Month: June 2019

  • Sürücülərə ŞAD XƏBƏR: “Forma 4”ün əldə olunması avtomatlaşdırılır – VİDEO

    Avtomobil qəzası zamanı sığorta ödənişi üçün tələb olunan “Forma 4” sənədinin alınması avtomatlaşdırılır.

    İcbari Sığorta Bürosu Hadisələrin İdarəedilməsi Sistemini ictimaiyyətə təqdim edib. Sistemdə bir çox yeniliklər öz əksini tapıb. Sistemin funksiyalarından biri də “Forma 4” sənədinin elektron qaydada əldə edilməsidir.

    Median.Az-ın məlumatına görə, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, xidmətin istifadəyə veriməsi sayəsində sözügedən arayışı avtoqəzadan qısa müddət sonra əldə etmək mümkün olacaq.

    Artıq Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosu tərəfindən texniki proseslər tamamlanıb. Sistemlərin qovuşsdurlması da yekunlaşıb. Hazırda sığorta şirkətlərinin sistemə qoşulması prosesi həyata keçirilir. Yaxın 2 həftə ərzində bu proses də yekunlaşacaq və “Forma 4” arayışı onlayn şəkildə veriləcək.

    Yeni sistemin fəaliyyəti nəticəsində sığorta ödənişlərinin verilməsi müddəti də xeyli azalacaq.

  • Azərbaycanda restoranda yeməkdən qurd çıxdı (VİDEO)

    Lənkəran sakini restoranlardan birində nahar edərkən xoşagəlməz halla rastlaşıb. Yediyi yeməkdən qurd çıxması onu xəstəxanaya müraciət etməyə vadar edib.

    Median.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, rayonun Havzava kənd sakini Elsevər Həsənov qardaşı və iş yoldaşı ilə birlikdə nahar etmək üçün restoranlardan birinə üz tutublar. Lakin sifariş verdikləri toyuğun içindən diri qurdların çıxdığını görüblər. Hətta toyuğun içindən çıxan qurdlardan birini telefonla da çəkiblər.

    Müştəri bu barədə restoran əməkdaşlarına məlumat versə də hər hansı tutarlı cavab ala bilməyib. Səhhətlərində hər hansı bir narahatlıq olmasa da gördükləri mənzərədən iyrəndikləri üçün mədələrinin yuyulması üçün xəstəxanaya müraciət ediblər.

    Məsələ ilə bağlı sözügedən restoranda olsaq da hər hansı bir açıqlama verən olmadı.

  • Çimərliklərdə yenə reyd keçirildi, nöqsanlar aşkarlandı – VİDEO/FOTO

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Türkan, Hövsan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirib.

    Median.Az ”Report”a istinadən xəbər verir ki, reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar.

    Reyd müddətində bəzi sahibkarlar ödənişin yalnız stol-stul və çətirlərdən istifadə üçün alındığını bildirib: “Biz burada müəyyən şərait yaratmışıq ki, sakinlər rahat istirahət etsin. Dəniz suyundan istifadə üçün pul almaqdan söhbət belə gedə bilməz. Hər gün müəyyən sayda müştərilər var ki, yalnız çimmək üçün gəlir. Biz onlardan pul almırıq. Kimdənsə, sadəcə, dənizdən istifadə üçün pul tələb edilərsə, müraciət edib şikayət etsinlər”.

    BŞİH-nin Ticarət və xidmət departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ”Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. BŞİH-nin 183 saylı sərəncamına əsasən, çimərliklərdən istifadə üçün hər hansı ödəniş tələb etmək qadağandır. Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır.

    Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Artıq 10 gündür monitorinqlər aparılır. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Aşkar edilən bir sıra nöqsanlar aradan qaldırılıb. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək”.

  • Dənizdə boğulmalar niyə artır?

    Dəniz mövsümü yeni açılsa da, müxtəlif vaxtlarda 10 nəfərə yaxın insanın boğulduğuna dair xəbərlər yayılıb. İnsanlar istirahət edərkən həyatlarını itirir. Boğulmalar xüsusən 13 yaşdan 35 yaşa qədər olan insanlar arasında müşahidə edilir.

