Month: June 2019

  • Тяжело покусанного волком подростка доставили из Огуза в Баку

    Тяжело покусанный волком в Огузском районе Азербайджана Намик Сохраб оглу Бекиров 2004 г.р. был доставлен в Клинический медицинский центр № 1 в Баку.

    Как сообщает Report, трагедия произошла днем 28 июня в районном селе Хачмаз. Сначала волк напал на скот, а затем набросился на местных жителей, которые вышли защитить скот от дикого животного.

    В результате 15-летний Намик Бекиров, 15-летний Турал Мамеднабили, 57-летний Ибрагим Исламов и 57-летняя Махира Мамедова были доставлены в Шекинскую ЦРБ. Им сделали вакцину от бешенства.

    В связи с нападением волка на людей в Министерстве экологии и природных ресурсов создана группа, в которую вошли охотники-любители.

  • Oğuzda canavarın ağır xəsarət yetirdiyi yeniyetmə Bakıya göndərilib

    Oğuz rayonunda canavarın ağır xəsarət yetirdiyi yeniyetmə Bakı şəhərindəki 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu, 2004-cü il təvəllüdlü Namiq Söhrab oğlu Bəkirovdur.

    Qeyd edəki ki, hadisə iyunun 28-də günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb. Canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara quduzluq əleyhinə peyvənd vurulub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) faktla bağlı həvəskar ovçulardan ibarət İşçi Qrup yaradılıb.

  • Взрыв в доме в Губе: семья попала в больницу

    В жилом доме в Губинском районе прогремел взрыв.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, случай произошел сегодня, 29 июня, в селе Амсар.

    В результате взрыва газового баллона в доме 33-летнего жителя села Исы Нуриева сам глава семьи, его супруга – 29-летняя Илаха Нуриева и их дети – четырехлетние Омар и Зейнаб получили различные ожоги и были госпитализированы в Центральную больницу Губинского района.

    По факту ведется расследование.

  • Qubada evdə partlayış: bir ailə xəstəxanalıq oldu – YENİLƏNİB

    Quba rayonunda qaz partlayışı olub.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli iki otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

    Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.

    Yanğın zamanı dörd nəfər xəsarət alıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    16:13

    Quba rayonunda yaşayış evində partlayış olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün rayonun Amsar kəndində baş verib.

    Kənd sakini, 33 yaşlı İsa Nuriyevə məxsus evdə qaz balonunun partlaması nəticəsində ailə başçısı, onun həyat yoldaşı – 29 yaşlı İlahə Nuriyeva və övladları – dörd yaşlı Ömər və Zeynəb müxtəlif yanıq xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • 21-ая медаль Азербайджана на Европейских играх

    Азербайджанские каратисты заработали первую медаль на II Европейских играх в Минске.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, в соревнованиях по ката среди мужчин Роман Гейдаров завоевал бронзовую медаль, одолев немца Илью Сморгунера.

    Эта медаль стала 21-ой для сборной Азербайджана в Минске. Всего в активе наших спортсменов три золотых, шесть серебряных и 12 бронзовых медалей.

    Отметим, что сегодня каратистка сборной Азербайджана Ирина Зарецкая вышла в финал.

  • Azərbaycan Avropa Oyunlarında 21-ci medalını qazandı

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışlarında Azərbaycan ilk medalını qazanıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, kişilərin kata yarışında bürünc mükafat uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi Roman Heydərov almaniyalı İlya Smorqunerlə mübarizə aparıb.

    25,46 xal toplayan təmsilçimiz rəqibini qabaqlayıb. Almaniyalı 24,54 xal yığıb. Bununla da R.Heydərov bürünc medala yiyələnib.

    Bu, Azərbaycan millisinin Minskdə 21-ci medalı olub. Bunlardan üçü qızıl, altısı gümüş, on ikisi bürüncdür.

    Qeyd edək ki, yığmamızın bir karateçisi bu gün yarımfinalda qüvvəsini sınayıb. İrina Zaretskaya finala çıxıb.

  • Жена правителя Дубая сбежала с 40 миллионами долларов

    Жена правителя Дубая шейха Мохаммеда бин Рашида принцесса Хая сбежала от супруга c детьми и 40 миллионами долларов, пишет The Sun.

    Отмечается, что она исчезла еще в начале февраля. Предполагается, что женщина скрывается в Германии вместе с 11-летней дочерью и 7-летним сыном.

    По данным издания, принцесса покинула шейха из-за страха за свою безопасность. После прибытия в Германию она попросила убежища и сразу подала на развод. Деньги она потратила на обеспечение «новой жизни».

    По предположениям издания, именно побег супруги Мохаммеда бин Рашида вызвал дипломатический кризис между Германией и ОАЭ. Отмечается, что правитель Дубая требовал от Берлина возвращения обратно всех членов его семьи, но Германия их не выдала.

    Ранее от него уже пыталась сбежать дочь. Сейчас ее родственники отмечают, что она находится в безопасности на территории ОАЭ.

  • Şeyxin arvadı 31 milyonu götürüb Almaniyaya qaçdı – Diplomatik böhran

    Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl Maktumun həyat yoldaşı külli miqdarda pulu götürərək, ölkəni tərk edib.

    “The Sun” xəbər verir ki, şahzadə Xay bint əl-Hüseyn bu ilin fevralından ictimaiyyətə görünməyib.

    Britaniya qəzeti yazır ki, o, 11 yaşlı qızını və 31 milyon funt sterlinqi (təxminən 39,4 milyon dolları) götürərək, Almaniyaya qaçıb. Bildirilib ki, İordaniyanın sabiq kralı II Abdullanın əmisi qızı olan 45 yaşlı şahzadə Almaniyadan sığınacaq istəyib və boşanma ərizəsi verib.

    Nəticədə BƏƏ və Almaniya arasında diplomatik böhran yaşanıb. Bəzi məlumatlara görə, 69 yaşlı BƏƏ Baş naziri Berlindən qızı və arvadını geri qaytarmağı tələb edib, ancaq o, rədd cavabı alıb və hazırda Baş nazirin arvadı xüsusi qoruma altındadır.

    Ötən il Əl Maktumun qızlarından birini – Şəms ibn Məhəmməd ibn Rəşid əl Maktumu zorla Dubayda saxlaması ilə bağlı məlumat yayılmışdı. Bildirilmişdi ki, Baş nazirin qızı 19 yaşı olan zaman, yəni 2000-ci ildə Britaniyaya qaçmaq istəyərkən ələ keçmişdi.

  • Взрыв в бакинском кафе

    В кафе в Бинагадинском районе Баку произошел взрыв.

    Как сообщили в пресс-службе МЧС, в результате возгорания газового баллона на кухне используемого в качестве кафе помещения общей площадью 120 квадратных метров произошел взрыв.

    В результате пожара сгорели воспламеняющиеся конструкции кухни и находящиеся внутри вещи на участке в 30 квадратных метров. Из-за высокой температуры расплавились 50 квадратных метров ламбринового потолка постройки. Оставшаяся часть помещения была защищена от огня. Пожар потушен.

  • Bakıda kafedə partlayış

    Bakı şəhərinin Binəqədi rayonunda yerləşən kafedə partlayış baş verib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 120 m² olan və kafe kimi fəaliyyət göstərən tikilinin mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

    Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.