Month: June 2019

  • Güləşçimiz II Avropa Oyunlarında gümüş qazanıb

    Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, 62 kiloqram çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

    Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

    Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.

  • Uşaqlara 28 adın qoyulmasının qarşısı alınıb – İşbilir, Cücəbacı, Əskiyə, Bəkəra…

    Ad hər bir insanın cəmiyyətdə fərd olaraq seçilməsini təmin edən bir vasitədir. İnsanlar adlara görə biri- birindən fərqlənirlər. Kimisi adına görə fəxr edir, kimisi də bundan xəcalət çəkir. Ən böyük məsuliyyət isə valideynlərin üzərinə düşür. Çünki bu məsələdə valideynlər övladlarını düşünməyərək ağıllarına gələn adları qoyurlar. Elə adlar var ki ,onların xüsusi qoyulma səbəbi var,eləsi də olur ki, sadəcə istəkdən qoyulur.

    Ölkədə yetəri qədər maraqlı adlara rast gəlirik. Meyvədən tutmuş, quş, avtomobil, elektrik avadanlıqları, hətta rayon adları da qoyanlar var.

    Görəsən belə adları qoymaqda məqsəd nədir? Eşidilən zaman diqqət kəsb etməkmi, yoxsa elə ad xatirinə ad qoymaqmı?

    Median.Az bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış adlar və soyadlar üzrə Xüsusi Komissiyasının sədr müavini Səyalı Sadıqova Modern.az saytına açıqlama verib.

    O bildirib ki, son zamanlarda Komissiyaya adqoyma ilə bağlı 70-ə yaxın müraciət daxil olub.

    Onlardan 28 adın qoyulmasının qarşısı alınıb. Qarşısı alınan adlardan bəziləri bunlardır: İşbilir, Xunçar, Cücəbacı, Xubla, Fəqih, Aymələk, Cəld, Aliza, İstifa, Əskiyə, Bəkəra. Bu adların qoyulması tövsiyə olunmur.

    S.Sadıqova onu da qeyd edib ki, Müavin, Alfira, Xublar kimi adların verilməsi üçün məhkəməyə müraciət olunub, ancaq buna baxmayaraq qəti şəkildə qarşısı alınıb.

    “Lakin Fəxrfarş, Fəhminə, Elsevən, Elsurə, Bəxtişən, Çingizdəmir, Bəxtinur, Ceyhan, Ayla, Fəğan, Aylanur kimi adların verilməsi biz tərəfdən tövsiyə olunub.

    Müəyyən adlar var ki, valideynlər ad xatirinə ad qoyurlar. Məsələn: Lili adını qoymaq istəyən bir valideyn vardı, uzun müddət mübahisə etdi, ancaq biz mənasını açıb deyəndən sonra özü bu adı qoymaqdan imtina etdi”-deyə S.Sadıova bildirib.

    O deyib ki, bu kimi məsələlərin aradan qaldırılması üçün maariflənmə işləri aparılmalıdır.

    “Ona görə ki, validenlər qoyduqları adın mənasını, mahiyyətini bilsinlər. Ad təkcə bir ailəyə məxsus deyil, ona sosial bir hadisə kimi baxlılır. Xalqın , millətin mentalitenini özündə əks etdirir.

    Komissiyanın xətti ilə 2014 cü ildə 1750 ad təmamilə siyahıdan çıxarılıb. Ansambl, Kolxoz, Sovxoz, Traktor kimi adlar.

    Bu cür xüsusi adlar verilmir, indi mənası olmayan adlar daha çox dəbdədir. Məsələn Xunkar adı nə deməkdir? Mənası olmayan bir addır. Ancaq buna baxmayaraq bu adı övladlarına qoymaq istəyən bir çox valideyn var.

    Elə adlar da var ki, onların hər birinin öz gözəlliyi və mənası var. Məsələn, Elnurə, Cavidan, Selcan , Bikəxatun və s. Çünki bu adaların mənası var və xalq tərəfindən daha çox sevilir. Lakin mənasız, gülüş doğuran adlar da var ki, onlara qarşı biz tərəfdən qoyulmaması üçün mübarizə aparılır”- deyə S.Sadıqova əlavə edib.