    Bəs buna səbəb nədir? Xəzər sahilində, Kür qırağında yaşayan insanların üzməyi bacarmaması? Çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə suya girmək?

    Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dənizdə boğulmaların sayının artmasını insanların məsuliyyətsizliyi ilə əlaqələndirir.

    Mövzu ilə bağlı Oxu.Az-a danışan ekspert deyib ki, insanların böyük əksəriyyəti dənizin çimərlik üçün nəzərdə tutulmayan hissələrində suya girməklə həyatlarını riskə atır:

    Çimərliklərə giriş pullu olduğundan insanlar həyatlarını riskə atmaq bahasına belə olsa, çimərlik üçün nəzərdə tutulmayan ərazilərə üz tutur. Amma birmənalı şəkildə başa düşmək lazımdır ki, qadağan olunmuş çimərliyə getmək olmaz. Bu, həm səhhətimiz üçün, həm də həyatımız üçün təhlükəlidir.

    Yaxşı olardı ki, gedəcəyiniz çimərliyi düzgün seçəsiniz. Çünki qanunla təhlükəli hesab edilən və qadağan edilən ərazilərdə suya girirsinizsə, bu zaman siz yaşana biləcək təhlükənin 50 faizini öz üzərinizə götürürsünüz. Çünki bir hadisə baş verərsə, ərazidə sizə kömək edə biləcək xilasedicilər yoxdur.


    FHN-nin xilasediciləri yalnız çimərlik kimi istifadəyə icazə verilən hissələrdə var. İnsanlar bilməlidir ki, küləkli, dumanlı, yaxud günün qaranlıq saatlarında, günün 12:00-16:00 radələrində suya girmək məsləhət deyil. Ümumiyyətlə, dənizdə saatlarla qalmaq riskdir. Xüsusilə günün birinci yarısında günəş şüalarının təsiri güclü olduğundan, günvurmaya yol aça bilir.

    Bunu isə hiss etmədən suya girən adamlarda huşunu itirmə, müvazinətini itirmə halları yaşanır. Belə olan halda isə boğulma qaçılmaz olur. Düşünürəm ki, ən münasib vaxt 16:00-dan sonradır. Mümkün qədər kölgədə qalmaq məsləhətdir”.

    Ekspert deyir ki, boğulmaların sayının artmasına səbəb insanların dənizə mərclə girməsidir:


    “Gənclər dənizə istirahət məqsədilə yox, özünü ətrafdakılara göstərmək, kiməsə nəsə sübut etmək üçün gedir. Bu, düzgün deyil. Dəfələrlə rastlaşdığım məqamlardır. Bir neçə gənc mərc edir ki, kim daha çox dərinə gedə bilər və gəlirlər çimməyə. Bütün bunlar insanın bilə-bilə öz həyatını riskə atmasıdır. Dəniz səhvləri bağışlamır.

    Bir-birinin çiyninə çıxıb suya tullanırlar. Bu zaman əzələ dartıla bilər. İsti-isti hiss edilmir, amma suya girəndə suyun ağırlığı bədənin müvazinətinə mane olur və boğulursan. Fikir versəniz, görərsiniz ki, boğulmalar daha çox gənc nəsil arasındadır. 13-35 yaş arası insanlar daha çox dənizin qurbanı olur. Dəfələrlə xəbərdarlıq edilsə də, insanlar qaydalara əməl etmir. Məsələnin ən dəhşətli tərəfi isə insanların öyrənmək istəməməsidir”.

    Bənzər hadisələrin çaylarda, göllərdə və təhlükəli hesab edilən müxtəlif su hövzələrində də baş verdiyini deyən ekspert bu sahədə maariflənməyə ehtiyac olduğunu deyib. Dənizdən fərqli olaraq, çaylarda, göllərdə suyun altındakı axının sürəti fərqli, lili isə normadan artıqdır.

