Month: June 2019

  • Десять наград азербайджанских гимнасток из Польши

    Команда Азербайджана по художественной гимнастике выиграла десять наград на международном турнире в Гдыне (Польша).

    Как передает Median.Az, в соревнованиях среди сеньорок блеснула вторая команда по групповым упражнениям, оформившая бронзовый хет-трик.

    Коллектив в составе Нарин Гурбановой, Гюллю Агаларзаде, Нармин Джахангировой, Хумай Алиевой и Соны Рахмановой стал третьим в многоборье, а также в упражнениях с пятью мячами и композиции с тремя обручами и двумя парами булав.

    В зачете среди юниорок Арзу Джалилова выиграла серебро с мячом и бронзу в зачете с булавами, тогда как Нармин Самедова заняла второе место в композиции с лентой. Также наши гимнастки выиграли золотые награды в командном зачете.

    А юниорская группа в составе Фариды Сафиярзаде, Ляман Алимурадовой, Миланы Акперовой, Медины Асадовой и Сельджан Гаджизаде выиграла полный комплект наград. Грации поднялись на высшую ступеньку пьедестала почета в упражнении с пятью лентами, заняли второе место в многоборье и удостоились бронзы в композиции пятью обручами.//oxu.az

  • Gimnastlarımız Polşada 10 mükafat qazandılar

    Azərbaycanın bədii gimnastika üzrə komandası Polşanın Qdın şəhərində keçirilən beynəlxalq turnirdə 10 mükafata sahib olub.

    Median.Az xəbər verir ki, senyorkalar yarışında qrup hərəkətləri üzrə ikinci komanda bürünc het-trikə imza atıb.

    Narin Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovanın yer aldığı kollektiv çoxnövçülükdə, habelə beş topla hərəkətlərdə və üç qurşaqla kompozisiyada üçüncü olub.

    Yuniorlar arasında Arzu Cəlilova topla hərəkətlərdə gümüş, qurşaqla hərəkətlərdə bürünc medal qazanıb. Nərmin Səmədova isə lentlə kompozisiyada ikinci yer tutub. Təmsilçilərimiz həmçinin komanda hesabında qızıl mükafatlara sahib olublar.

    Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Ələkbərova və Selcan Hacızadədən ibarət yuniorlar qrupu isə mükafatların tam komplektini qazanıb. İdmançılarımız beş lentlə hərəkətdə birinci yer tutublar, çoxnövçülükdə ikinci, beş qurşaqla hərəkətlərdə isə üçüncü olublar.//oxu.az

  • Canavarın Oğuz hücumunun DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ – FOTO

    Xəbər verildiyi kimi Oguz rayonunun Xaçmaz kəndinə dünən canavar hücum edib.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, dünənki hadisə yırtıcının həftə ərzində üçüncü hücumu imiş.

    Xatırladaq ki, kəndə hücum edən canavar ikisi uşaq olmaqla 4 nəfəri yaralayıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Canavar hücumu nəticəsində 15 yaşlı Namiq Bəkirli başın, üst dodağın, boynun və başın arxa səthindən, 15 yaşlı Tural Məmmədnəbili sol əlin bazu və sol ayağın bud nahiyəsindən, 57 yaşlı İbrahim İslamov sağ əlin üçüncü barmağından və 57 yaşlı Mahirə Məmmədova sağ əlin barmağından xəsarət alıb. Xəstəxanada hər 4 zərərçəkənə də ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub və quduzluq əleyhinə vaksinlər vurulub.

    Onu da qeyd edək ki, hadisədən iki gün əvvəl evlərinə gedən digər kənd sakinlərinə yolda ikən canavar hücüm çəkib və sakinlərin əlində olan təsərrüfat əşyalarının hesabına onlara yaxın düşə bilməyən yırtıcı bir nəfəri barmağından qaparaq xırda dişləklə ərazidən qaçmağa müvəffəq olub. Kənd sakini İbrahim İslamov bildirib ki, həmin hadisə günorta baş verib və xoşbəxtlikdən həmin vaxt küçələrdə körpə uşaqların olmaması böyük faciənin qabağını alıb. Lakin faciə dünən baş verib.

    Məsələ ilə bağlı rayon Baytarlıq İdarəsi ilə əlaqə yaratdıq və hadisədən sonra hansı tədbirlərin görüldüyünü və hansi tədbirlərin görüləcəyini soruşduq.