  • Мария Стадник выиграла золотую медаль на II Европейских играх

    Азербайджанская женщина-борец Мария Стадник выиграла золотую медаль на проходящих в Минске II Европейских играх, передает Trend.

    Спортсменка, выступающая в категории 50 кг, в финале встретилась с украинкой Оксаной Ливач

    Стадник одержала победу со счётом 7:1

    Отметим, что Мария начала борьбу с четверть финала и в первой же встрече одолела польскую соперницу за 52 секунды, пройдя в полуфинал. Одержав уверенную победу над турецкой спортсменкой, лидер сборной вышла в финал.

  • “Apple”ın dişlənmiş alma loqosunun əsl tarixçəsi: “Ölümü daha üstün tutdu…”

    Dünya brendi “Apple”ın dişlənmiş alma loqosunun əslində hansı sirri daşıdığı bəlli olub.

    Median.Az xəbər verir ki, şirkətin loqosunu tarixi İkinci Dünya Müharibəsi ilə bağlıdır.

    Belə ki, elm xadimi Alan Turinq tərəfindən Almanların “eniqma” adını verdiyi şifrələmə metodu aşkar edilincə, Alman qoşunlarının gizli əməliyyatlar həyata keçirilməsinin qarşısı alındı.

    Ancaq müharibə davam etdiyi sırada, dahi riyaziyyatçı Turinq universitetdəki otağında eynicinsli tələbəsi ilə tutulur. Dövrün İngiltərə qanunlarına görə əkscinsəllik bir günah idi və alimə iki seçim verildi. İlk seçim onun həbs edilməsi, digər seçim isə xüsusi dərmanların istifadəsi ilə xədimləşdirilmək idi. Hər iki seçimi ölümdən daha acı qiymətləndirən alim, bir almanın içinə zəhər qataraq özünü öldürür.

    Bundan sonra Turinqin cəsədinin yanında dişlənmiş alma görülür. Elə bundan sonra, hadisədən təsirlənən “Maçintoş” firması dahi riyaziyyatşının intihar almasını öz şirkətləri üçün loqo etmək qərarını aldığı iddia edilir.

    Lakin şirkət rəhbərləri bu iddia ilə bağlı səssizliyini hələ də qoruyur.//yenicag.az

  • Zamirə Hacıyevanın məhkəməsi bu tarixdə davam etdiriləcək

    Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi əsasında Londonda məhkəmə prosesi bu gün davam etdirilib.

    APA -nın London müxbirinin verdiyi xəbərə görə, bugün keçirilən məhkəmə prosesində Birkbeck Universitinin professoru Bill Villiam Bovring şahid qismində çıxış edib. O, 26 iyunda məhkəmədə gizli şahid qismində çıxış edən azərbaycanlı kimi Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində problemlər olduğunu iddia edib. O, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssəsilərində şərtlərin yaxşı olmadığını qeyd edib.

    Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar haqqında məlumat verib. O, şahid qismində çıxış edən Bill Villiamın Azərbaycanda 2005-ci ildə səfərdə olduğunu, qadın cəzaçəkmə müəssisəsinə isə ümumiyyətlə baş çəkmədiyini bildirib. Helen Malcolm şahidin Azərbaycanda hər hansı bir məhkəmə prosesində iştirak etmədiyini də deyib.

    Hakim Emma Arbuthnot isə növbəti məhkəmə prosesini sentyabrın 26-na təyin edib. O, Zamirə Hacıyevanın zaminə buraxılma şərtlərini yüngülləşdirilib. Belə ki, Z.Hacıyeva bundan əvvəl hər gün 9:00-dan günorta saatlarınadək Londonun “Charing Cross” polis stansiyasına baş çəkməli idi. Hakim günləri azaldaraq, Z.Hacıyevanın polis stansiyasına həftənin çərşənbə axşamı və cümə günləri getməsinə qərar verib.