    Onun sözlərinə görə, insanlar dənizdə normal istirahət qaydalarını bilmirlər. Dənizdə ağır, yağlı yeməklər yeyib, spirtli içki qəbul edib suya girənlərin ilbəil artdığını deyən E.Nurəliyev aidiyyəti orqanların buna cərimələr tətbiq etməsinin zəruri olduğunu diqqətə çatdırıb:


    “Bəzən ağır yeməklər yeyib, spirtli içki qəbul edib, dənizə girirlər. Bu, çox risklidir. Biz bu barədə insanlara məlumat verəndə gülürlər. İşin əsas mahiyyətinin fərqinə varmırlar. Çox istərdim ki, aidiyyəti orqanlar tərəfindən hər gün çimərlik ərazilərinə baxış keçirilsin. Bənzər vəziyyətlə qarşılaşdıqda həmin şəxs və ya şəxslər cərimələnsin. Bəlkə, ondan sonra dənizdə boğulmaların, bədbəxt hadisələrin sayı azalar.

    Lakin problem bununla da bitmir. Bilmək lazımdır ki, dənizdə sahilə paralel üzmək lazımdır. Sahilə perpendikulyar üzmək olmaz. Dənizin hər istiqamətində dərinlik eyni deyil. Bu dərinliklər dəyişir. Anidən çökək yerə düşdükdə dalğanı tənzimləmək olmur və boğulmağa başlayırsınız.

    Valideynlər azyaşlı uşaqlarını da özləri ilə dərinliyə aparır. Düşünmürlər ki, hadisə zamanı özlərini xilas etsələr, uşaqlarının həyatını riskə atmış olacaqlar. Dənizdə boğaza qədər olan hissədə üzmək lazımdır. Daha dərinə getmək olmaz.


    Bundan başqa, boğulmalar bəzən qıcolmalardan da baş verə bilir. Bu zaman təlaşlanıb əlləri suyun üzünə çıxarmaq doğru deyil. Əksinə, əllərinizi suyun üzünə çıxarmadan, başınızı dik tutun və kömək istəyin. O zaman suyun üzərində qalacaqsınız. İnsanlar təlaşla qollarını suyun üzərinə çıxarıb çabalayır. Bunlar bu işin əlifbasını bilməməkdən irəli gəlir. Yaxşı olardı ki, insanlar təhlükəsizlik məqsədilə, belə demək düzgün olarsa, “su ilə davranış qaydalarını öyrənsinlər”.

  • Больница отказалась от душевнобольной: в дело вмешалось министерство – ВИДЕО

    В одной из бакинских больниц произошел неприятный инцидент.

    Кадры, снятые во время нахождения женщины в медучреждении, прислали в редакцию Oxu.Az.

    Выяснилось, что состояние женщины ухудшилось, и близкие привезли ее в Республиканскую клиническую больницу имени М.Миргасымова.

    В этот момент по неизвестным причинам возник спор между врачом и близкими больной. Близкие утверждают, что врачи отказались оказывать помощь женщине.

    Как заявили Oxu.Az в Минздраве, сразу после инцидента в министерстве связались с руководством больницы.

    Выяснилось, что женщина страдает деменцией (приобретенное слабоумие, стойкое снижение познавательной деятельности с утратой в той или иной степени ранее усвоенных знаний и практических навыков и затруднением или невозможностью приобретения новых).

    В министерстве заявили, что женщину приняли в больницу, и на данный момент она получает лечение в неврологическом отделе.

  • Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

    Heydər Əliyev prospektində baş verən zəncirvari ağır yol-nəqliyyat hadisəsi kameralara düşüb.

    Avtosfer.az xəbər verir ki, təcili yardım maşını sayrışan işıqlarını yandıraraq əks yol çıxır.

    Bu zaman qarşıdan gələn nəqliyyat vasitələrindən biri ona çırpılaraq, istiqamətini dəyişir. Ardınca isə bir neçə avtomobil bir-birinə dəyir və nəticədə ağır qəza baş verir.

