Month: May 2019

  • Heydər Əliyev babasının məzarını ziyarət etdi (FOTOLAR)

    Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

    Median.Az xəbər verir ki, DTX rəisi Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

    Mərhum prezidentin məzarını ziyarət edən əsgərlər arasında prezident İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev də olub.

  • В Баку 58-летняя женщина покончила с собой

    В Баку 58-летняя женщина покончила с собой.

    Как передает Median.Az со ссылкой на Report, инцидент отмечен в доме по адресу Бинагадинский район, Бинагадинское шоссе, переулок 2.

    Матанат Новрузали гызы Новрузова 1961 г.р. покончила с собой, выпив лекарство.

    Причины суицида пока неизвестны.

    По факту ведется расследование.

  • Bakıda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

    Bakıda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda, Bilgəh-Nardaran avtomobil yolunda qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Mingəçevirdə evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb – FOTO

    Mingəçevir şəhərində evlərdən oğurluq edən keçmiş məhkum tutulub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, həyət evlərinə daxil olaraq qızıl-zinət əşyları və pul oğurlayan keçmiş məhkum Rahim Mehdiyev polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

    Onun mənzillərə pəncərələri sındırmaqla daxil olduğu və ümumilikdə, sakinlərə 6 min manat dəyərində ziyan vurduğu məlum olub.

    R.Mehdiyevin evinə polis tərəfindən baxış keçirilərkən oğurladığı qızıl-zinət əşyaları və pullarla yanaşı, narkotik vasitə də aşkarlanaraq götürülüb.

    Qeyd edək ki, saxlanılan Mingəçevir sakini əvvələr narkotik vasitəslərin istifadəsi və oğurluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Fransada naməlum şəxs 5 nəfəri girov götürüb

    Fransada naməlum silahlı şəxs 5 nəfəri girov götürüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında qeydə alınıb.

    “O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmaqla hədələyir. Həmin şəxs danışıqlar aparmağa nümayəndə gəlməyəcəyi və mühasirənin götürülməyəcəyi təqdirdə girovları öldürəcəyini bildirib”, – məlumatda qeyd olunub.

  • В Китае уничтожают мечети

    Более двух десятков мечетей было разрушено в автономном регионе китайской провинции Синьцзянь в течение трех лет.

    Как передает Median.Az со ссылкой на Report, об этом пишет британская газета The Guardian со ссылкой на совместное с Bellingcat расследование.

    Синьцзян-Уйгурский автономный регион расположен на северо-западе Китая. Расследование журналистов опирается на исследование более 90 спутниковых снимков.

    По их данным, c 2016 года 33 здания были либо полностью уничтожены, либо разрушены частично. Разрушению подверглись не только мечети, но и различные сооружения, в том числе купола и минареты.

    Cреди разрушенных зданий – храм имама Асима, гробница которого привлекала внимание многих паломников. Газета называет этот комплекс сооружений самым крупнейшим в регионе.

  • Çingiz Mustafayev: “Səhnə üçün “Truth” mahnısından ilham alınıb”

    “Düzünü desəm, səhnə quruluşunu sevirəm və bu, tamamilə əladır. Bəllidir ki, səhnə üçün “Truth” mahnısından ilham alınıb. İdeya ondan ibarətdir ki, mənim yaralı ürəyim çox ağrıyır və mən onu mexaniki ürəklə əvəz etməliyəm”.

    Median.Az report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanı “Eurovision 2019”da təmsil edən Çingiz Mustafayev deyib.

    “Hansısa bir robot mənə ürək ağrımdan canımı qurtarmağa və keçmiş sevgilimi unutmağa kömək edir. Başa düşürəm ki, məni ancaq həqiqəti qəbul etmək, zəhərli sevgini dayandırmaq və ürəyimi işığa açmaq müalicə edə bilər”, – o bildirib.

    Unikal qrafik Çingiz Mustafayevin səhnədə tək olmasına baxmayaraq, sevgi hekayəsinin dramaturgiyasını anlatmağa kifayət edir. Görüntü 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində qalib gələn Camalanın səhnəsi üçün vizual effektləri hazırlayan “Front Pictures Creative Studio” şirkətinə məxsusdur. Şirkət həmçinin “America’s Got Talent” və məşhur müğənni Pinkin “The BRIT Awards 2019”da çıxışında da iştirak edib.

    Azərbaycanın “Eurovision 2019” üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova açıqlamasında “Truth”un səhnə quruluşunun vizual cəhətdən heyranedici və cəsarətli olduğunu açıqlayıb: “Azərbaycan 11 ildir ki, “Eurovision”da iştirak edir və siz bizim nümayəndə heyətinin yaddaqalan, atəşli, hətta romantik quruluşlarını görmüsünüz. Lakin bu, tamamilə yeni və emosionaldır. Səbirsizliklə tamaşaçıların Çingizlə bağlı fikirlərini gözləyirəm”.

    Qeyd edək ki, Çingiz Mustafayev mayın 16-da “Eurovision 2019” mahnı müsabiqəsinin II yarımfinalında 18 nömrə altında səhnəyə çıxacaq.

  • Dünya çempionu intihar edib

    Hokkey üzrə Çexiya millisinin sabiq üzvü Adam Svoboda dünyasını dəyişib.

    Median.Az report-a istinadən xəbər verir ki, Çexiya mətbuatı 41 yaşlı idmançının intihar etdiyini yazıb.

    Qeyd edək ki, Adam Svoboda 2015-ci ildə Çexiya yığması ilə dünya çempionatının qalibi olub.

  • Rasim Musabəyovdan “popkorn” etirazı: “Ay məmurlar, siz bunu görmürsüz?” – FOTO

    “Ay məmurlar, siz bunu görmürsüz? Bakılıları zəhərləyənlərə və bizi qonaqların qarşısında utandıranlara qarşi kimsə ölçü götürəcək?”

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Azneft meydanı ərazisində yerləşən yeraltın keçiddə “popkorn” satılmasına qarşı çıxan Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

    “Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaiti xərclənən bu yeraltı keçidə həyasızcasına “popkorn” satıcısı qoyulub və bütün ətrafı iyləndirib.

    İcazəsiz işləyirlər, dövlətin elektrik enerjisindən pulsuz istifadə edirlər, vergi vermirlər. Bütün bunlar onlarla məmurun gözü qarşısında baş verir”, – deyə deputat Rasim Musabəyov qeyd edib.

  • ŞOK! Azərbaycanda qadının bətnində yeddi uşaq – VİDEO

    Azərbaycanda qadın yeddi, bəlkə də yeddidən artıq uşağa hamilədir.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mama-ginekoloq Natiq Məhərrəmov öz səhifəsində məlumat verib.

    Məhərrəmov “İnstagram” səhifəsində paylaşdığı görüntülərdə hamilə qadını USM edir və qadının bətnində yeddi və daha artıq körpənin olduğunu bildirir.

    O, öz təəccübüünü belə ifadə edib: “Şok, şok, şok! Yeddi və daha artıq körpə burada. Allahım, qüdrərtinə və hikmətinə sonsuz şükürlər olsun!”