    Qeyd edək ki, 8 noyabr 2018-ci ildə Kral Ədalət Məhkəməsində keçirilən iclas sonrasında Zamirə Hacıyeva bəzi şərtlərlə Zaminə buraxılmışdı. Bu şərtlərdən biri isə odur ki, Z.Hacıyevanın pasportu polisdə saxlanılmalıdır.

    Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z.Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

  • Bekhemin qızı ilə fotosu onu biabır etdi

    44 yaşlı keçmiş futbolçu Devid Bekhemin qızı Harperlə çəkilən fotosu qalmaqala səbəb olub.

    Median.Az Axşam.az-a istinadən bildirir ki, şəkildə Bekhemin 7 yaşlı övladı ilə dodaq-dodağa öpüşməsi əks edilib. Dəfələrlə eyni görüntü ilə gündəmə gələn Devid bunda pis heç nə görmədiyini bildirib.

    İngiltərə ilə Norveç qadınları arasındakı futbol oyununu izləməyə gedən keçmiş futbolçu obyektivlərə tuş gəlib. Onun bu fotosu qısa zamanda bütün mediada və sosial şəbəkədə yayılıb.

    İstifadəçilər isə Bekhemi qızı ilə olan görüntüsünə görə biabır ediblər.

  • Çingiz: “Azərbaycanlılar və avropalılar məni yenidən “Avroviziya”da görmək istəyirlər”

    “Avroviziya-2019” beynəlxalq musiqi yarışı başa çatandan sonra Çingiz Mustafayev əlini qoynuna qoyub oturmayıb, özünün yeni layihələrini reallaşdırmaq üzərində işləyir.

    Median.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a müsahibəsində müğənni özü məlumat verib.

    – Çingiz, “Avroviziya”dan sonra həyatınız necə dəyişib?

    – Etiraf edim ki, mən sanki on il əvvələ qayıtmışam. “Yeni ulduz” musiqi müsabiqəsində də qalib olduğum zaman ətrafımda eyni atmosfer hökm sürürdü – insanların mənə, yaradıcılığıma marağı artmışdı. Hətta heç yerə çıxa bilmirəm, o saat hamı mənə yaxınlaşır. Artıq bütün bunlardan keçmişəm, ona görə də bu hiss mənim üçün yeni deyil. Əlbəttə bütün bunlar xoşdur.

    – Bu müsabiqədə iştirak edəndən sonra bir çox müğənnilər ya depressiyaya düşürlər, ya da onlarda ulduz xəstəliyi başlayır. Bəs bütün bunlar sizə necə təsir göstərib?

    – “Avroviziya”dan sonra çox yorulmuşdum. Biz demək olar ki, istirahət etmirdik. Məndə heç bir depressiya yaranmayıb. Yorulmadan işləyirəm, nadir hallarda hansısa tədbirə gedirəm. Gecə həyatını sevmirəm. Mənim öz studiyam var, orada işləyirəm və yaradıram. Ulduz xəstəliyi barədə isə onu deyə bilərəm ki, indiyə qədər heç vaxt o xəstəliyə tutulmamışam. Hətta komandamızın üzvləri deyirlər ki, məndə bu layihədə iştirakdan sonra heç nə dəyişməyib. Hamı olmasa da, adamlar şöhrətə çatandan və məşhurlaşandan sonra özləri öz psixoloji durumlarının öhdəsindən gələ bilərlər.

    – “Avroviziya”da yeddinci yerdən səkkizinci yerə düşəndə, bunu necə qarşıladız?

    – Mən qalib gəlmədim. Ona görə də mənim üçün yeddinci və səkkizinci yerlərin hər ikisi eyni şey idi. Mən daxilən özümü qalib hiss edirəm. Çünki nə azərbaycanlılar, nə də avropalılar mənim çıxışım və mahnım haqqında heç bir neqativ fikir səsləndirməyiblər. Hər şey hamının xoşuna gəlib. İndiyə qədər də insanlar mənə yazırlar və dəstəkləyirlər.

    – Bir daha “Avroviziya”da çıxış etmək istəyərdiz?

