Month: May 2019

  • Spirtli içki içən şəxs oruc tuta bilər?

    “Ramazanda iftardan sonra spirtli içki içmək orucluq savabını aradan qaldırmasa da, ayrıca günahdır”.

    İlin 11 ayı spirtli içki içən şəxslərin bəziləri Ramazan ayında nədənsə ondan uzaqlaşır. Lakin onların əksinə, oruc tutmasına baxmayaraq, iftardan sonra spirtli içki qəbul edən şəxslər də var.

    Median.Az-ın məlumatına görə, ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, Ramazan ayında spirtli içki qəbulu bəndəyə əlavə günah qazandırır:

    “Ramazan ayı ərzində spirtli içki qəbul edənlərlə yanaşı, baş verən cinayətlərin sayı azalır. Bu statistik göstərici orucluq ab-havasının müsbət təsirindən irəli gəlir. İnsan Ramazan ayı ərzində spirtli içkidən uzaq dura bilirsə, deməli, alkoqollu içkilərdən tamamilə uzaqlaşa bilər. Ramazan ayının özəl bir həssaslığı var.

    Hansı ki, Allah bu ayda bəndələrdən daha çox ibadət edib, savab qazanmasını istəyir. Bir insan iftardan sonra spirtli içkiyə qayıdırsa, orucluqdakı məqsədin hasil olmadığını göstərir. Bütün hallarda həmin insanların orucluqdan tamamən uzaqlaşmaması üçün haram olduğunu bildirilmir. Çünki elə insanlar var ki, orucluqdan sonra spirtli içkidən həmişəlik uzaqlaşırlar”.

  • Тяжелое ДТП в Турции, погибли 7, ранены 30 человек

    В турецком городе Токат произошло тяжелое ДТП.

    Как сообщает Report со ссылкой на Hurriyet, авария отмечена в районе Рашадийя.

    Перевернулся автобус с людьми, возвращавшимися с панихиды из села Гювендик. В результате ДТП погибли 7, ранены 30 человек. Раненые госпитализированы.

    По факту ведется расследование.

  • Türkiyədə ağır yol qəzası baş verib, 7 ölü, 30 yaralı var

    Türkiyənin Tokat şəhərində ağır yol qəzası baş verib.

    “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə Rəşadiyə rayonunda qeydə alınıb.

    Belə ki, Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan avtobus aşıb. Nəticədə 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Maşınlar avtobus dayanacaqlarını zəbt edib, sərnişinlər təhlükədə – VİDEO

    Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən avtobus dayanacaqları minik avtomobilləri tərəfindən qeyri-qanuni parkinq kimi istifadə olunur. Marşrut avtobusunun sürücüləri isə məcbur olaraq, yolun mərkəzi hissəsində dayanmalı olurlar. Bu hal da günün müxtəlif saatlarında böyük sıxlığa gətirib çıxarır, üstəlik yolun ortasında marşrutdan enən sərnişinlərin həyatı təhlükə altına düşür.

    Median.Az Oxu.az-a istinadən bildirir ki, bənzər vəziyyət həmin ərzində yerləşən 3 saylı ASAN Xidmətin qarşısındakı dayanacaqlarda da yaşanır.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı bildirib ki, həmin ərazidəki avtobus dayanacaqları artıq bir neçə dəfə böyüdülüb. Yaxın müddətdə Şərifzadə küçəsi və ona yaxın ərazilərdə də kameralar quraşdırılacaq və mövcud vəziyyət aradan qaldırılacaq.

  • Aparıcının aldığı pryanikin içərisindən görün nə çıxdı – VİDEO

    Tanınmış aparıcı aldığı şiriniyyatı açanda xoşagəlməz mənzərə ilə qarşılaşıb.


    Median.Az unikal.org-a istinadən xəbər verir ki, aparıcı Zamirə Dadaşova paytaxtda yerləşən marketlərin birindən aldığı “Yaşkino” pryanikini açanda içərisindən dırnaq lakı silinmiş silmək üçün pambıq çıxıb. Məsələ bununla da bitməyib. Həmin pambığa kimyəvi maddə vurulduğu məlum olub.

  • В результате наводнений в ЮАР погибли порядка 90 человек

    Число погибших в результате наводнений, произошедших в минувшие дни в ЮАР, приблизилось к 90.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом в пятницу сообщило агентство “Синьхуа”, приводя данные Национального центра по борьбе со стихийными бедствиями страны.

    По имеющейся информации, в трех провинциях ЮАР, которые стали основными эпицентрами бедствия, в результате наводнений погибло 87 человек. Причем, только в провинции Квазулу-Наталь жертвами стихии стали не менее 71 жителя.

    На редкость сильные дожди обрушились на ЮАР в последние дни апреля. Речь идет о крайне необычном атмосферном явлении для этой страны – тропическом циклоне, который прошел с северо-запада на юго-восток. Подсчет жертв далек от завершения.

    Больше всего людей гибнут в собственных домах, которые рушатся от оползней.

    К усилиям по оказанию помощи пострадавшим подключены подразделения Национальных сил обороны Южной Африки.

  • Cənubi Afrikada daşqınlar baş verib, xeyli sayda ölən var

    Son günlər Cənubi Afrika Respublikasında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 90-a çatıb.

    “Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təbii Fəlakətləri İdarəetmə Mərkəzindən bildirilib.

    Təbii fəlakətin daha geniş vüsət aldığı üç əyalətdə 87 nəfər ölüb, onların 71-i KvaZulu-Natal əyalətinin sakinidir.

    Qeyd edək ki, aprel ayının son günləri bu region üçün nadir olan tropik siklonun şimal-qərbdən cənu-şərq istiqamətində ölkə ərazisindən keçməsi ilə leysan yağışları yağıb, nəticədə daşqınlar meydana gəlib. İnsan tələfatının hələlik yalnız bir qismi hesablanıb.

    Xilasetmə və yardım işlərinə ölkənin Milli Müdafiə Qüvvələri də cəlb olunub.

  • Astarada mal-qara oğruları tutulub

    Astara rayonunda mal-qara oğruları tutulub.

    Median.Az-ın məlumatına görə, bu barədə “Report”un Cənub mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Cənub regional mərkəzindən məlumat verilib.

    Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini A.Əliyev DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək ona məxsus fermadan 900 manat dəyərində 6 baş qoyunun oğurlandığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını rayonun Şahağacı kənd sakini A.Babayev və onun həmkəndlisi olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib və hər iki şəxs saxlanılıb.

    Digər əməliyyat tədbiri nəticəsində isə Astara sakininin həyətindəki tövlədən 1500 manat qiyməti olan dananı oğurlayan şəxslər saxlanılıb. Belə ki, Astara rayonunun Səlivə kənd sakini S.Kərimzadənin Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan bacısı T.Kərəmzadə və qardaşı T.Kərəmzadə ilə birlikdə həmkəndlisi olan bir qadının həyətindəki tövlədən erkək dananı oğurlayaraq Lənkəran rayonu ərazisində satdıqları məlum olub. Həmin heyvanın yeri müəyyən edilərək sahibinə qaytarılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • В Пираллахы автомобиль сбил 8-летнего ребенка

    В Пираллахинском районе произошло ДТП.

    Как передает Median.Az со ссылкой на Report, при попытке перейти дорогу автомобиль сбил Тарлана Мирзоева 2011 г.р.

    Раненый доставлен в Клинический медицинский центр №1.

    По факту ведется расследование.

  • Pirallahıda 8 yaşlı uşağı avtomobil vurub

    Paytaxtın Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Tərlan Mirzəyevi yolu keçmək istəyərkən avtomobil vurub.

    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.