Month: May 2019

  • В Баку произошло ДТП, пострадали 4 человека

    В Баку произошло ДТП.

    Как передает Median.Az со ссылкой на Report, авария отмечена на дороге Бильгя-Нардаран в Сабунчинском районе.

    В результате столкновения двух автомобилей пострадали 4 человека. Раненые помещены в Городскую клиническую больницу №3.

    По факту ведется расследование.

  • Bu dəfə kişini rüsvay etməklə hədələyib pul istədilər

    Mayın 6-da Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1500 manat pul tələb etdiyini bildirib.

    DİN Mətbuat Xidmətin Bərdə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

    Araşdırma aparılır.//sputnik.az

  • Qalmaqallı bina məsələsi böyüyür: İşə məhkəmə qarışacaq

    “Bu gün “Salaam Cinema Baku”nu məhkəməyə verdik”.

    Median.Az ONA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib.

    O bildirib ki, binanı qanunsuz zəbt edən “Salaam Cinema Baku” əməkdaşları çıxmaq istəmədikləri üçün müvafiq sənədləri toplayaraq bu gün məhkəməyə müraciət ediblər.

    Qeyd edək ki, artıq bir neçə gündür Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən bina ətrafında yaşanan qalmaqal bitmək bilmir. “Salaam Cinema”nın əməkdaşları icarəyə götürdükləri binadan çıxmağı rədd edərək iddia edirlər ki, bina tarixi binadır, onlar çıxacaqları təqdirdə binanın sahibi oranı sökəcək.

    Bina 1913-cü ildə tikilib.

  • Bakıda oteldə sevgilisini öldürən qadın apelyasiya şikayəti verib

    Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynova barəsində olan hökmdən apelyasiya şikayəti verib.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsinə müraciət edən G.Hüseynova cəzasının yüngülləşdirilməsini istəyir.

    Şikayətin ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti prosesi mayın 10-na təyin edilib.

    Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

    Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

    G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. Qadın sevgilsini namus üstündə öldürüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseyova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Во Франции неизвестный захватил 5 заложников

    Во Франции неизвестный захватил 5 заложников.

    Как передает Median.Az со ссылкой на Report, инцидент отмечен в табачном магазине в коммуне Бланьяк под Тулузой.

    “Злоумышленник угрожает открыть огонь по силам правопорядка, которые оцепили место происшествия. Он требует переговорщика и угрожает застрелить одного из заложников, если оцепление не будет снято”, – говорится в сообщении.

  • Sumqayıtda 21 top mərmisi tapılıb

    Sumqayıt şəhərində 21 ədəd top mərmisi tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, mayın 7-si saat 10:06-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 26 ədəd tərkibində müxtəlif miqdarda partlayıcı maddə olan top mərmilərinin qalıqları (5 ədəd 76 mm-lik top mərmisi (OF-350) və 21 ədəd 85 mm-lik top mərmisi (O-365)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmilərinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//report.az

  • Bakıda kiçiklitrajlı avtomobillər bahalaşıb

    2019-cu ilin martında təkrar kiçiklitrajlı avtomobil bazarında (mühərrikin həcmi 2 litrədək) orta qiymət 14 870 manata bərabər olub.

    Median.Az bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

    Ekspert qeyd edib ki, fevral ayı ilə müqayisədə 7,03 faiz artım müşahidə olunub. Mühərrikinin həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat (11,21 faiz azalma), 3 litrdən yuxarı həcmli avtomobillərin orta qiyməti 91 143 manat (7,78 faiz azalma) təşkil edib.

    N.İbrahimov bildirib ki, mart ayında paytaxtın avtomobil bazarında 1 352 avtomobil satışa çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz azdır.

    Məlumata görə, satışa çıxarılmış avtomobillərin 82,3 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 41 129 manat olub. Dizel mühərrikli avtomobillər satışa çıxarılanların 17,7 faizini təşkil edib ki, bu avtomobillərin qiyməti 44 415 manata bərabər olub.

    Ekspertin sözlərinə görə, mayda isə Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözləniləndir və may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək.

  • Bakıda itən 4 yaşlı qız tapıldı

    Bakıda itkin düşən azyaşlı tapılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itən 2015-ci il təvəllüdlü Orucova Əfruz Elçin qızı Ü.Ələkbərov küçəsində “Bəyaz market”in yaxınlığında tapılaraq anasına təhvil verilib.

    Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Ü.Ələkbərov küçəsində yaşayan, Əfruz Orucova mayın 5-də yaşadığı evdə anasının yanından çıxaraq naməlum istiqamətə getmişdi.

  • Личный состав СГБ почтил память Гейдара Алиева – ФОТО

    7 мая личный состав Службы государственной безопасности (СГБ) Азербайджана посетил Аллею почетного захоронения и почтил память общенационального лидера Гейдара Алиева.

    Глава СГБ, генерал-полковник Мадат Гулиев, сотрудники службы, офицеры и солдаты N-ской воинской части возложили цветы к могиле общенационального лидера и почтили его память.

    Была также почтена память выдающегося офтальмолога, академика Зарифы Алиевой.

    Общенациональный лидер Гейдар Алиев имеет неоценимые заслуги в развитии органов безопасности Азербайджана, процесса национализации в этом важном государственном институте и создании школы профессионализма. Общенациональный лидер еще в советские времена сыграл незаменимую роль в политике азербайджанизации органов государственной безопасности, взращивании и выдвижении национальных кадров. Сегодня личный состав Службы государственной безопасности с честью возрождает славные традиции патриотизма и профессионализма гениального лидера, продолжает решительную деятельность по надежной охране независимости и государственности Азербайджана. Наш народ полностью уверен в том, что под руководством достойного продолжателя политической линии общенационального лидера Гейдара Алиева господина Президента Ильхама Алиева наша страна будет еще уверенее шагать в будущее и добьется новых побед. Азербайджанский солдат способен на высоком уровне выполнить любую поставленную перед ним задачу.

  • Keçmiş məhkum əlində tüfəng, sərxoş halda qorxu saçdı

    Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

    DİN-in regional mətbuat xidmətindən verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb.

    Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib. E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.//oxu.az