    Oğuz rayon Baytarlıq idarəsinin rəisi Şavəddin Ramazanov bildirdi ki dərhal məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgə üzrə nümayəndəsinin iştirakı ilə iclas olub. Aidiyyatı qurumlara heyvanın vaxtında tapılaraq tələf edilməsi, tələf edilmiş heyvanın başının götürülərək Bakı şəhərinə analiz üçün göndərilməsi barədə tapşırıq verilib.

    Heyvanın quduz olması ehtimalı var və xəsarət alan insanların mütəmadi olaraq 3 ay müddətində quduzluq əleyhinə vaksinasiya olunması üçün Şəki rayon Mərkəzi xəstəxanası ilə əlaqə saxlanıldığı qeyd olunub.

  • Qubadadakı qaz partlayışı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Quba rayonunda qaz partlayışı olub.

    Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

    Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.

    Yanğın zamanı 4 nəfər xəsarət alıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Erkən saç ağarmasının səbəbi AÇIQLANDI

    Alimlər bəzi insanlarda saçın vaxtından əvvəl ağarmasının səbəbini açıqlayıblar.
    Median.Az
    xəbər verir ki, ispan alimləri 30-60 yaş arası 54 min insanın sağlamlıq vəziyyətini araşdırıblar. Məlum olub ki, erkən saç ağarması orqanizmin qocalması ilə əlaqəli deyil.

    Alimlər qeyd edirlər ki, saçın rəngi qluation piqmentindən asılıdır. Bu piqment həm də orqanizmi ciddi xəstəliklərdən qoruyur.
    Orqanizm ürək-damar xəstəlikləri, Alzheimer xəstəliyi ilə mübarizə aparanda qluation piqmenti saçlardan “götürülür”.

    Erkən yaşda saç ağarması həm də genetik faktorlarla əlaqəli ola bilər. Alimlərin fikrinə görə isə, stres faktoru saçın erkən ağarmasına təsir etmir.//ölkə.az

  • Dostlar maşında qadını zorlayanda polis gəldi və… – Azərbaycandakı olay SİZİ ŞOKA SALACAQ

    Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Əhməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu, 2-ci Çaylı kənd sakini Cəmilə Qəmbərova (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

    Şam yeməyindən sonra intim plan

    Onlar orada şam yeməyindən sonra Cəmilə Qəmbərovaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Əhməd Qəribov ilə qabaqcadan əlbir olublar.

    Hər iki şəxs bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Rasim Təhməzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Cəmiləni yaşadığı Şamaxı rayonu 2-ci Çaylı kəndinə aparıblar.

    Gecə yarısı intim əlaqə təklifi

    Gecə yarı saat 02 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Cəmilənin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib.

    Buna baxmayaraq Cəmilə onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib. Bu səbəbdən Cəmilə avtomobildən düşüb, piyada yaşadığı kəndin içərisinə doğru yollanıb.

    Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə doğru gətirib. Orada cinsi əlaqədə olmaq istəyiblər.

    Polisə şikayət

    Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisə etməsinə imkan verməyib.

    Bu ərəfədə Cəmilə mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng edib, şikayət etdiyini hiss edən Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

    Bu zaman Rasim və Əhməd Cəmilənin qollarından tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar. Sonra Əhməd Cəmilənin əllərindən tutaraq saxlayıb, Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Cəmiləni döyüb, əynində olan şalvarı soyundurub.

    Cinsi əlaqədə olmaq istədi, polislər imkan vermədi

    Həmin vaxt Rasim Cəmilə ilə cinsi əlaqədə olmaq istəyən vaxtı Cəmilənin daha öncədən Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar niyyətini başa çatdıra bilməyib.

    Cinayət işi açıldı

    İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədilkidə) maddəsilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Təhməzov iddia edib ki, onlar Cəmilə ilə cinsi əlaqədə olmaq istəməyiblər. Qeyd edib ki, sərxoşluğun təsiri altında avtomobildə olan zaman Əhmədlə Cəmilə mübahisə edib, bu mübahisədən sonra Cəmilə polisə şikayət edib.

