Month: May 2019

  • Şimal dənizində neft platformasında yanğın baş verib

    Şimal dənizində Norveçin “Equinor” neft-qaz şirkətinin işlətdiyi “Snorre B” neft hasilatı platformasında yanğın baş verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, Norveçin cənub xilasetmə xidmətlərinin əlaqələndirmə mərkəzindən verilən məlumata görə, platformadan alov və tüstü çıxmağa başlayanda işlər dayandırılıb: “Görünür, vəziyyəti nəzarətə almaq mümkün olur”.

    “Reuters” “Equinor” şirkətinin nümayəndəsinə istinadən xəbər verir ki, yanğın başlayan vaxt platformada iş olmayıb, hələ mart ayında təmir üçün hasilat dayandırılıb.

  • London məhkəməsi Assanja hökm oxudu: 50 həftə həbs

    London məhkəməsi qarşısına çıxarılan “Wikileaks”in təsisçisi Culian Assanj haqda məhkəmə hökmü verilib.

    Median.Az avropa.info-ya istinadən xəbər verir ki, Assanj məhkəmə tərəfindən qoyulan zaminlik şərtlərini yerinə yetirmədiyinə görə, 50 həftə həbs cəzasına məhkum edilib.

    “Siz polisə öz istəyinizlə təslim olmadınız. Ekvador səfirliyi ingilis polisini binaya dəvət etməyə məcbur oldu”, – hökmü çıxaran Debora Teylor Assanja belə deyib.

  • Satışa çıxarılan yararsız ət aşkarlandı

    Mingəçevirdə ət kəsimi məntəqəsində yararsız mal əti aşkarlanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirdiyi tədbir nəticəsində şəhərdəki mərkəzi bazarda ət kəsimi məntəqələrinin birindən sümükdən ayrılmış, natəmiz vəziyyətdə və istifadəyə yararsız olan 50 kiloqram mal əti aşkar edilib.

    Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

    Araşdırmalar aparılır.//mili.az

  • Сеймур Талыбов назначен вице-президентом Шахматной федерации Азербайджана

    Сеймур Талыбов назначен вице-президентом Шахматной федерации Азербайджана.

    Как передает Median.Az со ссылкой на Report, в связи с этим председатель федерации Эльман Рустамов подписал соответствующий приказ.

    Отметим, что С.Талыбов является председателем Шахматной федерации Нахчыванской АР.

  • Vasif Talıbovun oğluna yeni vəzifə verildi

    Seymur Talıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti təyin edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı AŞF sədri Elman Rüstəmov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, S.Talıbov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədridir.

  • 69 yaşlı kişi özünü asdı

    İsmayıllıda intihar hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini Nürəddin Orucəliyev özünü yaşadığı evin həyətindəki köməkçi tikilidən asıb. 1950-ci il təvəllüdlü kişinin intihar etməsinin səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • “Lalə anamı, 13 yaşlı qızım məni söydü” – Müğənnin ərindən SƏRT İTTİHAMLAR

    Əməkdar artist Lalə Məmmədovanın eks-əri İlham Qafarov “Çıxış yolu” verilişinə müsahibə verib.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, Qafarov müğənni haqqında şok yaradacaq açıqlama verib.

    O, müğənninin onu hədələdiyini iddia edib: “Lalə ilə valideynlərimiz 35 illik dost idi. Lalə ilə yaş fərqimiz çox idi, ondan 16 yaş böyüyəm. Biz görüşdük, aramızda münasibət yarandı. 2012-ci ildən aramızda problemlər yarandı. Atam rəhmətə gedəndən sonra anam bizimlə yaşamağa başladı. Ondan sonra problemlər yaşadıq. Onda bir uşağımız vardı, o, qızımızı götürüb, rəfiqəsigilə getdi. 5 dəfə onun yanına getdim, məni qovdu. Yeni il günü onu evə gətirdim. Sonra Lalə dəyişdi, çox əsəbi idi. Bir dəfə evdə dava oldu, anamı təhqir etdi, mən də ayrılmağa qərar verdim.

    İkinci uşağa hamilə idi. Anamı söydüyü üçün uşaqla maraqlanmıram. Biz düşmən kimi ayrıldıq. 43 min dollar vermişəm ki, özünə ev alsın. 3 maşınımız vardı. Birini özü apardı, birini satdı. Mənim köhnə maşınımı da istəyir. Aliment tələb edir, məni tutdurmaqla hədələyir. Mən işləmirəm. Uşaqlara necə aliment verim?”

    İ.Qafarov daha sonra iddia edib ki, Məmmədova qızlarını düzgün tərbiyə etmir və 13 yaşlı qızı onu söyüb. O, aparıcıya qızının səs yazısını dinlətsə də, həmin səslər efirə getməyib.

  • Lənkəranda yol qəzası olub, 7 nəfər xəsarət alıb – FOTO – YENİLƏNİB

    Video əlavə olunub

    18:26

    Lənkəran rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, UAZ və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    “VAZ-2106″da olan Cəlilabad rayon sakinləri – 1988-ci il təvəllüdlü Rəşad İslam oğlu Abışov və 1994-cü il təvəllüdlü Rəfi Xanverdi oğlu Məmmədov və UAZ-da olan sərnişin, 1996-cı il təvəllüdlü Sahilə Müqəddəs qızı Rzayeva Reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Bundan əlavə, UAZ-n sürücüsü, 1957-ci il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Müqəddəs Məhəmməd oğlu Rzayev, 1989-cu il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Elçin Xanhəsən oğlu Ağayev, 1992-ci il təvəllüdlü, Lerik rayonunun Zəriküməco kənd sakini Hafiz Həsənağa oğlu Cabbarov və 1966-cı il təvəllüdlü, Lerik şəhər sakini Baləddin Sərhəng oğlu Rzayevə Travmatologiya şöbəsində zəruri tibbi yardım göstərilib. Onların vəziyyətləri normaldır.

    Faktla bağlı araşdırma aparılır.

  • Göyçayda körpə doğuşdan sonra öldü

    Göyçayda doğuşdan sonra uşaq ölüb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahsoltanlı kəndində baş verib. İki gün əvvəl doğuş üçün Qaraməryəm qəsəbə xəstəxanasına müraciət edən, Göyçayın Şahsoltanlı kənd sakini Tünzalə Quliyeva oğlan uşağı dünyaya gətirib.

    Doğuşdan bir qədər sonra uşağın vəziyyəti ağırlaşdığından onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Bu gün körpə xəstəxanada ölüb.

    Qeyd edək ki, bu, ananın 3 cü hamiləliyi olub.

  • В Баку ограбленная женщина догнала вора

    В Хатаинском районе Баку женщина сумела догнать грабителя и отнять у него свои же деньги.

    Как сообщили в Управлении полиции Хатаинского района, 30 апреля в 20:30 на улице Мухаммеда Хади возле здания №6 неизвестный напал на 48-летнюю Фараджеву Замину Ариф гызы и, отняв у нее сумку с деньгами и мобильным телефоном, пытался скрыться.

    Отметим, что в сумке у потерпевшей находились 130 манатов, 100 долларов США, 300 рублей, банковская карточка и удостоверение личности.

    Но женщина оказалась не робкого десятка. Она пустилась вдогонку за грабителем и задержала его. Потерпевшая смогла вернуть свое имущество, но передать грабителя полиции не удалось. Он все-таки сбежал. В настоящее время его разыскивают оперативники 34-го отделения районной полиции.

    По полученным данным, за апрель по столице Азербайджана было зарегистрировано 10 разбоев и 20 грабежей.//oxu.az