Month: May 2019

  • Məhkəmə narkotiklə tutulan baş redaktorla bağlı qərar verdi

    Bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

    Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

    Ş. Ağacanın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

    Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

  • Житель столицы украл из офиса крупную сумму денег

    Как сообщает Median.Az, cотрудники 17-го отделения полиции Наримановского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы А.Агаева, который 30-го апреля украл из сейфа офиса 5900 манатов, 2450 долларов, 200 евро, а также золотые украшения.

    В Следственном отделе Наримановского РУП возбуждено уголовное дело по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана.

  • Bakıda ofisdən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da ofislərin birindəki seyfdən 5900 manat, 2450 dollar və 200 avro pul, habelə qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Ə.Ağayev saxlanılıb.

    Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda məşhurların iştirakı ilə dəb həftəsi – VİDEO

    “Daş salnamə” muzeyində “Azerbaijan Fashion Week” (Azərbaycan Moda Həftəsi) başlayıb.

    Üç gün davam edəcək tədbirdə xarici, eləcə də, yerli kreativ və istedadlı dizaynerlərin hazırladığı geyim kolleksiyaları təqdim olunur.

    Bir çox məşhur modellərin iştirakı ilə keçən tədbir “Azerbaijan Fashion Week”in sayca doqquzuncu mövsümüdür.

    İlk gün tamaşaçılara yerli və xarici brendlərin yeni kolleksiyaları nümayiş olunub.

    Podiuma sıravi modellərlə yanaşı, “Best model of Azerbaijan”ın qalibləri də çıxıblar.

    Onlar məşhur brendlərə məxsus geyimləri sərgiləyiblər.

    Məşhur modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova hazırladığı yeni kolleksiyasını dəbin sehrinə toplaşanlara təqdim edib. Gecədə dəbsevərlərin diqqətini al-əlvan rənglərdə hazırlanan libaslar və naxışlarla bəzədilmiş printli geyimlər cəlb edib.

    //oxu.az

  • Deputat: “350 manatla indiki dövrdə necə yaşamaq və ailə saxlamaq olar?”

    İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev polis orqanlarında çalışanların fəaliyyətini yüksək qiymətləndirdi. Əlavə etdi ki, onun iki qardaşı da polis orqanlarında işləyib.

    Deputat polis orqanlarında çalışanların əmək haqqı ilə bağlı təklif verdi: “Bu gün cinayət axtarış şöbəsinin zabiti 523 manat maaş alır. Bu, kifayət qədər azdır. May ayında büdcəyə baxacağısa, daxili işlər orqanlarının əməkdaşlarının əməkhaqqını ən azı iki dəfə artırmalıyıq.

    Hesab edirəm ki, DİN rəhbərliyi də bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə, yaxşı oalr. Həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı aşağıdır. Bu qurumun əməkdaşlarının orta əmək haqqı 350 manatdır.

    Mən həmkarlarımdan soruşmaq istəyirəm, 350 manatla indiki dövrdə necə yaşamaq və ailə saxlamaq olar? Odur ki, bu qurumun əməkdaşlarının da maaşının artrılması çox yaxşı olardı”.

    ///Musavat.com

  • Mübariz Mənsimov sosial şəbəkədə videosu yayılan şəxsi Türkiyəyə müalicəyə aparır

    Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov üzü tanınmaz hala düşən Ağdaş rayon sakini Ramin Məmmədova yardım edəcək.

    Bu barədə iş adamı özü xəbər verib. M. Mənsimov Ramin Məmmədovla əlaqə qurulacağını və Türkiyəyə aparılacağını deyib:

    “Mütləq yardım edəcəyəm. İnşallaah sabah onunla əlaqə saxlayıb İstanbula gətirəcəklər”.

    Xatırladaq ki, R. Məmmədovun üzünün sol nahiyəsində böyük şiş əmələ gəlib. Getdikcə daha da böyüyən şiş onu tanınmaz hala salıb. Bakıda fəhləliklə pul qazanan R. Məmmədov artıq uzun müddətdir xəstəlik səbəbilə işləyə bilmir

    //Yeniavaz.com

  • Ramil Usubov generalın oğlunu yeni vəzifəyə təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

    Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

    Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

  • Мужчина вместе с женой избил свою мать

    В Баку избита женщина.

    Как передаёт Median.Az со ссылкой на ONA, инцидент произошел на улице Я.Алиева в Хатаинском районе.

    Мамедова Миная Айыл гызы (1957 года рождения) была избита у дома, в котором жила. Как стало известно, она была избита сыном Азером Мамедовым (1985 г. р.) и невесткой Шафаг Мамедовой (1987 г.р.)

    По факту ведется расследование.

  • Bakıda dəhşətli hadisə: ana oğlu və gəlini tərəfindən döyüldü

    Bakıda ana oğlu və gəlini tərəfindən döyülüb.

    Hadisə paytaxtın Xətai rayonu Y.Əliyev küçəsində qeydə alınıb. 1957-ci il təvəllüdlü Məmmədova Minayə Ayıl qızı yaşadığı evin qarşısında döyülüb. Qadının oğlu – 1985-ci il təvəllüdlü Azər Məmmədov və gəlini, 1987-ci il təvəllüdlü Şəfəq Məmmədova tərəfindən döyüldüyü məlum olub.

    Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edilib.

    Faktla bağlı araşdırma aparılır.

    ///ONA

  • Bu qurumlara yeni səlahiyyət verildi

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

    Əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə dair inzibati xətalar haqqında işlərə baxacaq və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edəcək.

    Yəni İnzibati Xətalar Məcəlləsinə görə, həmin inzibati xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilir.