Month: May 2019

  • Взломан популярный новостной сайт Армении

    Хакеры взломали один из самых популярных новостных сайтов в Армении – News.am.

    В настоящее время сайт не открывается. Ранее вместо главной страницы сайта была размещена картинка с изображением турецкого флага с надписью Bir gecə ansızın gələ bilirim («Могу неожиданно явиться ночью»)

  • Hakerlər Ermənistanın ən böyük saytını çökdürdülər

    Hakerlər Ermənistanın ən böyük saytı olan News.am-a hücuma keçiblər.

    Hazırda sayta daxil olmaq mümkün deyil.

    Bir qədər öncə sayta daxil olmaq istəyənlər üzərində türk bayrağı əks edilmiş və “Bir gecə ansızın gələ bilirim” ( bir gecə xəbərsiz gələ bilərəm) yazılmış şəkillə qarşılaşıblar.

  • В столице за совершение краж задержаны 6 человек

    Как сообщает Median.Az, сотрудники 7-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя Гейчайского района Х.Солтанова, который 21-го апреля украл из дома в поселке М.Расулзаде 200 долларов.

    Кроме этого, сотрудники 26-го отделения полиции Ясамальского РУП задержали жителя столицы Х.Мамедова, который 2-го мая украл из офиса 2 ноутбука.

    Сотрудники 19-го отделения полиции Насиминского РУП задержали жителя Газахского района С.Мустафаева, который 30-го апреля украл из дома 1850 манатов.

    Сотрудники 41-го отделения полиции Сабаильского РУП задержали жителя Масаллинского района, ранее судимого А.Алиева, который 23-го апреля украл с дворового участка 100 метров электрического провода.

    Сотрудники 30-го отделения полиции Сураханского РУП задержали жителя столицы В.Алиева, который 1-го мая украл из дома самовар и 70 метров электрического провода.

    Сотрудники 34-го отделения полиции Хатаинского РУП задержали жителя столицы, несовершенолетнего М.А, который 1-го мая украл из автомобиля марки “Nissan” видеорегистратор.

    По фактам ведется расследование.

  • Bakıda oğurluq edən 6 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evdən 200 dollar oğurlayan Göyçay rayon sakini H.Soltanov saxlanılıb.

    Bundan başqa, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki ofisdən 2 ədəd noutbuk oğurlayan Bakı şəhər sakini X.Məmmədov saxlanılıb.

    Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən aprelin 30-da rayon ərazisindəki evdən 1850 manat oğurlayan Qazax rayon sakini S.Mustafayev saxlanılıb.

    Səbail RPİ 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də həyətyanı sahədən 100 metr elektrik naqili oğurlayan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılıb.

    Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-də rayon ərazisindəki evdən samovar və 70 metr elektik naqili oğurlayan
    Bakı şəhər sakini V.Əliyev saxlanılıb.

    Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən mayın 1-də “Nissan” markalı avtomobildən videoqeydiyyat qurğusu oğurlayan paytaxt sakini olan yeniyetmə saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Toyuq ətini yumayın, mikrob yayırsınız! – XƏBƏRDARLIQ

    Toyuq ətini çiy halda yumaq olmaz.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu barədə amerikalı mütəxəssislər araşdırma aparıb.

    Bildirilir ki, toyuq ətini yumaqla mikrobların yayılmasına şərait yaranır.
    Əksəriyyətimiz toyuğu qablaşdırmadan açandan sonra yuyuruq. Daha sonra isə bişiririk. Lakin son araşdırma bunun nə qədər ziyanlı olduğunu sübut edib. Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

    Mütəxəsislərin fikrinə görə, toyuqları yuyaraq mikrobları öldürmək mümkün deyil. Üstəlik, bu, digər quşçuluq məhsullarına, o cümlədən yumurtaya da aiddir. Toyuqda olan bakteriyalar su ilə ötürlə bilər. Onlar da sinir hüceyrələrinin zədələnməsinə səbəb olur. Evdə toyuğu suyun altında yuduğumuz zaman su ilə bərabər ətrafa təhlükəli mikroblar sıçrayır. Tək çarə toyuq ətini yaxşı və düzgün formada bişirməkdir.

