Month: June 2019

  • Bakıda cinsi azlıq nümayəndələrini döydülər – Əxlaqsız təklifə “yox” deyiblər

    Xəzər rayonunda çimərlikdə dörd nəfər cinsi azlıq nümayəndəsi döyülüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində yerləşən “City Beach” çimərliyi yaxınlığında baş verib.

    Naməlum şəxslər yol kənarında 1989-cu il təvəllüdlü R.T., 1995-ci il təvəllüdlü C.Q., 1994-cü il təvəllüdlü M.Ə. və 1988-ci il təvəllüdlü Ş.L.-ya əxlaqsız təkliflər ediblər.

    Bu təklifə görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə naməlum şəxslər onları döyərək ağır xəsarət yetiriblər.

    Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub.

    Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.

    Məlumat üçün bildirək ki, döyülən şəxslərdən biri transseksual olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Метро переходит на новый график работы

    В графике движения поездов Бакинского метрополитена произойдут изменения.

    Об этом Oxu.Az сообщили в ЗАО «Бакинский метрополитен».

    В связи с завершением учебного года и выездом жителей столицы из города на летний отдых пассажиропоток в метрополитене значительно снизится.

    Согласно приказу председателя ЗАО Заура Гусейнова, с 1 июля метрополитен переходит на летнее расписание.

    Согласно новому графику, интервал между прибытиями поездов на станции незначительно увеличится. В часы основного потока пассажиров интервал между поездами, курсирующими от станции «Ази Асланов» в направлении «28 Мая» и обратно, составит не две, а две с половиной минуты.

    Отметим, что утренний час пик – с 07:30 до 09:30, вечерний – с 17:30 до 19:30.

    Из-за малочисленности пассажиров рано утром и поздно вечером интервал между поездами будет составлять три и более минут.

    Учитывая, что на станции «28 Мая» соединяются несколько линий, с нее в направлении станций «Ичеришехер» и «Дарнагюль» интервал между поездами будет составлять в два раза больше обычного: в часы пик – пять минут, в другое время – шесть минут.

    В определенные часы днем на участке «Ази Асланов» – «Улдуз» пассажиры могут наблюдать больший интервал между поездами, идущими в направлении «Ичеришехер» или «Дарнагюль», что связано с тем, что составы заезжают в электрическое депо «Н.Нариманов».

    Летний график сохранится до начала учебного года.

    Учитывая заинтересованность пассажиров, новое расписание поездов, курсирующих в направлении станции «Бакмил» и обратно, будет опубликовано на сайте бакинского метрополитена и размещено на станциях.

  • Qatarlar gec gələcək – Metro yeni qrafikə keçir

    Bakı Metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

    Median.Az-ın məlumatına görə, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

    Hər il olduğu kimi, bu il də tədris mövsümünün yekunlaşması və paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri ilə əlaqədar metropolitendə sərnişin axını əhəmiyyətli dərəcədə azalır.

    “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.

    Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.

    Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

    Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.

    Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq – gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

    Günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə “Nərimanov” elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.

    Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.

    Sərnişinlərin marağını nəzərə alaraq “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün saytın müvafiq bölməsində dərc olunacaq və stansiyalarda yerləşdiriləcək.

  • Sarımsağı bir saniyəyə təmizləməyin yolu – VİDEO

    Baş aşpaz Qlen Pauell özünün “YouTube” kanalında sarımsağı asan və tez təmizləməyin yolunu göstərib.

    “İzvestiya” xəbər verir ki, Q.Pauell bu mətbəx fəndini tətbiq etmək üçün çox çalışdığını deyib:

    “Yadda saxlayın, əgər siz bacarıqlı deyilsinizsə və bıçaqlardan anlayışınız yoxdursa, fəndi təkrarlamayın”.

    Q. Pauell sarımsağı təmizləyərkən çox iti və qısa mətbəx bıçağından istifadə edir. Aşpaz sarımsağın baş hissəsində bir neçə kəsik edir, sonra bıçağı sancaraq ideal şəkildə təmizlənmış sarımsaq dişciyini çıxarır”.

  • Pulsuz çimərliklərdə ödənişlərlə bağlı reyd – FOTO

    Hövsan, Türkan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirilib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, pulsuz çimərliklərdə ödənişlərin tələb edilməsi ilə bağlı olub.

    Reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb.

    Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, reyd zamanı bir sıra nöqsanlar aşkar edilib:

    “Bir sıra çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Keçirilən reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Vətəndaşlar belə hallarla qarşılaşan zaman müvafiq orqanlara müraciət etsinlər. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir”.

    “Türkan, Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə ora təkrar baxış keçiriləcək”, – deyə BŞİH nümayəndəsi qeyd edib.

  • Четыре азербайджанки задержаны в Турции

    В столице Турции Анкаре полиция провела операцию против лиц, занимающихся проституцией.

    Как пишет газета «Hürriyət», в результате операции задержаны 10 человек, из которых 4 женщины.

    Все задержанные женщины являются азербайджанками. Согласно информации, 6 задержанных мужчин оказались сутенерами.

    По отношению этих лиц заведено уголовное дело.

  • Türkiyədə dörd azərbaycanlı qadın saxlanıldı

    Türkiyənin paytaxtı Ankaranın Nallıxan rayonunda polis əməkdaşları fahişəliklə məşğul olanlara qarşı əməliyyat keçirib.

    “Hürriyət” qəzeti xəbər verir ki, əməliyyat zamanı dördü qadın olmaqla 10 nəfər saxlanılıb.

    Qadınların hamısı azərbaycanlıdır. Məlumatlara görə, altı kişi həmin qadınları fahişəliklə məşğul olmağa məcbur ediblər.

    Həmin şəxslər barəsində cinayət işi başlanılıb.

  • Abşeronda qəza: ana və qızını maşın vurdu

    Abşeron rayonunda ana və qızını avtomobil vurub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, Bakı Mühəndislik Universitetinin yaxınlığında baş verib.

    “VAZ 2107” markalı minik avtomobili 1987-ci il təvəllüdlü Baloğlanova Könül Mahmud qızı və onun övladı 2012-ci il təvəllüdlü Baloğlanova Aylin Emin qızını vurub.

    Ağır xəsarət alan yaralılar təcili olaraq, 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ana və azyaşlı övladı reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Şəmkirdə gənc oğlana kəsici alətlə xəsarət yetirilib

    Şəmkir rayonunda gənc oğlan ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, şəxsiyyəti hələ ki, məlum olmayan gənc oğlana kəsici alətlə daxilə nüfuz etmiş yara diaqnozu qoyulub.

    Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan gəncin bıçaqlandığı ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Минэкологии создана Рабочая группа по факту нападения волка на людей

    В связи с фактом нападения волка на людей в селе Хачмаз Огузского района Министерство экологии и природных ресурсов (МЭПР) создало Рабочую группу в составе охотников-любителей.

    Об этом заявила Report руководитель пресс-службы министерства Ирада Ибрагимова.

    По ее словам, на данный момент Рабочей группой принимаются меры в целях поимки и обезвреживания хищника.

    Отметим, что сегодня днем волк напал на скот в указанном селе, а затем на местных жителей.

    Пострадавшие в результате инцидента 15-летний Намиг Бекиров, его ровесник Турал Мамеднабили, 57-летние Ибрагим Исламов и Махира Мамедова были помещены в Шекинскую центральную районную больницу.

    Состояние одного из них расценивается как средней тяжести. Пострадавшим сделана вакцина против бешенства, они находятся под присмотром врачей.