Month: June 2019

  • Определена самая сексуальная нация в мире

    Туристы рассказали представителей каких национальностей считают самыми сексуальными в мире. Итоги опубликовал аналитический сервис для путешественников Big Seven Travel.

    Как выяснилось, иностранцы сочли самыми сексуальными украинцев. По их мнению, жители Украины имеют поразительную внешность. На втором месте идут жители Дании.

    Россияне оказались в топ-50 сексуальных наций только на 33 месте. Замыкают рейтинг ирландцы.

  • Dünyanın ən seksual milləti məlum oldu

    Big Seven Travel adlı analitik xidmət turistlər arasında sorğu keçirib. Məqsəd turistlərin rəyləri əsasında dünyanın ən seksual millətini müəyyənləşdirmək olub.

    Məlum olub ki, müxtəlif ölkələri gəzən insanlar ən seksual ukraynalıları hesab edirlər. Onların fikrincə, ukraynalılar gözəl xarici görünüşə malikdirlər. İkinci yerdə isə danimarkalılar qərarlaşıblar.

    Rusiyalılar “Top-50”də 33-cü yer tutublar. Reytinqin sonuncu yerini irlandlar tutub.

  • Külli miqdarda psixotrop maddə aşkarlanıb

    Gömrükçülər külli miqdarda psixotrop maddə aşkarlayıblar.

    Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Ölkə.Az”a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan qardaşı ilə birlikdə gələn həmin ölkə vətəndaşı Amin Dana Hassanın idarə etdiyi “Samand” markalı 73D627-10 qeydiyyat nişanlı minik avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

    Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gövdəsinin sol hissəsində, avtomobilin döşəməsinə bitişik detalın içərisindəki zavod konstruksiyasında nəzərdə tutulan boşluqdan 3 ədəd qara rəngli polietilendə qablaşdırılması ilə birlikdə çəkisi 3470 qram olan psixotrop maddə – metamfetamin aşkarlanıb.

    Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.

  • Hər səhər çay içənlərin diqqətinə — Bu xəstəliklərə səbəb olur

    Hər səhər bir çoxumuz qəhvəaltı etməsək də, çay içirik.
    Median.Az
    xəbər verir ki, səhərlər çay içmək bəzi hallarda müəyyən xəstəliklərin yaranmasına səbəb olur.

    Anemiyaya səbəb olur

    Həddən artıq çay içmək orqanizmə ziyandır. Çünki çayın tərkibindəki bi maddə orqanizm tərəfindən dəmirin sovrulmasının qarşısını alır və anemiya, qansızlıq kimi xəstəliklərə səbəb olur.

    Taxikardiya

    Bundan başqa, çayın tərkibindəki kofein isə qan təzyiqini yüksəldir və taxikardiya yaradır. Həm də normadan artıq çay içmək orqanizmin su itirməsinə səbəb olur.

    Xərçəng

    Məlum olub ki, qaynar içilən çay orqanizmə ciddi ziyan vurur. Çayın tərkibindəki tein və tanen maddələri çay qaydalara uyğun dəmlənməyəndə aktivləşir. Bu isə xərçəngə səbəb ola bilər. Belə halın qarşısını almaq üçün çayı çox isti pilətədə dəmləmək olmaz.

    Qaynar çay qida borusu xərçənginə səbəb olur

    İranlı alimlər isə bildirirlər ki, qaynar çay qida borusu xərçənginə səbəb olur. Qaynar çay boğaz toxumalarını zədələyir və xərçəng riskini 8 dəfə artırır.

    Nə qədər çay içək?

    Alimlər qeyd edirlər ki, gün ərzində 6 stəkandan çox çay içmək düzgün deyil. //ölkə.az

  • Rusiya Azərbaycana yeni döyüş təyyarələrini təklif edib

    Rusiya Azərbaycana arzu etdiyi döyüş təyyarələrinin satışına hazırdır.

    Bu barədə “Azeri Defence”ə “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

    Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib:

    “Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

    Təşkilat nümayəndələrinin sözlərinə görə, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib.

    “Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib.

    Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

  • Anar Mədətov yeni həyat yoldaşı ilə — FOTO

    Prodüser Anar Mədətovun yoldaşı Samirə Abbasova ilə yeni fotosu yayılıb.

    Median.Az ölkə.az-a istinadla xəbər verir ki, vizajist xanım fotonu sosial hesabında paylaşıb.

    O, həyat yoldaşı ilə olan fotoya “Ən yaxşı” sözünüz qeyd edib.

