Month: May 2019

  • В Баку 24-летний парень получил ножевое ранение

    В Баку 24-летний парень получил ножевое ранение.

    Как передает Median.Az со ссылкой на Report, инцидент отмечен на улице Зяргяр Палан, 87 Ясамальского района.

    Неизвестный (или неизвестные) нанес ножевое ранение жителю Баку Абульгасыму Назарову 1995 г.р. Раненый помещен в хирургическое отделение Клинического медицинского центра №1.

    По факту ведется расследование.

  • Bakıda 24 yaşlı gənc bıçaqlanıb

    Bakıda 24 yaşlı gənc bıçaqlanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu Zərgər Palan küçəsi 87 ünvanında qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əbülqasım Nəzərov naməlum şəxs (və ya şəxslər) tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sağlamlıq imkanları məhdud uşaqların təhsil xərcləri bu tarixdən ödəniləcək

    I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilindən qüvvəyə minəcək.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

    “Sentyabrdan başlayaraq bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar. Hazırda ali məktəblərdə həmin kateqoriyaya aid tələbələrin sayı təxminən 2500 nəfərə yaxındır”, – deyə nazir qeyd edib.

  • Abid Şərifovun səhhəti ağırlaşdı

    Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti yenidən pisləşib.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, səhhətində problem yaranan A.Şərifov paytaxta yerləşən xəstəxanalardan birinə müraciət edib.

    Məsələ ilə bağlı açıqlama verən sabiq baş nazirin müavini hansı xəstəxanada olduğu barədə məlumat verməsə də, həkimdə olduğunu təsdiqləyib. O, bildirib ki, müayinə olunduğu üçün çox danışa bilmir.

    Qeyd edək ki, 79 yaşlı Abid Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.

  • Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna yüksək vəzifə verdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

    M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.

    Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.

  • Bakıda 58 yaşlı qadın intihar edib

    Bakıda 58 yaşlı qadın intihar edib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi şosesi, Döngə 2 ünvanında qeydə alınıb.

    Belə ki, 1951-ci il təvəllüdlü Mətanət Novruzəli qızı Novruzova dərman içərək özünü öldürüb. İntiharın səbəbləri hələ ki məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан оказал помощь Йемену

    В соответствии с поручением Президента Ильхама Алиева, Азербайджан оказал гуманитарную помощь Йемену.

    Об этом говорится в сообщении МИД Азербайджана.

    В сообщении отмечается, что решение принято в ответ на призыв Управления Верховного комиссара ООН по делам беженцев к странам-членам организации.

    По подсчетам ООН, в Йемене 24 миллиона человек (80% населения) нуждаются в гуманитарной помощи, а 250 тысяч – страдают от голода.

    Также в стране, принявшей 3,3 миллиона беженцев, распространены различные опасные заболевания.

  • Azərbaycan Yəmənə humanitar yardım göstərib

    Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilib.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

    Qeyd edək ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.

  • Президент выделил ветеранам 300 тысяч манатов

    Президент Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по усилению государственной помощи ветеранам войны в Азербайджанской Республике.

    Согласно распоряжению, Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики выделено 300 тысяч манатов из госбюджета.

    Минфину поручено обеспечить финансирование в указанной сумме.

  • Prezident veteranlara 300 min manat ayırdı

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.