Month: May 2019

  • Чем вызвана массовая гибель рыбы на Бакинском бульваре? – ИССЛЕДОВАНИЕ

    Министерство экологии и природных ресурсов прокомментировало вопрос о массовой гибели рыбы в Баку.

    Как заявил oxu.az заместитель директора Департамента по увеличению и охране биологических ресурсов водных бассейнов Министерства экологии и природных ресурсов Мехман Ахундов, подобный случай не первый:

    «В целом, в Пиршагинское озеро сливается большое количество загрязненной воды. В сточный канал, берущий начало в Мехдиабаде и протекающий вдоль Пиршаги, также сливаются канализационные воды с территории хозяйства «Второй совхоз». Близ Пиршагинского озера проходит Абшеронский оросительный канал, куда во время проведения ремонтных работ также сливаются сточные воды.

    Рыба в озере гибнет из-за содержащихся в сточных водах вредных веществ. В частности, погибают сазаны и плотва».

    М.Ахундов рассказал также о результатах проверки, проведенной по поводу распространенного видео о массовой гибели рыб:

    «Согласно лабораторным анализам, содержание растворенного кислорода в воде было сравнительно мало».

    Он отметил также, что летом, когда повышается температура, уровень воды в озере падает.

    Руководитель пресс-службы Управления Приморского бульвара Гюнай Эльмаргызы подтвердила факт изъятия рыбоовных сетей на бульваре:

    «Недавно на территории бульвара были обнаружены сети. Сотрудники Службы охраны бульвара с помощью граждан извлекла сети из моря и сообщила об этом в соответствующие органы».

    Напомним, что согласно расрпостраненной накануне информации, на Бакинском бульваре в море рыбаками незаконно были расставлены сети. Сообщалось, что сотрудники Управления службы охраны бкльвара и граждане извлекли сети, чем вызвали недовольство рыбаков. Утверждалось, что рыбаки в отместку бросили в море ядовитую смесь, что повлекло массовую гибель рыбы.

  • Bulvardan yayılan video ilə bağlı araşdırma – Balıqlar niyə ölüb?

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda balıqların kütləvi şəkildə ölməsi məsələsinə münasibət bildirib.

    Qurumun Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Pirşağı gölünün yaxınlığında bu cür hadisə ilk deyil:

    “Ümumiyyətlə, bu gölə çoxlu çirklənmiş su axıdılır. Mehdiabaddan Pirşağıya doğru uzanan kanala “İkinci sovxoz” adlanan təsərrüfat ərazisindən də kanalizasiya suları tökülür. Həmçinin, Pirşağı gölünün yaxınlığından Abşeron Suvarma Kanalı keçir və orada təmir işlər aparılan zaman da çirkab suları gölə yönəldilib.

    Adıçəkilən kanalla gələn balıqlar suvarma kanalı təmirə bağlanan zaman həmin göldə qalır və orada olan çirkab sularının tərkibindəki maddələr onları öldürür. Ərazidə, əsasən, sazan və külmə balığı olur”.

    Mehman Axundov bildirib ki, yayılan video barədə aparılan araşdırmaya görə, burada gölün səviyyəsi yarım metrdən də aşağı düşüb və çirkab qatılığı artıb:

    “Laboratoriya analizlərinə görə, oksigenin həll olunmuş miqdarı da aşağı düşür. Ərazidə yaşayış evləri var, amma kanalizasiya sistemi tam yoxdur və çirkli sular gölə axıdılır. Nəticədə, bu vəziyyət yaranır. Əsasən, yay aylarında havanın temperaturu qalxır, su səviyyəsi aşağı düşür. Nəticədə bu cür mənzərə yaranıb”.

    Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı saytımıza hadisəni təsdiq edib:

    “Bir müddət əvvəl bulvar ərazisində dənizə atılan tor aşkarlanıb. İdarənin mühafizə xidməti vətəndaşların köməyilə həmin toru dənizdən çıxarıb və müvafiq orqanlara bu barədə məlumat verilib”.

    Qeyd edək ki, ötən gün Bakı Bulvarında dənizə tor atılaraq balıq tutulduğu, idarə və vətəndaşlar buna əngəl olduqdan sonra isə qəzəbli ovçuların dənizə zəhər ataraq balıqları tələf etdiyini əks etdirdiyi iddia olunan kadrlar yayılmışdı.

  • За кражу золотых украшений из квартиры задержана женщина

    Как сообщает Median.Az, сотрудники 8-го отделения полиции Сабаильского РУП в результате оперативно-розыскных мер задержали жительницу столицы, ранее судимую Н.Аббасову, которая 22-го мая украла из квартиры золотые украшения на сумму 1500 манатов.

    В Следственном отделе Сабаильского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Səbail rayonunda evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Abbasova saxlanılıb.

    Səbail RPİ İstintaq şöbəsi CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Ömrümüzə zəhər qatırlar – Təkər hisinə bişirdikləri balığı yeyirik (FOTO)

    Həkim Məlahət Abbasovanın sözlərinə görə, ümumiyyətlə isti aylarda balıq məhsulları yemək insan sağlamlığı üçün təhlükəlidir

    Bakıda və regionlarda kustar üsulla balıqların hisə verilməsi ilə bağlı istehsalat sahələri fəaliyyət göstərir. Bu kimi yerlər xüsusilə dənizkənarı qəsəbələrdə daha çoxdur.