    Qeyd edək ki, Anar Mədətov bir müddət öncə keçmiş ailəsi ilə ayrılmadan Samirə xanımla evlənmişdi. Bu da ailəsi ilə arasında böyük qalmaqalın yaşanmasına səbəb olmuşdu.

  • Завершается реконструкция 19-километровой автодороги в Габале – ФОТО

    В Габалинском районе завершается реконструкция автодороги районного значения Беюк Амали-Билих-Амирван, протяженностью 19 километров, сообщает Trend.

    Реконструированная в соответствии с IV техническим уровнем дорога была расширена до 10 метров. Для проезжей части отведены шесть метров, а на съезды дороги – два метра.

    Согласно проекту было удалено старое покрытие дороги, отремонтированы деформирующие разломы, проделана необходимая работа по укреплению грунта, проложен нижний и верхний слой дороги с использованием смеси песка и карьерного гравия. Работы охватили часть дороги площадью 100 тысяч квадратных метров. В настоящее время ведутся работы по асфальтированию дороги и строительству четырех пролетного нового моста.

    На заключительной стадии проекта вдоль дороги будут установлены восемь автобусных остановок, дорожные знаки, информационные щиты, а также будут нанесены указательные линии и пешеходные полосы.

    Отметим, что это дорога объединят 11 населенных пунктов, где проживают свыше восьми тысяч населения.

  • Азербайджанские гимнастки завоевали 10 медалей в Польше

    Команда Азербайджана по художественной гимнастике выиграла десять наград на международном турнире в Гдыне (Польша), передает azerisport.com.

    В соревнованиях среди сеньорок блеснула вторая команда по групповым упражнениям, оформившая бронзовый хет-трик. Коллектив в составе Нарин Гурбановой, Гюллю Агаларзаде, Нармин Джахангировой, Хумай Алиевой и Соны Рахмановой стал третьим в многоборье, а также в упражнениях с пятью мячами и композиции с тремя обручами и двумя парами булав.

    В зачете среди юниорок Арзу Джалилова выиграла серебро с мячом и бронзу в зачете с булавами, тогда как Нармин Самедова заняла второе место в композиции с лентой. Также наши гимнастки выиграли золотые награды в командном зачете.

    А юниорская группа в составе Фариды Сафиярзаде, Ляман Алимурадовой, Миланы Акперовой, Медины Асадовой и Сельджан Гаджизаде выиграла полный комплект наград. Грации поднялись на высшую ступеньку пьедестала почета в упражнении с пятью лентами, заняли второе место в многоборье и удостоились бронзы в композиции пятью обручами.

  • “Ərdoğana haqsızlıq edilib, onun günahı yoxdur” – Trampdan tarixi sözlər

    ABŞ prezidenti Donald Tramp Osakada təşkil etdiyi mətbuat konfransında Türkiyə ilə S-400 gərginliyi haqda açıqlamalar verib.

    Median.Az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Tramp deyib ki, həmkarı Rəcəb Tayyib Ərdoğan çətin biridir və ona qarşı ədalətsiz davranıldığını düşünür.

    “Obama (Barak Obama – red.) hakimiyyəti dövründə Ərdoğan bizim “Patriot” raketlərimizi almaq istədi, amma satmadılar. Müttəfiq olsaq da, Türkiyənin böyük ordusu olsa da, bu ədalətli davranış deyildi. Daimi olaraq Obama bu istəyə “yox” dedi. Sonra türklər Rusiyaya müraciət etdilər və S-400 aldılar. Çünki məndən əvvəlki hakimiyyət onlara “Patriot” almağa imkan vermədi. Bu arada, 100 ədəd də F-35 aldılar.

    Bildiyiniz kimi, Ərdoğan rahib Bransonu geri verdi. Ərdoğan, fikrimcə, çətin biridir. Amma ona haqsızlıq edilib. “Patriot” ala bilməzsən” dedik, sonra başqa sistem altında fikrimizi dəyişdirdik. Qarışıq vəziyyətdir”.

  • Bakıda FHN-in yanğınsöndürən maşını qəzaya uğrayıb

    Bakıda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşını qəzaya uğrayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Fizuli küçəsi ilə Bülbül küçələrinin kəsişməsində, Heydər Əliyev Sarayının qarşısında baş verib.

    Hadisəyə səbəb “Volkswagen Touareg” markalı avtomobilin anidən yanğınsöndürən maşının qarşısına çıxması olub.

    Hadisə zamanı xəsarət alan olmayıb.