  • Кровавый инцидент в Агстафе – ФОТО

    В селе Ашагы Гейджали Агстафинского района произошла драка с поножовщиной.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, в результате житель города Сумгайыт Аббасов Гасан Вагиф оглу 1980 года рождения получил ножевое ранение грудной клетки, а житель села Ашагы Гейджали Агстафинского района Гулиев Ульви Гедим оглу – ножевое ранение в живот.

    Пострадавшие были доставлены в больницу, их состояние тяжелое.


    В отделении полиции Агстафинского района проводится расследование.

  • Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi – Yağısa görə

    Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik.

  • Hacıqabulda özünü asan kişi: “Mən verdiyim vədə əməl edə bilmədim” – TƏFƏRRÜAT

    Mayın 2-də Hacıqabul rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub.

    Median.Az report-a istiandən xəbər verir ki, 1983-cü il təvəllüdlü Rəncbər kənd sakini Abasov Rakif Mirzəxan oğlunun verdiyi vədə əməl etmədiyi üçün özünü asdığı müəyyənləşib.

    Bir neçə ildir Bakıda kirayədə yaşayan Rakif Abasov kəndə gedərək yaxınları ilə son dəfə görüşüb. Günorta saatlarında isə qonşularıgilə gedərək, onlarla vidalaşıb. Daha sonra ata evinə gələn Rakif kimsənin olmadığından istifadə edərək, həyətdəki çanaqlı antenanın dəmirindən özünü asaraq intihar edib. Təsadüfən evin qarşısında Rakifin asılı vəziyyətdə oduğunu görən qonşular onun həyatını xilas etməyə cəhd göstərsələr də, artıq gec olub.

    Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Evdən Rakifin yazdığı məktub tapılıb.

    “Mən verdiyim vədə əməl edə bilmədim, ona görə, yaşamağı özümə sığışdırmadım. Məni anamın yanında dəfn edərsiniz”, – deyə o məktubda yazıb.

    Yaxınlarının dediyinə görə, Rakif Abbasov zəhmətkeş adam olub. Amma onun özünü asaraq intihar etməsinin əsl səbəbi hamıya qaranlıq qalıb.

    Mərhumun azyaşlı 1 övladı var.

    Faktla bağlı araşdırma aparılır.

  • Неожиданный ответ Зеленского Путину

    Избранный украинский президент Владимир Зеленский заявил, что у него есть некоторые предложения для Верховной Рады относительно ответных действий на решение России об упрощенном порядке выдачи российских паспортов отдельным жителям Украины.

    Об этом пишет «Укринформ» .

    По словам Зеленского, у него есть несколько так называемых «ходов» по данному вопросу.

    «В этом плане мы должны быть креативными, должны быть быстрыми, умными. Поэтому будем пока готовить, а потом мы покажем всем», – заключил он, отвечая на соответствующий вопрос журналистов в ходе встречи с председателем Рады Андреем Парубием и руководителями парламентских фракций.

    Напомним, президент России Владимир Путин подписал два указа, упрощающих порядок предоставления российского гражданства некоторым категориям граждан Украины. Один из этих документов, подписанный 24 апреля, касается лиц, проживающих в отдельных районах Донецкой и Луганской областей Украины — эти территории частично контролируются самопровозглашенными республиками Донбасса. Другим указом, который был подписан 1 мая, российский лидер расширил и уточнил перечень категорий лиц, получивших такое право.

  • Ağstafada iki nəfər bıçaqlanıb

    Ağstafa rayonunun Aşağı Göycəli kəndində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abbasov Həsən Vaqif oğlu döş qəfəsindən, 1995-ci il təvəllüdlü Ağstafa rayon Aşağı Göycəli kənd sakini Quliyev Ülvi Qədim oğlu isə qarın nahiyəsindən bıçaqlanıb.

    Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

    Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.