    Biz müddət öncə yolumuzu dəniz sahilindən salaraq reportaj hazırlayan zaman dəniz kənarında sıra ilə düzülmüş təndirə bənzər tikililər diqqətimizi çəkdi. Bir tərəfdə təkərlər üst-üstə qalanmışdı, havadan isə qəribə qoxu gəlirdi. Yaxınlaşıb maraqlananda məlum oldu ki, bu tikililərdə kustar üsulla balıq hisə verilir.

    Kustar üsulla balığın hisə verilməsi

    Qeyd edək ki, hisə verilmiş məhsulları hazırlamaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır. Bizə dedilər ki, 2 saata balıq hazır olacaq. Dayanıb gözləsək, 2-3 manata balıq ala bilərik.

    Nə balıqları almaq üçün 2 saat dayanıb gözləməyə vaxtımız vardı, nə də o balığı almağa arzumuz. Amma öyrəndik ki, insanlar burada uzun illərdir balıq hisə verərək, ucuz qiymətə satırlar. Bu balıqlar sonra bazarlarda açıq şəraitdə satılır…

    Diri balıq mövsümünün böyük mənada bitdiyini, isti mövsümdə balıq həvəskarlarının daha çox hisə verilmiş dəniz məhsullarına üz tutduğunu nəzərə alsaq, bu məsələ daha da aktuallaşır. Bu cür şəraitdə hazırlanan balıqlardan istifadə etmək nə dərəcədə doğrudur?

    Qida eksperti Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hissləmənin xüsusi texnologiyası var.

    “Təkər yandırıb, onun hisini balığa vermək olmaz. Hisləmənin dozası, temperaturu, müxtəlif formaları var. Hisləmənin texnologiyasından asılı olaraq, hazır məhsulun keyfiyyəti müəyyənləşdirilir. Balıq və ət məhsulları hisə verilərkən müəyyən hədd tələb edir. Bu hədd yerinə yetirilmədiyi təqdirdə məhsulun keyfiyyəti aşağı olur. His həddən artıq çox verildikdə isə qida insan orqanizmi üçün təhlükəli olur. Çünki hisin tərkibi karbon qazıdır”, – deyə ekspert bildirib.

    Balıqçı ləvazimatları

    O, qeyd edib ki, istənilən qida məhsulu hislənərkən mütləq hislənmə texnologiyasına əməl edilməlidir. Qida məhsullarının texnologiyaya uyğun olmadan hislənməsini həyata keçirən şəxslər isə məsuliyyətə cəlb edilməlidir. Yanğı vasitələrindən asılı olaraq tüstünün konsentrasiyası, temperatur, mühitin nisbi nəmliyi də mühüm rol oynayır.

    E.Fərzəliyevin fikrincə, bütün hallarda normal texnologiyaya uyğun olmayaraq aparılan hisləmə prosesi insan orqanizminə təhlükə yarada, qida zəhərlənməsinə səbəb ola bilər. Bu prosesin qarşısı Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi tərəfindən alınmalıdır. Vətəndaşlar isə belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara məlumat verməlidir.

    “Belə məhsullarla qidalandıqdan sonra məhsulun tərkibində olan toksinlərdən və konsentrasiyasından asılı olaraq, 5 dəqiqə – yarım saat ərzində qida zəhərlənməsi baş verə bilir. Bəzi hallarda toksin maddəsi kiçik konsentrasiyaya malikdirsə, onun təsir etmə müddəti bir qədər uzun çəkir. Toksinlər müxtəlif olur və insan orqanizminə müxtəlif cür təsir göstərir”, – deyə o vurğulayıb.

    Balıqçı ləvazimatları

    Mütəxəssis əlavə edib ki, bəzən xalq arasında “r” hərfi olmayan aylarda balıqla qidalanmağın təhlükəli olduğunu deyirlər. Amma bu məsələ sadəcə mifdir: “May, iyun, iyul, avqust ayları isti olur, sentyabr ayında isə hava sərinləməyə başlayır. Bu səbəbdən balığın isti aylarda istifadə edilməsi məqsədyönlü sayılmır”.

    Həkim Məlahət Abbasovanın sözlərinə görə, balıq tez xarab olan məhsul olduğundan, isti aylarda balıq məhsulları yeyən zaman ehtiyatlı olmaq lazımdır.

    “Hisə verilmiş balıq məhsulları texnologiyaya uyğun şəkildə hazırlandığı halda sağlamlığa zərər vermir. Ancaq hisə verilmə prosesi zamanı sağlamlıq üçün zərərli olan məhsullardan istifadə edilirsə, artıq bu təhlükə yaradır”, – deyə həkim vurğulayıb.

    Abbasova qeyd edib ki, təkər, rezin maddələrin yandırılması zamanı yaranan hisdən istifadə etmək sağlamlıq üçün zərərlidir. Bu zəhərlənməyə səbəb ola bilər.

