Month: May 2019

  • Zelenskidən Putinə gözlənilməz cavab

    Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Donbas regionunun əhalisinə Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı Moskvanın qərarına cavab hazırladığını bəyan edib.

    Bu barədə Ukrinform agentliyi məlumat yayıb.

    Zelenski bildirib ki, cavab tədbirləri ilə əlaqədar Ali Rada üçün bir sıra təkliflər hazırlayıb.

    “Bu baxımdan biz kreativ olmalıyıq, çevik və ağıllı hərəkət etməliyik. Ona görə hələlik hazırlıq görəcəyik, sonra isə hamıya göstərəcəyik”, – deyə o vurğulayıb.

    Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas regionunun əhalisi üçün Rusiya pasportlarının verilməsi qaydasının sadələşdirilməsinə dair iki sərəncam imzalayıb.

  • В Венесуэле разбился военный вертолет

    Вертолет, принадлежащий Вооруженным силам Венесуэлы, потерпел крушение в районе населенного пункта Эль Атильо в штате Миранда на севере Боливарианской Республики.

    Об этом в субботу сообщает газета El Nacional, передает Median.Az со ссылкой на ТАСС.

    Издание отмечает, что на борту находилось до семи человек, об их судьбе пока не сообщается. Спасатели выехали к месту происшествия.

    В конце апреля в районе города Маракайбо венесуэльского штата Сулия два человека погибли и еще двое получили ранения в результате крушения вертолета национальной гвардии.

  • Venesuelada hərbi vertolyot qəzaya uğrayıb

    Venesuelanın şimalında yerləşən Miranda ştatında göyərtəsində 7 nəfərin olduğu hərbi vertolyot qəzaya uğrayıb.

    Median.Az “La Patilla” nəşrinə istinadən xəbər verir ki, vertolyotun düşdüyü meşəlik ərazidə partlayış səsləri eşidilib.

    Venesuela Silahlı Qüvvələri hələ ki, hadisəyə bir münasibət bildirməyiblər.

  • Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Dostluq marafonu” keçirilib

    Rusiya paytaxtında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Dostluq marafonu” adlı aksiya keçirilib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçiriləcək “Küləyə qalib gəl” marafonuna dəstək məqsədilə təşkil olunan aksiyada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri, Rusiyanın ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.

    AMOR-un təşkilatçılığı, Ümumrusiya Millətlərarası Gənclər İttifaqının dəstəyi ilə təşkil olunan, sağlam həyat tərzini aşılayan “Dostluq marafonu”nun 100-ə yaxın iştirakçısı 8 km-lik məsafəni qət ediblər. İştirakçılar “Universitet” metrosunun yaxınlığında start götürərək Qorki parkında finişə çatıblar.

  • Xırdalanda gənc özünü binanın 5-ci mərtəbəsindən atdı

    Abşeron rayonunda gənc oğlan özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.

    Median.Az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Xırdalan şəhərində baş verib.

    Yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilin eyvanından özünü atan gənc hadisə yerindəcə ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölənin şəxsiyyəti hələlik müəyyənləşməyib, təxminən 20-25 yaşlarında olduğu bildirilir.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Хырдалане молодой парень бросился с 5 этажа

    В Абшеронском районе молодой парень бросился с пятого этажа здания.

    Как передает Median.Az со ссылкой на ONA, инцидент произошел в городе Хырдалан.

    Молодой человек бросился с балкона своей квартиры на 5 этаже. Он скончался на месте. Личность погибшего пока не установлена. Предположительно ему было 20-25 лет.

    По факту в прокуратуре Абшеронского района возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР.

  • Oqtay Əsədov Avropa ölkəsinə səfər edəcək

    Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

    Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

    Nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

    Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrimizin bu günü və perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Burada deputatlarımız İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaqlar.

    Mayın 8-də nümayəndə heyəti Vətənə qayıdacaq.//sputnik.az

  • Bakıda qadınlar dalaşdı – Xəstəxanalıq oldular

    Bakının Binəqədi rayonunda iki qadın dalaşıb, mübahisə davaya çevrilib.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, nəticədə, hər iki qadın xəsarət alıb.

    Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov sorğumuza cavab olaraq bildirib ki, 45 yaşlı Elmira Ağayeva və 58 yaşlı Sona Kərimova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

  • Samuxda qəza – Bələdiyyə sədri öldü

    Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Tatlı kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni ittirərək əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra kanala düşüb. Sürücü hadisə yerində dünyasını dəyişib.

    Məlumata görə, ölən şəxs Goranboy rayonunun Baxçakürd kənd bələdiyyə sədri Verdiyev Sakitdir. Faktla bağlı araşdırma aparılır.

  • На Каспии произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    Как сообщает в субботу Trend со ссылкой на Республиканский сейсмологический центр, землетрясение магнитудой 3 произошло в 12:24 по местному времени на глубине 25 километров.