  • Leyla Əliyeva inklüziv təhsillə bağlı layihənin təqdimatında – FOTO

    İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Qeyd edilib ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” Proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasında əsas tərəfdaşlar “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyidir. Layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, habelə Bakı şəhərindəki ümumtəhsil məktəbləri və xüsusi məktəblər ilə əməkdaşlıq həyata keçiriləcək. Layihənin əsas məqsədi İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin inklüziv təhsil komponenti kimi sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan edilməsi və əmək bazarının tələblərinə uyğun Peşə Təlimi Mərkəzinin yaradılmasıdır.

    Diqqətə çatdırılıb ki, bu layihəyə cəlb olunan müəllim və sənətkarlar sağlamlığı məhdud gəncləri digər gənclərlə birlikdə öyrətmək üçün zəruri bilik və bacarıqlarla təmin ediləcəklər. Onların inklüziv təhsil prinsipləri barədə məlumatlılığı yerli və beynəlxalq təlimlər vasitəsilə artırılacaq. Layihə inklüziv peşə təhsili modelinin təşviqinə və ölkədə sağlamlıq imkanları məhdud şəxslər üçün bərabər şəraitin təmin edilməsinə töhfə verəcək. Sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət sahəsində əmək bazarının tələblərinə uyğunluğu artırılacaq. Proqram başa çatandan sonra layihənin nəticələrindən müvafiq tövsiyələrin hazırlanmasında istifadə olunacaq.

    Bildirilib ki, layihənin əsas hədəf qrupları xüsusi məktəblərdə formal təhsil almış, inklüziv incəsənət və sənətkarlıq üzrə peşə təhsili proqramında iştirak etməkdə maraqlı olan sağlamlıq imkanları məhdud gənclər, təhsil prosesində iştirak edən təlimçilər, xüsusi təhsil verənlər, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin işçi heyəti və seçilmiş pilot məktəblərdir.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə söhbət edib, onlarla şəkil çəkdirib.

  • 62 yaşlı kişi su kanalında çimərkən boğulub ölüb

    İmişlidə 62 yaşlı kişi su kanalında boğularaq ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, İmişli və Biləsuvar ryonlarının sərhədində yerləşən 3 saylı Cəbrayıl köçkün düşərgəsinin yaxınlığından keçən su kanalında Ağsu rayonunun Muradlı kənd sakini, 1957-ci il təvəllüdlü Əkbərov Rahim Məlikbaba oğlu çimərkən boğulub.

    Onun meyiti sudan çıxarılaraq İmişli rayon morquna təhvil verilib.

    Qeyd edilir ki, adıçəkilən şəxs həmin ərazidə tikinti işləri aparan müəssisələrdən birində çalışırmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Avtomobilin vurduğu piyada hadisə yerində dünyasını dəyişdi

    Göyçayda “VAZ 2109” markalı minik avtomobili yolu keçən piyadanı vurub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

    Yaralı hadisə yerində dünyasını dəyişib. Hadisə yeni baş verdiyi üçün ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • “Çimərliyə giriş pulsuzdur” lövhəsini görməyəndə ZƏNG EDİN

    “Dünən Şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları Şıx və Hövsan qəsəbəsində 9 çimərlikdə reyd keçiriblər”.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbut katibi İsrafil Kərimov məlumat verib.

    “Reydlər zamanı 1 şlaqbaum, 1 darvaza götürülüb və bir zəncir çıxarılıb. Çimərlik sahiblərinə xəbərdarlıq edilib. Onlara bildirilib ki, “Çimərliyə giriş pulsuzdur” lövhələrindən istifadə etsinlər”, – deyə Kərimov əlavə edib.

    Onun sözlərinə görə, bu gün Novxanı, Pirşağı, Buzovna, Bilgəh çimərliklərindən reydlər keçirilib. Reydlərin nəticəsi barədə mətbuata məlumat veriləcək.

    Həmçinin qeyd edək ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb və vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng edib məlumat verə bilərlər.//milli.az