    “İntim əlaqədə olmağı təklif etmədim”

    Digər təqsirləndirilən Əhməd Qəribov da ifadəsində Cəmilə ilə mübahisə etdiyini, onların arasında dava olduğunu etiraf edib. O, Cəmilə ilə mübahisə edən zaman sərxoş olduğunu söyləyib. Əhməd Qəribob qeyd edib ki, Cəmiləyə intim əlaqədə olmağı təklif etməyib, bu səbəbdən ona qarşı zorakılıq göstərməyib.

    Zərərçəkmiş Cəmilə isə ifadəsində hər iki təqsirləndirilən şəxsin zorakılığı ilə üzləşdiyini etiraf edib. Kafedə ofisiant işlədiyini deyən Cəmilə həmin vaxtdan Faiqlə tanış olub.

    “Mənimlə zorla cinsi əlaqədə olmaq istədilər”

    Cəmilə deyib ki, onlarla hadisə baş verən günü kafedə yeyib-içiblər. Sonra evə qayıdanda Əhməd ona intim əlaqədə olmağı təklif edib. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən Cəmilə polisə şikayət etdiyi bildirib.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günühasız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti hər iki təqsirləndirilən şəxsin şikayətini qismən təmin edib. Onların cəzaları 6 ildən 5 ilə endirilib.

  • Gəncədə itkin düşən 25 yaşlı qız tapıldı

    Gəncə şəhərində itkin düşən qız tapılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Gəncə şəhəri, Kimyaçılar küçəsidə 2 saylı yataqxanada yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Sevil Akif qızı iyunun 22-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyevanın Gəncə şəhərində olduğu yer müəyyən edilərək tapılıb. S.Əliyeva ailə üzvlərinə təhvil verilib.

  • Tanınmış azərbaycanlı meyxanaçı QƏZAYA DÜŞÜB – FOTO

    Tanınmış meyxana ustası Mehman Əhmədli avtomobil qəzasına düşüb.

    Median.Az Baku.ws-ə istinadənxəbər verir ki, hadisa Rusiaynın Sankt-Peterburq şəhərində baş verib.

    Meyxanaçının olduğu “BMW X-6” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı baryerə çırpılıb. Hadisə zamanı meyxanaçı başından xısarət alıb.

    Buna baxmayaraq Mehman Əhmədli Sankt-Peterburqda sabaha planlaşdırılan proqramını təxirə salmayıb.

  • Bakıda AĞIR QƏZA: əsas yolda tıxac yarandı

    Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

    Bakı Nəqliyyat Agentliyindən APA -ya verilən xəbərə görə, “Niva” və “Hyundai” markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Bununla əlaqədar Heydər Əliyev prospekti – Hava limanı istiqamətində tıxac var.

    Tıxacla əlaqədar qeyd edilən yolda sürət həddi 20 km/saat endirilib.

  • Sevgililər günü qeyd edildi – FOTOLAR

    İyunun 29-da Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin ofisində 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü – 30 İyun Sevgililər Günü qeyd edilib.Median.Az lent.az-a istinadən xəbər verir ki, tədbiri Azərbaycanın ilk hərbi diktoru, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı aparıb.

    Tədbirdə millət vəkilləri, ziyalılar, Qarabağ döyüşçüləri, İlhamın və Fərizənin ailə üzvləri, media nümayəndələri iştirak edib.

    İlham və Fərizənin sevgi işığına toplaşanlar əvvəlcə onların uyuduğu Şəhidlər xiyabanını ziyarət ediblər.

    Millət vəkilləri Flora Qasımova və Aydın Mirzəzadə çıxış edərək İlham və Fərizənin ölməz sevgisindən danışdılar. Onlar bu günün Azərbaycanda Sevgililər günü olaraq qeyd edilməsinin tərəfdarı olduqlarını qeyd etdilər.

    İştirakçılardan Aprel döyüşlərində şəhid olmuş polkovnik Raquf Orucovun xanımı Sevinc Alıyeva, Xalq şairi Vahid Əziz, tanınmış din xadimi Seyidcamal Əzimbəyli, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Firidun Məmmədov, 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə, yazıçı Aysel Əlizadə, xanəndə Zahid Quliyev, tanınmış jurnalist Şamil Sabiroğlu və digərləri çıxış etdilər.

    P.S.Xatırladaq ki, 2001-ci ildə “Xural” qəzetinin təşəbbüsü ilə Azərbaycanda 30 iyun – Sevgililər Günü kimi qeyd edilməyə başlayıb.