    – Adamlar özləri nəinki Azərbaycanda, elə Avropada da bunu istəyirlər. Hamı yazır və deyir ki, məni bu layihədə görmək istəyirlər. Mən özüm də orada növbəti dəfə çıxış etməyin əleyhinə deyiləm. Amma bilirəm ki, bu, gələn il baş verməyəcək.

    – Bu layihədən sonra sizi Bakıda tapmaq müşkülə çevrilib və həmişə harasa səfər edirsiz. Xaricdən hansısa əməkdaşlıq təklifi var?

    -Siz haqlısız, mən həmişə harasa gedirəm, hətta “Avroviziya”dan sonra normal dincələ və özümə gələ bilməmişəm. Məni Rusiyaya, Türkiyəyə verilişlərə, konsertlərə çağırırlar. Bütün bunlarla yanaşı, iyunun 27-də Almaniyada, avqustda isə Portuqaliyada çıxışlarım olacaq. Eyni zamanda bütün yayı da dincəlmək istəyirəm. Təkliflər çoxdur və hamısı da xoşuma gəlir.

    – Yaradıcılığı xaricdə davam etdirmək arzunuz var?

    – Həmişə xaricdə karyera qurmaq istəmişəm, amma mənim üçün Azərbaycan birinci yerdədir. Bütün bu vaxt ərzində vətəndə işləmişəm, yeni layihələrimi reallaşdırmışam, Azərbaycan mahnılarını dəyişdirmişəm. Bütün bunlardan sonra da Azərbaycanda işləmək istəyirəm. Bir az da Avropada işləmək istəyərdim.

    – Ora köçmək fikriniz var?

    – Yox.

    – Xaricdəki çıxışlarla yanaşı “Jara-2019” Beynəlxalq Musiqi Festivalına da qatılacaqsız. Tamaşaçılara nə təqdim edəcəksiz?

    – Mən bu festivalda ilk dəfə iştirak edəcəyəm. Ona görə də hər şeyin necə keçəcəyini bilmirəm. Mən orada özümün “Avroviziya” mahnımı – “Truth”u (“Həqiqət”) oxuyacağam. Tamaşaçıları qeyri-adi səhnə nömrəsi də gözləyir.

  • Satıcı müştərisini xəstəxanalıq etdi

    Mingəçevirdə bazarda dava düşüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bazarda yerləşən ticarət mərkəzlərindən birində baş verib. Mağaza sahibi ilə qadın müştəri arasında başlanan mübahisəyə qadının qohumu müdaxilə edib. Nəticədə dava düşüb. Xəsarət alan qadının qohumu,
    1974-cü il təvəllüdlü Rafiq Salmanov xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tbilisidə növbəti etiraz aksiyası keçirilir

    Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

    Median.Az report-un Gürcüstan bürosuna istinadən xəbər verir ki, şəhərdə hava şəraitinin yağışlı və küləkli olmasına baxmayaraq, aksiya təxirə salınmayıb.

    Doqquzuncu gündür davam edən aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

    Aksiyaya bölgələrdən çox sayda gənclər qatılıb. Aksiyaçılar tələbin dəyişməyəcəyini bildiriblər.

    Parlamentin binası qarşısındakı çadırda bir neçə etirazçı artıq neçə gündür aclıq aksiyası keçirir.

  • Трамп дважды пошутил на встрече с Путиным

    Президент США Дональд Трамп несколько раз пошутил на встрече с российским коллегой Владимиром Путиным на полях саммита Большой двадцатки в японской Осаке, сообщает РИА Новости.

    Согласно информации, беседа двух лидеров вызвала ажиотаж со стороны представителей американских и российских СМИ. Многие журналисты прямо с места вели прямые трансляции, заглушая разговор президентов.

    «Как на премии Академии («Оскар». Прим. ред.). Очень глупо», – сказал Трамп, обращаясь к Путину.

    Кроме того, перед началом переговоров журналисты спросили Трампа, требовал ли он от Путина «не вмешиваться в американские выборы».

    Американский лидер с улыбкой повернулся к собеседнику.
    «Не вмешивайтесь в наши выборы», – пошутил он.

    Путин улыбнулся в ответ.