    Balıqçı dənizə çıxmağa hazırlaşır

    “Zəhərlənmə özünü ürək bulanması, baş və qarın ağrısı ilə göstərir. Belə məhsulu qəbul etdikdən yarım saat sonra əlamətlər özünü göstərməyə başlayır. Qarşısı vaxtında alınmadığı təqdirdə bu ağır fəsadlarla nəticələnə bilər. Odur ki, zəhərlənmə hiss edildiyi zaman ilkin yardım göstərməlidir. Xəstəyə bol su vermək, mədəsini yumaq lazımdır”, – həkim bildirib.

    Qeyd edək ki, bu məsələ ilə bağlı bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb, əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirdiyini bildirib.

    Bu istiqamətdə aparılan monitorinqlər zamanı müəyyən edilib ki, Bakı ətrafındakı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri mövcuddur.

    Adıçəkilən məhsullar heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab vermir. Hazırda Agentlik hüquq mühafizə orqanları ilə birlikdə aşkar edilən faktlarla bağlı tədbirlər həyata keçirir.

    //sputnik.az

  • EMIN презентовал новый летний сингл «Нежная» – ВИДЕО

    Сегодня, 24 мая, певец и музыкант EMIN выпустил абсолютно новый для своего репертуара трек под названием «Нежная».

    Трек по праву может стать одним из самых танцевальных и любимых у слушателей в предстоящем летнем сезоне – романтическая история от и до наполнена пронзительными эмоциями. Горячие и ритмичные мотивы ассоциируются с летом, жарой, яркими красками и переносят слушателей в теплые страны, где градус эмоций всегда зашкаливает.

    «Нежная» – молодежная, танцевальная, легкая песня, которая задает определенную тенденцию, а также очень органично продолжает лейтмотив творчества артиста. С другой стороны, она показывает нам иного EMIN`a, которого поклонники так давно хотели увидеть.

    Авторами новой зажигательной композиции выступили Владимир Чиняев (Chinkong), Александр Лев Коновалов, Полина Гудиева (Polina) и Александр Жвакин (Loc Dog). Концертная премьера песни состоится 14 июня на сольном выступлении EMIN`a на открытой сцене в Shore House, которое проходит в рамках летнего проекта #letolife2019 – также песня «Нежная» войдет в новый трек-лист тура Good Love 2019.
    //1news.az

  • Leyla Əliyeva xəstəxanada uşaqlara baş çəkdi – Fotolar

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

    Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.

    Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.







  • Erməni bacı-qardaş Bakıda – VİDEO

    Bu gün Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək erməni əsilli idmançılar, bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlar oyunöncəsi ITV telekanalına açıqlama veriblər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda Rusiyanı təmsil edəcək idmançılar bildiriblər ki, Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub.

    “İdman idmandır, siyasət siyasətdir” şüarını səsləndirən bacı-qardaş burada sadəcə idman atmosferi ilə qarşılaşdıqlarını vurğulayıblar.

    Bundan başqa, onlar paytaxt Bakını və sakinləri çox bəyəndiklərini deyiblər: “Müasir Bakıdan İçərişəhərə keçəndə özünü sanki başqa bir əsrə düşmüş kimi hiss edirsən”.

    Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq.

  • Житель Сумгайыта, обвиняемый в покушении на убийство осужден на 10 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя г.Сумгайыт Аташа Рашидова, обвиняемого по статье 29,120.1 (покушение на умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 29-го августа прошлого года в 12-м микрорайоне г.Сумгайыт Аташ Рашидов на почве выяснения личных отношений нанес ножевые ранения Бахтияр Аллахвердиеву и убежал с места происшествия. Потерпевший был доставлен в больницу скорой помощи, где его жизнь врачам удалось спасти.

    Напомним, что во время судебного процесса А.Рашидов частично признал себя виновным.

    По его словам, Бахтияр Аллахвердиев в программе “WhatsApp” написал приветствие его сестре. Узнав об этом он позвонил ему, оскорбил и направился домой. Там
    в ходе потасовки Аллахвердиев ударил его кулаком по лицу, поэтому он с целью самозащиты нанес ему 2 ножевых удара.

    Суд приговорил обвиняемого к 10 годам лишения свободы.

  • Tanışını öldürməyə cəhd edən Sumqayıt sakini 10 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Ataş Rəşidovun CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, cinayət ötən il avqustun 29-da Sumqayıt şəhərnin 12-ci mikrorayonunda baş verib. Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

    Xatırladaq ki, ötən prosesdə A.Rəşidov ittiham üzrə özünü qismən təqsirli biib.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Bəxtiyar Allahverdiyev bacısının “WhatsApp”ına yazıb:
    “Bunu mənə bacım göstərdi. “Salam” yazan şəxsin Bəxtiyar olduğunu öyrəndim. Bəxtiyarı “WhatsApp”da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim”.

    Zərərçəkmiş B.Allahverdiyev “WhatsApp”da tanımadığı nömrəyə salam yazdığını etiraf edib.

    Məhkəmənin hökmü ilə təqdirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.