadırovla qardaşlıq əlaqələri bağlayır. Dövlət başçısı bildirib ki, Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri var və tarix boyu bu əlaqələr daim möhkəmlənib.

    Prezident İlham Əliyev Ramzan Kadırovun bu yaxınlarda ölkəmizə səfərini xatırlayaraq Ramzan Kadırovun çeçen xalqının lideri Hacı Əhməd Kadırovun siyasətini uğurla davam etdirdiyini, Çeçenistanda sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

    Söhbət zamanı Azərbaycan ilə Çeçenistan Respublikası arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

  • В Баку столкнулись пять автомобилей – ВИДЕО

    На проспекте Зии Буньятова в Баку произошла цепная авария.

    Видео ДТП опубликовали в социальных сетях.

    Столкнулись Toyota, BMW, Fiat и два автомобиля Mercedes.

    В результате никто не пострадал, но транспортные средства были повреждены.

  • Paytaxtda beş maşın toqquşdu – VİDEO

    Bakının Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

    Qəza zamanı “Toyota”, “BMW”, “Fiat” və iki “Mercedes” avtomobilləri toqquşub.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

  • Установлен надгробный памятник 2-летней Захре и ее бабушке – ФОТО

    В Физулинском районе состоялось открытие надгробного памятника двухлетней Захре и ее бабушке, которые погибли в результате обстрела, устроенного армянами.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на могилах девочки и ее бабушки был установлен памятник и разбит маленький парк.

    В официальной церемонии установки памятника приняли участие представители военных соединений, руководители Физулинского, Ходжавендского и Джебраильского районов, военнослужащие и сельчане.

    Отметим, что в июле 2017 года в результате обстрела армян в селе Алханлы погибли Сахиба Гулиева и ее внучка Захра Гулиева.


  • Ermənilərin öldürdüyü Zəhra və nənəsinə abidə qoyuldu – FOTO

    Füzuli rayonunda ermənilərin açdığı atəş nəticəsində qətlə yetirilən iki yaşlı Zəhra və nənəsinin abidə kompleksinin açılışı olub.

    Abidə Zəhra və nənəsinin vəfat etdiyi yerdə onların xatirəsinə inşa olunub və kiçik park salınıb.

    Abidənin rəsmi açılışı olub. Açılış mərasimində hərbi birlik nümayəndələri, Füzuli, Xocavənd və Cəbrayıl rayon rəhbərlikləri, hərbçilər və kənd sakinləri iştirak edib.

    Qeyd edək ki, 2017-ci ilin iyulunda erməni hərbçilərin dinc əhalinin yaşadığı yerə atdığı iriçaplı mərmilər Sahibə Quliyeva və nəvəsi Zəhra Quliyenin ölümü ilə nəticələnib.


    //oxu.az